Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə13/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   9   10   11   12   13   14   15   16   ...   100

Danışma
(müzakirə)
Dərsliyin 24-cü səhifəsindəki 3-cü tapşırığa əsasən, şagirdlər “lovğalıq”, “özündənrazılıq” 
“məğrurluq” kimi keyfiyyətlərin oxşar və fərqli cəhətləri haqqında danışırlar (Venn diaqramından
istifadə etmək olar). Müəllim sual və tapşırıqlarla müzakirənin daha canlı keçməsinə çalışır:
– Bu keyfiyyətlərdən hansı müsbət, hansı mənfidir?
– Özündənrazılığın hansı müsbət və mənfi tərəfləri var?
– “Təvazökarlıq” bu sözlərdən hansı ilə əksmənalıdır?
– Sizcə, hansı adam çətin məqamda başqasının qarşısında əyilə bilər: lovğa, yoxsa məğrur?
– Bu keyfiyyətlərlə bağlı kiçik mətnlər qurun. 
(Qrup işi şəklində verilə bilər.)
Yazı
Müəllim şagirdlərlə birlikdə “çulunu sudan çıxarmaq” ifadəsinin mənasını araşdırır. Daha
sonra sinif 2 qrupa bölünür və müəllim yazı tapşırıqlarını izah edir.
I qrup: – Oxuduğunuz mətnin davamını öz təxəyyülünüzə uyğun yazın.
II qrup: – Elə bir hekayə yazın ki, orada baş qəhrəman çulunu sudan çıxara bilsin.
Danışma
(müzakirə)
Müəllim: – Sizcə, qanun, qayda nə deməkdir?
Uşaqlar öz fikirlərini söyləyirlər. 
Qanun, qayda – hamı tərəfindən qəbul olunmuş davranış normaları.
“Əqli hücum”. Müəllim: – Sinifdə və məktəbdə hansı davranış qaydalarına riayət etmək
lazımdır?
Müəllim yönəldici suallar vasitəsilə sinifdə canlanma yaradır:
– Başqası danışanda onun sözünü kəsmək olarmı?
– Dərsə gecikmisənsə, sinfə daxil olanda nə etmək lazımdır? 
Şagirdlərin fikirləri münasibət bildirilmədən lövhədə yazılır. Lakin fikirlər qeyri-müəyyən ifadə
olunduqda müəllim dəqiqləşdirmələr apara və səslənmiş fikrin qayda şəklində ifadə olunmasına
kömək edə bilər.
Müəllimin nəzərinə: Müəllim çalışır ki, aşağıdakı qayda da siyahıda öz əksini tapsın: “Dərsə
cavab verən şagird çətinlik çəkirsə, ona yerdən gizlicə kömək etmək olmaz”.
“Əqli hücum” bitdikdən sonra müəllim qaydaları bir-bir səsləndirir və səsə qoyur. Şagirdlərin
sayının 50%-dən çox səs toplamış qayda sinif tərəfindən qəbul olunur. Sonra müəllim iri vatman
kağızı götürüb belə bir cədvəl çəkir.
4
a
sinfinin QAYDALAR TOPLUSU
Şagirdlərin səs çoxluğu əsasında qəbul edilmiş qaydalar cədvəlin müvafiq sütunlarında
yerləşdirilir. 
Müəllimin nəzərinə: Gələcəkdə cədvələ əlavələr etmək üçün boş yerlər saxlanılır. Bu vərəq
şagirdlərin görə biləcəyi bir yerdə divardan asılır. 
Şagirdlər arasındakı 
münasibətlər
Müəllim-şagird 
münasibətləri
Məktəbdə davranış 
qaydaları
___________________
___________________
___________________
___________________
___________________
___________________
___________________
___________________
___________________
34
1
Çap üçün deyil


Oxu
Mətnin 3-cü hissəsi səssiz oxunur. “Suflyor” sözü izah olu nur (iş dəf tə rinin 15-ci səhifəsindəki
3-cü tapşırıqdan istifadə oluna bilər): “Teatr tamaşası zamanı rolun sözlərini səhnədəki aktyora
xatırladan adam”.
Dərsliyin 25-ci səhifəsində “Düşün və cavab ver” rubrikası altında verilmiş sualların cavabları
tapılır. 
Daha sonra 4-cü hissə oxunur və müəllim şagirdlərin diqqətini “Qaydalar toplusu”na yönəldir
və sualla müraciət edir: – Əsərin hansı qəhrəmanı qaydalara riayət etmədi? 
Əsər qəhrəmanlarının davranışlarına əsasən “Qaydalar toplusu”na əlavələr edilir. 
Danışma
Müəllim bildirir ki, şagirdlər oxuduqları mətn parçasını səhnələşdirməlidirlər. Lakin bu dəfə
müəllifin sözləri səsləndirilməyəcək. Səhnədə yalnız 3 aktyor iştirak etməlidir. Onlar Arif, Vaqif
və müəllim rolunu oynamalıdırlar. Buna görə də şagirdlər oxuduqları mətn əsasında ssenari
yazıb səhnə əsəri tərtib etməlidirlər. 
Mətnin səhnələşdirilməsi üçün sinif 3 qrupa (teatr truppasına) da bölünə bilər. Hər qrupda
ssenarist, rejissor və aktyorlar seçilməlidir. Müəllim daha bir neçə qaydanı xatırladır:
– mətndəki qəhrəmanların nitqi təkrar olunmaya da bilər;
– ssenaristlər orijinal mətndə ixtisarlar və əlavələr edə bilərlər;
– əsas məsələ mətnin məzmununu obrazların dili ilə tamaşaçıya çatdırmaqdır.
Qrupların səhnələşdirdiyi tamaşalar oynanıldıqdan sonra hər bir tamaşa müzakirə olunur və
şagirdlər tərəfindən qiymətləndirilir. 
Müəllim: – “Birinci addım” hekayəsi kimin dilindən nəql olunur?
Şagirdlərin cavablarından sonra: – Gəlin 4-cü hissənin sonunu bir daha oxuyaq və görək
Vaqifin hərəkətləri haqqında Arif nə düşünür?
Həmin hissə oxunduqdan sonra: – İndi elə fərz edək ki, mətn Vaqifin dilindən nəql olunur.
Onun Arif haqqında düşüncələrini əks etdirən monoloq hazırlayın və təqdim edin (müəllim
“monoloq” sözünün mənasını izah edir).
Monoloqlar dinlənilir. 
Danışma
(konkret hadisənin araşdırılması  – situativ praktikum)
Müəllim məzmunu “Arif bundan sonra nə etməlidir?” olan situativ praktikum hazırlayır.
Müzakirə üçün problemli vəziyyətə dair suallar öncədən hazırlanır və ayrıca kartlara yazılır.
Şagirdlər qruplara bölünürlər, hər qrup təklif edilən vəziyyətlərdən birini seçir və öz mühakimələri
ilə əsaslandırır.
I qrup. Arif Vaqifin hərəkətlərini sinifdə müzakirə etmək üçün müəllimə müraciət etməlidir.
II qrup. Arif Vaqifə yaxınlaşmalı və onun təkəbbürlülüyünün (inadkarlığının, lovğalığının)
nəyə gətirib çıxardığını başa salmalıdır. 
III qrup. Arif Vaqifgilə getməli və olanları onun valideynlərinə anlatmalıdır.
IV qrup. Arif baş verənləri evdə valideynlərinə danışmalı və bundan sonrakı hərəkətləri ilə
bağlı onlardan məsləhət istəməlidir. 
Oxu
(rollu oyun)  
Mətnin 5-ci hissəsi səssiz oxunduqdan sonra rollar (Arif və atası) üzrə səhnələşdirilir. Müəllim
obrazların daxili aləmini açmaq üçün intonasiya, jest və mimikaya diqqət yetirməyi tapşırır.
Şagirdlərə paylanan qiymətləndirmə vərəqində bu göstəricilər əsas meyar kimi öz əksini tapır.
Dərsliyin 27-ci səhifəsində “Düşün və cavab ver” rubrikası altında verilmiş suallar cavab lan -
dırılır.
İş dəftərinin 15-ci səhifəsindəki 4-cü tapşırıq yerinə yetirilə bilər. Tapşırıqda mətnin hissə lə -
ri nə aşağıdakı başlıqlar verilir: 
1-ci hissə:
“Yolda” 
2-ci hissə:
“Vaqifin lovğalığı”
3-cü hissə:
“Vaqifin biabır olması”
4-cü hissə:
“Vaqifin küsməyi” 
5-ci hissə:
“Atanın məsləhəti”
35
AİLƏ VƏ MƏKTƏB
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə