Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə10/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

Dərsliyin 19-cu səhifəsindəki 2-3-cü tapşırıqlar yerinə yetirilir. Eləcə də iş dəftərinin 12-ci
səhifəsindəki 1-4-cü tapşırıqlardan istifadə etmək olar.
Müəllim lövhədə cədvəl çəkir:
– Fəridgilin sinfində kompüter oyunları üzrə yarışma keçirilirdi. Ən yüksək bal toplayan
şagirdlərin göstəriciləri bu cədvəldə qeyd olunub.
Orta balı ən yüksək olan şagird yarışmanın qalibidir. Şagirdlərin orta ballarını hesablayın və
qalibi müəyyən edin.
Söz ehtiyatı
Şagirdlər “proqram təminatı”, “virus”, “klaviatura” terminlərinin izahını yazır, bu terminlərin
hansı elm sahəsinə aid olduğunu müəyyənləşdirirlər. Müəllim onların diqqətini “virus” (təbabət)
və  “klaviatura” (musiqi) sözlərinin digər mənalarına yönəldir, onların mənaları arasındakı
yaxınlıq müəyyən olunur (iş dəftərinin 13-cü səhifəsindəki 6-cı tapşırıqdan istifadə etmək olar).
İş dəftərinin 13-cü səhifəsindəki mətnlə bağlı qalan tapşırıqlar yerinə yetirilə bilər.
Danışma
Şagirdlər oxuduqları ilk kitab, bu kitabdan aldıqları təəssüratlar haqqında danışırlar (dərslik,
səh. 19, tap. 4).
“Auksion”. Şagirdlərə sual verilir: – Hansı mənbələrdən bilik əldə etmək olar? 
(radio, tele-
viziya, kitab, internet, qəzet, jurnal)
Daha sonra şagirdlər arasında “Kim hansı bilik mənbəyinə daha çox müraciət edir?”
mövzusunda sorğu aparılır. 
Müəllimin nəzərinə: Bu tapşırığı daha genişmiqyaslı sosioloji araşdırma layihəsi kimi də həyata
keçirmək olar. Hər bir şagirdə 10 anket vermək olar ki, qohumlar və tanışlar arasında
sorğu keçirsin və sorğunun nəticələrini qrafik informasiya (cədvəl, barqraf, diaqram)
şəklində təqdim etsin.
Sonda şagirdlərin araşdırmaları ümumiləşdirilir və nəticələr hesablanaraq diaqram tərtib olu nur.
Sorğunun sonunda bu nəticəyə gəlinir ki, yuxarıda adları sadalanan informasiya mən bələri
məqsəddən asılı olaraq müxtəlif yerlərdə istifadə olunur. İnformasiya texnologiyalarının sürətlə
inkişaf etdiyi bir əsrdə hər kəsin internetin imkanlarından istifadə etməsi həm vaxt, həm də in-
formasiya bolluğu baxımından səmərəlidir. 
Kompüter oyunları
Fərid
İlkin
Günel
“Mario”
75
78
92
“Hörümçək adam”
89
83
57
“Ben 10”
68
71
65
ANKET NÜMUNƏSİ
1. İnformasiya almaq üçün daha çox hansı mənbələrə müraciət
edirsiniz? (altından xətt çəkin)
radio,  televiziya,  kitab,  internet,  qəzet,  jurnal
2. Özünüz haqqında məlumat verin.
Yaşınız _________
Cinsiniz _________
Məşğuliyyətiniz ____________
27
AİLƏ VƏ MƏKTƏB
Çap üçün deyil


28
Dinləmə
Ön hazırlıq.  Əvvəlki dərsdə müəllim uşaqlara tapşırır ki, “Hörümçək adam” əsəri
haqqında mümkün qədər çox məlumat (süjet xətti, əsərin yazılma tarixi, müəlliflər, əsər əsa -
sında çəkilmiş filmlər, kompüter oyunları və s.) toplasınlar. 
Müəllim: – Yadınıza salın:  III sinifdə keçdiyiniz hansı nağıl qəhrəmanları qeyri-adi
bacarığa malik idi?
Uşaqlar “Balaca və damda yaşayan Karlson” əsərini və Karlsonun qeyri-adi bacarıqlarını
yada salırlar.
Sual:  – Siz hansı qeyri-adi bacarıqlara malik olmaq istərdiniz? Arzuladığınız bacarıqlar -
dan nə məqsədlə istifadə edərdiniz?
Uşaqların  fikirləri dinlənilir. Müəllim hər fikrə böyük hörmətlə yanaşır. 
Aşağıdakı məlumat verilir.
– Spaydermen (Spiderman) – ingiliscədən tərcümədə hörümçək adam deməkdir. Siz, yəqin
ki, Hörümçək adam haqqında cizgi filmlərinə, kinolara baxmısınız. Hətta bir çoxu nuz Hörümçək
adamın şəkli olan çantalara, paltarlara və digər əşyalara maraq göstərirsiniz. Bəs bilirsiniz
Hörümçək adam kimdir? 
HÖRÜMÇƏK ADAM
Piter Parker əmisigildə yaşayırdı. Onun valideynləri təyyarə qəzasında həlak
olmuşdular. Əmi si onu öz övladı kimi sevir, onun parlaq bir gələcəyi olmasına çalışırdı.
Piter  çox saf, sa kit bir uşaq idi. Yoldaşları onun sakit olmasını fərsizlik kimi başa düşür,
onu tez-tez ələ salı r dılar. 
Piter artıq 15 yaşına çatmışdı. Bir gün təsadüf nəticəsində onun həyatı tamamilə
dəyişdi.  Piter  laboratoriyada həşəratlar  üzərində təcrübə aparırdı. Birdən  kolba
şüşəsindən çı xan zə hərli  hörümçək onu sancdı. Bu zaman Piter özündən asılı olmadan
sürətlə labora tori ya dan çıxdı, küçə uzunu qaçmağa başladı. O çox sürətlə qaçırdı, hətta
maşınları belə ötüb-ke çirdi. Piter xüsusi cəldliklə divara dırmaşmağa başladı. Bundan
sonra başa düşdü ki, bu qeyri-adi gücün səbəbi onu dişləyən zəhərli  hörümçəkdir. 
Piter yeni bacarıqlarını hər kəsdən gizlədirdi. Heç kimin diqqətini cəlb etmək is təmirdi.
Qeyri-adi bacarıqlarından istifadə etmək istədikdə mavi-qırmızı paltar geyir, maska ta -
xırdı ki, heç kim onu tanımasın. Beləcə, şəhərdə Hörümçək adam haqqında əfsanələr
gəzib-dolaşmağa başladı.
Bir dəfə küçə ilə gedərkən Piter gördü ki, polislər bir oğrunu qovurlar. O istəsəydi, oğru -
nu bir göz qırpımında tuta bilərdi, ancaq: “Bu, polislərin işidir, öz işlərini özləri görsünlər”,
– deyib oğruya heç fikir də vermədi. 
Ertəsi gün dərsdən çıxıb evə  gələndə Piter həyətdə polis maşınları gördü.  O çox
təəccübləndi. Axı polislər onların evində nə axtarırdı?! Heç demə, Piterin əmisini evə girən
bir oğru öldürübmüş.  Piter bunu eşitcək çox qəzəbləndi, tez paltarını dəyişdi, maskasını
taxdı və oğrunu axtarmağa başladı. Oğrunu tutanda gördü ki, bu, dünən polislərin təqib
etdiyi oğrudur. Piter  əmisinin ölümündə özünü günahlandırdı. Axı keçən gün Piter  oğrunu
tutmaq üçün polislərə kömək etsəydi, indi bu hadisə olmazdı. 
O gündən sonra başa düşdü ki, bacarıqlarından yalnız öz şəxsi mənafeyi üçün deyil,
başqa insanlar üçün də istifadə etməlidir. O, insanların mənafeyi uğrunda mübarizəyə
başladı və hər kəsin sevimlisi oldu. Xalqını pis adamlardan  qorudu. Çətin vəziyyətə
düşmüş insanların himayədarına çevrildi.
Müəllim mətni oxuduqca fasilələr verir və suallar vasitəsilə şagirdlərin diqqətinin mətndən
yayınmamasına çalışır.
1. Nə üçün yoldaşları Piteri fərsiz hesab edirdilər?
2. Piter qeyri-adi gücə malik olduğunu necə başa düşdü?
3. Şəhərdə Hörümçək adam haqqında əfsanələrin yaranmasına səbəb nə idi?
1
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə