Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə30/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   26   27   28   29   30   31   32   33   ...   100

– Axı atamız bizə var-dövlətdən əlavə üç məsləhət də vermişdi. Demişdi ki, onlarla öm-
rümüzün axırınacan firavan, bolluq içində yaşayacağıq.
Ortancıl qardaş deyir:
– Hə, onlar yadımdadır. Atam demişdi ki, elə edin ki, hamı sizə baş əysin. Bundan ötrü gərək
varlı olasan, amma hal-hazırda bütün mahalda bizdən kasıbı yoxdur. Sonra atamız demişdi ki,
həmişə bal yeyək və pərqu balışda yataq. Bizim isə heç quru çörəyimiz və köhnə keçəmiz də
qalmayıb.
Kiçik qardaş dedi:
– İndi ki belədir, özümüz öz qayğımıza qalmalıyıq. Səhər tezdən duraq, tarlamıza gedək.
Qardaşlar səhər dan yeri ağarar-ağarmaz durub tarlaya yollanırlar. Hamıdan əvvəl iş
yerlərinə gəlirlər. Başqa adamlar işə gələndə ilk əvvəl qardaşlara salam verirlər: “İşiniz avand
olsun, yorulmayasınız, qolunuza qüvvət”, – deyirlər.
Qardaşlar bütün günü bellərini düzəltmədən işləyirlər. Axşam evə qayıdanda bir parça yuxa
ilə çay onlara baldan şirin görünür. Sonra qardaşlar quru döşəmənin üstündəcə yıxılıb yatırlar.
Amma elə bilirlər ki, pərqu içində yatırlar.
Bu minvalla qardaşlar hər gün işləyir, payızda da yaxşı məhsul götürürlər. Onlar yenidən
bolluq içində, firavan yaşamağa başlayırlar. Qonşular da yenə onlara hörmət edirlər.
Sual və tapşırıqlar:
1. Tarlaya gələn adamlar qardaşlara hansı nitq etiketləri ilə müraciət etdilər?
2. Onların dediklərinə hansı nitq etiketini əlavə etmək olar?
A) Həmişə ayaq üstə.
B) Bəhrəsini görəsiniz.
C) İşıqlığa çıxasınız.
Qalan iki ifadə hansı hallarda işlədilir?
3. Müəllim lövhədə cümlələr yazır və hər bir cümləni atanın müvafiq məsləhətinə uyğun
davam etdirməyi tapşırır:
Çox işləyib acdılar – 
Tarlaya hamıdan əvvəl gəldilər – 
Bütün günü işləyib yoruldular – 
Danışma
(diskussiya)  
Şagirdlər 2 qrupa ayrılırlar. Qruplara “Yaxşı oğul neylər ata malını, yaman oğul neylər ata
malını” atalar sözünü izah etmək və həyatdan misallar gətirməklə bu kəlamın düzgünlüyünü
əsaslandırmaq tapşırılır. 
Dərslikdəki mətnlə bağlı iş dəftərinin 44-cü səhifəsindəki tapşırıqlardan istifadə oluna bilər.
Yazı
“Əmək xoşbəxtliyin açarıdır” mövzusunda inşa yazılır. Bir neçə şagirdin yazısı seçilir və oxunur. 
Dil qaydaları 
7-10-cu tapşırıqlar yerinə yetirilir.
8-ci tapşırıq. Verilmiş sözlərə müvafiq şəkilçilər artırılmaqla sual verilir: mülayimcəsinə,
dərindən, cəsarətlə, dostcasına, qəzəblə, ucadan, mehribancasına, astadan, maraqla.
9-cu tapşırıq. Cümlələrdən hərəkətin zamanını bildirən zərflər seçilir: çoxdan, daim, əvvəl.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 44-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar
yerinə yetirilə bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
74
3
Çap üçün deyil


75
Dərs 26. QURUCU (4 saat)
Motivasiya
Uşaqların stolları üstündə texnologiya dərsində hazırladıqları əl işləri var: həndəsi fiqurlardan
düzəldilmiş müxtəlif aplikasiyalar və kağız modullardan hazırladıqları bədii konstruksiyalar.
Müəllim: – Uşaqlar, bunları siz öz əllərinizlə yaratmısınız. Hansı sizin üçün daha əzizdir:
mağazadan alınmış oyuncaq, yoxsa öz əlinizlə yaratdığınız hər hansı məmulat?
Uşaqlar cavab verib öz fikirlərini əsaslandırırlar.
Müəllim bildirir ki, qurub-yaratmaq insan həyatının mənasıdır. Ömründə heç bir şey yarat-
mayan insan bar verməyən ağaca bənzəyir.
Oxu
Dərslikdəki mətn (səh. 67-68) hissə-hissə oxunur. Müəllim müəyyən hissələrdə oxunu
dayandırır, suallar verir, fikirlər dinlənilir. “Oğlum isə, həmişəki kimi, oynamaq həvəsində idi”
cümləsindən sonra oxuya fasilə verilir. Müəllim: – Sizcə, ata oğlunu əyləndirəcək?
Şagirdlərin bu sual ətrafında fikirləri dinlənilir. Oxu davam etdirilir. İkinci dəfə “Oğlumun bunu
nə vaxt uçuracağını gözləyirdim” cümləsində dayandırılır. 
Müəllim: – Sizcə, oğlu atasının qurduğu “bina”nı yenə də dağıdacaq?
Müzakirələr aparılır. Müzakirələrdən sonra müəllim “Əkrəmin atası haqqında nə deyə
bilərsiniz?” sualı ilə müraciət edir. Cavablar dinlənib müzakirə olunduqdan sonra  mətn sonadək
oxunur. 
Sual: – Hansı cümlə mətnin ideyasını müəyyən edir?
Dərsliyin 68 və 69-cu səhifələrində “Düşün və cavab ver” rubrikasında verilmiş tapşırıqlar
yerinə  y  e   ti  rilir.
1-ci tapşırıq. Altından xətt çəkilmiş cümlənin ifadə etdiyi fikir ayrı-ayrı şagirdlər tərəfindən
şərh olunur. Müəllim deyilənləri ümumiləşdirir:
– Hər bir işin davamlılığı, möhkəmliyi əvvəldən qoyulan bünövrədən, təməldən asılıdır.
Əgər bünövrə düzgün qoyulmazsa, səhvlik olarsa, bu işin sonu olmaz. Baxın, indi siz 4-cü
sinifdə oxuyursunuz. Gələcəkdə  hansı bilik və bacarığa  sahib  olacağınızın təməli indi,
məhz ibtidai sinifdə qoyulur. Bu təməli sizə dərs deyən müəllimlər qoyur. Təməl möhkəm,
düzgün olarsa, yəni qazandıqlarınızı tam dərk edib qavrayırsınızsa, siz gələcəkdə daha
bacarıqlı, cəmiyyətə lazım olan şəxsiyyət kimi yetişəcəksiniz.
Məzmun standartları
Təlim məqsədləri
1.1.1. Dinlədiyi eyni məsələlər barədə
müxtəlif fikirləri ümumiləşdirməklə yekun
rəy bildirir.
Dinlədiyi əsərdəki obraz və hadisələr
haqqında müxtəlif fikirləri ümumiləşdirərək
yekun nəticəyə gəlir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndə rast gəldiyi dərinmənalı fikirləri
mənimsədiyini nümayiş etdirir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Mətnlər arasında ideya yaxınlığını
müəyyən edir.
Oxuduğu əsərdəki obrazlar barədə fikir
yürüdür.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Mətndəki müəyyən epizodları
genişləndirməklə nəql edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli
rəy-inşa yazır. 
Oxuduğu və dinlədiyi mətnlər arasında
ideya yaxınlığını müəyyən edərək eyni
mövzuda inşa yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, on la -
 rın əsas nitq hissələrindən fərqini izah edir.  
Sözün leksik və qrammatik mənalarını
fərqləndirir.
ƏMƏKSEVƏRLİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə