Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə21/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   100

72 
m
ənə  dedi ki, Gəndov məktəbi  haqqında  kitab  yazmaq 
m
əsələsinə başlamaq üçün gözlədiyin vaxt artıq gəlib yetişib. 
Neç
ə ildir ki,  yazacağın bu kitabın sujet xəttini və mövzusunu 
d
əfələrlə  özlüyündə  müzakirə  edib,  konkret  addım  atmağın 
vaxtını  gözləmisən.  İndi  artıq  yubanmaq  olmaz,  yaş  elə  bil  
raket sür
ətilə öz işini görür. Vəfasız ömrə isə  heç bircə an belə 
etibar etm
ək olmaz. Zalım Fələk isə ona inanıb bel bağlayan-
ları həmişə yarı yolda qoyub. 
M
ənə  evdə,  başqa  görüşlərimdə  deyirlər ki, sən  artıq 
yaşlanmısan. Öz səhhətinin  qayğısına  qal.  Qoy  kitab  yazmaq 
m
əsələsini cavanlar davam etdirsin. Mən isə  onlara cavab 
verir
əm ki, mən uzun  illər  Şabran  rayon  Təhsilinin  canlı 
tarixini, yüzl
ərlə  insan  haqqında  heç  onların  öz  övladları 
bilm
əyən xatirələrimi bu günə  qədər xəzinə  kimi qoruyub 
saxlamışam.  Əlimdə  heç bir qeydiyyat dəftəri və  gündəlik 
yoxdur ki, m
ən onu kiməsə  verim ki, məndən sonra  bu  işi 
davam  etdirsin.  İnsan  beyninin  və  yaddaşının  surətini isə 
köçürm
ək hələlik elmdə  mümkün məsələ  sayılmır.  Mən hər 
d
əfə  onlara  peyğəmbərimiz Həzrəti Mühəmməd  Əleyhissa-
lamın vaxtıkən elm,təhsil haqqında söylədiyi  iki hədislə cavab 
verir
əm: “İnsanlar elə bir sədəqə verə bilməzlər ki, öyrənilən, 
yayılan elmdən üstün ola”. “Elm öyrənən zaman birisini ölüm 
haqlayarsa, o şəhid sayılır.” 
HAŞİYƏ.  Bir nəfər  yaxın  qadın  qohumlarımızdan  biri 
m
ənim  “Bir ömür yaşadım” adlı  şeir və “Min ilə bərabər yüz 
il”  ad
lı  bədii-publisistik  kitablarımı  oxuyub  yaxşı  söz  dilə 
g
ətirmək  əvəzinə  öz  qəlbinə  şübhə  toxumu səpib. Həyat 
yoldaşıma deyib ki, deyəsən Zakir ölümündən yaman qorxur. 
Tez-
tez kitablarında “olum” və  “ölüm”-dən söhbət açır. Xəbər 
m
ənə çatdı. Söhbəti eşidən kimi  özümü saxlaya bilməyib qəh-
q
əhə çəkib ucadan ürək dolusu  güldüm. Dedim: Mən dəfələrlə 
bu bar
ədə sözümü öz yazdığım kitablarda da demişəm, bu gün 
d
ə təkrar edirəm: “Olum” və “ölüm”- həyatın qanunudur. Yəni 


73 
bir gün yaranan insan  günl
ərin bir günü də  bu dünya ilə 
vidalaşıb  öz  dünyasını  dəyişməlidir.  İstəyir  padışah  olsun, 
ist
əyir nökər, istəyir  varlı  olsun,  istəyir  kacıb,  istəyir cavan 
olsun, ist
əyir qoca buna heç vaxt fərq qoyulmaz. Ona görə də 
bel
ə şeyin fikrini  heç çəkməyə də ehtiyac yoxdur. 
 Ümumiyy
ətlə  mən  xəstəlik,  qocalıq  və  ölüm  haqqında 
heç vaxt fikirl
əşməmişəm. Fikir eləməyə, dərd çəkməyə də heç 
d
əyməz. Çünki bu üç bəla gələndə  də  bizdən icazə  almadan, 
x
əbərsiz gələcəkdir. Ən yaxşısını isə Allah özü bilir. Ona görə 
d
ə vaxt gedir. Ömrün bu müdrik çağında əli əlin üstünə qoyub 
boş-bekar dayanmaq və  nəyisə  gözləmək    olmaz.  Yazıb- 
yaratmağın  əsl məqamıdır.  Bunun    üçün  əsaslı  işə  keçmək 
lazımdır. 
Açığını  deyim  ki,  mən  bu  kitabın  ilk  sözünü  yazmağa 
başlayandan Allah-Taalaya dəfələrlə yalvarmışam ki, bu kita-
bın  yazılıb  başa  çatmasında  mənə  yaxın  kömək olsun, mənə 
möhl
ət  versin  ki,  yazıb  onu  tamamlayım.  Necə  mənim  
“Tanrıdan istək”  şerimin bir parçasında deyildiyi kimi: 
 
Bu qocalıq yaman düşüb izimə,  
Taq
ətsizlik meylin salıb dizimə,  
Bel bükülüb, qırış qonub üzümə,  
Yalvarıram sənə hər gün namazda 
M
ənə möhlət əta elə bir az da. 
 
Ömrüm boyu öz yolumla getmişəm,  
H
əyatımda nə lazımsa etmişəm,  
El
ə bilmə hər arzuma yetmişəm,  
Mizrabımın gözü qalıb o sazda 
M
ənə möhlət əta elə bir az da. 
 
H
əsrət dolu illərimi bitirdim,  
V
ətənimi, torpağımı itirdim,  


74 
B
əlkə bir gün gedib tapıb gətirdim,  
G
ərək onda körpü olum “Araz”da 
M
ənə möhlət əta elə bir az da. 
 
Çünki  varlı-kasıb,  cavan-qoca  olmasından aslı olmayaraq 
o,  zalım  Fələk  çox  insanların  bir-birindən nəcib və  gözəl 
arzularını ürəyində yarımçıq qoyub. Qısaca desək: “neçələrini 
pill
əkəndən  atıb,  neçələrinin isə  kamına  çatıb.”  Heç  bu 
düşüncələrdən  ayrılmamış  cavan  vaxtlarımda  eşitdiyim  bir 
r
əvayət  heç mənim rəyimi öyrənmədən gözlərim önündə  kino  
lenti kimi canlanmağa başladı: 
RƏVAYƏT:  Qədim  zamanlarda  bir  padşah  öz  ölkəsinin 
ucqarlarında  möhtəşəm və  dəbdəbəli bir qəsr tikdirirdi.  Qəsr 
iki m
əqsədə: həm müdafiə, həm də  yaşayış  üçün  nəzərdə 
tutulurdu. Q
əsrin tikintisinə hətta xarici ölkələrdən də mühən-
dis v
ə  ustalar dəvət  edilmişdi.  Şahın  fərmanı  ilə  xəzinədən 
t
ələb olunan maliyyə vəsaiti ayrıldığından qəsrin tikintsi üçün 
lazım olan hər cür inşaat materialı alınmış, xeyli  işçi qüvvəsi 
bu işə  səfərbər edilmişdi.  
Bir neç
ə  il keçəndən  sonra bir gün şaha xəbər çatdı ki, ar-
tıq qəsrin tikintisi tam qurtarıb. Qibleyi aləm öz əshabələri ilə 
t
əşrif buyurub gəlib təntənəli şəkildə qəsrin açılışını edə bilər. 
Padşah bu xəbəri eşidən kimi çox sevindi. Çünki belə bir 
t
ədbiri keçirmək  onun  çoxdankı  arzusu  idi. Ona görə  də 
yaranmış  bu fürsəti  heç cür əldən vermək istəmədi. Təcili baş 
v
əziri yanına çağırtdırıb vəziyyəti ona nəql elədi. Təzə qəsrin 
açılışı  üçün  keçiriləcək təntənəli mərasimin  planını 
hazırlamağı  və  bu tədbirin yerində  baş  tutması  üçün  yola 
t
ədarük görülməsini ona  tapşırdı. 
Tezlikl
ə yeni istifadəyə veriləcək qəsrin açılış tədbirlərinin 
keçirilm
əsi  üçün  yola    hazırlıq  mərhələsi  başa  çatdı.  Padşah 
əmr etdi ki, qəsrin  açılışına  birinci  göndərilən  dəstənin 
t
ərkibinə  hətta    yaxşı    ov  etməyi bacaran igidlərdən də  daxil 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə