Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə22/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   100

75 
edilsin. Qabaqcadan yollanan d
əstə  padşah, saray əyanları və 
böyük  qoşun  dəstəsi  yeni qəsr tikilən  əraziyə  gəlib  yetişənə 
kimi açılışla əlaqədar olan bütün   hazırlıq işlərini  yerində tam 
başa çatdırmağa məsul idi.  
Padşah,  vəzir,  vəkil və  digər saray əyanları  qoşunla 
birlikd
ə neçə müddət  gecə-gündüz yol getdikdən sonra gəlib 
n
əhayət qəsr tikilən  yerə çatdırlar. 
Padşahın yeni tikdirdiyi qəsr çox möhtəşəm və dəbdəbəli 
bir tikili idi.  Q
əsr-sarayın  mühüm  tədbirlər üçün nəzərdə 
tutulmuş  mərasim zalı, ayrı-ayrı məqsədlər üçün inşa olunmuş 
çoxlu sayda otaqları var idi. Yeni  qəsr çox gözəgəlimli, saysız 
t
əbiət mənzərələri ilə  zəngin olan bir yerdə:    sıldırım  dağın 
ətəyində, iti axan çayın  kənarında inşa edilmişdi. Görünür bu 
ərazini seçən memar özü də  təbiət  vurğunu  imiş.  Çünki  qəsr 
üçün çox ç
ənnəti-məkan,  ürəkləri fəth edən, onu öz 
füsunkarlığı  ilə  riqqətə  gətirən bir ərazi  seçilmişdi.  Qəsrin 
ətrafı sanki gözəl bir qoruğa bənzəyirdi. Burda ceyran, cüyür, 
dağ  keçisi  və  digər müxtəlif  çöl  heyvanlarının,  kəklik, 
qırqovul,  turac    və  başqa    çöl  quşlarının  əlindən tərpənmək 
olmurdu. Lal
ələr, güllər  açmış,  elə  bil  ki,  bülbülləri özünə 
qonaq çağırmışdı. Bülbüllər isə sanki öz valehedici səsləri ilə 
muğam  oxuyurdular.      Təbiətin  özü  Allahın  yaratdığı    bu 
t
əntənəni görüb sanki mat- məəttəl qalmışdı. 
Ustalar t
ərəfindən qəsrə saxsı borularla içməli su çəkilmiş, 
burada  yaşayış  üçün  şahlara  layiq  tələb olunan hər cür 
“konfort” 
şərait  yaradılmışdı. 
Padşahın tikdirdiyi bu qəsrin sanki dünyada tayı bərabəri 
yox idi. Saray n
ə saray, sanki bu geniş sahə parlaq ulduz kimi 
yanırdı. Onun göz qamaşdıran parıltısı  adamı heyrətləndirərək 
az  qala  ağlını  başından  çıxardır,  nağıllar  dünyasındakı  kimi 
əlçamaz füsunkar bir gözəllik aləminə aparırdı.   
Padşah  xəyallar aləmindən güc bəla ilə  ayrıldığı  üçün  
m
ərasim zalına keçmək istədi. 


76 
O,  v
əzir-vəkilinin və  saray  adamlarının  müşayəti ilə 
d
əbdəbə ilə  bəzədilmiş geniş  mərasim zalına daxil olanda  bu 
möht
əşəm tədbirə   dəvət alanlar hamı ayağa qalxdı. Möhtərəm 
sahı  yüksək  alqış  sədaları  altında  qarşılayıb  yerlərinə  əyləş-
dil
ər. Hamı şahın  növbəti göstərişlərini gözlədi. 
Zalda  baş  tərəfdə  şah  üçün    xüsusi  yer  ayrılmışdı.  O, 
əvvəlcə diqqətlə  zala göz gəzdirdi. Sonra yavaş-yavaş irəliyə 
gedib dörd t
ərəfi  sanki çıraq kimi yanan taxt-tacında əyləşdi. 
Taxtı-tac elə  ilk  baxışdan  onun  çox  xoşuna  gəldi. Çünki bu 
taxt-
tac  dünyanın mahir ustaları tərəfindən başdan-ayağa qızıl 
gümüşlə yüksək zövqlə işlənmiş, mahir sənətkar əli ilə bahalı 
z
ər-zibadan ona min cür bəzək vurulmuşdu.  
El
ə  bu  unudulmaz  anda  taxtın  yanında  adamın  ağlını 
başından  çıxara  biləcək mələk  cildi  geyinmiş  iki  nazənin  
s
ənəm  biri soldan biri sağdan yelpiklə öz taxt-tacında oturmuş 
şahı  yelpikləyirdi. Digər seçmə  gözəllər isə  həzin və  incə 
musiqinin  xoş  sədaları  altında  şahın  qabağında  cürbəcür rəqs 
nömr
ələri ifa edirdilər. Cavan xidmətçilər-gənc  qızlar  və 
oğlanlar isə şahın taxt-tacının yanında müntəzir  dayanıb  onun 
əmrini gözləyirdilər.  
Saraya düzülmüş tər güllərin və cicəklərin  bihuşedici  ətri 
v
ə  qoxusu  az  qalırdı  ki,  adamın  ağlını  başından  alsın.  Təzə 
saray  başdan-ayağa  dünyanın  bütün  ölkələrindən gətirilmiş 
z
ərif, öz nadir ornament detalları ilə seçilən, nəbatı naxışları ilə 
insanı  özünə  cəlb edən, yüksək sənətkarlar tərəfindən 
toxunmuş  xalçalarla  bəzədilmişdi.    Nadir  quşların,  xüsusilə 
xaricd
ən gətirilmiş  növbənöv  bülbüllərin cəh-cəhəsi az qala 
adamın hüşunu baqşından almaq həddinə çatmışdı. 
Bütün bunları təzə tikdirdiyi qəsr-sarayda görən şah birdən 
el
ə bil çaşıb qaldı. Bir anlığa dərin xəyala getdi. Mələk nəva-
zişli şirin xəyalar onu ovsunlayaraq öz ağuşuna aldı. Əvvəlcə 
şah elə düşündü ki, ünvanı səhv salıb təzə tikilən saray əvəzinə 
s
əhvən cənnətə  gəlib  düşüb.  Ancaq  ağlını  və  səbrini tez bir 


77 
zamanda zorla 
toplayıb  özünü  çaşdırmadı.  “Nələt olsun 
şeytana!”-  deyib  tez  özünü  yığışdırdı  sanki  qəflət yuxudan 
ayıldı. Dərindən diqqət verib gördü ki, bura elə onun yeni inşa-
ası başa çatan qəsrdəki öz sarayıdır. Bütün saray əyanları, igid 
s
ərkərdələri, tədbirə  dəvət  almış  dost-tanışları,  hətta sevimli 
cangüd
ənləri də onun yanındadır. Bir sözlə saraydakılar hamı 
onun tanıdığı öz adamlarıdır. Şok vəziyyətdən çıxdığına görə 
bu d
əmdə şahın üz-gözünə sevinc təri gəldi.  
O, bel
ə  bir  xoşbəxtliyin ona nəsib  olmasına görə  çoxlu 
şükürlər etdi. Bu məqamda az qala şadlığından quş tək qanad 
açıb uçmaq istəyirdi ki, özünü  güc-bəla ilə saxladı.  
Şah  şok  vəziyətdən  çıxar-çıxmaz  o  saat  xidmətçilərə 
xüsusi  işarə  ilə  süfrəyə  yemək verilməsni  tapşırdı.  Dərhal 
süfr
ələrə bütün dünya nemətləri: o cümlədən min cür meyvə-
t
ərəvəz, mahir ustalar tərəfindən çəkilmiş şirələr, şərbətlər və 
şərablar  düzüldü. Ətri bütün sarayı bürümüş, üstündə min cür 
ədavəsi olan plov və  digər yeməklər süfrəni bəzəməyə  və 
bütün  iştirakçıların  nəzərini cəlb eləməyə  başlamışdı.  Plovun 
üstünd
ə  şahın  əvvəlcədən göndərdiyi  ovçuların  ovladıqları 
ceyran-
cüyürün  bişmiş  əti ürək açan zövqlə  mahir  aşbazlar 
t
ərəfindən xüsusi peşəkarlıqla hazırlanmışdı. Plovun  və başqa 
t
əamların xüsusi zövqlə, sənətkarlıqla və ustalıqla hazırlanması  
m
əclisə    yaraşıq  verməklə  yanaşı  hamının  ağzını  möhkəmcə  
sulandırdırmışdı. 
Lakin  şah  sarayda düşdüyü xəyallar burulğanından  hələ 
d
ə  tam  ayrıla  bilməmişdi.  O,  bu  xəyallarla  çarpışmada  aciz 
qaldığı  bir  vaxda  sarayın  baş  mühafizəçisi  şaha  məlumat 
g
ətirdi ki, aşağıda sarayın giriş qapısında bir nəfər əlində əsa 
tutmuş cındır geyimli qoca bir  kişi  onu  görmək istəyir. Şah 
əvvəlcə bu xəbəri eşidib özünü itirdi, elə bil  o saat mədəsinə 
soyuq  cancı  doldu.  Sonra  hirsli  başla  əmr edib dedi ki,  
“qapıya gələn o şəxs kimdisə ona  yemək-içmək və başqa nə 
ist
əyir aparıb  verin. Əyər istəməsə onda  döyün-qovlayın çıxıb 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə