Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə11/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   189

marşıyla  addımlayıblar.  Beş  il  sonra  isə  Almaniya  darmadağın  olub  və  Hitler 

bunkerində  intihar  edib.  Paris  də,  Elzas  da,  Lotaringiya  da,  bütün  Fransa  da  yenidən 

azad  olub.  Tarix  -  Allahın  səbridir.  Hər  xalqın  taleyində  qara  günlər  olur.  Rusiya 

biabırçı  Brest  müqaviləsini  imzalamağa,  Türkiyə  alçaldıcı  Mudros  anlaşmasına  qol 

çəkməyə  məcbur  olublar,  amma  vaxt  keçib,  ədalət  qalib  gəlib  və  bu  imzalanmış 

sənədlər tarixin zibil qutusuna atılıb. 

Azərbaycanın  gələcək  taleyində  mühüm  rol  oynayacaq  amillərdən  biri  də 

Amerikayla, Avropayla münasibətlərdir. Əli bəy Hüseynzadənin ilk dəfə ortaya atdığı, 

sonralar  Ziya  Göyalpın  da  qəbul  etdiyi  məşhur  üçlüyü  yada  salaq:  türkləşmək, 

islamlaşmaq,  müasirləşmək.  Bu  son  anlayışı  qərbləşmək,  avropalaşmaq  kimi  də  ifadə 

edirlər.  Hər  halda  müasirləşmək  əsas  etibarilə  Qərb  dəyərlərinin  mənimsənilməsi 

anlamındadır.  Amma  müstəqil  Azərbaycanda  türkləşmək  ön  plana  çəkilirsə,  islami 

dəyərlərə  qayıtmamağımızın  vacibliyi  vurğulanırsa,  üçüncü  ünsürə-çağdaşlaşmağa, 

müasir  dünyanın  inkişaf  səviyyəsinə  qalxmağa  çox  da  əhəmiyyət  verilmir.  Nədənsə 

çağdaşlaşmağı, Qərb, Avropa dəyərlərini mənimsəməyi milliliyimizə ziyan vura biləcək 

təhlükə  kimi  qavrayırıq.  Əlbəttə,  bu  gün  qəzet,  jurnallarımızın,  özəl  televiziya 

kanallarımızın və radio studiyalarımızın adları yabançı sözlərdirsə, Bakının küçələrində 

əcnəbi dillərdə yazılar, reklamlar doğma dilimizdəkilərdən çoxdursa, gənclərimiz hətta 

Azərbaycan  dilində  rus  ya  ingilis  aksentiylə,  intonasiyalarıyla,  ibarələriylə  danışırsa, 

belə qərbləşməyi, belə müasirləşməni heç cür qəbul etmək olmaz.  

Cəlil  Məmmədquluzadə  “Anamın  kitabı”nda  bu  üçlüyün  ifrat  şəkillərinə  acı-acı 

istehza  edirdi.  İslamlaşmağı,  türkləşməyi  (osmanlılaşmağı),  ruslaşmağı  anamızın 

kitabından  yadırğamaq  kimi,  milli  dəyərlərin  itirilməsi  kimi  suçlayırdı.  Amma  axı 

dünyanın,  o  cümlədən  Qərb  dünyasının  həqiqi  və  bizə  bu  gün  çox  gərəkli  mənəvi, 

fəlsəfi,  mədəni,  estetik,  bədii  dəyərləri,  nəhayət,  demokratik  siyasi  dəyərləri  var.  Biz 

məhz  bu  dəyərlərdən  yararlanmalıyıq.  «Əcnəbi  seyrə  balonlarla»  deyil,  kosmik 

raketlərlə  çıxdığı  bir  dövrdə  ən  son  “Mersedes”  avtomobillərinə  minməyimizlə 

qürurlanıb qala bilmərik.  

Xalqlar  dostluğundan  danışanda  əlbəttə,  bu  anlayışın  ən  vacib  tərəfi 

Azərbaycanın  öz  içində  yaşayan  müxtəlif  xalqların  doğmalığıdır.  Azərbaycanda 




yaşayan  xalqların  özlərini  azərbaycanlı  sayması  ədalətli  və  düzgündür.  Amma 

azərbaycanlı  olmaqla  yanaşı,  ləzgi  ləzgiliyini,  talış  talışlığını,  avar  avarlığını,  tat 

tatlığını,  kürd  kürdlüyünü  danmamalıdır  və  danmır.  Eyni  cür  Azərbaycan  türkü  də 

azərbaycanlı  olmaqla  bərabər,  türklüyünü  danmamalıdır.  Bir  şərtlə.  Vaxtilə  müəyyən 

kontekstdə deyilmiş “Türkün türkdən başqa dostu yoxdur” sözlərini birdəfəlik unutmaq 

şərtilə.  Sovet  vaxtında  yasaq  olunmuş,  açıq  ya  gizli  daşıyıcıları  təqiblərə,  cəzalara, 

ölümə,  sürgünə  məhkum  edilmiş  türkçülük  ideyalarının  bu  gün  dirçəlməsini  təbii  hal 

kimi  qəbul  etmək  lazımdır.  Amma  bu  işdə  də  ifrata  varmaq  olmaz.  Türkçülüyü  sırf 

filoloci  qavramda  qəbul  edərək  real  tarixi  gerçəklərə  göz  yummaq  mənasızdır.  Yəni 

dilimizin tarixi kökləri baxımından qazax, ya başqırd mənə nə qədər yaxın olsa da, ayrı 

dil  sistemində  danışan  talışdan,  ləzgidən,  ya  kürddən  yaxın  deyil.  Əsrlər  boyu  adət-

ənənələri, məişət özəllikləri, əxlaq anlayışları, nəhayət,  mətbəxləri bir olmuş tat, avar, 

mənə eyni dil sisteminə malik olduğum xakasdan, ya yakutdan doğmadır. Ailə bağları 

da  Azəri  türklərini  çuvaşlarla,  ya  tuvalılarla  deyil,  talışlarla,  kürdlərlə,  ləzgilərlə  və 

özünə  qürurla  “Azərbaycanlıyam”  deyən  bütün  başqa  millətlərlə  bağlayır.  Tarixi 

araşdırmalar, dil, ədəbiyyat tədqiqatları baxımından son dərəcə önəmli olan bir sahə  - 

türkçülük  məkanı  bizi  azərbaycançılıq  məkanından  ayıra  bilməz.  Azərbaycan  türk 

dünyasının bir parçasıdır, amma Azərbaycanın içində ayrıca bir Azərbaycan dünyası da 

var və bu dünyada türk olmayan azərbaycanlılar da layiqli, şərəfli yerə malikdir.  

Və inanıram ki, bu vətənin övladları əl-ələ verib çiyin-çiyinə, ürək-ürəyə, beyin-

beyinə gələcəyin - XXI əsrin - Üçüncü Minilliyin Azad, Müstəqil ölkəsini, Bərabərliyin, 

Qardaşlığın və Dostluğun hökm sürəcəyi xoşbəxt Azərbaycanı quracaqlar.  

Xəyallarımda  yaşatdığım,  bəlkə  də  görə  bilməyəcəyim  bu  gələcək 

Azərbaycanımın  isə  yuxarıda  anlatmağa,  izah  etməyə  çalışdığım  beş  təməl  üzərində  - 

İnsan  Azadlığı,  Milli  Müstəqillik,  sinfi,  milli,  irqi,  dini,  cinsi  Bərabərlik,  Türk 

qardaşlığı,  Xalqlar  dostluğu  -  bünövrəsində  duracağını  arzulayır,  uca  Tanrıdan 

diləyirəm.  

 

 



 

 


DANIŞA  BİLMİRƏM 

 

Kükrəyən vicdanı bütün varlığını sarsıdanda dahi Tolstoy «Susa bilmirəm» deyə 



fəryad qoparmışdı.Bu gün bir sıra başqa Azərbaycan yaşıçıları kimi mən də bircə onu 

deyirəm  ki,danışa  bilmirəm.  Başımıza  gələn  müsibət  qarşısında  söz  acizdir,nitqimiz 

tutulub,dilimiiz  lal  olub.Gərək  belə  olmasın,bilirəm.Yazıçı  xalqının  dərdini 

hayqırmalıdır.  Amma  faciəmiz  o  qədər  böyük,matəmimiz  o  qədər  müdhiş,ağrımız  o 

qədər  dözülməzdir  ki,onları  bəlkə  də  yalnız  sükutla  ifadə  etmək  olar.  Ən  təsirli,ən 

parlaq  sözlər  qiymətdən  düşüb,mənasızlaşıb.  Nə  təsəlli  sözləri  tapıram,nə  ürək-dirək 

vermək istəyirəm. Bütün sözlər deyilib qurtarıb,deməyə söz qalmayıb,elə bil sözlərin içi 

boşalıb. Dünya sanki sössüzlük səhrasıdır. 

Niyə qismətimiz belə gətirdi.nəydi gunahımız,bu ağır bəlaya neçin düçar olduq? 

Qanlara bulaşmış tanklar,güllələrdən çopur olmuş divarlar,qətl yerinə çevrilmiş küçələr, 

iki gündə qəbristana dönmüş yaşıl yamac,göz yaşları, boğuq hıçqırıqlar, nalələr, yas… 

Analara  oğullarını,  uşaqlara  atalarını,qadınlara  ərlərini  kim  qaytaracaq,  kim?  Kim 

verəcək  bu  acı  sualların  cavabını?  Bilmirəm.Danışa  bilmirəm.  Düşünə  bilmirəm.  Söz 

tapmıram deməyə… 



Dərdimi suya dedim 

Alışdı su da yandı. 

Xalqa təsəllini yenə də yalnız xalqın özü verə bilir.Xalqın əsrlərdən bəri cilalayıb 

dediklərinə bərabər söz tapmaq mümkün deyil. 

Aşıq naçar ağlama, 

Gündür keçər,ağlama. 

Qapını bağlayan fələk 

Bir gün açar,ağlama. 

 

Şəhidlərmiizə mir rəhmət.Məzarları nurla dolsun. Əzizlərinin,yaxınlarını başı sağ 



olsun.Xalqımızın başı sağ olsun. 

22 yanvar 1990 

 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə