Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə19/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   15   16   17   18   19   20   21   22   ...   100

48
Dinləmə
SÖZÜN YERİ
1. Niyə “qarı nənə”yə “qoca xala” demək olmaz?
2. “Məna haçadır” nə deməkdir?
3. “Söz səndən küsər” ifadəsi ilə şair nə demək istəyir? 
4. Şeirin sonuncu misralarını öz sözlərinlə ifadə et.
Dil qaydaları
Dərsliyin 39-cu səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir:  “yüz” – say, “ulduz” və “Gün” – ad,
“baş əymək”, “yansa” – hərəkət bildirən sözlərdir. 
“Dil qaydaları” rubrikasındakı nəzəri material oxunduqdan sonra müəllim əlavə suallarla
şagirdlərin biliyini möhkəmləndirə bilər. Möhkəmləndirmə “Topla oyun” şəklində keçirilsə, daha
maraqlı və yaddaqalan olar. Müəllim hər hansı söz deyir və topu şagirdlərdən birinə atır. Şagird
bu sözün hansı nitq hissəsinə aid olduğunu söyləyir və topu yenidən müəllimə qaytarır. Oyun
bu şəkildə davam edir.
3-cü tapşırığı cədvəl çəkilməklə yerinə yetirmək məqsədəuyğun ola bilər:
Tətbiqi çalışmalar üçün iş dəftərinin 25-ci səhifəsindəki tapşırıqlardan istifadə oluna bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir. 
Dərs 13. SÖZÜN QÜDRƏTİ (2 saat)
Motivasiya
– Kərim bu gün riyaziyyatdan “2” alıb. Evə gedərkən bütün yolu fikirləşib: “Atama “2” aldığımı
necə deyəcəyəm? Axı o demişdi ki, bir də aşağı qiymət alsam, məni cəzalandıracaq”. 
– Kərim atasına bu xəbəri necə çatdırmalıdır?
Uşaqlar kiçik mətn hazırlayıb öz cavab versiyalarını söyləyirlər. 
Oxu
(proqnozlaşdırma)
Dərsliyin 40-cı səhifəsindəki mətn “De görüm, it necədir?” cümləsinə qədər oxunur. Müəllim
“Sizcə, müdrik qoca padşaha necə cavab verə bilər ki, cəzalandırılmasın?” sualı ilə müraciət
edir (dərslik, səh. 41, tap. 1). Şagirdlər cavab variantlarını söyləyirlər. Mətnin davamı oxunur
və şagirdlərin fərziyyələri ilə müqayisə olunur. 
“Qarı nənə”yə
“Qoca xala”
Demə, bala.
Qarı qarıdır,
Qoca qocadır.
Sözlər qohumdur – 
Məna haçadır.
Sözü yerində
Desən, bal dadır.
Yersiz deyilsə,
Söz səndən küsər.
Məna axsayar,
Yarımçıq olar.
Söz tikan olar,
Söz qılçıq olar.
Fikrət Sadıq
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir. 
Dinlədiyi mətni məntiqi sonluqla bitirir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Mətndə rast gəldiyi yeni söz və terminləri
kontekstə əsasən izah edir.
2.2.5. Mətnin məzmununu genişləndiril miş
formada yaradıcı nəql edir.
Oxuduğu mətni öz təxəyyülünə uyğun
davam etdirir.
3.1.2. İxtisar və əlavələr etməklə mətni
üzündən köçürür. 
Məzmuna xələl gətirmədən ixtisar etməklə
mətni köçürür.
Mətnə əlavələr etməklə üzündən köçürür.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onla rın
əsas nitq hissələrindən fərqini izah edir. 
Sözün leksik və qrammatik mənalarını
fərqləndirir.
2
Çap üçün deyil


49
Müəllimin nəzərinə: Təcrübə göstərir ki, müəllim şagirdlərə mətnin bir hissəsini oxutdurub
hadisələrin davamını təxmin etməyi tapşıranda bəzi şagirdlər öz təxəyyülünə uyğun variant
düşünmək əvəzinə tez-tələsik dərslikdən mətnin davamını oxuyub cavab verməyə çalışırlar.
Bunun qarşısını, qismən də olsa, almaq üçün bəzən mətnin həmin hissəsi (davamı) tərsinə
çevrilmiş şəkildə, yəni baş-ayaq verilir. Beynəlxalq təcrübədə geniş yayıl mış bu priyomdan
dərsliyin 41-ci, 77-cı, 139-cu və 166-cı səhifələrində istifadə olun muş dur. 
2-ci tapşırıq:
özündən küs – təqsiri özündə gör; pişvazına çıxır – gələn adamın qarşısına çıxır
Yazı
Şagirdlərə aşağıdakı iş vərəqi paylanır. 
VƏTƏN SEVGİSİ
Bir tayfa başçısının boya-başa çatmamış yeddi oğlu var idi. Kişi çox qocalmışdı, əli
silah tutmurdu. Bundan istifadə edən yağılar fürsəti bada vermir, tez-tez basqın edib eli
talayırdılar. 
Günlərin bir günü yenə düşmənlər elə basqın etdilər. Yeddi qardaş qoşun yığıb onların
qabağına çıxdı. Amma qardaşlar çox cavan, yağılar isə neçə ilin döyüşçüləri idilər.
Qardaşların anası onlardan nigaran idi. Q
ardaşlar gördülər ki, düşmən qarşısında duruş
gətirə bilməyəcəklər, yağılar yenə eli çapıb-tal
ayacaqlar, üzlərini göyə tutub Allaha
yalvardılar: ........................................................................................................ .
Allah onların bu dualarını eşitdi və yerinə yetirdi. Yağılar keçməyə yol tapmadılar və
qayıdıb getdilər. Bir daha da o elə gəlmədilər.
Aşağıdakı tapşırıqları yerinə yetirməklə mətni köçürün. 
1. Mətndən elə bir cümləni ixtisar edin ki, mətnin məzmununa xələl gəlməsin.
2. Nöqtələrin yerinə qardaşların Allahdan diləyini öz təxəyyülünüzə uyğun yazın. 
Müəllimin nəzərinə: Əfsanəyə görə, qardaşlar Allaha yalvarırlar ki, onları keçilməz dağa dön dər -
sin, düşmənin qarşısını kəsə bilsinlər. Lakin şagirdlərin başqa variantları da ola bilər.
Dinləmə
DƏRVİŞ VƏ YOLÇU
Qədimdə qəbul olunmuş qaydalara görə, dərviş heç vaxt yalan danışmamalı və
xəbərçilik etməməliydi.
Günlərin bir günü bir dərviş çöl-biyabanda bir daş üstündə oturub dincini alırdı. Bu
zaman bir adam onun yanından keçir, ayaq saxlayıb deyir:
– Ağa dərviş, mən şahın qəzəbinə gəlmişəm. Onun adamları məni axtarır. Sən Allah,
hara getdiyimi soruşsalar, onlara heç nə demə. 
Yolçu bu sözləri deyib yoluna davam edir.
Bir azdan şahın adamları həmin yerə gəlib çıxırlar. Onlar dərvişi görüb soruşurlar:
Ey dərviş, buradan filan adam keçməyib?..
Müəllim mətni bu yerdə saxlayır və sual verir:
– Sizcə, dərviş bu vəziyyətdə nə etməliydi ki, nə xəbərçilik olsun, nə yalançılıq?
Müəllimin nəzərinə: Rəvayətə görə, cavab belədir: yolçu getdikdən sonra dərviş yerini dəyişib
başqa daşın üstündə oturmalı, şahın adamları gəldikdə onlara belə cavab verməli idi:
– Mən bu daşın üstündə oturandan bəri buradan heç kim keçməyib.
Dil qaydaları 
Dərsliyin 41-ci səhifəsindəki 3-5-ci tapşırıqlar yerinə yetirilir. 
3-cü tapşırıq. 1. sevimli it; 2. ağıllı məsləhət; 3. uzaq səfər
4-cü tapşırıq. “Saray” sözü isim, “razılaşmaq” – feil, “rəngarəng” – sifət, “otuz” – say,
“onlar” –  əvəzlikdir. 
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə