Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə11/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   7   8   9   10   11   12   13   14   ...   100

4. Piter nə üçün oğrunu tutmaqda polislərə kömək etmədi?
5. Piter niyə qəzəbləndi?
6. Nə üçün Piter hər kəsin sevimlisinə çevrildi?
Danışma
(“Auksion”) 
Sual: – Hörümçək adam kimdir? 
Şagirdlər dinləmə mətnini topladıqları məlumatlarla zənginləşdirirlər.
Yazı
“Mən Hörümçək adam olsaydım, nə edərdim?” mövzusunda inşa yazılır.
Dil qaydaları
Dərsliyin 19-cu səhifəsindəki 6-cı tapşırığa keçməzdən əvvəl müəllim şagirdlərə bildirir ki,
sözlərin səs tərkibinə görə təhlili zamanı hecaların sayı və ahəng qanunu sözün yazılışına,
səslər isə tələffüzə əsasən müəyyənləşdirilir. 
1-ci və 5-ci cümlələrdəki deyilənlər yanlış, qalanları isə doğrudur.
İş dəftərinin 13-cü səhifəsindəki tapşırıqlar yerinə yetirilə bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 5. RUMİNİN MƏSLƏHƏTİ (4 saat)
Motivasiya
Müəllim: –  Müəllim sizə sinifdə mobil telefonla danışmağı qadağan etsə, sözü nə əməl
edərsiniz? Cavablardan sonra: – Əgər müəllim özü sinifdə mobil telefonla danış sa ne cə?
Uşaqların fikirləri dinlənilir. II sinifdə “Sehrli torba” nağılında Səmədin, “İki güzgü”də Leylanın,
III sinifdə “Leylək və bülbül” nağılında leyləyin, “Beş bacının qardaşı”nda Tofiqin pis vərdişləri
xatırlanır. 
Müəllim tapşırır ki, uşaqlar tərgitmək istədikləri bir vərdişi və onu niyə tərgitmək istədiklərini
kiçik bir kağızda yazıb müəllimə versinlər. Bu zaman qeyd olunur ki, səmimi olmaq üçün uşaqlar
kağızda öz adlarını yazmaya da bilərlər.
Vərəqlər toplandıqdan sonra pis vərdişlərin siyahısı tərtib olunur və lövhədə cədvəl çəkilərək
şagirdlərlə birlikdə doldurulur.
Məzmun standartları
Təlim məqsədləri
1.1.1. Dinlədiyi eyni məsələlər barədə
müxtəlif fikirləri ümumiləşdirməklə yekun
rəy bildirir.
Dinlədiyi mətnlərdəki eyni faktlar üzrə
müxtəlif fikirləri ümumiləşdirir.
1.2.2. Müşahidə etdikləri, eşitdikləri,
oxuduqları hadisələr haqqında  mühakimə
xarakterli fikirlər irəli sürür.
Nəsihətamiz fikri eşitdiyi və ya müşahidə
etdiyi hadisələrlə bağlayaraq mühakimə
xarakterli fikirlər söyləyir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu mətnin ideyasını həyatla
əlaqələndirir.
3.1.3. Verilmiş mətnin  (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Dinlədiyi mətnin məzmununu öz sözləri ilə
yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Ahəng qanununa tabeliyinə görə sözləri
fərqləndirir.
29
AİLƏ VƏ MƏKTƏB
Çap üçün deyil


Oxu
(proqnozlaşdırma) 
Dərsliyin 20-ci səhifəsindəki “Ruminin məsləhəti” rəvayəti “Gedin, üç həftədən sonra
gələrsiniz” cümləsinə qədər oxunur.
Müəllim: – Sizcə, Mövlana niyə belə söylədi? Mətnin davamı ilə bağlı fikirlərinizi söyləyin.
Şagirdlərin variantları dinlənilir. Sonra mətnin davamı oxunur və deyilən variantlarla
müqayisə olunur.
Mətnin nə dərəcədə qavranıldığını yoxlamaq məqsədilə suallar verilir:
– Mövlana uşağa neçə gündən sonra məsləhət verdi?
– Bu mətnə görə, Rumi haqqında bunlardan hansını söyləmək olar?
A) böyük şair
B) müdrik müəllim
C) zəhmətkeş insan
Əsərin ideyası açıqlanır: “Yalnız o adamın məsləhət verməyə mənəvi haqqı çatır ki, özü
həmin məsləhətə əməl etmiş olsun”.
Danışma
(“Akvarium”)
Müzakirə üçün Ruminin iki kəlamı verilir:
1. İnsanlar gördüm ki, əynində libası yox,
Libaslar gördüm ki, içində insanı yox.
2. Bülbül gözəl oxuduğuna görə qəfəsə salınar,
Qarğanı, ya bayquşu qəfəsdə kim saxlar ki?
Qruplar həmin kəlamları izah etməli və həyatdan misal gətirməklə bu kəlamların onlarda
hansı fikirlər oyatdığını söyləməlidir.
Dil qaydaları 
2-ci tapşırıqda izahı verilmiş  sözlər tapılır. Bu sözlərin  sol sütundakı sözlərə müəyyən
hissəcik əlavə edilməklə alındığı qeyd olunur. Motivasiya xarakterli bu tapşırığın icrasından
sonra dərslikdəki qayda oxunur və izah olunur. 2-ci tapşırıqda sözlərin kökünə hansı
şəkilçilər artırıldığı müəyyənləşir. Müəllim qeyd edir ki, bunlardan -lı, -çı dörd cür, -ban, -keş
bir cür yazılan şəkilçilərdəndir. 
İki və dörd cür yazılan şəkilçilərlə bağlı dərsliyin 21-ci səhifəsindəki 3-cü tapşırıq yerinə
yetirilir. Şəkilçidə baş verən dəyişikliyin səbəbinin ahəng qanununa görə olduğu vurğulanır.
Sözün son hecası qalın sait olarsa, ona qoşulan şəkilçi qalın saitli və əksinə olur.  
Müəllimin nəzərinə: Şəkilçilər qoşulduqları sözdəki son saitin qalın və incəliyindən asılı olaraq
iki cür, qalın, incə, dodaqlanan və dodaqlanmayan olmasından asılı olaraq dörd cür ya -
zı lır.
Müəllim “Top oyunu”ndan istifadə edərək bu mövzu ilə bağlı dil qaydasını möhkəmləndirə
bilər. Oyunda iştirak edən şagirdlər elə sözlər deməlidirlər ki, eyni şəkilçi müxtəlif variantlarda
işlənsin. Məsələn, müəllim “qaçır” deyib topu bir şagirdə atır, həmin şagird “gəlir” deyib topu
başqa şagirdə atır, 2-ci şagird “görür” deyib topu 3-cü şagirdə atır və s. Növbəti addımda başqa
şəkilçili söz deyilərək oyun davam etdirilir. 
Dinləmə
ALİM VƏ CAHİL
Bir cahil adam bir alimin evinə əmanət qoyur. Bir neçə gündən sonra əmanətə ehtiyacı
olur. Alimin evinə gedir. Baxıb görür ki, alim döşəkçə üstə əyləşib, qarşısında cərgə ilə
oturan uşaqlara dərs deyir. 
Cahil:
Ey ustad, əmanətə ehtiyacım var, gəlmişəm onu aparmağa.
Vərdiş
Niyə tərgitmək lazımdır? Tərgitmək üçün nə etmək lazımdır?
30
1
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə