Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə12/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   8   9   10   11   12   13   14   15   ...   100

31
Alim deyir:
– Gözlə, dərs qurtarsın, ondan sonra verərəm.
Cahil adam oturub gözləməyə başlayır. Fikir verib görür ki, uşaqlar nəsə danışır, alim
isə elə hey başını yırğalayır. Elə bilir ki, dərs demək ancaq başını yırğalamaqdan ibarətdir,
deyir:
– Ustad, sənin əvəzinə mən başımı yırğalayaram, sən get əmanətimi gətir, tələsirəm.
Alim cahilin nəyə işarə vurduğunu anlayır. Gülür və deyir:
– Məsələ ancaq baş yırğalamaqda deyil, gərək başın içində də nəsə olsun.  
Cahil sözlərindən utanıb daha dinmir. Dərsin axırınadək dinməz-söyləməz gözləyir.
Sual və tapşırıqlar:
1. Cahil niyə alimin evinə gəlir?
2. Alim niyə cahildən gözləməyi xahiş edir?
3. Mətndə gülüşdoğuran nədir?
4. Mətnin janrını müəyyən edin.
(lətifə)
Yazı
Şagirdlər plan quraraq dinlədikləri mətnin qısa məzmununu yazırlar.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu 
üzrə qiymətləndirmə (İş dəftərinin 14-cü səhifəsində də verilmişdir.)
GÖRÜNMƏZ ADAM
Herbert Uels fantastik romanları ilə tanınan ingilis yazıçısıdır. O, "Görünməz adam"
romanında bir alimin insan vücudunu görünməz etmə sindən yazır. Bəs, görəsən, insanı,
doğrudan da, görünməz etmək mümkün dürmü? 
Nəzəri cəhətdən bu mümkündür, çünki insan vücudunun əsasını təşkil edən su və
başqa mad dələr şəffafdır. 1. Lakin insanda  şəffaf olmayan maddələr də var ki, onlar
qana, dəriyə, saç 
lara və gözə rəng verir. 2. İnsanın bədən üzvlərini öyrənən elm
anatomiya adlanır. 3. Əs lin də, insan bədənindəki rəngli maddələri də şəffaflaşdırmaq olar,
lakin bu zaman həmin or qanlar öz funksiyasını itirər. İnsanın görməsi üçün həmin rəngli
maddələrin əvəzedilməz ro lu var.
Tapşırıqlar.
1. Rəqəmlə nömrələnmiş hansı cümlənin mətnin məzmunu ilə əlaqəsi yoxdur?
A) 1-ci             
B) 2-ci           
C) 3-cü
2. Mətnin məzmununa uyğun gələn fikri seç.
A) İnsan vücudunun yoxa çıxması nəzəri cəhətdən mümkündür.
B) İnsanı görünməz etmək yalnız nəzəriyyədə mümkündür. 
C) İnsan vücudunda şəffaf olmayan yalnız gözlərdir.
3. “Dəri” sözü hansı cümlədə əlamət bildirir?
A) Bəzi heyvanları məhz dərisinə görə ovlayırlar.
B) İnsanlarda dərinin rəngi müxtəlif olur.
C) Onun dəri paltosu hamının xoşuna gəldi.
AİLƏ VƏ MƏKTƏB
Çap üçün deyil


4. “Saç” sözünü cümlələrdə işlət.
Feil kimi: __________________________________________
İsim kimi: _________________________________________
Yazı
(ifadə)
QUŞATAN
Rüstəmlə Qurban həm yaxın qonşu, həm də yaxın dost idilər. Onlar eyni sinifdə
oxuyurdular. Rüstəmin bir quşatanı vardı. O, tez-tez quşları incidir, Qurban isə həmişə
onu başa salmağa çalışırdı ki, quşları incitmək olmaz, günahdır. 
Bir gün Rüstəm quşatanı əlində tutaraq yol qırağındakı kollara, ağaclara baxa-baxa
məktəbə gedirdi. Qurbangilin evlərinə az qalmışdı. O hər gün buradan keçəndə dostunu
səsləyər və məktəbə bərabər gedərdilər. İndi də onların hasarına yenicə yaxınlaşmışdı
ki, qarşıdakı iydə ağacının budağında bir quş gördü. Tez çantasını yerə qoyub yavaş-
yavaş iydə ağacına yaxınlaşdı. Quşatana daş qoyub atdı. Daş lap quşun yanından keçdi.
Rüstəm bir dəfə də cəhd elədi, amma bu dəfə quşatan Rüstəmin əlindən çıxıb ağacın
budağına ilişdi. O nə qədər çalışdısa, quşatanı ağacdan götürə bilmədi. Birdən dərsə ge-
cikdiyini xatırlayıb məktəbə tərəf yüyürdü. Sinfə girəndə Qurbanı görmədi. Birinci dərsdən
sonra məktəbə xəbər çatdı ki, Qurbanın başı yaralanıb. 
Dərslər qurtaran kimi Rüstəm Qurbana baş çəkməyə getdi. Evə girəndə gördü ki, Qur-
ban başı sarıqlı uzanıb, yanında da quşatan. Elə bu vaxt Qurbanın anası otağa gəldi və
deyinməyə başladı:
– Gör oğlumu nə hala qoyublar. Bu daşı atanın əlləri qırılsın!
Rüstəm başını aşağı saldı. O nə edəcəyini bilmirdi... 
Şagirdlər plan tutaraq mətnin müfəssəl məzmununu yazırlar.
Dil qaydaları 
üzrə qiymətləndirmə
1. Sözlərdən birinin ilk samitini cingiltili qarşılığı ilə əvəz etdikdə yeni söz yaranır:
A) kələm
B) səhər
C) pətək
2. Cümlələrdən birində heç bir söz ahəng qanununa tabe deyil:
A) Körpü hər iki sahili birləşdirirdi.
B) Kitabın ilk səhifəsində mündəricat verilmişdi.
C) Mavi səmadakı Azərbaycan təyyarələridir.
3. İncə  saitlərin ahənginin gözlənildiyi söz sırası hansıdır?
A) tarix, sadiq, sait
B) keçi, nəhəng, meşəlik
C) daxıl, yapıncı, durna
4. “Şagird” sözünün səs tərkibi haqqında deyilənlərdən biri yanlışdır:
A) 6 səsdən ibarətdir: 2-si sait, 4-ü samitdir.
B) Ahəng qanununa tabe deyil.
C) Tərkibindəki samitlərdən 1-i kar, 3-ü cingiltilidir.
5. Yalnız qalın saitli sözlərdən ibarət cümləni seç. 
A) Leyla yaxşı piano çalır.
B) Qasım dayı atını çapıb uzaqlaşdı.
C) Komandamız yarışda medal qazandı.
32
1
Çap üçün deyil


33
Dərs 6. BİRİNCİ ADDIM (6 saat)
Motivasiya
– Müəllim dərsə gəlməyəndə və ya gecikəndə həmin vaxt nə edirsiniz?
Uşaqlar öz fikirlərini söyləyirlər. 
Müəllim şaxələndirmə apararaq deyilənləri yazı taxtasında qeyd edir.
Müəllim çalışır ki, yaxşı oxuyan şagirdlərin dediklərini dairənin bir tərəfində, zəif oxuyan və
tənbəl şagirdlərin dediklərini isə digər tərəfində qeyd etsin. Sonra uşaqların dedikləri müqayisəli
şəkildə şərh olunur. 
Oxu
(rollu oyun)  
Mətnin 1-2-ci hissələri  səssiz oxunduqdan sonra rollar üzrə səhnələşdirilir. 
Mətndə əsas obrazlar təhlil edilir. Həmin obrazlar sinifdə belə şagirdlər varsa, onlarla
müqayisə olunur. 
Mətnin oxunmuş hissəsinin məzmunu atalar sözü ilə ifadə olunur (dərslik, səh. 23, tap. 2).
Söz ehtiyatı
Şagirdlər “göz”, “udmaq”, “sancmaq” sözlərinin müxtəlif mənalarını izah edib cümlələrdə
işlədirlər (dərslik, səh. 23, tap. 1). Mətndəki ilə eyni mənada işlənən cümlələri qeyd edirlər.
İş dəftərinin 15-ci səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilə bilər.
“Çul” sözünün izahı: “Adətən, minik heyvanının üstünə sərilən, yundan toxunmuş qalın örtük”.
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Oxuduğu və ya dinlədiyi əsərlə bağlı fikir lə rini
müdafiə etmək üçün arqumentlər gə tirir.
Oxuduğu və dinlədiyi məlumatları həyatda
gördükləri və eşitdikləri ilə əlaqələndirərək
mühakimə xarakterli fikirlər irəli sürür.
1.2.3. Dialoji mətnlər qurur və təqdim edir. 
Oxuduğu və dinlədiyi mətni ümumiləş dirə rək
ssenari yazır və səhnələşdirir.
1.2.4. Verilmiş sadə mətni bədii ifadə
vasitələri ilə zənginləşdirməklə obrazlı və
emosional nəql edir.
Oxuduğu mətnin davamını təxəyyülünə
uyğun nəzmlə və ya səhnələşdirilmiş şəkildə
təqdim edir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri təqdim
edir.
Mətndə rast gəldiyi yeni söz və terminləri
kontekstə əsasən izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki hadisələrin səbəb-nəticə əlaqəsini
müəyyən edir.
Oxuduğu bədii mətnin hekayə xəritəsini qurur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu mətnin ideyasını həyatla əlaqə lən -
dirir.
Əsərdəki obrazları səciyyələndirmək üçün mü-
vafiq keyfiyyət bildirən sözlər seçir.
Mətnin məzmununu atalar sözü ilə ifadə edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş situasiyaya uyğun kiçikhəcmli esse
yazır.
Oxuduğu mətni təxəyyülünə uyğun davam et-
dirib yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Fonetik təhlil zamanı bəzi şəkilçilərin deyilişi ilə
yazılışını fərqləndirir.
AİLƏ VƏ MƏKTƏB
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə