Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə32/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   28   29   30   31   32   33   34   35   ...   100

78
Dil qaydaları 
5-ci tapşırıq.
Düz sözə zaval yoxdur. (sifət)
Dostunun hərəkətini görən Elmar düz qapıya tərəf  getdi. (zərf kimi)
Nənəm yerə səpələnmiş muncuqları sapa düzdü. (feil kimi)
QiymətləndirməMüşahidə, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında təlim
məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 47-ci səhifəsində də verilmişdir.) 
STOLÜSTÜ LAMPA
Stolüstü lampanın dərdi var idi. Axı yazıçı əsərlərinin, ..., hamısını onun 
işığında
yazırdı. 1. Bu vaxt lampa ilə yazıçı eyni 
h...y...c...n  
ke çirirdi. Bir dəfə 
işıqlar
söndüyü
üçün yazıçı həmin gecə işləmədi. 
2. Elə o zaman stolüstü lampa yəqin etdi ki, yazıçı 
işıxsız
işləyə bilməz. Ona işığı
ötürən isə lampa idi. 3. İlk lampanı Tomas Edison 1879-cu ildə ixtira etmişdir. Di gəl ki,
əsərlər  çap olunanda onların üstün də ancaq yazıçının adı yazılırdı. Heç kəsin ağlına
belə gəlmirdi ki, bu balaca nağıllarda stolüstü lampanın gözlərinin nuru var.
Yazı
üzrə qiymətləndirmə (imla)
Eyvazın yazısı
(124 söz)
Müəllim şagirdlərə tapşırdı ki, meyvə-tərəvəz, göyərtilər haqqında bildiklərini yazıb
bazar ertəsi təqdim etsinlər. Eyvaz fikrə getdi. O, kənddə doğulmuş, doqquz yaşına qədər
orada böyümüşdü. Günü meşələrdə, bağlarda keçmişdi. Babası yaxşı təsərrüfatçılardan
sayılırdı. Həyətində əkib-becərdiyi meyvə-tərəvəz və göyərtilərin hamısı Eyvazın bugünkü
kimi yadında idi. Nənəsi yaz girəndən payız çıxana kimi göyərti yığıb qurudar, pencərdən
müxtəlif xörəklər hazırlayardı. O pencərin dadını Eyvaz hələ də xatırlayırdı. 
Boş vaxtlarında kinoya getməyi xoşlayan Eyvaz bu gün sahilə çıxıb bir müddət gəzdi
və xeyli fikirləşdi. Bağlarda, meşələrdə yetişən meyvələri təkrar-təkrar xəyalından keçirdi.
Cır meyvələrin bir neçəsini çətinliklə xatırladı. Onların adlarını unutmamaq üçün ürəyində
təkrarlayan Eyvaz evə qayıtdı. Vaxt keçirdi. Müəllimin tapşırığını yerinə yetirmək lazım
idi. Eyvaz yazı masasının arxasına keçdi. Bir azdan onun “Biz nələr yeyirik” sərlövhəli
yazısı hazır idi. 
1. 1-ci sətirdə nöqtələrin yerinə uyğun
sözü yaz.
A) nəhayət ki
B) demək olar ki       
C) deyəsən
2. Mavi rənglə verilmiş sözdə nöqtələrin
yerinə uyğun saitləri seç.
A) a, ə, ə       B) ə, a, a       C) ə, ə, a
3. Altından xətt çəkilmiş sözləri hansı
sözlərlə əvəz etmək olar?
A) da, amma        
B) və, yalnız       
C) tək, lakin
4. Hansı rənglə verilmiş “işıq” sözü səhv
yazılıb?
A) qırmızı        
B) bənövşəyi        
C) yaşıl
5. Nömrələnmiş cümlələrdən hansı
mətnin məzmunu ilə bağlı deyil?
A) 1              B) 2                C) 3
6. Lampanın “dərdi” nə idi?
A) Onun əziyyəti qiymətləndirilmirdi.
B) Bütün gecəni yazıçı ilə oyaq qalırdı.
C) Yazıçıya görə çox narahat olurdu.
3
Çap üçün deyil


Dil qaydaları
üzrə qiymətləndirmə
Dərs 28. BİR BOŞQAB SIYIQ (4 saat)
Motivasiya
Müəllim şagirdlərə II sinifdə keçdikləri  “Şir və siçan” nağılını xatırladır. Nağılın ideyasını
(məzmununu) yada salmalarını istəyir. “Yaxşılıq elə, yerdə qalmaz” atalar sözü səslənir.
Müəllim: – Dahi Nizaminin belə bir kəlamı var: “Yaxşılıq insanlıq sənətidir”.
Oxu (“Ziqzaq”) 
Mətn (dərslik, səh. 72-75) 3 hissədən ibarət olduğundan şagirdlər də 3 qrupa bölünürlər. Hər
qrupdakı üzvlər 1-dən 3-ə qədər sayır. Bütün 1 nömrəli  şagirdlərə I hissəni, 2 nömrəli  şagirdlərə
II hissəni, 3 nömrəli  şagirdlərə III hissəni oxumaq tapşırılır. Hər qrupun eyni nömrəli üzvləri
birlikdə müvafiq hissəni oxuyur və özünün mənsub olduğu qrupun digər üzvlərinə də çatdırır.
Hər bir şagird hekayəni tam mənimsəməlidir. Hər qrup mətnin bir hissəsinə başlıq verir.  Qruplar
bir-birinə suallar verməklə hekayəni necə başa düşdüklərini nümayiş etdirir.
Mətnin I hissəsi işçi qrupda oxunduqdan sonra 72-ci səhifədəki 1-ci tapşırığa əsasən hekayə
xəritəsi qurulur. Birincilər hekayə xəritəsində hadisələrin harada və nə zaman baş verdiyini qeyd
1. “Axşamüstü boran lap sakitləşdi” cüm -
lə  sində leksik mənası olmayan söz
han sıdır?
A) axşamüstü
B) boran        C) lap
2. Hansı cümlədə “yay” sözü feildir?
A) Yay ilin ən isti fəslidir.
B) Oxunu atıb yayını gizlətmə.
C) Nənəm xəmiri yaydı.
3. Hansı cümlədə altından xətt çəkilmiş
sözün leksik mənası “iri sənaye
müəssisəsi”dir?
A) Fəhlələr mədəndə gecələdilər.
B) Zavodun fəhlələri tətil etdilər. 
C) Sərdar emalatxananın qapısında
durmuşdu.
4. Hansı bənddə “inək” sözünün qram-
matik mənası verilib?
A) inək – isim
B) inək – ev heyvanı
C) inək – yöndəmsiz adam
5. “Cadu” sözünün leksik mənası hansı
bənddə verilib?
A) kəndir, ip
B) sehr, sehrbazlıq
C) münasibət, ünsiyyət
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Oxuduğu və ya dinlədiyi mətnin ideyası ilə
bağlı mühakimə xarakterli fikirlər irəli
sürür.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Oxuduğu bədii mətnin hekayə xəritəsini
qurur.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər
haqqında kiçik təqdimatlar edir.
Oxuduğu bədii mətn parçasını təfsilatı ilə
nəql edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərdəki obrazlar barədə fikir
yürüdür.
Mətnin məzmununu atalar sözü ilə ifadə edir.
2.2.5. Mətnin məzmununu geniş -
ləndirilmiş formada yaradıcı nəql edir.
Oxuduğu əsərin məzmununa yeni süjet
xətti və obrazlar əlavə etməklə mətni
genişləndirir və nəql edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli
rəy-inşa yazır. 
Əsərin baş qəhrəmanına münasibətini
ifadə edən inşa yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, on la -
rın əsas nitq hissələrindən fərqini izah edir. 
Cümlədə köməkçi nitq hissələrini digər
nitq hissələrindən fərqləndirir.
79
ƏMƏKSEVƏRLİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə