Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə27/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   100

91 
GƏNDOV  KƏND TAM ORTA MƏKTƏBİN  TARİXİNİ 
VƏRƏQLƏYƏRKƏN ... 
 
Tarixini yazmaq bir borcdur m
ənə, 
Vurğunam ürəkdən çölə, çəmənə. 
Zaman çay kimidir, axmaz t
ərsinə, 
Çiç
ək açıb arzuları Gəndovun. 
 
Ekciklopediyada tarix sözünun-
5  cür  izahı  var.  Onlardan 
ikisinin qısa izahı belədir: Tarix cəmiyyətdə və təbiətdə gedən 
inkişaf proseslərini öyrədir; İnsan cəmiyyətinin keçmiş dövrü-
nü  geniş təhlil etmək yolu ilə hərtərəfli öyrənmək vəzifəsini  
qarşıya qoyur  və s.  
Qısaca olaraq bu söhbətimizdə mən tarixi-cəmiyyətin keç-
mişini  öyrənən çox dəyərli qədim bir elm kimi səciyyə-
l
əndirirəm. 
M
ənim  yazdığım  bu  kitaba  qədər istər Gəndov  kəndinin 
özü, ist
ərsə  də  bu gün kənddə  fəaliyyət göstərən məktəb 
haqqında hansısa məlumatı almaq və  ya toplamaq üçün mən-
b
əələr  çox  az  idi.  Şabran  (keçmiş  Dəvəçi) rayon ümumtəhsil  
m
əktəbləri içərisində  6-cı,  kənd ümumtəhsil orta məktəbləri 

ərisində isə 2-ci yerdə qərar tutan  bu  kənd tam orta məktəbi 
haqqında  hansısa  kitabdan  və  ya jurnaldan rəsmi məlumatlar 
əldə etmək demək olar ki, yox  dərəcəsində  idi. 
Ona gör
ə də bu gün  kəndin tarixi ilə bərabər bu məktəbin 
d
ə tarixini yazıya köçürərkən mən çoxlu çətinliklərlə üzləşdim. 
Lakin ç
ətinliyə  düşsəm də  özümü itirməyib  çıxış  yolu  axtar-
ma
ğa  başladım.  Nəhayət ki, mən  axtardığım  o  çıxış  yolunu 
tapmağı  bacardım.  Çünki  kitabın  yazılmasını  dayandırıb  geri 
ç
əkilmək qətiyyən mənim kimi bir qocaman təhsil  işçisinə  
yaraşmazdı. Belə  ki,  mən  bu  işə  başlayandan  bu  günə  kimi  
fasil
ələrlə təxminən üst-üstə iki ilə  yaxın bu kitabın  yazılma-
sına  vaxt sərf etmişdim. Bir də mən özüm də bir  kitab müəl-


92 
lifi kimi G
əndov kəndində və kənddəki orta məktəbdə son 50 
ilin ç
əryan edən çox hadisələrini həm gözümlə görmüş,   gözlə 
gör
ə bilmədiyim hadisələr haqqında isə  eşitmişdim.  
M
ənə  rahatlıq  verməyən həyəcanlarımın  sayı  azalmağa 
başlamışdı. Çünki  artıq mənə kənddə və kənddəki məktəbdə  
baş  verən hadisələr barədə  bu kitab  üçün  canlı  şahidlərdən 
müsahib
ə  almaq və  məlumatlar toplamaq müəyyən dərəcədə  
mümkün  olmuşdu.  Əsasən kənddə  məskunlaşan,  eləcə  də  
k
ənddən kənarda  yaşayan  yaşlı  insanlardan,  bu  məktəbdə 

əllim  işləmiş  qocaman  təhsil  işçilərindən  kitabın  dəyərini 
v
ə zənginliyini artıra biləcək bir sıra qiymətli məlumatlar  əldə 
ed
ə bilmişdim.  
Bu kitabı yazmağa başlamazdan öncə  mən məlumat əldə 
etmişdim  ki, 1947-ci ilə qədər Şabran (keçmiş Dəvəçi) rayon 
arxivind
ə heç bir  sənəd saxlanılmır. Məktəbdə isə 1930-1931-
ci t
ədris ilindən – yəni Gəndov kənd ibtidai məktəbi fəaliyyətə 
başlayan  gündən yeddillik və  orta məktəb kimi fəaliyyət 
göst
ərdiyi dövrlər də  daxil olmaqla naməlum səbəblərdən 
arxiv tamamil
ə saxlanılmayıb. Araşdırmalar zamanı müəyyən 
edildi ki, 1967-ci ilin  
24  oktyabrına  kimi,  28  iyun  1969-cu 
ild
ən  01 sentyabr 1971-ci ilə  kimi və  1978-ci ildən 1988-ci 
ilin  axırına  kimi  olan  illəri  əhatə  edən dövrlərin də  əmr 
kitabları hec bir qanunu əsas və səbəb olmadan məktəbdə sax-
la
nılmayıb. Ona görə  də bu kitabın  yazılması üçün   yuxarıda 
göst
ərdiyim rəsmi qaynaqlardan bir mənbə kimi istifadə etmək 
m
ənə  nəsib olmadı.  
Lakin 
soxsaylı axtarışlardan sonra rayon Təhsil Şöbəsinin 
arxivind
ən seçmə  qaydasında  bu  kitab  üçün  hava  və  su kimi 
m
ənə lazım olan  bir sıra qiymətli məlumatlar əldə edə bildim. 
Oxucular üçün daha  aydın olsun deyə mən  məktəbin 85- 
illik  tarixi  haqqında  topladığım  məlumatları  quruplaşdırdım. 
H
əmin məlumatları xronoloji qaydada ardıcıllıqla 7 mərhələyə 
ayırdım. Oxucular üçün başa düşülən tərzdə olsun deyə onları 


93 
aşağıdakı    formada  böyük  çətinliklə  sistemləşdirərək kitabda 
daha aydın şəkildə  göstərməyi   münasib hesab etdim: 
 
1931-1948-cu  ill
ər 
 
Bu dövrl
ərdə  Aşağı  Gəndov kəndində  yeganə  təhsil 

əssisəsi kimi  Gəndov kənd ibtidai məktəbi  fəaliyyətdə 
olub. Arxiv s
ənədləri  olmadığına  görə  topladığımız  şahid 
ifad
ələrində  Səkinə  Rəsulova və  digər  bilikli,  işgüzar  

əllimlərin  məktəbdə  müdir və  müəllim  kimi  çalışdığı 
göst
ərilir. İndi isə həmin illərin təhsil tarixinə qısa ekskursiya 
ed
ək: 
G
əndov kəndində  Mürsəl bəyin  keçmiş  yaşayış  evi 
müsadir
ə  olunaraq məktəbin istifadəsinə  verilmişdi.  (Yetmi-
şinci illərin  əvvəllərində  indiki iki mərtəbəli məktəb  binası 
inşa olunanadək Gəndov məktəbi orada fəaliyyət göstərib)  
1928-1932-ci ill
ərdə  bu binada kəndli  gənclər məktəbi  
yerl
əşirdi. 1931-ci ildə burada 4-illik təhsil verən ibtidai mək-
t
əb açılmış və  məktəb 1948-ci ilə qədər fəaliyyətini davam et-
dirib
.  Əslən  Bakı  şəhərindən olan Səkinə  Rəsulovanın  (o, 
rayonumuzun Zeyv
ə kəndindən olan kimya-biologiya müəlli-
mi Seyfur Abdulk
ərimovla ailə  həyatı  qurmuşdu.) bu illər 
ərzində  Gəndov kəndində  təhsilin  inkişafında  mühüm  rolu 
olub.  
 
1949- 1966-
cı illər 
 
1949-1952-ci ill
ərdə Gəndov kənd yeddillik məktəbinin 
direktoru 
əslən  Bakı  şəhərindən olan Səkinə  Rəsulova 
olub. S
əkinə  müəllimə  həm də  məktəbdə  Azərbaycan dili 
v
ə  ədəbiyyatı  dərslərini tədris edirdi. Bu  kitabın  müəllifi 
kimi m
ən Dəvəçi rayon Maarif Şöbəsinin 1949-1951-ci illərə 
dair arxivi üzr
ə  əmr kitablarını araşdırarkən bu faktın yerində  


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə