Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə12/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   189

ANARIN  ŞƏRHİ.  Qara  yanvar  gecəsinin  səhəri  indiki  Prezident  sarayının 

qarşısında mitinqdə çıxış etdim,elə həmin gün Elmlər Akademiyasının böyük salonunda 

ziyalıların  yığıncağına  sədrlik  etdim,axşam  isə  Azərbaycan  Ali  Sovetinin  fövqəladə 

vəziyyət  şəraitində  bütün  gecə  davam  edən  iclasında  dəfələrlə  danışdım,beynəlxalq 

təşkilatlara  müraciətlər  hazırladım.  O  günlərdə  rus  dilində  yazdığım  «BEDA» 

(«Müsibət»  adlı  yazım  bütün  respublikaların  Yazıçılar  İttifaqlarına,bir  sıra  SSRİ  Xalq 

deputatlarına 

göndərildi,rus 

dilində 

ilk 


dəfə 

Bakıda 


«Çernıy 

yanvar» 


kitabında,Azərbaycan dilində «Şəhidlər dağı» kitabımda dərc edildi,İranda və Fransada 

nəşr olundu.Qış məzuniyyətindən sonra işə başlayan SSRİ Ali Sovetinin fevral ayında 

ilk  iclasından  başlayaraq    sesiyalarında  bu  mətnin  tezislərini  müxtəlif  çıxışlarımda 

dəfələrlə  səsləndirdim.Qara  yanvar  günlərində  isə    «Pravda»  nın  müxbirlərini  qəbul 

etdim  və  söhbətimiz  qəzetdə  çap  edildi.  Sözəlrimi  dediyim  kimi  vermişdilər,  onda 

doğrudan da belə hiss edirdim ki,həyatım bitib. 

 

«Azərbaycan Yazıçılar İttifaqının Birinci katibi, Xalq deputatı,SSRİ Ali Sovetinin 



üzvü Anar deyir: 

-Hesab edirəm ki, faciənin qarşısını almaq olardı.Axı güc hakimiyyətin əlində idi. 

Talanlara  imkan  verilməyə  bilərdi..  Mən  silahsız  adamları  tankların  qabağına 

göndərənləri  də  ittiham  edirəm.Amma  Xalq  cəbhəsinin  sağlam  qüvvələri  ilə  əlaqə 

yaratmaq  lazım  idi..Mən  bu  barədə  Vəzirova  dəfələrlə  demişdim,amma  o  məhəl 

qoymurdu,hamısı quldurlardır,SRU agentləridir - deyirdi. 

Ənənənəyə uyğun çay içirik,pəncərədən gün işığı düşür,yaxında dəniz sayrışır, - 

sanki heç  bir şey  baş  vermiş  faciəni xatırlatmır.  Amma  yox,görürəm  ki, evin 52  yaşlı 

sahibinin ürəyində ağrılar  tuğyan edir. 

Anar  davam  edir:  Mənim  yeniyetməlik  dövrüm  1956-cı  ildə  bizim  qoşunlar 

Macarstana  daxil  olanda  qurtardı.  Gəncliyim  1968-cə  ildə  Çexoslavakiya  hadisələri 

zamanı sona yetdi. İndi isə məndə  belə bir hiss  var ki, Bakı yanvarında bütün ömrüm 

bitdi. 



Yazıçının  sözlərindəki  faciəvi  şiddəti  peşəkar  emosianallığın  hesabına  yazmaq 

olardı.  Amma  mübaliğəsiz,dünyaya  birinci  dərəcəli  ulduzlar  bəxş  etmiş  Azərbaycan 

ziyalılığının məşhur nümayəndəsinin hadisəyə verdiyi qiyməti nəzərə almamaq olmaz. 

-Yanğını başlamamışdan söndürmək lazım idi-deyir Anar - Mərkəzdə də,yerlərdə 

də qərarların nüfuzunu qırmaq,xüsusilə də özlərinin Qarabağa aid   qəraralarını yerinə 

yetirməmək  olmazdı». 



A.Qoroxov,V.Okulov  

«Pravda»nın xüsusi müxbirləri.  

«Gecədən sonra şəfəq»  

Azərbaycan paytaxtında indiki vəziyyəti  

belə səciyyələndirmək olar.  

(«Pravda» qəzeti 2 fevral 1990) 

       

 

P.P.S.  Yanvarın  20-də  Akademiyada  keçirilən  iclas  zamanı  mən  də  da  bir  çox 



başqa  yazıçılar  kimi  Kommunist  patiyasından  çıxacağımı  demişdim.Aşağıdakı 

müsahibədə bu məsələyə aydınlıq gətirilir: 



Müxbir Mehriban Əbülfət qızının sualı: 

- O vaxt partbileti atıb, sonra geri götürməniz çoxları tərəfindən pis qarşılandı… 

Mən inanıram ki, o bileti atanda da, geri götürəndə də Anar xalqı düşünmüşdü… 

Cavab:-Neçə  dəfə  demişəm,  mən  partbileti  atmamışdım,  yəni  partbilet  deyilən  o 

şeyi  heç  kimə  təhvil  verməmişdim.  Yanvar  hadisələrindən  sonra  Akademiyada  iclasda 

dedim  ki,  mən  də  partiyalan  çıxıram,Sonra  Qurultay  oldu  və  mən  də  partityanın  üzvü 

olmuş,onun  günahlarına  cavabdeh  adam  kimi  bu  qurultayda  iştirak  emək  qərarına 

gəldim.Sonra bu partiya öz-özünə ləğv oldundu.Mənsə daha heç bir partiyaya qoşulmaq 

istəmirəm,çünki nə vaxtsa bir partiyada olmuşam (düz hərəkət eləmişəm, eləməmişəm, 

bu  başqa  məsəşələdi)  Bu  gün  bu  partiyada,  sabah  başqasında  olmaq  mənim  siyasi 

əxlaqıma sığışmır. 

(«7 gün» qəzeti, 6 fevral 1993). 

 



 

 


MÜSİBƏT 

 

Azərbaycan torpağına müsibət üz verdi. 19-dan 20-sinə açılan yanvar gecəsində 



rəsmən  fövqəladə  vəziyyət  elan  olunmasından  altı  saat  əvvəl  Sovet  qoşunları 

Azərbaycana  və  onun  paytaxtı  Bakıya  qarşı  əməlli-başlı  hərbi  əməliyyata  başladılar. 

Tanklarla,  zirehli  maşınlarla,  başqa  müasir  silahlarla.  Rəsmi  məlumata  görə  qadınlar, 

uşaqlar, yeniyetmələr, qocalar daxil olmaqla 170 insan - əksərən azərbaycanlılar, amma 

həm də ruslar, yəhudilər, tatarlar, ləzgilər tank tırtılları altında qalmış, zirehli maşınlarla 

əzilmiş, üzdən və arxadan gülləylə vurulmuş  - həlak olmuşdur. Neçə yüz adam isə ağır 

yaralar  almış,  itkin  düşmüşdür.  Sonrakı  günlərdə  yaralananlardan  ölənlər  də  çoxdur. 

Qoşunlar yaşayış binalarının mərtəbələrini, xəstəxanaları atəşə tutub, eyvana çıxan, öz 

mənzilində  olan,  avtobusda  gedən,  küçədə  avtomat-telefonla  danışan  adamlara  güllə 

atıblar. Elə hallar olub ki, yaralananlardan da əl çəkməyib, onların da axırına çıxıblar. 

Təcili  yardım  maşını  atəşə  tutulub:  -  yaralıların  imdadına  tələsən  həkimlər,  tibbi 

personal məhv edilib. Qətlə yetirilənlərin bədənindən mütəhərrik güllələr çıxarılıb. Öz 

ölkəsinin    vətəndaşlarını  qorumalı  olan    bir  ordunun  həmin  vətəndaşlara  qarşı  belə 

görünməmiş qəddarlığını, kor hiddətini anlamaq çətindir. 

Böyük  Vətən  müharibəsi  illərində  Bakı  nefti  Sovet  dövlətinin  faşist  işğalçıları 

üzərində  qələbə  çalmasında  mühüm  amillərdən  biri  idi.  Hitler  Bakı  neftinə  can  atırdı. 

Onun qoşunları Bakıya çata bilmədi. Bakını faşist qəsbkarları üzərində qələbədən 45 il 

sonra  «Qəhrəman  Sovet  Ordusu»  aldı.  Yeniyetmələrin  və  uşaqların  müqavimətini 

qıraraq şəhəri «fəth etdi». 

Öz  ölkəsinin  əhalisinə  qarşı  belə  görünməmiş  qaniçənliyə  bəraət  qazandırmaq 

üçün gətirilən dəlillər əsassızdır; təsadüfi deyil ki, ölkənin ən yüksək rəhbərliyi belə bu 

hərəkətin səbəbini müxtəlif şəkildə izah və şərh edirdi. Rəhbərlərdən biri deyir   ki, biz 

Sovet  hakimiyyətini  qorumaq  məqsədi  güdürdük,  başqası  deyir  ki,  millətlərarası 

çəkişmələrə  son  qoymaq  istəyirdik,  üçüncüsü  isə  Azərbaycan  Xalq  Cəbhəsinin 

strukturlarını  dağıtmaq  cəhdindən  dəm    vurur.  Nə  olursa  olsun,  belə  bir  aksiya 

hadisələrə  uyğun  olmayan,  həm  də  keçikmiş  bir  hərəkət  idi.  Axı  söhbət  Sovet 

hakimiyyətindən gedirsə, Dağlıq Qarabağda belə   bir hakimiyyət iki ildir yoxdur və bu 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə