Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə25/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   21   22   23   24   25   26   27   28   ...   100

61
Dərsliyin 56-cı səhifəsindəki 7-ci tapşırıq yerinə yetirilir, şagirdlərin cavab variantları
müqayisə və müzakirə olunur.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 34-35-ci səhifələrindəki tapşırıqlardan istifadə etmək
olar.
Danışma
(debat) 
– Keçəl Həmzəni xain adlandırmaq olarmı? 
Şagirdlər iki qrupa bölünürlər: 1) Keçəl Həmzəni xain adlandıranlar, 2) Keçəl Həmzəni xain
saymayanlar. Debat keçirilir.
Müəllimin nəzərinə:
I qrupun arqumentləri: – Koroğlunun çörəyini yeyir, sonra da onun atını qaçırır.
– Koroğlu dəyirmançı bilib ona Qıratın yüyənini verir, o, yenə də xainlik edib atı qaçırır.
Keçəl Həmzə bildi ki, Koroğlunun dəliləri onun gəlişinə etiraz etdilər, Koroğlu isə onun
tərəfini saxladı, amma yenə də ona xainlik etdi.
II  qrupun arqumentləri:
– I hissədə öyrəndik ki, Keçəl Həmzə Hasan paşaya söz verir ki, Qıratı gətirəcək, o da
sözünə əməl edib.
– Keçəl Həmzə də ağ günə çıxmaq  istəyirdi.
– Keçəl Həmzə bütün olanları Koroğluya danışır, onun atı qaytaracağına inandığını bildirir,
belə olan halda Həmzəyə xain demək olmaz.
Dinləmə 
Müəllim: – Həmzə dəyirmanda Qıratı qaçırarkən Koroğluya nə söz verdi? Sizcə, o, sözünün
üstündə duracaqmı?
Şagirdlər Həmzənin xarakterindən çıxış edib fikirlərini əsaslandırırlar.
Müəllim daha bir sual verir:
– “İgid odur atdan düşə,  atlana,
İgid odur hər əzaba qatlana”.
Bu atalar sözünü necə başa düşürsünüz?
Bundan sonra müəllim belə bir izahat verir:
– Keçən dərslərdə oxuduğunuz “Çünki oldun dəyirmançı...” mətni “Koroğlu” dastanından
“Həmzənin Qıratı aparması” qolunun 1-ci hissəsidir. İndi mən sizə həmin qolun 2-ci hissəsini
qısaca danışacağam.
SÖZ DƏYİRMANDAKIDIR
Koroğlu Çənlibelə qayıdıb başına gələnləri yoldaşlarına danışdı. Xanımlar və dəlilər bu işdə
onu günahkar bildilər. Koroğlu öz təqsirini yaxşı başa düşürdü, ona görə heç nə deməyib Qıratın
dalınca səfərə hazırlaşmağa başladı. 
Bəli, Koroğlu aşıq paltarı geyindi, sazını götürüb Toqata yola düşdü. Şəhərə çatanda öyrəndi
ki, Qırat Hasan paşanın tövləsindədir. Amma yanına bir adam da qoymur. Daha Hasan paşanın
tövləsində mehtər qalmayıb, hamısını şil-küt eləyib. İndi arpa-samanını bacadan tökürlər. 
Koroğlu gəlib Hasan paşanın imarətinə çatdı. Baxdı ki, böyük bir məclis qurulub. Özünü aşıq
kimi qələmə verib içəri daxil oldu. Bir xeyli çalıb-oxudu. Məclisdə Qıratın dəliliyindən söhbət
düşəndə dedi ki, mən onun əlacını bilirəm. İzin versəniz, sazımla-sözümlə onu sakitləşdirərəm.
Hasan paşa bunu eşidib sevindi. Əmr elədi, Koroğlunu tövləyə apardılar. O da sazını götürüb
çalıb-oxumağa başladı. Qırat Koroğlunun səsini eşidib sakitləşdi. Qoç Koroğlu Qıratı havaya
çıxarmaq bəhanəsi ilə onu yəhərlədi, yüyənindən tutub tövlədən bayıra çıxardı. 
Hadisədən xəbər tutan Həmzə məsələni başa düşdü. Bildi ki, aşıq-zad sözdür, gələn Koroğlu
özüdür. Tez özünü verdi tövlənin qabağına. Baxdı ki, bəli, qoç Koroğlu Qırat da yedəyində
tövlədən çıxır. Tez yüyürüb üzəngini basdı və dedi:
– Koroğlu, söz dəyirmandakıdır.
Bu vaxt Hasan paşa aşığın Koroğlu olduğunu bilib əmr elədi ki, onu tutsunlar. Qoşun
hərəkətə gəldi. Bir tərəfdən Qırat, bir tərəfdən də Koroğlu özü Hasan paşanın qoşununda
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


qoşunluq qoymadı. Qırıb tökdü. Sonra üz tutdu Çənlibelə. Başına gələnləri dəlilərə danışdı.
Dəlilər onu incitdiklərinə peşman oldular. Başlarını aşağı saldılar.
Koroğlu dedi:
– Utanmayın! Siz haqlı idiniz. Mən gərək etibar eləyib açarları ona verməyəydim. Ancaq bir
işdi oldu. Amma siz də yadınızdan çıxarmayın ki, mən Koroğluyam.
Sual: – Mətni dinlədikdən sonra Koroğlu və Həmzə xarakterləri haqqında əlavə nə deyə
bilərsiniz?
Qruplarla iş (sual müsabiqəsi). Şagirdlər 4 qrupa bölünürlər. Hər bir qrup dinləmə mətni ilə
bağlı suallar hazırlayır. Sonra qruplar bir-bir suallarını səsləndirir. Ən çox sual və ən çox düzgün
cavab verən qrup qalib elan olunur.
Müəllim izahat verir:
– “Çünki oldun dəyirmançı...” kimi, “Söz dəyirmandakıdır” ifadəsi də dilimizdə məsəl kimi
işlənir. Sizcə, bu məsəli hansı hallarda işlədirlər?
Müəllimin nəzərinə: Nə vaxtsa danışılmış şərtə və ya deyilmiş sözə eyham vurmaq məqsədilə
bu məsəli işlədirlər.
Yazı
Şagirdlər “Çünki oldun dəyirmançı...” və “Söz dəyirmandakıdır” mətnləri əsasında “Həmzənin
Qıratı aparması” qolunun qısa məzmununu yazırlar.
Dil qaydaları
Dərsliyin 56-cı səhifəsindəki 8-ci tapşırıq yerinə yetirilir: gecə (nə zaman?), xəlvətcə
(necə?), asta (nə cür?), tez (necə?).
Motivasiya məqsədilə verilmiş bu tapşırıqda zərflərin hərəkəti hansı cəhətlərdən izah et-
diyi müəyyənləşdirilir. Sonra isə 56-cı səhifədə verilmiş qayda mənimsədilir. 
9-cu və 10-cu tapşırıqlar yerinə yetirilir. 9-cu tapşırıqda 1-ci cümlədə “yaxşı” sözü sifət
(yaxşı iş), digərində zərfdir (yaxşı bilir). 2-ci cümlədə “az” sözü say (az adam), digərində isə
zərfdir (az danışmaq)
İş dəftərində qalan tapşırıqlar yerinə yetirilə bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, qrupların təqdimatları, danışma, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 36-cı səhifəsində də verilmişdir.) 
DƏVƏSİ ÖLMÜŞ ƏRƏB
Köçəri ərəblərin bütün həyatı dəvə ilə bağlıdır. Ərəbistan səhralarında dəvə uzun əsrlər
boyu yeganə nəqliyyat vasitəsi olub. Onun əti, südü, dərisi məişət üçün ən yararlı məh -
sullardır. Bu səbəbdən dəvənin ölməsi ərəblər üçün böyük faciədir.
1. “Dəvəsi ölmüş ərəb” məsəli kimə aid edilir?
A) Bədbəxt, zavallı adama
B) Sözünün üstündə durmayan adama
C) Lovğa, özündənrazı adama
2. Cümlələr hansı sözlərə aiddir?
nəqliyyat     köçəri    məişət
1. Səslərin sayı hərflərin sayından çoxdur.
2. Yazılışı ilə tələffüzü eynidir.
3. Hərflərin sayı səslərin sayından çoxdur.
62
2
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə