Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor


TƏHSİLİN İNKİŞAF TARİXİNDƏN QISA  SƏTİRLƏR



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə24/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   100

82 
TƏHSİLİN İNKİŞAF TARİXİNDƏN QISA  SƏTİRLƏR... 
 
T
əhsil mühüm strateji sahədir. Bu sahənin  inkişafını 
t
əmin etmədən nə elmdə, nə mədəniyyətdə,  nə iqtisadiyyatda, 
bir sözl
ə  hər  hansı  sahədə  heç bir irəliləyişdən, hərtərəfli 
uğurlardan söhbət gedə bilməz. Dünyada gedən qloballaşma 
prosesi gücl
əndikcə  təhsilə  olan maraq və  təlabat gündən-
gün
ə  artır.  İnkişaf  etmiş  ölkələrdə  ümumidaxili məhsulun 
h
əcminin  illik  artım  sürəti,  iqtisadiyyatda və  siyasi sahədə 
əldə  edilən  uğurlar  bilavasitə  təhsilə  yeni-yeni  üsulların  və 
tex
nologiyaların  tətbiq edilməsi ilə  bağlıdır.  Ona görə  də 
t
əhsil  işçilərinin  qarşısında  duran  vəzifələr ildən-ilə  daha  
m
əsul, həyatımız və dövlətimiz üçün daha çox önəmlidir. Ulu 
Önd
ər Heydər  Əliyev  31  avqust  1999-cu il tarixdə  Bakı 
şəhərində  respublikanın təhsil işçiləri və ali məktəblərə daxil 
olmuş tələbələrlə görüşdəki nitqində bu məsələyə daha yük-
s
ək qiymət verib: “Təhsil sahəsi  xalqımızın  bu  günü,  mil-
l
ətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir.” 
Ulu Önd
ər Heydər  Əliyein  ən  layiqli  davamçısı, 
Az
ərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  də 
respublikamızda  təhsilin  inkişafına  böyük  diqqət göstərir. 
Prezidentimiz 11 sentyabr 2004-cü ild
ə  Bərdə  şəhərindəki  
Z
ərifə  Əliyeva  adına  orta  məktəbin  açılış  mərasimində 
söyl
ədiyi nitqdə  belə  deyib: “Azərbaycanda təhsilə  böyük 
diqq
ət göstərilir. Təhsil bilik, elm, tərəqqi deməkdir. Hər bir 
dövl
ət, hər bir xalq öz təhsilini daha da  təkminləşdirməyə 
çalışmalıdır.” 
Göründüyü kimi Az
ərbaycan  müstəqillik  əldə  etdikdən 
sonra 
respublikamızda bu vacib sahəyə diqqət və qaygı ildən-
il
ə  yüksələn xəttlə inkişaf edir.  Məhz bunun üçün  də  biz 
ölk
əmizin təhsil siyasətini  günya  standartları  səviyyəsinə 
qaldırmaqla yanaşı onun keçdiyi yola  həmişə  nəzər salmalı, 
onun tarixini d
ərindən və diqqətlə  öyrənməliyik. 


83 
                
RESPUBLİKAMIZDA TƏHSİL 
 
Az
ərbaycanda ilk məktəblər V əsrin II yarısında fəaliyyət 
göst
ərməyə  başladı.  Bu  məktəblərin  bünövrəsini  əsas  etibarı 
il
ə dini təhsil təşkil edirdi. Uzun illər keçdikdən sonra həmin 
m
əktəblərdə dini təhsillə bərabər təbiət elmləri, texniki fənnlər 
d
ə tədris olunurdu.  
H
ələ  VII  əsrdə  inkişaf  etmiş  islam  dövlətlərindən  
Az
ərbaycana (indiki şəhər və rayonların ərazisinə) islam dinini 
yaymaq üçün  yüks
ək ruhani məktəblərində  (Türkiyə,  İran, 
Suriya,  Maxaçqala,  Şamaxı  filialında  və  s.) təhsil  almış  ali 
t
əhsilli ruhanilər və  axundlar göndərilirdi. Belə  ali din 
adamlarının  çox  qismi  yerli  əhalinin  hörmət və  ehtiramını 
qazandığına görə  iş müddətləri başa çatsa da,  öz vəzifələrini 
tam yerin
ə  yetirsələr belə  bu torpaqdan getmək istəmirdilər. 
Onlar ömürl
ərinin sonuna kimi Azərbaycanda yaşamağı üstün 
tuturdular.  Bu  ali  din  adamları  dünyalarını  dəyişdirdikdən 
sonra da onların məzarları yerli xalqın  ziyarətgahına çevrilib. 
O ziyar
ətgahlar yerli əhalinin bu günümüzə kimi   müntəzəm 
olaraq ziyar
ət etdikləri inanc yerləridir. 
Artıq  XX  əsrin  əvvəllərindən Azərbaycanın  paytaxtı  
Bakıda,  eləcə  də  digər  böyük  şəhərlərdə  və  kəndlərdə  5-illik 
rus-tatar m
əktəbləri fəaliyyət göstərməyə başladı. Bu məktəb-
l
ərdə  dini elmlərlə  yanaşı  dünyəvi elmlər də  tədris olunurdu. 
Bu  is
ə  şagirdlərin  dünya  görüşünün  formalaşmasına  böyük 
müsb
ət təsir göstərirdi. 
1918-
ci  ilin  28  mayında  Azərbaycan Xalq Cumhuriy-
y
ətinin qərarına əsasən Azərbaycan Xalq Maarif  Nazirliyi 
yaradıldı. 
1921-ci ild
ə  respublikamızın  paytaxtı  Bakı  şəhərində  
Az
ərbaycan Dövlət Pedaqoji  İnstitutunun fəaliyyətə başla-
ması  respublikamızın  təhsil  ocaqlarını  ali  təhsilli kadrlarla 
t
əmin olunmasını xeyli yaxşılaşdırdı. 


84 
1930-cu ild
ə  Azərbaycan Dövlət Bədən Tərbiyəsi 
İnstitutu  öz qapılarını tələbələrin üzünə açdı. 
1930-cu ill
ərdə  respublikada  rayonların  yaranması  ilə 
əlaqədar olaraq bir çox rayon mərkəzlərində, qəsəbə və iri 
k
əndlərdə  yeni məktəblər açılmağa başladı. 
Respublikamızda  1949-cu ildə  ümumi 7-illik, 1959-cu 
ild
ə  ümumi 8-illik, 1966-cı  ildə  isə  ümumi orta  təhsilə 
keçildi. 
1976-
cı ildə respublikamızda ümumi orta təhsilə keçid  
tamamil
ə yerinə yetirildi. 
 
 
RAYONUMUZDA  
TƏHSİL 
 
Şabranın  (keçmiş  Dəvəçinin) təhsil tarixi ötən  əsrlərdən  
başlanır.  Bu  sahə  əsasən  öz  başlanğıc  tarixini  VII    əsrdən 
qabağkı dövrlərdən götürür. 
Şabranda (keçmiş Dəvəçidə) məktəblər indi rayon mərkəzi 
hesab  olunan  keçmiş  Dəvəçibazarda və  bir çox böyük kənd-
l
ərdə  fəaliyyət göstərirdi. Bu  təhsil ocaqları məscidlərdə və 
m
əscidlər nəzdində  yaradılmış  dini  məktəblərdə  təşkil  olun-
muşdu. Burada dərslər ərəb dilində tədris olunmaqla ilahiyyat 
v
ə  şəriət dərsləri  keçilirdi.  Açığını  deyək ki, bu məktəblər 
yalnız  burada  yaşayan  əhalinin məktəbyaşlı  uşaqlarının  kiçik 
bir hiss
əsini əhatə edirdi.  
VII 
əsrlərdə  islam dinini yerli əhali arasında yaymaq üçün 
Şabran  (keçmiş  Dəvəçi)  ərazisinə  də  ruhani və  axundlar  
gönd
ərilmişdi.  Dünyanın  tanınmış  ali  dini  təhsil müəssisə-
l
ərində  yüksək təhsil almış  həmin  din adamları islam dinini 
t
əbliğ  edib  əhali  arasında  yayırdılar.Onlar  öz  işlərini  başa 
çatdırdıqdan sonra belə  indiki  Şabran  torpağını    tərk etmək 
ist
əməmişlər.  İndi  onların  uyuduğu  məzarlar isə  Şabran 
(keçmiş Dəvəçi)  camaatının əsl inanc yeri olan ziyarətgahlara 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə