Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə17/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

59 
respublikamızın  rəhbərlərinin və  alimlərinin    şərəfinə  böyük 
sağlıq dedi. Və bildirdi ki, bu günki məclisin bu çür çox gözəl 
t
əşkil  olunması  onu  bir  aparıcı  kimi    çox  sevindirdi    və  
ruhlandırdı. 
-  Deyil
ənə  görə  dünyanın  ən məşhur  səyyahı  Tur 
Heyerdal da  q
ədim Şabran qazıntıları aparılan yerdə olub. 
-  B
əli, olub. Dünyanın ən məşhur səyyahı  Tur  Heyerdal 
1981-ci ild
ə  ulu Şabran şəhərində oldu. Qazıntı yerlərinə çox 
h
əvəslə  baxdıqdan  sonra  gildən  hazırlanmış  bir  fiquru  əlinə 
götürdü. Diqq
ətlə baxıb Rəşid müəllimdən soruşdu: “Bu nədir 
?” R
əşid müəllim cavab verdi ki, bu fiqur şəkər qabıdır. Burda 
yaşayan  insanlar onun içərisinə  şirniyyat,  qax,  xurma  və  s. 
yığıb    keçmişdə  çay içiblər. Tur Heyerdal  gülərək dedi: Bu 
qayıq fiqurudur.Vaxtılə səyyahlar və tacirlər Xəzər dənizindən  
bel
ə qayıqlarla üzüb Şabran çayı vasitəsilə bu şəhərə gəliblər. 
Şəhərə baxıb ticarət etdikdən sonra isə  yenə qayıq vasitəsilə  
geri - g
əldikləri yerə dönüblər. 
Tur Heyerdal sonra sözün
ə  davam edərək  dedi:  “Şabran 
çox q
ədim şəhər olub. Böyük ticarət mərkəzi kimi dünyaya səs 
salıb. Şimaldan cənuba gedən ticarət yolunun üstündə yerləşib. 
Çox t
əəssüf  ki, bu şəhəri işğalçı qoşunlar öz saysız hücumları 
il
ə  talan  etmiş,  insanları  qırmış,  hər  yeri  yandırmış  və 
dağıtmışdılar.  Şabran çayı isə öz sel-suları ilə çayın sahillərini 
get-ged
ə  yuyaraq  bu  dağıdıcılıq  işini  daha  da  sürətləndir-
mişdir”.   
Sonra Tur Heyerdal stolun üstünd
ə  olan  bir çini buludu 
(iri  boşqabı)  əlinə  alaraq  soruşdu: “Bəs bu nədir?”  Rəşid 

əllim cavab olaraq bildirdi ki, biz buna bulud deyirik. Ona 
qonaqlar üçün düyü aşı-plovu tökərək ortalığa qoyuruq. Sonra 
kiçik bu boşqablarla hər kəs öz payını götürüb yeyir. Qonaq-
s
əyyah  çox  razılığını  bildirdi  və  buludu (iri boşqabı) yerinə 
qoydu. Boşqablar 6 ədəd idi. İki boşqab sağ salamat, 4 boşqab 
is
ə  sınmışdı.  Ekspedisiyada  laborant  işləyən  qızım  Mətanət 


60 
sınan  boşqabların  4-nü də  “moment”  yapışqanı  ilə  səliqəli 
qaydada yapışdırmışdı. Rəşid müəllim Tur Heyerdalın buluda 
bel
ə heyranlıqla baxmasını görüb ona təklif etdi ki, buludu sizə 
bağışlaya bilərəm. Qonaq səyyah  sevinclə bildirdi:  “Çox sağ 
olun! Ancaq onu m
ən sizdən  yalnız  respublika  rəhbərinin 
s
ərəncamı ilə rəsmi şəkildə qəbul edə bilərəm. Mənim şəxsi ev 
muzeyimd
ə  Şabrandan yadigar qalar.” 
Daha sonra Tur Heyerdal biziml
ə olan söhbətində bildirdi: 
“Bura g
əlməzdən əvvəl Qobustan qoruğunda da oldum. O çox 
maraqlı  tarixi  abidədir. Və  ən qədim insan məskənlərindən 
biridir. El
ə  zənn edirəm və  düşünürəm ki,bəlkə  də  bizim 
əjdadlarımız  özü də  vaxtılə  buradan köçərək Skandinaviya 
ərazisində  məskunlaşmışlar.  Deməli biz də  sizinlə  bir 
m
əkanlıyıq.”  Gülüş  ətrafı  bürüdü  və  Rəşid  müəllim  boşqabı 
(buludu) kağıza bükərək maşına qoydu. Tapşırdı ki, bu qabın 
Bakıda rəsmiləşdirilərək qonağa verilməsi təşkil edilsin. 
Sonra görüş səmimilik şəraitində başa çatdı.Tur Heyerdal 
v
ə digər qonaqlar Bakı şəhərinə   yola düşdülər. 
-  Bildiyimiz
ə  görə  Ulu Öndər Heydər  Əliyev  qədim 
Şabran  şəhərinin  qazıntı  aparılan  yerinə  səfər edib.  Bu 
bar
ədə nə deyə bilərsiniz ? 
- B
əli,  Ulu Öndər Şabrana  səfər edib. 
Şabran  şəhərinin  ən yüksək  titullu  qonağı  doğma 
Az
ərbaycanın dahi rəhbəri, dövlət başçısı, Heydər Əlirza oğlu 
Əliyev oldu. Qədim Şabran torpağı bu əziz və sevimli  qonağı 
1982-ci ild
ə  təntənə ilə qarşıladı. H.Əliyev  böyük bir  qonaq 
d
əstəsi ilə  birlikdə  qədim  Şabran  torpağına  gəldi.  Qazıntı 
işlərinə  iftixar hissi ilə  baxıb  dedi  ki,  bu  bizim  doğma 
şəhərimiz,  doğma  yurdumuz,  doğma  tariximizdir. Biz onu 
daim  yaşatmalı  və  dərindən öyrənilməsinə  çalışmalıyıq.  Bu 
q
ədim Şabran dünya ticarət mərkəzlərindən  olub.  Eramızdan 
əvvəlki Alban şəhərləri içərisində ən zəngini və paytaxtlardan 
biri sayılıb. Çox təəsüflər olsun ki, biz onun aşkarlanmasına, 


61 
keçmiş tarixinin öyrənilməsinə  gecikmişik.  Ona görə də  mən 
ekpe
disiyanın rəhbərlərinə tapşırıram ki, gecə-günddüz çalışıb 
arxeoloji işləri gücləndirib şəhərimizi aşkar edib üzə çıxarsın. 
Sağ olun! 
R
əşid müəllimin çoxdankı arusu idi ki, Şabran torpağında  
bu  arxeoloji qazıntılar və elmi tədqiqatlar axıra kimi  davam 
etdirilsin. Arxeoloji qazıntı sahələrində  aparılan işin sürəti və 
keyfiyy
əti artırılsın. Tarixi və elmi araşdırmaları yekunlaşdır-
maq m
əqsədilə qədim Şabran şəhərinin üstü tamamilə açıl-
sın. Aşkar olunan hər bir eksponat hərtərəfli və dərindən  
öyr
ənilsin. Nəhayət  Dəvəçi  rayonuna  ulu    Şabranın    adı 
verilsin.  
 
 
 
ÇAYQARAQAŞLI  KƏNDİ-ŞABRANIN QƏDİM   
YAŞAYIŞ MƏSKƏNİDİR 
(Şabran rayon  İcra Hakimiyyəti  Başçısının Çölquşçu kənd  
İƏD üzrə nümayəndəsi Adıgözəl Əliyevlə müsahibə) 
 

Adıgözəl müəllim,  Çayqaraqaşlı  kəndinin yaranma 
tarixind
ən, bu yaşayış məntəqəsinin adının haradan götürül-
m
əsi  barədə məlumat vermənizi  xahiş edirik. 
-  K
əndin yaranma tarixinin dəqiq  vaxtı  məlum deyil. 
Ancaq k
ənd ağsaqqalları deyirlər ki, ulu babalarının söylədik-
l
ərinə görə onların babaları da bu kənddə doğulub yaşayıblar-
mış. Kəndin adı barədə isə belə deyirlər ki,  Qaraqaşlı adı bu 
ərazidə  yaşayan  tayfaların    adından  götürülüb.  Bizim    rayon 
ərazisindəki Qaraqaşlı kəndi Vəlvələçayın kənarında yerləşdi-
yin
ə görə Çayqaraqaşlı  adlandırılıb. 
K
ənd  ağsaqqallarının  söhbətlərindən məlum olur ki, ilk 
d
əfə  bu kənd  ərazisinə  insanlar Azərbaycanın  digər bölgələ-
rind
ən mal-qara saxlamaq məqsədilə  (qışlaq yeri kimi) köçüb 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə