Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə20/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   16   17   18   19   20   21   22   23   ...   100

50
5-ci tapşırıq. Bu tapşırıq qruplarla iş şəklində də verilə bilər. Hər qrupa müəyyən bir nitq
hissəsinə aid sözləri seçmək, bir neçə söz əlavə edərək cümlələrdə işlətmək tapşırığı verilə bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 14. HİKMƏT XƏZİNƏSİ (4 saat) 
Motivasiya 
(söz assosiasiyası)
Müəllim yazı taxtasına “Hikmət xəzinəsi“ sözlərini yazır və şagirdlər xatırladıqları kəlamları,
atalar sözlərini, aforizmləri deyirlər. 
Müəllim: – Hikmətli sözlər (ifadələr, deyimlər) toplusu hikmət xəzinəsini təşkil edir. Sirlər
xəzinəsinin açarı sayılan hikmətli sözlər nəsildən-nəslə keçərək bizə çatmışdır. Bizim də
vəzifəmiz onları yaymaq və gələcək nəsillərə ötürməkdir. 
Sual: – “Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar” atalar sözünü necə başa
düşürsünüz?
Şagirdlərin fikirləri dinlənildikdən sonra dərsliyin 42-ci səhifəsindəki “Hikmət xəzinəsi” mətni
oxunur.
Oxu
Müəllim mətndə sözügedən atalar sözləri ilə bağlı şagirdlərin fikrini soruşduqdan sonra “Dost
başa baxar, düşmən ayağa” atalar sözü ilə bağlı müzakirə açır. Şagirdlər bu atalar sözünü şərh
etməyə çalışırlar. 
Müəllimin nəzərinə: Bir çoxları  “Dost başa baxar, düşmən ayağa” ifadəsini həqiqi mənada başa
düşürlər. Əslində isə bu, obrazlı ifadədir. Belə ki, ataların fikrincə, dost sənin yanında
üzüağ olduğu üçün üzünə dik baxa bilir, düşmən isə arxada pislik etdiyi üçün sənin
yanında başıaşağıdır.
Danışma
Qruplarla iş. Qruplarla iş üçün material dərsliyin 42-ci səhifəsində verilmişdir. Hər bir qrup
müəyyən atalar sözünün şərhi, oradakı obrazlı ifadələrin izahı ilə bağlı kiçik təqdimat edir.
Dinləyən qruplar bu təqdimata münasibət bildirə və ya ona əlavələr edə bilər.
Qrupların təqdimatından sonra iş dəftərinin 26-cı səhifəsindəki tapşırıqlar yerinə yetirilə bilər. 
Fərdi iş. Müəllim masanın üstünə hər nömrədən dörd ədəd olmaqla nömrələnmiş kiçik
vərəqlər düzür. Vərəqlərdə atalar sözləri yazılmışdır; məsələn: 
Şagirdlər istədikləri vərəqi götürür və fərdi şəkildə müvafiq atalar sözü ilə bağlı 8-10
cümlədən ibarət mətn qururlar. Ayrılmış vaxt bitdikdən sonra müəllim eyni nömrəli dördlüyü
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Nəsihətamiz fikri (atalar sözünü, kəlamı)
eşitdiyi və ya müşahidə etdiyi hadisələrlə
əlaqələndirərək əsaslandırır.
1.2.4. Verilmiş sadə mətni bədii ifadə
vasitələri ilə zənginləşdirməklə obrazlı və
emosional nəql edir.
Verilmiş atalar sözünü öz düşüncələri ilə
zənginləşdirərək mətn qurub danışır.
3.1.1. Hüsnxət normalarına riayət etməklə
sürətlə yazır.
Mətni müəyyən edilmiş vaxt ərzində hüsn -
xət və orfoqrafiya normalarına uyğun yazır.
1) Əldən qalan əlli il qalar.
2) Birlik harada, dirilik orada.
3) Dağ yeri – duman yeri,
Yurd yeri – güman yeri.
4) Böyük tökəni kiçik yığar.
5) Yüz ölç, bir biç.
6) Torpaq deyər: “Öldür məni, diril dim səni!”
2
Çap üçün deyil


qarşıya çağırır və onlardan biri öz mətnini nəql edir. Dördlüyün digər üzvləri məruzəçinin çıxışına
əlavələr edə və ya onunla razılaşmaya bilərlər. 
QiymətləndirməMüşahidə, qrupların təqdimatları, danışma, yazı işləri, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 27-ci səhifəsində də verilmişdir.)
NEHRƏ
1. 4-cü misrada nöqtələrin yerinə hansı söz uyğun gəlir?
A) yağ 
B) pendir      
C) şor
2. Uşaq nənəsindən inciyib, çünki nənəsi ...
A) ona yağ yaxmacı verməyib.
B) ona qatıq saxlamayıb.
C) onu nehrənin üstündə yelləməyib.
3. “Yaxmac” nədir? Yaxmac deyəndə hansı nağıl yadınıza düşür?
4. Şeiri nəsrə çevirib nənənin dilindən nəql et.
Yazı
üzrə qiymətləndirmə (imla)
SÜLH GÖYƏRÇİNİ 
(106 söz)
Göyərçin hələ çox qədim zamanlardan bərəkət, bolluq, sonralar isə sülh, əmin-amanlıq
simvolu kimi tanınmışdır. Əfsanələrə görə, fəlakətin qurtarması əlaməti olaraq dimdiyində
zeytun budağını Nuhun gəmisinə məhz göyərçin gətirmişdi. 
Qədim romalılar sülh rəmzi kimi belə bir şəkildən istifadə edirdilər: müharibə ilahı Marsın
döyüş papağı içərisində göyərçin oturub. Alimlərin fikrinə görə, göyərçinlər bütün quşlar,
hətta bütün canlılar içərisində öz mehribanlığı, səmimiyyəti, sədaqəti ilə məşhurdur.
“Sülh göyərçini” ifadəsi ümumdünya sülh hərəkatının genişlənməsi ilə əlaqədar olaraq
daha çox yayılmışdır. 1949-cu ildə Paris və Praqa şəhərlərində keçirilmiş ilk sülh konqresi
zamanı rəssam Pablo Pikasso dimdiyində zeytun budağı tutmuş göyərçin rəsmi çəkmişdi.
Həmin əsər sonralar beynəlxalq sülh hərəkatının rəmzi kimi qəbul edilmişdir. 
Dil qaydaları
üzrə qiymətləndirmə
1. Hansı sıradakı sözlər yalnız  isimdir?  
A) rənglə, yolla,  sula
B) rəng, yol, su   
C) rəngli, yoldakı, susuz
2. Hansı cümlədə əlamət bildirən söz işlənməyib?
A) Otağı ətirli güllərin ətri bürümüşdü.
B) Mən sarı güllərdən çələng düzəltdim.
C) Körpə əllərini babasına sarı açdı.
3. “Bu şəhərdə bir müdrik ağsaqqal yaşayırdı” cümləsində işlənmiş sifət hansı bənddə aid
olduğu isimlə birlikdə verilmişdiir?
A) müdrik ağsaqqal
B) bu şəhərdə
C) bir müdrik 
Nənəm qatığı
Töküb nehrəyə
Hey çalxalayır,
... olsun deyə.
Qatıq çevrilir
Yağa, ayrana.
Durub qıraqda
Baxıram ona.
Öpür üzümdən,
Söyləyir nənə:
– Yaxmac verərəm
Mən indi sənə.
– Yox, istəmirəm.
– Bəs nə verim mən?
Yoxsa küsmüsən
Sən öz nənəndən?
– Yox, küsməmişəm.
– Bəs nolub belə?
– Nehrənin üstdə
Məni də yellə.
Mobil Quluzadə
51
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə