Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə28/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   24   25   26   27   28   29   30   31   ...   100

68
qulac saçı var” ifadəsindən istifadə edirlər (Siyah zülfü dal gərdəndə bir qulac!). Qulac iki əli də
çiyin bərabəri açıq tutduqda sağ əlin baş barmağının ucundan sol əlin müvafiq barmağının
ucuna qədər olan məsafəyə bərabər götürülür. Bu da təxminən 150  sm hesab olunur.
Sual və tapşırıqlar: 
1. Qədim ölçü vahidlərini böyükdən kiçiyə doğru ardıcıllıqla sadala.
2. Məlumat aldığınız ölçü vahidlərindən hansının adı omonimdir?
3. Hansı ölçü vahidindən şəhərlərarası məsafəni bildirmək üçün istifadə olunurdu?
Müəllim lövhədə cədvəl çəkir:
Şagirdlər nümunəyə əsasən cədvəli doldurur, sonra oxuduqları və dinlədikləri mətnlər
əsasında “Qədimdə uzunluq ölçü vahidləri” mövzusunda məruzə hazırlayıb təqdim edirlər.
Dərsliyin 61-ci səhifəsindəki “Altıağac” mətni oxunur. Həmin səhifədəki 6-8-ci tapşırıqlar
yerinə yetirilir.  İş dəftərindəki qalan çalışmalar da yerinə yetirilə bilər.
Qiymətləndirmə. Müşahidə, danışma əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı
qiy mət ləndirilir.
Dərs 23. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat) 
Bu dərsdə dərsliyin 62-ci səhifəsində verilmiş sual və tapşırıqlar yerinə yetirilir, müvafiq
bölmədə tədris olunmuş materiallar təkrarlanır. Bununla yanaşı, müəllim həm özünün ha zır la -
dığı materiallardan, həm də müxtəlif qiymətləndirmə vasitələrindən istifadə edə bilər. Tap -
şırıqların seçimi zamanı bölmədə reallaşdırılmış standartları əsas götürmək lazımdır.
Dərs 24. 2-ci BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏN DİRMƏ (2 saat)
Dinləmə üzrə qiymətləndirmə
(İş dəftərinin 41-ci səhifəsində də verilmişdir.)
TİMSAHIN GÖZ YAŞLARI
Timsahlar isti bölgələrdə yaşayır. Əsasən, suda yaşasa da, tez-tez quruya da çıxır.
Timsah suda gizlənir və su içməyə gələn heyvanlara suyu ləpələndirmədən asta-asta
yaxınlaşır. Sonra isə qəfildən heyvanların üstünə atılır, boğazından yapışıb onu suya
çəkir. Timsah bəzən özündən böyük heyvanları ovlaya bilir. Möhkəm çənə əzələləri ona
ağzını geniş açmağa imkan verir.
Timsahlar bir şey yeyəndə gözlərindən yaş gəlir. Bəzi sadəlövh adamlar elə düşünürlər
ki, timsah yediyi heyvanın halına acıyır. Yəni ağlaya-ağlaya deyir: “Məni bağışla, yazığım
gəlsə də, səni yeməliyəm”.
Təbii ki, bu, düz deyil. Sadəcə, timsah ağzını çox geniş açdıqda çənə əzələləri gücə
düşdüyündən gözündən su gəlir. Bunun nə ağlamaqla, nə də rəhmdilliklə əlaqəsi var.
Məhz buna görə də “timsahın göz yaşları” ifadəsi məsəl kimi işlədilir. Bir nəfər başqasına
zülm edəndə, sözdə isə yalandan onun halına acıyanda deyirlər: “Filankəs timsah kimi
göz yaşı tökür”.
Ölçü vahidi
İzahı
Metrik sistemlə təxmini 
ekvivalenti
Arşın
Açılmış qoldakı barmaqların ucun-
dan buruna qədər olan məsafə
75 sm
Qarış
Addım
Ağac
Qulac
2
Çap üçün deyil


69
1. Timsah haqqında məlumatlardan biri bu mətndə öz əksini tapıb:
A) Timsahın rəng seçmək qabiliyyəti yoxdur.
B) Timsahın möhkəm çənə əzələləri var.
C) Timsah suyun dərin qatlarına düşmək üçün daş udur.
2. Mətndə hansı məlumat yoxdur?
A) Timsah su içməyə gələn heyvanları ovlayır.
B) Timsah suda-quruda yaşayan heyvandır.
C) Timsahlar yumurta qoymaqla çoxalır.
3. “Timsahın göz yaşları” ifadəsi işlənir:
A) Biri başqasının halına yalandan acıyanda
B) Kimsə tez-tez ağlayanda
C) Kimsə sevincdən ağlayanda
4. Timsah ovunu yeyən zaman gözündən yaş gəlir, çünki ...
A) ov tapdığına görə sevinir.
B) çənə əzələləri gücə düşür.
C) yediyi heyvana yazığı gəlir.
5. Hansı cümlədə “ləpə” sözü qida məhsulu mənasında işlənib?
A) Dəniz ləpələnirdi.
B) Qidalı məhsullardan biri də qoz ləpəsidir.
C) Ləpələr sahilə can atır.
6. Hansı cümlədə “ovlamaq” sözü mətndəki mənasında işlənməyib?
A) Ovçu maralı ovladı.
B) Şahzadə kraliçanın qəlbini ovlamışdı.
C) Dövlət quş ovlamağa qadağa qoydu.
Yazı üzrə qiymətləndirmə
Şagirdlər “Atalar sözləri, məsəllər və aforizmlər” mövzusunda məruzə yazırlar.
Oxu və dil qaydaları üzrə qiymətləndirmə
(İş dəftərinin 42-43-cü səhifələrində də veril miş dir.)
Telefonla danışarkən çox zaman “alo”
kəlməsindən istifadə edirik. Niyə məhz
“alo”?
Telefonu kəşf etdikdən sonra Qraham
Bell ilk xətti Alessandra Lolita Osvaldo adlı
tanışının evi nə çəkmiş di. 
Ona görə də
hər
dəfə telefonun dəstəyini qaldıran 
da
"Alessandra Lolita Osvaldo" deyirdi. Lakin
za man keçdik cə tanışının adı nı qısal daraq
ona “Alo” deyə müraciət etmə yə başladı.
Sonradan bu kəlmə bütün dillərdə tele-
fonla danışıq etiketinə çevrildi. İndi hər kəs
telefonun dəstəyini qaldırarkən danışığına
məhz bu ...hecalı sözlə başlayır. 
Əslən şotland olan Aleksander Qraham
Bell 1847–1922-ci illərdə yaşamışdır. 29
yaşında ikən o, telefon icad etmişdir. Qra-
ham Bellin Ameri ka nın Boston şəhərində
elmi 
l...b...r...t...riyası
var idi. O burada
Tomas Vatson adlı köməkçisi ilə işləyirdi.
İlk telefon xətti də Vatsonla Bellin otaq ları
arasında çəkilmişdi. Telefonla deyilən ilk
cümlə də tarixin yad daşında qalmışdır. Bu
cümlə Qraham Bellə məxsus olmuşdur:
“Tomas, mənim otağıma gəlin, siz mənə
lazımsınız”.
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


70
1. Mətnlərin məzmunu arasında ziddiyyət təşkil edən cümlələrin altından xətt çək.
2. 1-ci mətndə nöqtələrin yerinə “a” və “o” saitlərinin uyğun gələn  ardıcıllığını seç.
A) a, o, a, o
B) o, a, o, a
C) a, a, a, o
3. Mətnlərə ad qoy.
1-ci mətn____________________________________________
2-ci mətn____________________________________________
4. Nöqtələrin yerinə uyğun sözü yaz.
A) iki                   
B) üç                    
C) bir
5. 2-ci mətndə mavi rənglə verilmiş sözü hansı sözlə əvəz etmək olar?
A) sən demə 
B) odur ki
C) nəhayət ki
6. Altından xətt çəkilmiş cümlədə hansı sözə sual vermək  olmur?
A) 29
B) ikən 
C) o
7. Hansı söz omonimdir?
A) xətt             
B) telefon                  C) dil
8. Mətndə hansı suala cavab var?
A) Telefon neçənci ildə kəşf olunub?
B) Bell neçənci ildə Amerikaya köçüb?
C) İlk mobil telefonu kim icad edib?
9. Hansı fikir mətnin məzmununa uyğun deyil?
A) Qraham Bell 75 il ömür sürüb.
B) Qraham Bell öz köməkçisi ilə bir otaqda işləyirdi.
C) Telefon Amerikada kəşf olunmuşdur.
10. 1-ci mətnin sonuncu cümləsindəki hansı söz müraciət bildirir?
A) Tomas
B) siz
C) gəlin
11. “Alo” nə bildirir?
A) müraciət
B) arzu
C) əmr
12. Bu zərflərdən  biri hərəkətin yerini  bildirir:
A) sonradan            
B) burada                  C) indi
2
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə