Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə6/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   2   3   4   5   6   7   8   9   ...   100

Dərs 1. FUTBOL TOPU (6 saat)
Motivasiya
Müəllim: – Bu gün yeni dərs ilinin ilk günü – Bilik bayramıdır. Yəqin ki, sizin üçün  bu gün
ikiqat bayramdır. Sizdə bayram əhvali-ruhiyyəsini yaradan nədir? 
Şagirdlər öz fikirlərini bildirirlər: uzun ayrılıqdan sonra sinif yoldaşları və müəllimləri ilə
görüşmək, yeni biliklərə yiyələnmək həvəsi və s. 
Müəllim uşaqların diqqətini yay ərzində məktəbdə baş vermiş dəyişikliklərə yönəldir: təzəcə
təmirdən çıxmış, gözoxşayan sinif otaqları, yeni tədris avadanlıqları, məktəb həyəti, idman
meydançası və s. 
Qeyd olunur ki, respublikamızda xeyriyyə fondu kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu
hər il yüzlərlə yeni məktəb binası tikdirir və təmir etdirir. Yeni sinif otaqları, yeni partalar, yeni
dərsliklər – bütün bunlar dövlətimizin təhsilə göstərdiyi qayğının bariz nümunəsidir. 
Oxu
Mətnin 1-ci hissəsi oxunur. 
Söz ehtiyatı
Müəllim uşaqların diqqətini mətnin 1-ci hissəsindəki autpenalti sözlərinə yönəldir və bu
sözlərin mənalarını soruşur (1-ci tapşırıq).
Aut – idman oyunlarında topun meydançadan və ya meydandan kənara çıxması.
Penalti – cəza, cərimə
Dərsliyin 11-ci səhifəsində verilmiş tapşırıqlar yerinə yetirilir. Şagirdlər əsərin davamı ilə bağlı
öz variantlarını söyləyirlər (5-ci tapşırıq).  
Məzmun standartları
Təlim məqsədləri
1.1.1. Dinlədiyi eyni məsələlər barədə
müxtəlif fikirləri ümumiləşdirməklə yekun
rəy bildirir.
Debat zamanı qarşı tərəfin fikirlərini
ümumiləşdirərək əks-arqumentlər gətirir.
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf et-
dirir.
Dinlədiyi elmi-kütləvi mətni topladığı məlu -
matlarla zənginləşdirir.
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Verilmiş qrafik informasiyanı (barqrafı, diaq -
ramı) şifahi şəkildə şərh edir. 
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələri,
habelə onlara bənzər əşya və hadisələri
adlandırır, təyinatına görə müqayisə edir.
Rast gəldiyi yeni sözlərlə həyatda gör dü yü
əşya və hadisələr arasındakı uyğunluğu
müəyyən edir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Mətndə rast gəldiyi yeni söz və terminləri
kontekstə əsasən izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki ayrı-ayrı epizodları əsas fikirlə
əlaqələndirir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu mətndəki obrazların hərəkətinə
münasibət bildirir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Oxuduğu mətni təxəyyülünə uyğun davam
etdirir.
3.1.5. Sinif səviyyəsinə uyğun olaraq mü əy -
 yən edilən əməli yazılar (məktub, açıq ca,
elan, ərizə, dəvətnamə, məlumat) yazır.
Oxuduğu əsərin ideyasına əsaslanaraq
sinif yoldaşına məktub yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Sözün tələffüzünə əsaslanaraq onun səs
tərkibi haqqında fikir yürüdür.
17
AİLƏ VƏ MƏKTƏB
Çap üçün deyil


Dinləmə
İDMAN TERMİNLƏRİ
Elmin və mədəniyyətin müxtəlif sahələrində olduğu kimi, idmanda da bir çox terminlər
var. Bu terminlər, əsasən, idman oyunlarının adlarını, oyun qaydalarını, müvafiq idman
oyunu ilə bağlı ləvazimatları bildirir.
İdman terminlərinin əksəriyyəti beynəlxalq terminlərdir, yəni müxtəlif xalqlar eyni
terminlərdən istifadə edirlər. İdman oyunu hansı ölkədə yaranırsa, bu oyunla bağlı
terminlər də həmin xalqın dilindəki sözlərdən yaranır. 
Futbol oyununa bənzər oyunlar bir çox xalqlarda lap qədimdən mövcud olmuşdur.
Məsələn, əvvəllər Azərbaycanda bu oyuna bənzəyən çövkən oyunu geniş yayılmışdı. 
Futbolun dəqiq qaydaları ilk dəfə 150 il əvvəl İngiltərədə tərtib olundu və yazılı şəkildə
təsdiq edildi. Buna görə də futbol terminləri ingilis sözlərindən yaranmışdır.
“Futbol” sözü “foot” [fut], yəni ayaq və “ball” [bol], yəni top sözlərinin birləşməsindən
yaranmışdır. Dilimizdə bir çox mənaları olan “qol” sözü futbol termini kimi ingilis dilindəki
“goal”, yəni məqsəd sözündən götürülmüşdür. Bu oyunda əsas məqsəd topu rəqib
qapısından keçirməkdir. Ona görə də oyunçular buna nail olanda hamı “qol” deyə qışqırır.
Buna mane olan qapıçıya isə bir çox dillərdə qolkiper (ing. goalkeeper – [goulkipə]) deyilir.
“Keep” ingilis dilində saxlayan, qoruyan mənasını verir.
Müəllimin nəzərinə: Müəllim mətni oxuduqca ingilis sözlərini lövhədə yazır.
Futbol komandasındakı hücumçuya “forvard”  da deyilir. İngilis dilində “forward” [fowad] sözü
irəli, qabağa gedən mənasını verir. 
Oyun zamanı topun meydançanın yan xəttindən kənara çıxmasına “aut” deyirlər. İngilis
dilində “out” sözü kənar (bir şeyin çöl tərəfi) deməkdir. 
Futbol oyununun ən maraqlı qaydalarından biri onbirmetrlik cərimə zərbəsidir. Bir çox dillərdə
buna penalti də deyilir. İngilis dilində “penalty” [penalti] – cəza, cərimə deməkdir.
İdmançılar beynəlxalq idman terminlərini bilməlidirlər. Bu, beynəlxalq idman yarışlarında
rəqib oyunçuların və hakimlərin bir-birini başa düşməsinə imkan yaradır.
Sual və tapşırıqlar:
1. Beynəlxalq termin nə deməkdir? Nə üçün idmançılar beynəlxalq idman terminlərini
bilməlidirlər?
2. Futbol terminləri hansı dildə yaranmışdır? Səbəbini göstərin. Əgər idman oyunu Gürcüs-
tanda yaransaydı, bu oyunla bağlı terminlər hansı dildə olacaqdı?
3. Sizcə, karate idman döyüş növü harada yaranmışdır? Bu idman növündəki terminlər hansı
dildədir? 
Şagirdlər mətni dinlədikdən sonra iş dəftərinin 6-cı səhifəsindəki 2-ci tapşırığı yerinə yetirə
bilərlər.
Danışma 
Müəllim: – Məktəbdə ən çox sevdiyiniz yer (guşə) haradır? 
Hərə məktəbdə özünə maraqlı olan yerin adını çəkir. Lövhədə aşağıdakı cədvəl çəkilir.
Müəllim bildirir ki, hərə yalnız bir yerə səs verə bilər. Səsvermə yolu ilə cədvəl doldurulur: boş
xanalarda müvafiq saylar yazılır; məsələn:
Sevimli guşə
Oğlanlar
Qızlar
Sinif otağı 
3
4
Yeməkxana
1
2
Kitabxana
2
5
İdman zalı
5
3
18
1
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə