Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə22/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   18   19   20   21   22   23   24   25   ...   100

Oxu
Müəllimin nəzərinə:
Bəzi mənbələrdə, eləcə də dərsliyin əvvəlki nəşrində “Əsgər marşı”nın sözlərinin
Əhliyyət Süleymanova məxsus olduğu qeyd edilmişdi. Lakin bir sıra mətbuat
materiallarından məlumdur ki, Əhliyyət Süleymanov bu marşın sözlərini bəstəkar
Cavanşir Quliyevə təqdim edən Azərbaycan əsgəridir.  
Araşdırmalar göstərir ki, həmin marş Türkiyədə Rüfət bəy (1820-1888) tərəfindən Yəmən
müharibəsi dövründə (1871-1872) bəstələnmiş və “Alay marşı" adlanmışdir. Əli Kaminin
imzası ilə ilk dəfə 1919-cu ildə dərc olunmuş “Alay marşı"nın  mətni bir qədər fərqli olsa
da, onu bu marşın sözlərinin müəllifi kimi qəbul etmək olar.
“Bayrağım” mətni abzaslarla ayrı-ayrı şagirdlər tərəfindən oxunur. Hər abzasdan sonra
müəllim suallarla uşaqlara müraciət edir.
1-ci abzasdan sonra: – Sizcə, bu abzasda təsvir olunan hadisələr hansı illərə təsadüf edir?
Həmin illərdə hekayənin müəllifi 4-cü sinifdə oxuyurdusa, indi onun təxminən neçə yaşı olar?
Nəyə görə əsərin qəhrəmanı atasından məhz bayraq istədi?
2-ci abzasdan sonra: – Hansı günlərdə küçə və yollarımızda dövlət bayraqlarımız asılır?
(Milli və rəsmi dövlət bayramlarımızda, xarici dövlət rəhbərləri ölkəmizə gələndə) Sizcə, bunun
səbəbi nədir?
3-cü abzasdan sonra: – Bu abzası oxuduqdan sonra hekayənin qəhrəmanı haqqında nə
deyə bilərsiniz?
4-cü abzasdan sonra: – Bu abzasda təsvir olunan hadisələr ilin hansı günü baş verir?
Sonuncu abzasdan sonra həmin səhifədə verilmiş suallar cavablandırılır.
Müəllim “Əsgər marşı”nı səsləndirir. Şagirdlər dinlədikdən sonra dərslikdə verilmiş mətni
oxu maqla marşı səsləndirir və bu zaman yerlərində addımlayırlar.
Sual və tapşırıqlar: – Nəyə görə bu musiqi əsəri “marş” adlandırılır? “Bayrağım” hekayəsi
ilə “Əsgər marşı” arasındakı mövzu və ideya yaxınlığını müəyyən edin. “Əsgər marşı”nın hansı
misralarında “vətən” və “ana” anlayışları eyniləşdirilir? (dərslik, səh. 47, tap. 1)
Dərsliyin 47-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir (cavab: “A” variantı).
Mətnlə bağlı iş dəftərinin 30-cu səhifəsindəki tapşırıqlardan istifadə oluna bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 31-ci səhifəsində də verilmişdir.)
“BƏLKƏ”Nİ ƏKİBLƏR, BİTMƏYİB
Bəzi adamlar şifahi nitqdə tez-tez “bəlkə” sözü işlədir, bununla da hər şeyə şübhə ilə
yanaşdıqlarını bildirirlər. Belə olduqda deyirlər: “Bəlkə”ni əkiblər, bitməyib”, yəni ehti-
malla iş görmək olmaz. 
Bu ifadə maraqlı bir söz oyunu əsasında meydana çıxmışdır. Burada, əslində,
“bəlkə” sözü “bəlgə” sözünü əvəz etmişdir. Bəlgə – əkinlərin arasında boş qalan,
əkilməyən yer deməkdir. Bu yer daim tapdandığı … əkilsə də, heç nə bitməz. Bəlgəni
əkiblər, bitməyib. Ola bilər ki, sonradan “bəlgə” sözü “bəlkə” ilə əvəzlənmişdir.
1. Nöqtələrin yerinə hansı söz uyğun gəlir? 
A) üçün B) qədər 
C) kimi
2. Boşluqların yerinə “bəlkə”, “yalnız”, “elə” sözlərini yaz.
A) 
mən də  bunu deyirdim. 
B) 
bu işi Rüfətə tapşıraq?
C) Bu işi 
sən bacararsan.
55
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


56
3. “Bəlkə” sözü cümlədə nə bildirir?
A) güman, şübhə             B) təsdiq, arzu              
C) əmr, xahiş
4. Nöqtələrin yerinə müvafiq olaraq “bəlkə” və ya “bəlgə” sözlərini yaz.
1   …………… istifadə olunmayan torpaq sahəsinə deyilir.
2   …………… heç bu sahəni əkməyəsən?
3   …………… yerinə heç nə əkmə.
4   …………… tarlanı vaxtında şumlamamısan?
Yazı
üzrə qiymətləndirmə (ifadə)
AYIN ƏFSANƏSİ
Dil qaydaları
üzrə qiymətləndirmə
1. Hansı cümlədəki zərf nə zaman? sualına cavab verir?
A) Maşın kəndə sabah çatacaq.
B) Uşaqlar xizəklə xeyli sürüşdülər.
C) Sərçə hər yerdə yaşayır.
2. Hansı cümlədə necə? sualına cavab verən zərf var? 
A) Dağlar, təpələr, düzlər yumşaq qarla örtülmüşdü. 
B) Nüsrət yıxılmamaq üçün ağacdan bərk-bərk tutdu.
C) İçərişəhərdə yeni abidələr tapılmışdı. 
3. Həm zərf, həm də say kimi işlənə bilən sözləri seç:
1. çox      2. birdən      3. bir az        4. yeddi         5. xeyli
A) 1, 3, 5
B) 2, 4, 5              C) 1, 2, 3
4. Hansı cümlədəki zərf  nə qədər? sualına cavab verir?
A) Durnalar qatar-qatar uçub gedirdi.
B) Balaca Valeh tez-tez danışırdı.
C) Emalatxananın yanında usta Salmanı xeyli gözlədik.
5. Hansı cümlədəki zərf haraya? sualına cavab verir?
A) Həsən pəncərədən içəri boylandı.
B) Uşaqlar müəllimi səbirsizliklə gözləyirdilər. 
C) Pambıq yığımına bu il tez başlanıldı.
Oturmuşdu anam tək,
Qolunu çirməyərək,
O, xəmir yoğururdu.
Bir nağıl olsa da bu,
Həqiqət var səsində,
Anamın dövrəsində
Hoppanırdım pişik təki...
Özün yaxşı bilirsən ki,
Qız tayfası şıltaq olar;
Anam dedi: – Bəsdir, Xumar!
Gəl dolaşma əl-ayağa.
Mən anamı qoyub lağa,
Gah atıldım, gah da düşdüm.
Birdən-birə mən sürüşdüm,
Dəydim onun sağ qoluna,
Acıq gəldi bu səhv ona.
Öz yerindən anam durdu,
Üzümə bir şillə vurdu
O, xəmirli sağ əlilə.
Günahımı bilə-bilə
Söz deməyib uzaqlaşdım,
Buludlardan keçib aşdım.
Küsdüm yazıq taleyimə,
O dərdimi bu gün demə!
Ağrıdıqca üzüm dəm-dəm,
İçimdə dərd, gözümdə qəm
Çox ağladım sərin-sərin
Qucağında fələklərin.
Ah, nə deyim? O şillədən
Yaralıyam bu gün də mən.
Doğrusunu desəm əgər,
Üzümdəki bu ləkələr
Öz anamdan yadigardır,
Gör nə böyük dərdim vardır...
Səməd Vurğun
2
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə