Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə26/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   22   23   24   25   26   27   28   29   ...   100

3. Dəvənin ölməsini ərəblər nə üçün faciə sayırdı?
A) nəqliyyat vasitələrini itirdikləri üçün
B) dəvəni çox sevdikləri üçün
C) dəvə onları məişət üçün lazım olan yararlı məhsullarla təmin etdiyi üçün 
4. Hansı cümlənin xəbərinə -lər
2
şəkilçisi əlavə edilməlidir?
A) Bir dəstə adam karvandan ayrılıb bizə sarı gəldi.
B) Ərəblər dəvəyə müqəddəs heyvan kimi yanaşır.
C) Mədinə əhalisi peyğəmbəri səbirsizliklə gözləyirdi.
Yazı
üzrə qiymətləndirmə (əməli yazı)
Mövzu: “Məktəbdə açılan hər hansı bir dərnəyə üzv olmaq üçün ərizə yaz”.
Dil qaydaları
üzrə qiymətləndirmə
1. Hansı cümlədəki zərf hərəkətin yerini bildirir?
A) Səhər tezdən xoruzlar ucadan banlayır.
B) Qışda gecələr uzanır, gündüzlər isə qısalır. 
C) İçəri gözəl bir qız daxil oldu.
2. “Acı”  sözü hansı sözə aid ola bilməz?
A) həqiqət
B) iş
C) dil
3. Hansı cümlədəki zərf hərəkətin zamanını bildirir?
A) Günel soyuqdan tir-tir əsirdi.
B) Bu gün sinfimizlə ekskursiyaya gedəcəyik.
C) Fikrətin səsi aşağıdan eşidildi.
4. Hansı cümlədə zərf işlənib?
A) Göy üzündə süzən qartal aşağı şığıdı.
B) Kakao toxumlarından müxtəlif dərman hazırlayırlar.
C) Kəklik bitki və həşəratlarla qidalanır.
5. Hansı fikir yanlışdır?
A) Zərf hərəkətin əlamətini bildirir.
B) Zərf hərəkəti müxtəlif cəhətlərdən izah edir.
C) Zərf həm hərəkətin, həm də əşyanın miqdarını bildirir.
Dərs 20. QƏDİM YUNAN SÖZLƏRİ (4 saat)
Məzmun standartları
Təlim məqsədləri
1.1.1. Dinlədiyi eyni məsələlər barədə
müxtəlif fikirləri ümumiləşdirməklə yekun
rəy bildirir. 
Dinlədiyi elmi məlumatları ümumiləş -
dirərək qrafik informasiya şəklinə salır.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Debat zamanı oxuduqlarından və eşidib-
gördüklərindən misallar gətirməklə
fikirlərini əsaslandırır.
2.1.4. Çoxmənalı sözləri omonimlərdən
fərqləndirir və nitqində istifadə edir.  
Çoxmənalı sözləri omonimlərdən
fərqləndirir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Mətndəki müəyyən epizodları
genişləndirməklə nəql edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Oxuduğu mətnin ideyasını mövzu kimi
seçərək inşa yazır.
63
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


64
Motivasiya 
Müəllim sxemlə bağlı şagirdlərin fikirlərini dinləyir. Fikirlər ümumiləşdirilir və şagirdlər
aşağıdakı nəticəyə gəlirlər:
– Dilimizdə işlənən sözlərin bəziləri  başqa dillərdən keçib.  
Oxu
(“Ziqzaq”)  
Mətn 5 hissəyə bölünərək  “Ziqzaq” üsulu ilə oxunur. 
I ekspert qrupu  Olimpiya oyunları, II ekspert qrupu marafon qaçışı, III ekspert qrupu
“atletika”, IV ekspert qrupu “akademiya”, V ekspert qrupu “Evrika!” sözləri haqqında yazılmış
hissələri oxuyur və şagirdlər əsas qruplarına qayıdaraq oxuduqları mətnləri bir-birinə nəql
edirlər. Sonda qrup nümayəndələri tərəfindən bütöv mətn nəql edilir. 
İş dəftərinin 37-ci səhifəsindəki tapşırıqlar yerinə yetirilə bilər.
Yazı
Elə bir hekayə qurmağa çalış ki, sonunda qəhrəmanı “evrika” deyə qışqırsın. 
Söz ehtiyatı
Dərsliyin 58-ci səhifəsində verilmiş 1-ci tapşırıq yerinə yetirildikdən sonra omonim sözlər
haqqında “Yadda saxla!” rubrikasındakı məlumatlar mənimsədilir.
Omonimlərin çoxmənalı sözlərdən fərqini göstərmək üçün müəllim əlavə tapşırıqlar verir
(qruplarla iş şəklində də yerinə yetirmək olar):
1. “Qaz” sözünü müxtəlif mənalarda cümlələrdə işlədin. Bu sözün mənaları arasında bir
yaxınlıq varmı? 
2. İndi isə “baş” sözünü aşağıdakı mənalarda cümlələrdə işlədin: 
1) insanın bədən üzvü, 2) bir şeyin yuxarı tərəfi (kəndin başı), 3) rəhbər, birinci (baş həkim).
Bəs bu sözün mənaları arasında yaxınlıq varmı? Hansı mənanı “baş” sözünün ilkin, həqiqi
mənası kimi qəbul etmək olar? (“Göz”, “boğaz”, “ətək” sözlərini də misal gətirmək olar)
3. Gəlin “qol” sözünün mənalarına diqqət yetirək. Müəllim lövhədə yazır:
A) Futbolda qol vurmaq
B) İnsanın sağ qolu
C) Ərizəyə qol çəkmək
Ç) Çayın qolları
Sual: – “Qol” sözünün hansı mənaları omonimlik, hansıları çoxmənalılıq təşkil edir? 
Nəticə: “B”, “C” və “Ç” variantları çoxmənalılıq, “A” variantı isə digər variantlarla omonimlik
təşkil edir.
2-ci tapşırıq kollektiv şəkildə yerinə yetirilir. Tapşırıqda verilən sözlər müxtəlif mənalarda
cümlələrdə işlədilir. Deyilən cümlələr arasında ən yaxşıları   dəftərə də yazıla bilər.
İş dəftərinin 38-ci səhifəsindəki tapşırıqlardan istifadə oluna bilər.
Dinləmə
QƏDİM YUNAN ALİMLƏRİ
Təbiətdə və cəmiyyətdə baş verən hadisələr hələ qədim zamanlardan insanlarda böyük
maraq oyadıb. Onlar çalışırdılar ki, ətraf aləmi  daha yaxından öyrənsinlər, Kainatın qanuna uy -
ğunluqlarını üzə çıxarsınlar. 
Elmin bir çox sahələri Qədim Misirdə, Babildə yaranmışdır. Təxminən 2500-2600 il əvvəl isə
Qədim Yunanıstan elmin mərkəzinə çevrildi; məsələn, Pifaqor adlı bir yunan alimi 2500 il əvvəl
riyaziyyat sahəsinə dair dəyərli fikirlər ortaya qoymuşdur. Gənc yaşlarında o, Misiri, Babili, İranı
gəzərək o dövrün ən böyük alimlərindən dərs almışdı. Pifaqorun çoxlu şagirdi olmuşdur. Onlar
yunan
ritm
latın
monumental
tablo
fransız
təzad
ərəb
rus
Samovar
italyan
miniatür
2
Çap üçün deyil


hətta “Pifaqorçular ittifaqı” adlı birlik yaratmışdılar. 
“Evrika” sözü ilə məşhur olan Arximed isə 2250 il əvvəl riyazi fikirləri mühəndislik sahəsinə
tətbiq edərək böyük uğurlar əldə etmişdi. Onun kəşflərindən gəmiçilikdə, hərbi sənayedə istifadə
olunurdu. 
2550 il əvvəl Yunanıstanın Halikarnas şəhərində Herodot adlı bir gənc yaşayırdı. Hökmdarla
yola getməyən Herodot doğma şəhərini tərk edib səyahətə çıxdı. O, bir çox ölkələri gəzdi və
gördüklərini, eşitdiklərini “Tarix” adlı əsərində qeyd etdi. İndi Herodota “Tarixin atası” deyirlər
və qədim dövrdən yazan müasir tarixçilər tez-tez onun “Tarix” kitabına istinad edirlər.
Qədim Yunanıstanda tibb elmi də inkişaf etmişdi. Bu sahədə ən böyük alim Hippokrat idi. O,
təxminən 2400 il əvvəl yaşamışdır. Hippokratın dünya tibb elmində rolu əvəzsizdir. Elə buna
görədir ki, bu gün də həkim adına layiq görülmüş hər bir adam Hippokrat andı içir. 
Hippokratla təxminən eyni dövrdə yaşamış qədim yunan filosofu Platon həm də indiki
qaydasız döyüşlərə bənzəyən pankration döyüş növü üzrə iki dəfə Olimpiya çempionu
olmuşdur. Onun şagirdi Aristotel isə Makedoniyalı İsgəndərin müəllimi idi. Platon və Aristotel
Şərqdə Əflatun və Ərəstun adı ilə məşhur olmuşlar. Onlar insan həyatı və davranışı, təbiətin
qanunauyğunluqları haqqında dəyərli fikirlər söyləmişlər. Aristotel Platonun şagirdi olsa da,
onun bir çox fikirləri ilə razı deyildi. O belə deyirdi: “Platon mənim üçün əzizdir, lakin həqiqət
ondan da əzizdir”. 
Dinləmə mətni bitdikdən sonra sual müsabiqəsi keçirmək olar.
Daha sonra müəllim lövhədə belə bir cədvəl çəkir:
Şagirdlərlə birlikdə cədvəl doldurulur. “Vacib qeyd” sütununda şagirdlər müvafiq alimlə bağlı ən
yaddaqalan məlumatı yazırlar; məsələn: Platon pankration üzrə Olimpiya çempionu olmuşdur.
Danışma
(debat)
Aristotelin Platon haqqında fikrinə münasibətinizi bildirin.
1-ci qrup: – Müəllimin fikrini heç vaxt şübhə altına almaq olmaz.
2-ci qrup: – İstənilən fikrə tənqidi yanaşmaq lazımdır.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma əsasında təlim məqsədinin nə dərəcədə
reallaşdığı qiymətləndirilir.
Dərs 21. NİYƏ “SİZ” DEYİRİK (2 saat)
Alim
Yaşadığı dövr
Elm sahəsi
Vacib qeyd
Pifaqor
Arximed
Herodot
Hippokrat
Platon
Aristotel
Məzmun standartları
Təlim məqsədləri
2.1.4. Çoxmənalı sözləri omonimlərdən
fərqləndirir və nitqində istifadə edir.  
Omonim sözləri müxtəlif mənalarda
işlətməklə cümlələr qurur.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər
haqqında kiçik təqdimatlar edir.
Oxuduğu elmi-kütləvi mətndən çıxan
nəticəni təcrübədə tətbiq edir.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq mü əy     -
 yən edilən əməli yazılar (məktub, açıqca,
elan, ərizə, dəvətnamə, məlumat) yazır. 
Verilmiş situasiyaya uyğun ərizə,
dəvətnamə, məktub, məlumat xarakterli
izahat yazır.
4.1.2. Sözlərin böyük hərflə  yazılışına dair
qaydalardan məqamına uyğun  istifa də edir.
“Siz” sözünün böyük hərflə yazılışına dair
qaydanı yazılı nitqində tətbiq edir.
65
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə