Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə61/63
tarix05.10.2017
ölçüsü4,08 Kb.
#3314
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63

 
 
189 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

6) Rəng korluğu kimi xəstəliyin yaranmasına səbəb olan genlər X xromosomunda 
yerləşir. 
7) Kişi və qadınlarda  bir-birindən fərqlənən xromosomları autosom adlandırırlar. 
 
3. Əlavə məlumat mənbələrindən istifadə etməklə hemofiliya və rəng korluğu barədə 
(kəşfi, öyrənilməsi, maraqlı faktlar və s.) təqdimat hazırlayın. 
 
4. Normal rəngseçmə qabiliyyəti X xromosomunda olan dominant D geni ilə,  rəng kor-
luğu isə resessiv d geni ilə tənzimlənir. Mövzuda göstərilən hemofiliya xəstəliyinin 
irsən keçməsi sxemini nümunə götürərək valideyn fərdlərin nəsillərinin genotipini 
yazın. 
 
 


 
 
190 
 
 İ
NSANIN HƏYAT TƏRZİ  
 
 
 
İnsanın adət etdiyi qidalanma, əmək, istirahət və bu kimi gündəlik fəaliyyəti hə-
yat tərzi adlanır.  İnsan yalnız sağlam həyat tərzi  keçirməklə öz sağlamlığını qoruya 
bilir. Bunun üçün o, müəyyən gigiyenik qaydalara əməl etməklə bərabər, sağlam-
lığının  möhkəmləndirilməsinin  qayğısına  da  qalmalıdır.  Bu  qaydalara  əməl  etmə-
dikdə insanın sağlamlığı üçün təhlükə yaranır.  
 
 
Etil spirtinin insan orqanizminə təsiri 
İşin gedişi: 
А. Rənglənmiş suya spirt əlavə edin. 
–  Nə müşahidə edirsiniz? Bu təcrübəyə görə spirtin həll olaraq insanın qanına təsir 
etməsi barədə hansı nəticəyə gələ bilərsiniz?  
 
В. İçərisində yumurta ağı olan qaba spirt əlavə edin. 
–  Nə müşahidə edirsiniz?  Bu təcrübəyə əsaslanaraq spirtin orqanizmin zülallarına 
(məsələn, fermentlərə) təsir etməsi barədə nə nəticə çıxara bilərsiniz? 
 
 
Zərərli vərdişlər. İnsanın öz sağlamlığının pozulmasına yönələn fəaliyyəti zə-
rərli vərdişlər hesab olunur. Onlar insanın şəxsiyyət kimi formalaşmasına mane olur. 
Sağlamlığa  əsas  zərər  vuran  amillər  –  siqaret  çəkmək,  narkotiklərin  və  alkoqollu 
içkilərin qəbul edilməsidir.  
Siqaret tüstüsündə nikotin, dəm qazı, sinil turşusu, ammonyak, az miqdarda ra-
dioaktiv maddələr, üzvi turşular, qatran, zəhərli qazlar olur. Siqaretçəkmənin geniş 
yayılmasının əsas səbəbi nikotinin sinir sisteminə oyandırıcı təsir göstərməsi hesab 
olunur. Belə təsir insanda yanlış zövqverici hissiyyatın meydana gəlməsinə səbəb 
olur ki, bu da  siqaretdən asılılıq yaradır. 
Nikotinin insan orqanizminə düşməsi zamanı, ilk növbədə, dilin dad reseptorları 
sıradan çıxır. Siqaret çəkənlərdə ağızın və qida borusunun epitelisi zədələnir, diş mi-
nası  saralır  və  onda  çatlar  əmələ  gəlir.  Siqaret  çəkənlərdə  damarların  daralması 
nəticəsində  toxumalar  qanla  yaxşı  təchiz  olunmur.  Uzun  müddət  siqaret    çəkən 
adamlarda qastrit və xoralar inkişaf edir. 
Orqanizmə zərər vuran vərdişlərdən biri də spirtli içkilərə aludəçilikdir. Orqaniz-
mə düşən alkoqolun az miqdarı fermentlərin təsirindən parçalanır. Alkoqolun qanda 
çoxlu  miqdarda  olması  zamanı  ondan  daha  çox  zərərli  kənar  məhsullar  ayrılır. 
Alkoqolun  təsirinə  ən  cox  həzm  sistemi  orqanları  məruz  qalır.  Nəticədə  mədənin 
qıcıqlanması səbəbindən çoxlu miqdarda mədə şirəsi ifraz olunur ki, bu da qastritin 
yaranmasına gətirib çıxarır. Həzm sistemində alkoqolun təsirinə ən çox məruz qalan 
Fəaliyyət
 
Praktik iş
 
50 
– İnsanın sağlamlığı hansı amillərdən asılıdır? 
 
 


 
 
191 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

orqan  qaraciyərdir.  Burada  alkoqolun  98%-ə  qədəri  zərərsizləşdirilir.  Bu,  qara-
ciyərdə gedən  digər mübadilə proseslərinə təsir edir. Nəticədə qaraciyərdə çoxlu yağ 
damlalarının toplanması ilə əlaqədar onun ölçüsü böyüyür, hüceyrələri tədricən bir-
ləşdirici  toxuma  hüceyrələri  ilə  əvəz  olunur  və  alkoqol hepatiti  yaranır  ki,  bu  da 
sonda sirroz xəstəliyinin baş verməsinə səbəb olur. Alkoqoldan xüsusən sinir sistemi 
daha çox zərər çəkir. Bu onunla izah olunur ki, alkoqol yağabənzər maddədə yaxşı 
həll olur. Belə maddələr sinir sistemində daha çoxdur. Daim spirtli içkilər içən in-
sanların beyin qabığının zədələnməsi nəticəsində əllər əsir, vaxtında müalicə olun-
madıqda ağ isitmə deyilən kəskin psixi xəstəlik yaranır.  
 
Nikotinin insan orqanizminə təsirini göstərən sxem  
 
 
 
Narkotik maddələr bitki mənşəli maddələr və ya dərman preparatları olub güclü 
psixi dəyişikliklərə gətirib çıxarır. Onların qəbulu insanda asılılıq yaradır: insan psixi 
və fiziki cəhətdən narkotikdən asılı olur. Narkotik maddələrin qəbulu  insan orqaniz-
mində  pozğunluqlar  yaradır.  Onu  qəddarlığa  sövq  edir,  kəmağıllılığa  səbəb  olur. 
Narkotik istifadəçisi olan insanlarda sifətin dərisi torpaq rəngi alır, dəri qırışır. İnsan 
öz sağlamlığını qorumaq üçün  sağlam həyat tərzi keçirməlidir.  
 
 


 
 
192 
 
 
 
 
1. Dərslikdən və əlavə məlumat mənbələrindən istifadə edərək cədvəli tamamlayın.  
SPİRTLİ İÇKİLƏRİN ORQANİZMƏ TƏSİRİ 
Orqan 
Yaranan çatışmazlıqlar 
Baş beyin 
 
Ürək 
 
Qaraciyər 
 
Mədə 
 
Böyrək 
 
Cinsiyyət hüceyrələri 
 
 
2. Suallara cavab verin: 
  Zərərli vərdişlərin yaranma səbəbi nədir?  
  Zərərli vərdişlərin yaranmasının qarşısını necə almaq olar? 
  İnkişaf etmiş ölkələrdə zərərli vərdişlərə qarşı nə üçün daha fəal mübarizə aparırlar? 
 
3. Narkotik maddələrdən istifadə və onun fəsadları barədə məlumat toplayın. Mövzu 
üzrə 5–6 slayddan ibarət elektron təqdimat hazırlayın.  
 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə