Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə17/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

43
Oxu və dil qaydaları
üzrə qiymətləndirmə (İş dəftərinin 22-23-cü səhifələrində də veril -
mişdir.)
EY MIXI MİSMAR ELƏYƏN...
Bir padşah başqa ölkəyə hərbi yürüşə hazırlaşırmış. O, qoşundakı bütün atları nallat-
maq qərarına gəlir. Lakin məlum olur ki, padşahın 
ambarrarında
bir dənə də mıx yoxdur.
Padşah şəhərdəki yeganə qoca dəmirçini yanına çağıraraq əmr edir ki, səhərə qədər on
min mıx hazırlasın. Dəmirçi nə qədər yalvarır, and-aman edir ki, bir gecəyə bu qədər mıxı
hazırlamaq olmaz, padşah 
inadınnan
dönmür, onun üstünə qışqırıb deyir:
–  
sabaha 
on min mıxı hazırlamasan, dar ağacından asılacaqsan.
Kor-peşman evə gələn dəmirçi səhərə qədər oturub Allaha yalvarır, ondan kömək
diləyir. Səhərə yaxın dəmirçinin qapısı döy...ür. Şah xidmətçisi xəbər verir ki, gecə ikən
padşah ölüb, tabutu 
mismarramaq
üçün dörd
mismar lazımdır. Bunu
eşidən dəmirçi əllərini göyə qaldırıb deyir: 
– Ey mıxı mismar eləyən Allah, kərəminə şükür!
1. Niyə padşah məhz qoca dəmirçini çağırdı?
A) Çünki o, təcrübəli usta idi.
B) Çünki şəhərdə ondan başqa dəmirçi yox idi.
C) Çünki padşahın ondan xoşu gəlmirdi.
2. Mətndə hansı suala cavab yoxdur?
A) Padşahı kim öldürdü?
B) On min mıx padşahın nəyinə lazım idi?
C) Padşahın xidmətçisi dəmirçidən nə istədi?
3. Mətnin məzmununa hansı atalar sözü uyğun gəlir?
A) Adamın başına nə gəlsə, dilindəndir.
B) Cəhənnəmə gedən özünə yoldaş axtarar.
C) Sən saydığını say, gör fələk nə sayır.
4. Əgər bir nala 5 mismar lazım olursa, padşahın qoşunun da neçə at var idi?
A) 250
B) 500
C) 1000
5. Altından xətt çəkilmiş sözdə nöqtələrin yerinə hansı şəkilçi uyğun gəlir?
A) -ün B) 
-üş 
C) -ül
6. Hansı sıradakı sözlərin hamısı ahəng qanununa tabe olur?
A) dəmirçi, yeganə, fəhlə
B) mismar, kor-peşman, yürüş
C) xidmətçi, şəhərdəki, padşah
7. Mətndəki mavi boşluğun yerinə hansı söz uyğun gəlir?
A) tikə B) 
dənə 
C) dəst
8. Nömrələnmiş boşluqların yerinə hansı sözlər uyğun gəlir?
A) 1 – lakin,  2 – üçün
B) 1 – məgər, 2 – yaxın
C) 1 – əgər,  2 – kimi
9. Çəhrayı rənglə verilmiş sözlərdən hansında həm sözün kökü, həm də şəkilçi səhv yazılıb?
A) ambarrarında
B) inadınnan
C) mismarramaq
10. Mıx – mismar, göy – səma, qoca – ...
Nöqtələrin yerinə hansı söz uyğun gəlir?
A) cavan B) 
müdrik
C) ahıl
2
1
AİLƏ VƏ MƏKTƏB
Çap üçün deyil


2
Dərs

Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
İş
dəftəri
səh.
MMV
səh.
11
Natiqlik məharəti
haqqında
1.1.2, 1.2.2, 2.1.2, 2.2.1,  
2.2.4, 3.1.4, 4.1.3 
2
38
24
45
12
Az danışmağın
gözəlliyi
1.1.2, 1.2.2, 1.2.4, 2.2.4,
3.1.4, 4.1.5
2
39
25
46
13 Sözün qüdrəti
1.1.2, 2.1.2, 2.2.5,
3.1.2, 4.1.5
2
40-41
48
14 Hikmət xəzinəsi
1.2.2, 1.2.4, 3.1.1
4
42
26-27
50
15
Heydər Əliyevin
kəlamları
1.2.1, 2.2.1, 3.1.4,
4.1.5
4
43-44
28
52
16 Azərbaycan – Türkiyə
1.1.2, 2.1.2, 2.2.1,
4.1.5 
2
45
29
53
17
Bayrağım. 
Əsgər marşı
2.1.1, 2.2.1, 2.2.4
6
46-47
30-31
54
18
İtə ataram, yada sat-
maram!
1.2.1, 1.2.5, 2.1.2, 2.2.1,
2.2.4, 2.2.5, 4.1.3
4
48-50
32
57
19
Çünki oldun
dəyirmançı...
1.2.1, 1.2.2, 1.2.3, 2.1.2,
2.2.1, 2.2.3, 2.2.4, 3.1.3, 
3.1.4, 3.1.5, 4.1.5
8
51-56
33-36
58
20 Qədim yunan sözləri
1.1.1, 1.2.2, 2.1.4,
2.2.5, 3.1.4  
4
57-58
37-38
63
21 Niyə “Siz” deyirik?
2.1.4, 2.2.2, 3.1.5,
4.1.2 
2
59
39
65
22 Öz arşınınla ölçmə
1.1.1, 1.2.1, 2.2.1,
2.2.2
2
60-61
40
67
23 Ümumiləşdirci təkrar
2
62
68
24
Kiçik summativ
qiymətləndirmə
2
41-43
68
Yekun
46
saat
2-ci bölmə
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


Dərs 11. NATİQLİK MƏHARƏTİ HAQQINDA (2 saat)
Motivasiya 
Müəllim uşaqlara III sinifdə keçdikləri “Yaşıl karandaş” hekayəsini xatırladır və soruşur: 
– Nə üçün Lətifə Aygüldən incidi və karandaşı ondan götürmədi?
Uşaqlar öz fikirlərini söyləyirlər. 
Müəllim: – Lətifənin karandaşı götürməsi üçün Aygül nə etməli idi?
Müəllim uşaqların “mülayim, incə danışmalı”, “karandaşı nəzakətlə rəfiqəsinə verməli
ifadələrini yazı taxtasına yazır. Hər kəsin  danışıq mədəniyyətinə  malik olmasının vacibliyi
haqqında kiçik müzakirə keçirilir. 
Oxu
Dərsliyin 38-ci səhifəsindəki mətn oxunur. 
Söz ehtiyatı
1-ci tapşırığın cavabı “B” variantıdır.
Müəllim yazı taxtasında Venn diaqramı çəkir və uşaqlara təklif edir ki, hər iki yuxuyozanın
fikirlərini diaqramda yerləşdirsinlər.
Birinci yuxuyozanın nitqi: kobud ifadə.
İkinci yuxuyozanın nitqi: incə ifadə.
Hər ikisinə aid olan: deyilən fikrin məzmunu.
Mətnlə bağlı iş dəftərinin 24-cü səhifəsindəki tapşırıqlardan istifadə oluna bilər.
Müəllim lövhədə atalar sözləri yaz(dır)ır və onların arasından əsərin ideyasına uyğun olanları
seçməyi tapşırır.
Dil qaydaları
Sual və tapşırıqlar: 1. “Dil” sözünü cümlələrdə müxtəlif mənalarda işlədin.
2. “Dinar” sözünün mənasını araşdırın (köhnəlmiş (arxaik) söz olduğu bildirilir).
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf et-
dirir. 
Dinlədiyi mətndə natamam qalmış məlumatı
öz versiyası ilə tamamlayır.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Başqalarının hərəkətlərini təhlil etməklə on-
lara öz münasibətini bildirir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Öyrəndiyi yeni terminlərin hansı sahəyə aid
olduğunu müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Oxuduğu mətndəki məlumatları mənimsəyir
və nəticə çıxarır.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Mətnin ideyasını atalar sözü ilə ifadə edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş situasiyaya uyğun kiçikhəcmli esse
yazır.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək üçün
lüğət, sorğu kitabları və kataloqlardan
istifadə edir.
Oxuduğu mətndəki yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək üçün
müvafiq lüğətlərdən istifadə edir.
–  “Ho-ha” var, dağa qaldırır, “ho-ha” var,
dağdan endirir  (“Ho-ha” sözünün
mənası açıqlanır).
– Sözün yalanı olmaz, yanlışı olar.
– Haqq söz acı olar.
– Sözü ağzında bişir, sonra çıxar.
– Kişi öz sözünün ağası olar.
Dil var bal gətirər, dil var bəla.
– Adamın başına nə gəlsə, dilindəndir.
45
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə