Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə23/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   19   20   21   22   23   24   25   26   ...   100

Dərs 18. İTƏ ATARAM, YADA SATMARAM! (4 saat) 
Motivasiya  
Müəllim  dərsin mövzusunu lövhədə yazır:
“İTƏ ATARAM, YADA SATMARAM!”
Suallar– Bu ifadə hansı hallarda işlədilir? Hansı əşya haqqında bu ifadəni işlətmək olar?
Sizdə və ya evinizdə elə bir əşya varmı ki, onun haqqında bu ifadəni işlədəsiniz? 
Müəllim sinfə gətirdiyi qədim əşyanı göstərir və onun ailəsi üçün bu əşyanın çox əziz
olduğunu bildirir.
Oxu
Şagirdlərə təklif olunur ki, dərsliyin 48-ci səhifəsində mətnə çəkilmiş illüstrasiyaya diqqətlə
baxsınlar və mətndə baş verən hadisələri təxmin etsinlər. Müəllim şəkillə bağlı suallar da verə bilər:
– Hadisə harada baş verir? Xalçaya baxan gödəktuman kişi kimdir? Onun yanında dayanan
yaşıl əbalı kişi kimdir? Mərkəzdə dayanmış qadının jest və mimikasına görə nə baş verdiyini
deyə bilərsinizmi?
Bundan sonra mətnin 1-ci abzası oxunur və buradakı sağmal, boğça, heybə, bəkməz,
boğazından kəsib yığdığı, həftəbazarı söz və ifadələri müzakirə olu nur. Bu hissəni oxuduqdan
sonra müəllim “Yusif və Züleyxa” əfsanəsi haqqında şagirdlərə qısa məlumat verir: 
Gözəllikdə tayı-bərabəri olmayan Yusif Yaqub peyğəmbərin sevimli oğlu olmuşdur. Yusifə
paxıllıq edən qardaşları onu aldadaraq quyuya salmışdılar. Yolla keçən tacirlər onu quyudan
çıxarıb Misirə aparırlar və orada qul kimi hökmdarın vəzirinə satırlar. Sonradan Misirdə yüksək
mənsəb sahibi olan Yusif burada Züleyxa adında qadına aşiq olur və onunla evlənir.
Mətnin qalan hissəsi bir neçə şagird tərəfindən səhnələşdirilir. 
Sonda müəllim aşağıdakı sualları verir: 
–  Görəsən, xalçanı yerli sakinlərdən istəyən olsaydı, Sona satardımı? “Yusif–Züleyxa”
xalçasının gözəlliyini ifadə edən cümlələri oxuyun.
Dərsliyin 50-ci səhifəsindəki 1-4-cü  tapşırıqlar yerinə yetirilir. Eləcə də iş dəftərinin 32-ci
səhifəsindəki 1-2-ci tapşırıqlardan istifadə etmək olar.
Danışma
(qruplarla iş)
Dərsliyin 50-ci səhifəsindəki 5-ci tapşırıq yerinə yetirilir. 
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu hadi -
sələr haqqında kiçik təqdimatlar edir. 
Kompozisiyalı şəkil əsasında mətn qurub
danışır.
1.2.5.  Nitqini canlı və obrazlı etmək məqsədi
ilə məzmuna müvafiq jest və mimikalardan
istifadə edir. 
Mətndəki obrazların nitqini səsləndirərkən
onların xarakterinə uyğun jest və
mimikalardan istifadə edir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri təqdim
edir.
Mətndə rast gəldiyi yeni söz və terminləri
kontekstə əsasən izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli
o xu yur.
Mətndəki hadisələrin səbəb-nəticə
əlaqəsini müəyyən edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Əsərin baş qəhrəmanının xarakterini təhlil
edir.
2.2.5. Mətnin məzmununu genişlən dirilmiş
formada yaradıcı nəql edir.
Süjet xəttinə əlavələr etməklə mətni yara -
dıcı şəkildə nəql edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və tə -
ləf füz qaydalarını müəyyənləşdirmək üçün
lüğət, sorğu kitabları və kataloqlardan istifadə
edir.
Dinlədiyi mətndəki yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün müvafiq lüğətlərdən istifadə edir.
57
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


Dil qaydaları
Mətndə bir çox mürəkkəb sözlər verilmişdir: alaqaranlıq, əyri-üyrü, qoyun-quzu, başıaşağı,
enlikürək, qarasaqqal, asta-asta, gödəktuman, uzunətək. Müəllim bu mürəkkəb sözlərlə bağlı
sual və tapşırıqlar verir: 
– Hansı mürəkkəb sözlər “sifət + isim” sxeminə uyğundur?
– Hansı mürəkkəb sözün tərkibindəki sözlərdən birinin mənası yoxdur? 
– Bəzi mürəkkəb sözlərin niyə defislə yazıldığını izah edin (yaxınmənalı sözlər birləşdikdə
və ya sözlər təkrar olunduqda).
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 19. ÇÜNKİ OLDUN DƏYİRMANÇI... (8 saat) 
Motivasiya
(söz assosiasiyası). Lövhədə sözlər yazılır:
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Oxuduğu və dinlədiyi mətnlərdəki
məlumatları müqayisə edir, ümumiləşdirərək
məruzə ilə çıxış edir.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Debat zamanı oxuduqlarından və eşidib-
gördüklərindən misallar gətirməklə fikirlərini
əsaslandırır.
1.2.3. Dialoji mətnlər qurur və təqdim edir. 
Oxuduğu və dinlədiyi mətni ümumiləş -
dirərək ssenari yazır və səhnələşdirir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri təqdim
edir.
Mətndə rast gəldiyi yeni söz və ifadələri kon -
tekstə əsasən izah edir.
2.2.1. Müvafiq  mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxuyur.
Qəhrəmanların nitqini onların xarakterinə
uyğun səsləndirməklə bədii əsəri ifadəli
oxuyur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.3. Verilmiş mətni genişləndirmək və da -
vam etdirmək məqsədi ilə yaradıcı plan tutur.
Mətndən çıxarılmış hissəni əlavə edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərin baş qəhrəmanına
münasibət bildirir.
Oxuduğu mətndəki obrazların hərəkətinə
münasibət bildirir.
3.1.3. Verilmiş mətnin (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Oxuduğu və dinlədiyi eyni mövzuda mətn ləri
ümumiləşdirib məzmununu yazır.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Oxuduqlarını və eşitdiklərini ümumiləş -
dirməklə təhlil xarakterli rəy-inşa yazır.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq müəy -
yən edilən əməli yazılar (məktub, açıqca,
elan, ərizə, dəvətnamə, məlumat) yazır.
Verilmiş situasiyaya uyğun ərizə yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onla -
rın əsas nitq hissələrindən fərqini izah edir. 
Sözün leksik və qrammatik mənalarını
fərqləndirir.
Misri qılınc
Qırat
Dürat
Çənlibel
Dəlilər
58
2
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə