Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə24/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   20   21   22   23   24   25   26   27   ...   100

59
Sual: – Sizcə, sual işarəsinin yerinə nə yazılmalıdır?
“Koroğlu” cavabı səsləndikdən sonra müəllim 3-cü sinifdə keçilmiş “Alı kişinin qisası”,
“Koroğlu və Dəli Həsən” mətnlərini xatırladır və suallar verir:
– Koroğlunun əsl adı nə olub? O bu ləqəbi hansı hadisədən sonra qazanıb?
– Misri qılınc necə yaranıb?
– Qırat və Düratın tarixçəsini danışın.
Oxu 
Mətnin 1-ci hissəsi  (dərslik, səh. 51-52) ifadəli oxunur. Müəllim şagirdlərə sual verir:
– “Dünya malından qəni etmək” ifadəsini necə başa düşürsünüz?
– Koroğlunun dəliləri dedikdə kimlər nəzərdə tutulur? 
Müəllimin nəzərinə: Dünya malından qəni etmək – varlandırmaq, zənginləş dirmək. Müəllim
“dəlilər” sözünün mətndəki mənasını açıqlamaq üçün “dəlisov”, “dəliqanlı” sözlərini
xatırlada bilər: bu söz məcazi mənada qoçaq, igid, qəhrəman adam deməkdir.
Dərsliyin 52-ci səhifəsindəki 1-3-cü tapşırıqlar yerinə yetirilir, kursivlə verilmiş frazeoloji
birləşmələr və “urvat” sözü üzərində iş aparılır (iş dəftərinin 33-cü səhifəsindəki 1-2-ci
tapşırıqlardan istifadə oluna bilər).
Dinləmə
Müəllim: – Sizcə, niyə Keçəl Həmzə var-dövlətdən imtina edib Hasan paşanın qızını istədi?
Uşaqlar cavab variantlarını söylədikdən sonra dinləmə mətni oxunur və şagirdlərin variantları
ilə müqayisə olunur. 
HASAN PAŞA İLƏ KEÇƏL HƏMZƏNİN DİALOQU
Hasan paşa dedi:
– Bala, Həmzə, əgər sən gedib Qıratı gətirsən, mən səni dünya malından qəni eləyərəm.
Həmzə dedi:
– Paşa, mənə tək dünya malı lazım deyil.
Paşa dedi:
– Sənə bəylik verərəm.
Həmzə dedi:
– Yox, paşa, o da mənə lazım deyil.
Hasan paşa dedi:
– Səni özümə oğulluğa götürərəm.
Həmzə dedi:
– Yox, qurbanın olum. Mənə təkbətəklikdə bunların heç biri lazım deyil. Üçünü də birdən nə
sən verərsən, nə də mən istəyərəm. Gəl mən səndən elə bir şey istəyim ki, mənim üçün
bunların hamısından qiymətli olsun, sənin üçün hamısından ucuz.
Hasan paşa dedi:
– İstə görüm, o nədir elə?
Həmzə dedi:
– Paşa, sən bilirsən ki, keçəl çoxbilmiş olar. Mən də gəlir-çıxarını bilən adamam. Mən bilirəm
ki, sən bu üç şeyin üçünü də mənə verən deyilsən. Amma qızını versən, mən olaram sənin
kürəkənin. Kürəkən ki var, elə oğula bərabər bir şeydir. Ondan sonra elə bəylik də öz-özünə
gələcək, mal-dövlət də.
Danışma
Şagirdlər oxuduqları və dinlədikləri mətnləri ümumiləşdirərək “Hasan paşanın sarayında
məclis” başlığı altında ssenari (dram əsəri) yazır və onu səhnələşdirirlər.  
Yazı
Müəllim:  –  Azərbaycan nağıllarında tez-tez Keçəl obrazına rast gəlmək olar. Novruz
şənlikləri ilə bağlı tamaşalarda da Keçəl əsas obrazlardan biridir.
İndi isə siz Keçəl Həmzə obrazı ilə tanış oldunuz. Bu obrazları birləşdirərək “Ədəbiyyatımızda
Keçəl obrazı” mövzusunda inşa yazın.
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


60
2
Oxu
Mətnin davamını oxutdurmaq üçün müəllim aşağıdakı sualla şagirdlərə müraciət edir:
– Sizcə, Keçəl Həmzə nəyə güvənib Hasan paşaya söz verirdi ki, Qıratı qaçıracaq? 
Şagirdlər cavab versiyalarını söyləyirlər.
Əsərin 2-ci hissəsi (dərslik, səh. 52-53) oxunur, kursivlə verilmiş sözlərin mənaları açıqlanır.
Mətnlə bağlı suallar verilir:
–  Koroğlu dəlilərin sözlərinə məhəl qoymamaqda haqlı idimi? Fikrinizi əsaslandırın.
– Tanımadığın adama yazığın gələndə onu evinə gətirmək nə dərəcədə düzgündür?
–  Koroğlu niyə Həmzəyə Dürata baxmağı tapşırdı? O niyə belə qərara gəldi ki, Həmzə ata
yaxşı qulluq edər?
– Ata qulluq edən adamı necə adlandırırlar? (
mehtər
) Bəs at otaran adamı necə? (
ilxıçı
)
Şagirdlərin iştirakı ilə mətndəki tərlan, duruş gətirmək, sınıxmaq, gildir-gildir, buxov, asta
qaçan namərddir, daban aldı söz və ifadələrinin mənaları müəyyənləşdirilir.
Dərsliyin 53-cü səhifəsindəki tapşırıqlar yerinə yetirilir. 
Dinləmə
Müəllim: – Sizcə, Həmzənin Düratı qaçırması məlum olanda Çənlibeldə nə baş verəcək?
Dəlilərin və Koroğlunun buna münasibəti necə olacaq?
Şagirdlərin versiyaları dinlənildikdən sonra aşağıdakı mətn oxunur.
DÜRAT GEDİB, QIRAT DURUR
Sabah açıldı. Dəli Mehtər yerindən qalxıb atlara baş çəkmək üçün tövləyə gəldi. Gördü nə
Dürat var, nə də Keçəl Həmzə. Başılovlu gəldi Koroğlunun yanına ki:
– Nə durubsan? Nə Dürat var, nə də Keçəl Həmzə...
Dəlilər çaxnaşıb bir-birinə dəydilər. Xanımlar da bir yandan düşdülər Koroğlunun üstünə.
Başladılar məzəmmət eləməyə ki:
– Biz sənə demədikmi tanımadığın adama etibar eləyib atı tapşırma?! İgidin atını apardılar,
ya arvadını, – ikisi də namusdan sayılır. Bizim qorxumuzdan quş quşluğu ilə Çənlibelin
həndəvərinə gələ bilmirdi. Koroğlunun, Çənlibelin, dəlilərin adı gələndə paşalar, bəylər tir-tir
əsirdilər. Gör indi iş nə yerə gəldi ki, keçəl gədənin birisi gəlib buradan at apardı. İndi bu xəbər
ətrafa yayılacaq. Düşmənlər üstümüzə ayaq alacaq. Özün öz əlinlə elə iş elədin ki, aləm
yığılsaydı, sənə eləyə bilməzdi. İndi de görək, Düratı haradan tapacaqsan? Necə gətirəcəksən? 
Koroğlu dedi:
Dürat gedib, Qırat durur. Minib gedib tapıb gətirrəm. Az məni məzəmmət eləyin.
Dəlilər başladılar deyinməyə ki: 
– Gedərsən... gətirərsən... Sən nə bilirsən ki, o kimdir? Haradan gəlmişdi? Atı haraya apardı?
Danışma
(debat)
– Lider qərar verərkən... 
1-ci qrup: dostlarının məsləhətinə qulaq asmalıdır.
2-ci qrup: öz bildiyi kimi hərəkət etməlidir.
Yazı
Əsərin davamı ilə bağlı öz variantını yaz. Koroğlu Düratı qaytara biləcəkmi? 
Müəllim: – Sizcə, nəyə görə keçən dərslərdə oxuduğunuz mətn “Çünki oldun dəyirmançı...”
adlanır. Belə bir məsəl eşitmisinizmi? Bu ifadənin davamı necədir? Bu məsəli hansı hallarda
işlədirlər?
(Adamlar taleyin hökmü ilə adət etmədikləri, xoşagəlməz vəziyyətə düşdükdə bu ifadəni
işlədirlər. İfadənin mənası ondan ibarətdir ki, çətin vəziyyətə düşmüsənsə, bununla barış malısan.)
Oxu
Mətnin 3-cü hissəsi oxunur (dərslik, səh. 54-55). (Mətn hissələrə bölünüb “Ziqzaq” üsulu ilə
də oxuna bilər)
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə