Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə27/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   23   24   25   26   27   28   29   30   ...   100

66
Motivasiya
Müəllim uşaqlara aşağıdakı şeirləri oxuyur:
Suallar: – Şeirlərdə hansı şəxs əvəzlikləri işlənmişdir? “Sən” və “siz” əvəzlikləri hansı şəxsə
aiddir: 1-ci, 2-ci, yoxsa 3-cü? Biz nə zaman “sən”, nə zaman “siz” deyirik? Bəs mənə müraciət
edərkən niyə “siz” deyirsiniz, axı mən təkəm?!
Şagirdlər öz fikirlərini söyləyirlər.  
Oxu
Dərsliyin  59-cu səhifəsindəki “Niyə “Siz” deyirik” mətni oxunur. 
Şagirdlər həmin səhifədəki 1-2-ci  tapşırıqları yerinə yetirirlər. Eləcə də iş dəftərinin 39-cu
səhifəsindəki 1-2-ci tapşırıqlardan istifadə oluna bilər.
Yazı 
(qruplarla iş)
Şagirdlər dörd qrupa bölünürlər.
1-ci qrupa tapşırıq:
– Sizdən biriniz uşaqlar arasında keçirilən beynəlxalq idman yarışları ilə əlaqədar bir neçə
günlüyə Azərbaycanın başqa şəhərinə getməlidir. Bununla bağlı məktəb direktoruna ərizə yazıb
icazə istəməlisiniz. Bu mövzuda ərizə yazın.
Müəllimin nəzərinə: Ərizə yazısının quruluşu şagirdlərə təqdim olunur.
1. Vərəqin yuxarı sağ tərəfində kimə müraciət olunduğu bildirilməlidir. Həmin şəxsin adı,
soyadı, vəzifəsi göstərilməlidir.
2. Vərəqin orta hissəsində “ərizə” sözü yazılmalıdır.
3. Müraciət bildirən söz yazılmalıdır; məsələn: “Hörmətli Rəşid müəllim” və ya “Hörmətli
cənab direktor”.
2-ci qrupa tapşırıq:
– Oxuduğunuz əsərlərdən birinin müəllifinə məktub yazın. Məktubda əsərlə bağlı fikirlərinizi
bildirin. Xoşunuza gələn və gəlməyən məqamları qeyd edin. “Mən sizin yerinizə olsaydım, filan
epizodu belə yazardım” və ya “...əsəri belə bitirərdim” kimi fikirlərinizi şərh etməkdən
çəkinməyin.
3-cü qrupa tapşırıq:
– Siz müəyyən bir əsər əsasında ssenari yazmış və onu səhnələşdirmisiniz. Bir neçə gündən
sonra bu səhnəni məktəb kollektivi qarşısında nümayiş etdirəcəksiniz. Tamaşaya əsərin
müəllifini də dəvət etmək istəyirsiniz. Bununla bağlı müəllifə dəvətnamə yazın.
4-cü qrupa tapşırıq:
– Məktəb yaxınlığında oynayarkən topla vurub məktəbin pəncərə şüşələrindən birini
qırmısınız. Bununla bağlı məktəb direktoruna izahat yazın.
Müəllim bildirir ki, izahat sənədinin quruluşu ərizədə olduğu kimidir, lakin burada xahiş deyil,
məlumat bildirilir. Yazının sonunu üzrxahlıqla bitirmək tövsiyə olunur.
Müəllim bildirir ki, şagirdlər öz yazılarında “Siz” sözünün düzgün yazılışına diqqət
yetirməlidirlər.
QiymətləndirməMüşahidə, yazı işləri, qrupların təqdimatı əsasında təlim məqsədinin nə
dərəcədə reallaşdığı qiymətləndirilir.
Yaz olanda yağar yağış,
Otlar uzanar bir qarış.
Qaranquş eylər sifariş:
– Mən sizə qonaq gələcəm,
– Olsun ki, sabah gələcəm.
A.Səhhət
Bu gözəl torpaq sənin,
Bu bağça, bu bağ sənin.
Torpaq sənə vətən, ev,
Bu torpağı tanı, sev.
T.Mahmud
Ата üzük, anа qaşdı,
О, övladcün dost-sirdaşdı,
Baxmayın ki, neçə yaşdı,
Siz qoruyun ananızı.
2
Çap üçün deyil


Dərs 22. ÖZ ARŞININLA ÖLÇMƏ (2 saat)
Motivasiya 
Müəllim: – Yəqin ki, “Arşın mal alan” filminə baxmısınız. Bu filmin adındakı “arşın” sözü nə
bildirir?
Şagirdlər fikirlərini bildirdikdən sonra “Filmin baş qəhrəmanı Əsgər arşınla nə ölçürdü? Sizcə,
arşının uzunluğu təxminən nə qədərdir?” sualları verilir.
Oxu  
Dərsliyin 60-cı səhifəsindəki mətn abzaslarla oxunur. Hər abzasdan sonra məlumatların
daha dərindən mənimsədilməsi məqsədilə suallar verilir.
Dərsliyin 61-ci səhifəsindəki 1-5-ci tapşırıqlar yerinə yetirilir. Eləcə də iş dəftərinin 40-cı
səhifəsindəki 1-2-ci tapşırıqlardan da istifadə oluna bilər.
Danışma
– Elə bir mətn qurun ki, orada “Öz arşınınla ölçmə” məsəli istifadə olunsun.
Dinləmə
Suallar: – İnsan bədəninin daha hansı hissələrindən uzunluq ölçmək üçün istifadə edilir?
– Həmin ölçü vahidləri necə adlanır və onlardan hansı hallarda istifadə oluna bilər?
Şagirdlərin cavabları müzakirə olunduqdan sonra dinləmə mətni oxunur. 
QƏDİM ÖLÇÜ VAHİDLƏRİ
Ölçü vasitələri insanların həyatında mühüm əhəmiyyət kəsb edir. Metrik ölçü vahidləri kəşf
olunmazdan əvvəl qədimdə insanlar müxtəlif uzunluq ölçü vasitələrindən istifadə ediblər.
Nisbətən kiçik ölçü vahidlərindən biri qarış idi. İndinin özündə də çox dəqiqlik tələb olunmayan
yerlərdə qarışdan istifadə edilir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan
çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir. Bu da təqribən 20 sm-ə bərabərdir. 
Xalq arasında geniş yayılmış digər ölçü vahidi addım adlanır. Bu vahid normal yerişlə gedən
adamın bir addımının uzunluğunu bildirir. Bu isə təxminən 60 sm-ə bərabərdir. 
Yəqin ki, ağac sözünün mənasını bilirsiniz. Bu söz qədimdə yalnız bitki mənasında deyil,
həm də uzunluq ölçü vahidi mənasında işlənib. Nağıllarda bu sözə tez-tez rast gəlmək olar
(“Şəhərin iki ağaclığında çadır qurdu”). Bir ağac dedikdə 12000 addım nəzərdə tutulurdu ki, bu
da təxminən 7 kilometrə  bərabər idi.
Qədim dövrdə qulac (“qol” və “aç” sözlərindən əmələ gəlmişdir) deyilən ölçü vahidindən də
istifadə olunub. Bu sözə bədii ədəbiyyatda, xüsusilə poeziyada tez-tez rast gəlinir (Qulac
qollarımı gərrəm, Meydanda hünər göstərrəm). Əsasən, uzunsaçlı qadından danışanda “bir
Məzmun standartları
Təlim məqsədləri
1.1.1. Dinlədiyi eyni məsələlər barədə
müxtəlif fikirləri ümumiləşdirməklə yekun
rəy bildirir.
Dinlədiyi mətndəki elmi məlumatları ümu -
miləşdirərək cədvəl şəklində təqdim edir.
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Oxuduğu və dinlədiyi eyni mövzuda elmi
məlumatları ümumiləşdirərək məruzə ilə
çıxış edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndə rast gəldiyi dərinmənalı fikirləri
mənimsədiyini nümayiş etdirir.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər
haqqında kiçik təqdimatlar edir.
Oxuduğu elmi-kütləvi mətndəki mübahisəli
fikrə münasibət bildirir və analoji problemlə
bağlı kiçik təqdimat edir.
67
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə