Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə23/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   100

78 
getsin”. Lakin heç bir neç
ə dəqiqə keçməmiş  belə tələm-tələ-
sik bu m
əzmunda əmr verməsi heç onun özünün də   xoşuna 
g
əlmədi. Lakin məclisdə qürurunu sındırmasa da həmin bayaq 
dediyi sözd
ən o, bərk  narahat  olmağa  başladı.  İşlərin belə 
xoşagəlməz məcraya yönəlməsindən içində özünə bərk qəzəb-
l
əndi.  Şahın dalağı bərk sancmağa başladı. Get-gedə heç bir 
əsas olmadan öz-özünə  narahatçılığı,  eləcə  də  şübhələri art-
maqda davam el
ədi. 
Sarayın  mühafizə  bölməsi  şahın  tapşırığı  ilə  mətbəxdən 
yem
ək-içmək götürərək sarayın qapısında dayanan qoca kişiyə 
aparıb vermək üçün aşağı yollandı. Lakin cındır geyimli  qoca 
onlardan heç n
ə  almayıb  dedi:  Mən  bura  acından,  hər  hansı 
ehtiyacdan g
əlməmişəm.Yemək  şeylərinə  də  heç bir istəyim 
yoxdur. Ancaq şəxsən şahın özünə  deyiləsi bircə kəlmə vacib 
sözüm var. M
ənə izn verin yanına çıxıb ona sözümü  deyib o 
saat  çıxıb  gedim.  Məni  yubandırmayın,  hələ  axşamacan  
ged
əsi çox yerlərim var. 
Mühafiz
əçi təzədən qəsrin  yuxarı  mərtəbəsinə  şahın 
yanına qalxaraq aşağıda qapıda dayanan qocadan alınan xəbəri 
şaha  çatdırdı.  Zaldakı  bütün    əyləşənlər hələ  də  əlini süfrəyə  
uzat
mayıb  şahın  əmrini gözləyirdilər.  Sanki  hamı  tədbirin 
yubanmasını, mühafizəçilərin tez-tez zala gəlib-getməsi səbə-
bini bilm
ək istəyirdi. Şah mühafizənin rəhbərindən xəbəri alan 
kimi cındır geyimli qocanın onun yanına daxil olmasına icazə 
verdi. 
Bir  göz  qırpımında  əlində  həsa  tutmuş  qoca  kişi    şahın 
sarayına  daxil  oldu.  Düz  şahın  qaş-daşla  bəzədilmiş  taxt-
tacının yanında dayandı. Şah qorxa-qorxa titrək səslə qocadan 
soruşdu: “Siz kimsiniz?” Qoca zalda əyləşənlərin eşidəcəkləri 
t
ərzdə  uca səslə  dilləndi: 
-“M
ən Əzrayılam, sizin canınızı almağa gəlmişəm”- Əlini 
süfr
əyə uzatmaq istəyən şah qocadan bu sözü eşidən kimi  o 
saat üzünün r
əngi  saraldı.  Sanki  oturduğu  taxt-tac zəlzələ 


79 
olubmuş  kimi  möhkəmcə  titrədi. Elə  bil iki qüvvətli  əl  şahı  
taxt-tacdan götürüb yer
ə  çırpdı.  O,  üzü  üstə  yerə  yıxılaraq  o 
saat canını tapşırdı.  Sarayda qurulmuş möhtəşəm  şadyanalıq 
m
əclisi bir anın içində  ürəkləri ağladan sarsıdıcı qəm- kədərə 
çevrildi.      
Sözümün  canı  odur  ki,  bu  dünyaya  heç  etibar  yoxdur. 
Şahlara  güzəşt  eləməyən, onun  süftə  tikəsi  əlində  ola-ola 
canını  alan Fələk  mənim  kimi  sıravi  adamın  sözünü  heç 
eşitməyə belə vaxt ayırmaz. Ona görə də fürsəti heç cür  əldən 
verm
ək olmaz. 
Ən əsası isə ürəyim hərdən mənimlə bir yaxın adam kimi  
söhb
ət edərək  mənə  bol-bol təsəlli verir: “Qorxmadan və 
ç
əkinmədən qələmi ələ alıb  işə başlamaq lazımdır. Sonrası ilə 
s
ənin  işin  yoxdur.  Maşallah  deyilənə  görə  çox səbrli və 
dözümlüs
ən. Bu sahədə Tanrı özü cənin bu nəcib arzunu çin 
el
əmək üçün çətin  işlərini  azanlaşdıracaq.  Bütün  bağlı  elm, 
bilik v
ə  informasiya  qapılarını  üzünə  açacaq.  Əlinə  götürdü-
yün q
ələmin itiləşəcək, bu işi layiqincə  başa çatdırmağa nail 
olacaqsan. Bir d
ə  ki, qəmi üzündən sil, kədər pərdəsini  cırıb 
özünd
ən uzaqlara at. Bu işə psixoloji cəhətdən özünü döyüşə 
ged
ən qorxmaz və cəsur bir əskər kimi hazırla. 
Bir d
ə ki, Kəndov kəndində sənin o qədər dost və tanışın, 
keçmiş iş yoldaşlarım var ki, onların dəqiq faktlara və rəqəm-
l
ərə  söykənən dediklərindən nəinki  bu  kitabı,  hətta oncildlik 
bir 
əsəri  yazıb tamamlamaq olar. 
Yaşadığımız planetdə milyardlarla insan yaşayır. Lakin iki 
insanın həyat yolu barmaq izləri kimi yüzdə yüz bir-birinə heç  
vaxt    uyğun  gəlmir. Bu dünyada hər kəs bir cür həyat tərzi 
yaşayır. Bu barədə mən  “Həyat yolu” adlı lirik poyemadan 
bir parçada   fikrimi poetik dill
ə belə ifadə etmişəm: 
                  
Bu dünyada saysız həyat yolu var, 
Onu birc
ə-bircə keçir insanlar. 


80 
İnsan var yolunu sonadək gedir
İnsan var, yarıda onu tərk edir. 
 
İnsan var bir yolu çıxmamış başa, 
Arzusu, ist
əyi  toxunur daşa. 
 
Gör n
ə əzablıdır həyat yolları, 
Yollar 
əldən salmış çox oğulları. 
 
Olsa da ür
əkdə min-min diləklər, 
Hamını nəzərə almaz mələklər. 
 
Sağ keçmək istəsən həyat yolunu, 
Yaxşı-yaxşı yoxla sağ və solunu. 
 
Heç zaman haqq yolda, büdr
əmə, azma, 
Allahın qoyduğu qaydanı pozma. 
 
Saxla hörm
ətini ağsaqqalların, 
Onda öz-özün
ə çoxalar varın. 
 
Özünd
ən böyüyə kobudluq etmə, 
Şeytanın dediyi yol ilə getmə. 
 
Əgər sən gözləsən haram,halalı, 
Başın heç bir zaman olmaz bəlalı. 
 
Varlısan, kasıbsan gözlə həddini, 
Düz get öz yolunla 
əymə qəddini. 
 
İsrafçılıq etsən, bərəkət olmaz, 
Allah k
əlamları icra olunmaz. 
 


81 
Bilirs
ən ki, israf sayılır haram, 
Kilova çevril
ər toplansa qram. 
 
Əgər sən qorusan haqq-ədaləti, 
Dem
ək qoruyarsan bu məmləkəti. 
 
Tamahdan özünü s
ən riskə atsan, 
Ömr
ə bilə-bilə zəhəri qatsan. 
 
Dayana bilm
əzsən heç ayaq üstə, 
S
əhhətin pozular, olarsan xəstə. 
 
Əgər tamahını boğa bilsən sən, 
Vicdandan l
əkəni silə bilsən sən. 
 
Yaddan çıxarmasan rəhmi, insafı, 
M
ələklər çiyninə yazmaz günahı. 
 
Düz yolda heç zaman etm
ə xəyanət, 
Yoxsa qazanarsan özün
ə lənət. 
 
Bil ki, bu dünyada its
ə etibar, 
N
ə dost, qardaş olar, nə sevgili yar. 
 
Dura bils
ən əgər dilinə sahib
O zaman olarsan h
əyatda qalib. 
 
Kimin öz yolunda varsa nöqsanı, 
Çalışıb aradan götürsün onu... 
 
 
 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə