Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə14/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

36
Hekayə xəritəsi tərtib olunduqdan sonra şagirdlər mətni hissə-hissə nəql edirlər.
Dil qaydaları
Müəllimin nəzərinə: Əvvəlki siniflərdə cəm şəkilçisinin yazılışı və deyilişi arasındakı fərqlə
bağlı tapşırıqlar verilmişdir. Bu sinifdə isə 4.1.1 standartını tam reallaşdırmaq  məqsədilə
digər şəkilçilərin qəbulu zamanı sözlərin tələffüzündə baş verən dəyişikliklərlə bağlı tapşı -
rıqlar verilməsi də nəzərdə tutulmuşdur. 
Dərsliyin 27-ci səhifəsindəki 10-cu tapşırıq yerinə yetirilir. Deyilişi və yazılışı fərqlənən söz -
lərin transkripsiyası yazılır:
addımlarla [addımlarnan]
taxta [taxda]
Birinci sözlə bağlı qayda tapşırıqdan sonrakı nəzəri materialda verilib. 2-ci sözlə bağlı
şagirdlərə xatırlatmaq olar ki, iki kar samit yanaşı gələndə 2-ci samit cingiltili tələffüz olunur.
11-ci tapşırıq.
B. üzümdən [üzümnən]
A. birləş [birrəş]
Ç. işlə [işdə]
Dərsliyin 27-ci səhifəsindəki 12-13-cü tapşırıqlar yerinə yetirilir.
İş dəftərinin 16-cı səhifəsində verilmiş dil qaydaları üzrə tapşırıqlardan istifadə oluna bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu 
üzrə qiymətləndirmə (İş dəftərinin 17-ci səhifəsində də verilmişdir.)
İKİ YUXU
1. Mavi boşluqların yerinə müvafiq durğu işarələrini qoy.
2. Şeirdə altından xətt çəkilmiş cümləni nəsrə çevirib yaz.
3 “Yaz” sözünü müxtəlif mənalarda cümlədə işlət.
4. Şeirə aid olan fikri seç.
A) Xədicə imtahanda Eldara kömək etmədi.
B) Eldar dərsə ciddi hazırlaşmışdı.
C) Uşaqlar bu ana kimi küsülü idilər.
5. Şeiri müxtəlif başlıqlarla adlandır.
_______________________________________
Yazı
üzrə qiymətləndirmə (məktub)
Mövzu: “Qarabağ haqqında dosta məktub”
İnternetlə yazışdığın əcnəbi dostun səndən Qarabağ müharibəsinin tarixi və səbəbləri
haqqında soruşur. Sən ona necə cavab yazarsan?
– Xədicə, ay Xədicə  
– Nə deyirsən, ay Eldar 
Mən görmüşəm bu gecə
Çox qəribə yuxular
Görürəm, barışmışıq 
Səninlə dostuq yenə.
Məsələnin həllini
Yazıb verirsən mənə.
– Mən də görmüşəm, Eldar,
Əsl şagird olmusan, 
Öz ağlınla ilk dəfə
Yaxşı qiymət almısan. 
Cahangir Məmmədov
1
Çap üçün deyil


Dil  qaydaları
üzrə qiymətləndirmə
1. Qaçdı, getdi, uçdu,  ... 
Nöqtələrin yerinə hansı söz yazılmalıdır ki, söz sırasında “-dı
4
” şəkilçisinin bütün
variantları öz əksini tapsın?  
A) bildi
B) düşdü
C) qovdu
2. “Odunçuların” sözünün tərkibindəki şəkilçilərdən hansı iki cür yazılır? 
A) -çu
B) -lar
C) -ın
3. Sözlərdən birində -lar şəkilçisi fərqli tələffüz olunur:
A) kitablar
B) yazılar
C) insanlar
4. “Torpaqla” sözü feil kimi işləndikdə necə tələffüz olunur? 
A) [torpaqla]
B) [torpaxla]
C) [torpaxnan]
5. Hansı sözdə həm sözün kökü, həm də -la hissəciyi fərqli təlləffüz edilir?  
A) qatarla   
B) uşaqla
C) maşınla
Dərs 7. ƏN QİYMƏTLİ (4 saat)
Motivasiya
I variant. Müəllim “Həyatda ən çox nəyi qiymətləndirirsiniz?” soruşmaqla şaxələndirmə aparır.
Məzmun standartları
Təlim məqsədləri
1.1.2.  Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir. 
Dinlədiyi şeirdəki obrazlı ifadələri şərh edir.
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Oxuduğu mətnlər haqqında təəssüratlarını
bölüşür.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli fikir -
lər irəli sürür. 
Oxuduğu və ya dinlədiyi əsərlə bağlı fikir lə -
rini müdafiə etmək üçün arqumentlər gətirir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri təq dim
edir.
Mətndə rast gəldiyi yeni söz və terminləri
kontekstə əsasən izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndə rast gəldiyi dərinmənalı fikirləri
mənimsədiyini nümayiş etdirir.
Oxuduğu mətndəki məlumatları mənimsəyir
və nəticə çıxarır.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu mətnin ideyasını həyatla əlaqə 
-
ləndirir və baş qəhrəmanın hərəkətinə mü -
nasibət bildirir.
Oxuduğu mətndəki obrazların hərəkətinə
münasibət bildirir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Oxuduğu və dinlədiyi mətnləri ümumiləş di -
rə rək vətənpərvərlik mövzusunda inşa yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Sözün tələffüzünə əsaslanaraq onun səs
tərkibi haqqında fikir yürüdür.
Ahəng qanununa tabeliyinə görə sözləri
fərqləndirir.
ən qiymətli
37
AİLƏ VƏ MƏKTƏB
Çap üçün deyil


38
Fikirlər dinlənilir. Uşaqların cavabları şaxələndirmə sxemində əks olunur: ata, ana, vətən,
sevimli oyuncaq, öz otağı və s. 
Sual: – Təsəvvür edin ki, işğal olunmuş torpaqlarımızdan məcburən köçürülənlər arasında
siz yaşlı uşaqlar da olmuşlar. Sizcə, dədə-baba yurdlarından çıxarılarkən onlar ən qiymətli
saydıqları nəyi götürmüşlər?
II variant. Müəllim şagirdlərə Azərbaycan xəritəsini nümayiş etdirir. İşğal olunmuş
bölgələrimiz şagirdlər tərəfindən xüsusi göstərilir, adları qeyd olunur. 
Müəllim: – Unutmayın ki, bu bizim torpaqlardır, gün gələcək, həmin torpaqlar geri alınacaq. 
Sual: – Sizcə, işğal olunmuş torpaqlarımızdan məcburən köçürülmüş siz yaşlı uşaqlar öz
dədə-baba yurdlarından çıxarılarkən ən qiymətli saydıqları nəyi götürmüşlər?
Cavab variantları sadalanır. 
Oxu
(proqnozlaşdırma)
Dərsliyin 28-29-cu səhfələrindəki “Ən qiymətli” hekayəsi “Qızcığaz heç nə demədən qapını
açıb özünü yerə atdı” cümləsinə qədər ifadəli oxunur. “Taxtapuş” və “kuzov” sözləri araşdırılır.
Sual: – Sizcə, Əhmədin qızı nəyə görə maşından yerə atıldı?
Cavab variantları səslənir. Hekayənin ardı oxunur və cavab versiyaları ilə müqayisə olu nur.
Dərslikdə mətndən sonra verilmiş sual və tapşırıqlar yerinə yetirilir. 
5-ci tapşırıq cavablandırılarkən şagirdlər aşağı siniflərdə keçdikləri mətnlərin adlarını
çəksələr, daha məqsədəuyğun olar (Z.Xəlil, “Çərpələng”, H.Ziya, “Xocalı müsibəti” və s.).
Tapşırıq:  Aşağıdakı ifadələrin izahını yaz və məcazi mənada işlənmiş sözü müəyyən et.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 18-ci səhifəsindəki tapşırıqlardan istifadə oluna bilər.
Danışma
(“Akvarium”)
Müzakirə sualı: – Qızcığazın maşını saxlatdırııb kitab-dəftərini götürmək üçün qaçması
düzgün idimi?
Sinif iki qrupa ayrılır. Bir qrup stullarda əyləşərək daxili dairə yaradır və müəllimin irəli sürdüyü
problemi müzakirə edir. Müzakirə sualını təsdiq edən dəlilləri irəli sürürlər. Bu dəlillər aşa ğı -
dakılar ola bilər:
– qızcığaz məktəbə gedənədək kitab-dəftəri onun həmyaşıdlarından geri qalmamasına
yardımçı olacaq;
– dərsliklər dövlət tərəfindən verildiyindən onu qorumaq hər məktəblinin borcudur;
– məktəb ləvazimatları qızcığaz üçün ən qiymətli şeylər idi və s.
Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər. Onlar dəlilləri dinləyir, özlərində qeyd
edir, öz əks-arqumentlərini hazırlayırlar. Diskussiya xarici dairədə oturanların hesabına davam
edir. İkinci dairədə oturanların dəlilləri aşağıdakılar ola bilər:
– atışma gedirdi, hər dəqiqənin öz hökmü var idi;
– qızcığaz bir müddət kitab-dəftərsiz qalmaqla heç də həmyaşıdlarından geri qalmazdı;
– dövlət tərəfindən verilmiş dərsliklər üzrlü səbəbdən itərsə, məktəbli buna görə məsuliyyət
daşımaz və s.
Diskussiya dayandırılır, I və II dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. İndi onlar diskus-
siya apararaq əvvəlki iştirakçıların dəlillərini təkzib etməlidirlər. 
Dinləmə
Dinləmə mətnini səsləndirməzdən əvvəl müəllim şagirdlərə sualla müraciət edir: 
– Sizcə, doğma yurdunu tərk edən yaşlı adamlar üçün ən qiymətli şey nədir?
Müəllim uşaqların fikirlərini “vətən” sözünə yönəldir. Vətənin nə üçün qiymətli olduğu haqda
fikirlər səsləndirilir. 
Kəndin ayağında – ................................
Kəndin yuxarı başı – ...........................
Dalınca götürüldü – ...........................
Bir göz qırpımında – ...........................
1
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə