Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə51/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   63

 
 
157 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

 Ə
TRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ 
 
 
 
Yer  üzərində  əhali  durmadan  artır.  Artan  əhalinin  tələbatının  ödənilməsi  üçün 
texnologiya da sürətlə inkişaf edir, daim yeni istehsalat sahələri, yeni müəssisələr  
yaradılır. Bu proses ətraf mühitin çirklənməsinə şərait yaradır. Mühitin çirklənməsi 
ekoloji tarazlığın pozulmasına səbəb olur. Bu isə, öz növbəsində, insan sağlamlığına 
mənfi təsir göstərir.  
 
 
 
Cədvəli (göstəricilər 2014-cü ilə aiddir) təhlil edin, verilənlərə əsasən diaqram 
qurun və suallara cavab verin:  
– Fikrinizcə, cədvəldə göstərilən çirkləndirici maddələrin mənbəyi hansı müəssisələr ola 
bilər?  
– Volqa çayı ilə və Azərbaycan çaylarının Xəzəri çirkləndirmə nisbəti necədir?  
– Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün hansı tədbirlər görmək olar?  
 
Rusiyanın Volqa çayı və Azərbaycanın çayları vasitəsilə Xəzərin çirklənməsi səviyyəsi 
Çirkləndiricilər 
Volqa çayından 
Azərbaycan çaylarından 
min ton 

min ton 

Neft məhsulları 
    242,56 
96,7 
       8,332 
2,9 
Fenollar 
    2,447 
88,0 
       1,092 
3,7 
Sintetik səthi aktiv maddələr 
    6,72 
77,0 
       1,225 
21,3 
Ağır metallar 
   12,644 
45,97 
       1,213 
2,2 
 
 
Atmosferin çirklənməsi. Böyük istehsal sahələri olan fabrik və zavodların, neft-
kimya  sənayesi  sahələrinin  və  istilik-elektrik  stansiyalarının  havaya  buraxdığı  zə-
hərli  maddələr  atmosferi  çirkləndirir.  Zərərli  qazların  miqdarının  artması    Yeri 
öldürücü  ultrabənövşəyi  şüaların  təsirindən  mühafizə  edən  atmosferin  qoruyucu 
ozon qatının dağılmasına səbəb olur. Son zamanlar atmosferə daha çox ziyan vuran 
amillərdən biri sayı durmadan artan avtomobillərdən çıxan zərərli qazlardır. Bütün 
bunlar insanlarda ağciyər xərçəngi, qanazlığı və bu kimi xəstəliklərin yaranması ilə 
nəticələnir.  
Suyun  çirklənməsi.  İstənilən  zərərli  komponent  və  maddələrin  okeanlar, 
dənizlər, çaylar, göllər kimi su hövzələrinə tökülməsi nəticəsində suyun çirklənməsi 
baş verir. İnsanın bir çox fəaliyyəti, o cümlədən yuma, kimyəvi təmizləmə, tullan-
tıların atılması suyun çirklənməsinə şərait yaradır. Bizim hər gün istifadə etdiyimiz 
sabun, yuyucu vasitələr də kimyəvi maddələrdən və sintetik materialdan hazırlan-
dığından su  hövzələrini güclü surətdə çirkləndirir. 
Fəaliyyət
43 
– Ətraf mühitin çirklənməsinin səbəbləri hansılardır? 
– Ətraf mühitin çirklənməsi insan üçün hansı təhlükə yaradır? 
 
 


 
 
158 
 
Torpağın çirklənməsi. Hazırda kənd təsərrüfatında müxtəlif süni gübrələrdən,  
kimyəvi maddələrdən, pestisidlərdən istifadə olunur. Onların miqdarının normadan 
artıq  olması  torpağın  çirklənməsi  ilə  nəticələnir.  Bu  isə  torpaqda  yaşayan 
orqanizmlərin böyümə və inkişafına mənfi təsir göstərir. Torpağın çirklənməsinin 
digər səbəbi insanın fəaliyyəti nəticəsində yaranan zərərli (məsələn, radioaktiv mad-
dələrin) və məişət tullantılarının torpağa basdırılmasıdır. Torpaq məişət və sənaye 
tullantılarını qismən zərərsizləşdirə bilir. Lakin onun bu qabiliyyətinin də müəyyən 
hüdudları  var.  Tullantıların  miqdarı  bu  hüdudları  keçdikdə  onların  parçalanma 
məhsulları müxtəlif zəhərlənmələr törədə bilir. 
 
İnsan orqanizminə antropogen amillərin mənfi təsiri 
 
 
 
Növ müxtəlifliyinin saxlanılması. İnsanların dağıdıcı fəaliyyəti səbəbindən ha-
zırkı dövrdə bitki və heyvanların növ müxtəlifliyi azalmışdır. Bəzi növlərin isə küt-
ləvi surətdə ovlanması (vəhşi turların, dəniz inəklərinin) onların nəslinin kəsilməsinə 
səbəb  olmuşdur.  Daha  təhlükəli  hal  insanlar  tərəfindən  təbii  mühitdə  dəyişikliyin 
edilməsi və növlərin yaşayış məskənlərinin dağıdılmasıdır. İnsan digər canlılardan 
fərqli olaraq şüurlu surətdə fəaliyyətini yenidən qura bilir. Növ müxtəlifliyinin sax-
lanılması və təbiətin qorunması üçün müxtəlif vasitələrdən istifadə edir. 


 
 
159 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

 
 
Tullantısız texnologiya. Yaşayış evlərində, demək olar ki, hər gün məişət tul-
lantıları yaranır.  Tullantılar  yığılaraq  ekoloji  tarazlığın pozulmasına  təsir  göstərir. 
Bunun  qarşısını  almaq  məqsədilə  məişət  tullantılarının  təkrar  emal  edilməsi  üçün 
yeni texnologiyalar – tullantısız texnologiyalar yaradılır. Tullantısız texnologiyalar 
– enerji və təbii mənbələrdən daha səmərəli istifadə olunmaqla ətraf mühitin müha-
fizəsini təmin edən texnologiyalardır.  
 
 
 
 
1.  Şəklə əsasən suallara cavab verin: 
• Ətraf mühitin çirklənməsinin hansı növləri göstərilmişdir?  __ 
• Suyu çirkləndirən mənbələri qeyd edin. __  
• Torpağı çirkləndirən mənbələri qeyd edin.__  
• Hansı mənbələr suyu mineral gübrələr və pestisidlərlə çirkləndirir? __ 
• Hansı saylı mənbələr atmosferi çirkləndirir? __  
• Hansı müəssisə su hövzəsinə qaynar su axıdır? __ 
• Hansı mənbələr suyu məişət tullantıları ilə çirkləndirir? __ 
  
 
 Ekoloqların məlumatına görə, orta hesabla hər adam gün ərzində 0,5 kq zi-
bil yaradır. Bu, il ərzində 182,5 kq tullantı deməkdir.  
 Kağızın təbii mühitdə parçalanmasına 10 il, konserv bankasının – 90 il, 
polietilen torbanın – 200 il, plastmasın – 500 il, şüşənin parçalanmasına 
isə 1000 il lazımdır. Adi siqaret filtrinin parçalanmasına 5 ildən 15 ilə 
qədər vaxt lazımdır. 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə