Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə18/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   14   15   16   17   18   19   20   21   ...   100

3. Yuxuyozanların nitqində hansı ifadələri nitq etiketi kimi qəbul etmək olar? (“Padşahın ömrü
uzun olsun”, “Hökmdar sağ olsun”) Bu ifadələr nitq etiketinin hansı növünə aiddir? (Arzu)
Şagirdlərin cavablarından sonra dərslikdə verilmiş 2-ci tapşırıq yerinə yetirilir.
Müəllimin nəzərinə: 2
-ci tapşırıqla bağlı aşağıdakı nəticələr əldə olunmalıdır:
1. “Yuxuyozan” və “qohum-əqrəba” mürəkkəb sözlərdir.
2. “Yuxuyozan” iki müxtəlif mənalı sözün birləşməsindən yaranıb (müqayisə et: tozsoran),
ona görə də bitişik yazılır.
3. “Qohum-əqrəba” iki yaxınmənalı sözün birləşməsindən yaranıb (müqayisə et: dost-
tanış), ona görə də defislə yazılır.
İş dəftərində qalan tapşırıqlar yerinə yetirilə bilər.
Yazı
– Natiqlik məharətinə malik olmaq üçün nə etmək lazımdır? Düşündüklərini yaz.
Danışma
(cütlərlə iş)
Cütlər nömrələnir. Tək nömrəli cütlərə tapşırıq:
Rüstəmlə Camal dostdurlar. Onlar bir məhəllədə yaşayır, məktəbdə bir sinifdə oxuyurlar.
Rüstəm əlaçıdır. Camal isə dərslərindən geri qalır. Buna səbəb onun tənbəlliyi, dərslərinə kifayət
qədər vaxt ayırmamasıdır. Bir dəfə Rüstəm küçədə Camalın atası ilə rastlaşır. Ata soruşur:
– Çoxdandır vaxt tapıb Camalın təhsili ilə maraqlana bilmirəm. Sən bilərsən, o necə oxu yur?
Sual: – Sən Rüstəmin yerində olsaydın, dostunun atasına necə cavab verərdin?
Cüt nömrəli cütlərə tapşırıq:
Bir dəfə futbol oyunu zamanı Rüstəmin ayağı bərk zədələndi. O, ayaq üstə dura bilmirdi.
Uşaqlar cəld “təcili yardım” çağırdılar. Həkimlər gəlib Rüstəmi xəstəxanaya apardılar. Rüstəmin
yaxın dostu və qapıbir qonşusu Camal bu xəbəri Rüstəmin anası Nailə xalaya çatdırmalı idi. O
gəlib Rüstəmgilin qapısını döydü. Nailə xala qapını açıb gülər üzlə Camalı salamladı...
Sual: – Həmin anda sən olsaydın, bu xoşagəlməz xəbəri Nailə xalaya necə çatdırardın?
Daha orijinal cavablar verən cütlər müəllim tərəfindən qiymətləndirilir.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 12.  AZ DANIŞMAĞIN GÖZƏLLİYİ (2 saat)
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir. 
Dinlədiyi mətndəki fikirləri genişləndirərək
şərh edir.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Nəsihətamiz fikri (atalar sözünü, kəlamı)
eşitdiyi və ya müşahidə etdiyi hadisələrlə
əlaqələndirərək əsaslandırır.
Debat zamanı oxuduqlarından və eşidib-
gördüklərindən misallar gətirməklə fikirlərini
əsaslandırır.
1.2.4. Verilmiş sadə mətni bədii ifadə
vasitələri ilə zənginləşdirməklə obrazlı və
emosional nəql edir.
Verilmiş atalar sözünü öz düşüncələri ilə
zənginləşdirərək mətn qurub danışır.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Mətndəki əsas fikri müəyyən edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
İnşa yazarkən öz fikirlərini əsaslandırmaq
üçün məşhur kəlamlardan yerli-yerində
istifadə edir.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, on la -
 rın əsas nitq hissələrindən fərqini izah edir.  
Sözün leksik və qrammatik mənalarını
fərqləndirir.
46
2
Çap üçün deyil


47
Motivasiya 
Müəllim: – Sizcə, atalar sözlərinin hansı xüsusiyyəti onları qiymətli edir?
Şagirdlərin gəldiyi nəticə: – Az sözlə dərin və müdrik fikir ifadə etmək.
Danışma
(qruplarla iş)
Şagirdlər dörd qrupa bölünürlər. Müəllim qrupların hər birinə bağlı zərfdə bir atalar sözü
yazılmış vərəq verir; məsələn:
1-ci qrup: “Ehtiyat igidin yaraşığıdır”.
2-ci qrup: “Tək əldən səs çıxmaz”.
3-cü qrup: “Aslanın erkəyi, dişisi olmaz”.
4-cü qrup: “Yalançının evi yandı, heç kəs inanmadı”.
Hər bir qrup aldığı atalar sözünü 8-10 cümlədən ibarət mətnlə ifadə etməli və qrup
nümayəndəsi sinif qarşısında bu mətnlə çıxış etməlidir. Bu, bədii mətn və ya atalar sözünün
geniş izahına həsr olunmuş düşüncələr ola bilər. Müəllim qrupların nəzərinə çatdırır ki, onların
mətnində (çıxışında) verilmiş atalar sözü səslənməməlidir. 
Hər bir qrupun təqdimatından sonra digər üç qrupun şagirdləri dinlədikləri mətnin hansı atalar
sözünə aid olduğunu tapmalıdırlar.
(Bu fəaliyyət zamanı şagirdlərin həm danışma, həm də dinləmə bacarığı müşahidə yolu ilə
qiymətləndirilir.)
Sonda müəllim şagirdlərə sualla müraciət edir:
– Sizcə, hansı daha böyük təsir gücünə malikdir və daha yaddaqalandır: dinlədiyiniz mətnlər,
yoxsa onların atalar sözü ilə ifadəsi?
Uşaqlar öz fikirlərini söyləyirlər. 
Oxu
Dərsliyin 39-cu səhifəsindəki “Az danışmağın gözəlliyi” şeiri oxunur. (Şeirin daha dərindən
mənimsənilməsi üçün iş dəftərinin 25-ci səhifəsindəki 1-ci tapşırıq yerinə yetirilə bilər).
Dərsliyin 39-cu səhifəsindəki 1-ci tapşırıq debat şəklində də yerinə yetirilə bilər. Müəllim sual
qoymaqla sinfi iki qrupa bölə bilər: 
– Kim elə hesab edir ki, həmişə az danışmaq lazımdır?
Bundan sonra hər qrupun nümayəndələri öz mövqelərini əsaslandırmaq üçün bir neçə
dəqiqə ərzində arqumentlər düşünməlidirlər. Müəllim arqumentləri səsləndirmək üçün gah bir,
gah da digər qrupun nümayəndələrinə söz verir. 
Yazı
“Sözün qüdrəti” mövzusunda inşa yazmaq tapşırılır. Müəllim aşağıdakı aforizmlər yazılmış
plakatı lövhədən asır və şagirdlərə bildirir ki, öz fikirlərini əsaslandırmaq üçün yeri gəldikcə bu
kəlamlardan istifadə edə bilərlər.
İstəsən ki başın ola salamat,
Ağzına gələni danışma, dilim. 
(Aşıq Musa)
“Yersiz söz baş ağrıdar”. (atalar sözü) 
Əgər söz olarsa incə və şirin,
O sözü eşidən deyər “afərin”. (Sədi Şirazi)
Kim özündən çox bilənlə mübahisə etsə ki, biliyi meydana çıxsın,  
biliksizliyi ortaya çıxar. (Sədi Şirazi)
Az bilib çox danışmaq axmaqlıq əlamətidir. (S.Ə.Şirvani)
Deyirlər, adamlara iki qulaq və bir dil verilib ki, çox eşidib az danışsınlar. (Plutarx)
Əvvəlcə fikirləş, sonra danış. Sənə “sus” deməmiş özün sus. (Sədi Şirazi)
NİYƏ BELƏ DEYİRİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə