Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə75/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   71   72   73   74   75   76   77   78   ...   100

258 
qonaqlar qarşısında uğurlu və yaddaqalan çıxış edib. İnstitutun 
r
əhbərliyi, alimlər, müəllimlər və  tələbə  yoldaşları  onun  bu 
bilik v
ə  cəsarətini ürəkdən alqışlayıb.  Bundan  başqa  ali 
m
əktəbdəki təhsil illərində  də  o, institutun özfəaliyyət 
kollektivind
ə  öz cazibədar səsi ilə  solist kimi çıxış edib. Buna 
gör
ə də Fəzilə dəfələrlə mükafat və tərifnamə alıb. 
1957-ci ild
ə Fəzilə Ağarzayeva institutu bitirərək ali təhsil 
haqqında  diplom  alıb.  Onun  təyinatı  ciddi  ehrtiyaca  və  ailə 
v
əziyyətinə görə Dəvəçi rayon Xalq  Maarif Şöbəsinə verilib. 
Şöbənin  əmrilə  o, Gəndov kənd orta məktəbinə  ingilis  dili  

əllimi  təyin edilib. 
Rayonun G
əndov kənd orta məktəbinə  həmin  dövrdə 
bacarıqlı  təhsil  işçisi  Xudabaxış  Cəfərov rəhbərlik edirdi. O, 
bu t
əhsil  ocağında  çox  səmimi, mehriban və  işgüzar  bir 
kollektiv  yaratmışdı.  Bu  kolletivə  Yekaterina, Asəf, Zakir, 
Osman, Azad v
ə digər nüfuzlu müəllimlər daxil idi. 
Qısa müddətdə özünü bilikli və bacarıqlı bir müəllim kimi 
nümayiş  etdirən Fəzilə  müəlliməni  iş  yoldaşları    məktəb 
komsomol t
əşkilatının katibi seçiblər. 
F
əzilə müəllimin Gəndov kənd orta məktəbindəki təhsilin  
inkişafında, bu təhsil ocağının çiçəklənməsində əməyi olduqca 
böyük olub. Onun G
əndov və ətrafdakı kəndlərin təhsil işinə 
verdiyi töhf
ə  ölçüyə  gəlməzdir. Bu pedaqoqun məktəbdə  
gördüyü  işlər və  əldə  etdiyi  nəticələr  bir  kitaba  sığan  deyil. 
Bunu m
ən Fəzilə  müəllimə  ilə  bu kitab barədəki söhbətimdə 
d
ə açıq-aydın hiss etdim. O sözünə belə başladı: “Mən Gəndov 
m
əktəbində  müəllim  işlədiyim  35 ildə  yəni,  1957-ci ildən 
1992-ci il
ədək olan dövrdə  12 nəfər ali təhsilli ingilis dili 

əllimi  yetişdirmişəm. Bunlardan Pirəmsən kəndindən 
Əliheydər Əkbərovu, Böyükağa Şükürovu, Gəndov kəndindən 
Çimnaz  Əliyevanı,  Nadir  Tacıyevi,  Sara  Abbasovanı,  Rəhilə 
Dadaşovanı və başqalarını göstərmək olar. Bunlardan əlavə 30 
il
ə  yaxın  məktəbin bədii özfəaliyyət dərnəyinin rəhbəri 


259 
olmuşam, məktəbdə  musiqi və  nəğmə  dərslərini tədris 
etmişəm. Dərs dediyim şagirdlərə milli musiqimizi, mahnıları-
mızı ürəkdən sevdirməyə çalışmışam”. 
1960-
cı  ildə  Fəzilə  müəllimə  Gəndov kənd orta məktə-
bind
ə  tarix müəllimi  işləyən  Osman  Paşayevlə  ailə  həyatı 
qurub. Beş övladı var. Mətanət, Oktay, Aygün, Elçin və Yaşar. 
Hamı Gəndov kənd orta məktəbin məzunlarıdır. 
Qızı  Mətanət  Bakı  Sovet  ticarəti texnikumunu bitirib. 
Uzun müdd
ət  Şabran ekspedisiyasında  əvvəlcə tabelçi, sonra 
is
ə laborant vəzifələrində çalışıb. Ailəlidir. Bir övladı var. Hal-
hazırda  Ağdam  rayonunun  Aralbir  kəndində  yaşayır  və 
m
əktəbdə laborant işləyir. 
Oğlu  Oktay  əvvəlcə  M.F.Axundov  adına  Rus  dili  və 
ədəbiyyatı institutunun əyani şöbəsini, sonra isə S.Hacıbəyov 
adına  Sumqayıt orta ixtisas musiqi məktəbinin qiyabi şöbəsini 
bitirib. Rayonun Dağquşçu və Gəndov orta  məktəblrində rus 
dili mü
əllimi  işləyib.  İndi  isə  Şabran  şəhər 7-illik musiqi 
m
əktəbində qarmon  ixtisasından dərs deyir. Ailəlidir. 
Qızı Aygün Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 
İki övladı var. 
Oğlu  Elçin  Bakı  Sovet  Ticarəti texnikumunu bitirib. 
Əvvəlcə ticarət sistemində çalışıb. İndi isə “Sokar”  şirkətində 
işləyir. Üç övladı var. 
Ən kiçik oğlu Yaşar  isə peşə təhsili alıb. Bakı şəhərində 
“Paşa” şirkətində çalışır. Üç övladı var. 
F
əzilə  müəllimlə  apardığım    söhbətimizə  o, belə  yekun 
vurdu: “2014-
cü ilin dekabrından hal-hazıra kimi ürək xəstəli-
yind
ən  əziyyət çəkirəm.  Allah  hamıya,  o  cümlədən mənə  də 
köm
ək olsun!” 
Ayrılandan  sonra  bu  yazıya    nöqtə  qoymağa  çalışsam  da  
bir neç
ə  saniyə  özümə  gələ  bilmədim.  Sanki  bir  anın  içində 
d
ərin xəyallar  aləminə düşdüm. Lakin var  qüvvəmi toplayıb 
ç
ətin də  olsa  özümə  gəldim  və  əvvəlki vəziyyətimi bərpa 


260 
etdim. F
əzilə müəllimənin keçdiyi çətin yollara nəzər salıb öz-
özüm
ə:   “Möhkəm dayanın müəllimə, xəstəlik və ölüm  sizin 
kimi bel
ə bir cəsur ananı, zəhməti ilə  arzuları çin edən hünərli 
qadını, qayğıkeş  və mehriban bir  müəllimi qorxuda bilməz. 
N
ə qədər çətin də olsa səbr və  dözüm nümayiş etdirin. Allah-
Taalanın  sizə  bəxş  etdiyi  ömür  payını  axıracan  yaşamaqda  
davam edin!” – dedikd
ən sonra bu yazımı tamamlamağı qərara 
aldım. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


261 
SALMAN  SALMANOV-
ÖMRÜN SƏKSƏNİNCİ 
BAHARI 
 
Salman Q
ədəş  oğlu  Salmanov 
1936-
cı  ildə  Dəvəçi  rayonunun  Baş 
G
əndov kəndinin Riçal qazmalarında 
kolxozçu ail
əsində anadan olub. 
Atası Qədəş Salman oğlu Süley-
manov  1901-ci ild
ə  kəndli ailəsində 
do
ğulmuş  və  ilk  əmək fəaliyyətinə 
kolxozdan  başlamışdır.  1941-ci ildə 
Böyük V
ətən müharibəsinə getmiş və 
müharib
ədə şiddətli döyüşlərin birin-
d
ə igidliklə həlak olmuşdur. 
Anası Tubu Əhməd qızı Süleymanova 1908-ci ildə Dəvəçi 
rayonunun  Baş  Gəndov kəndində  dünyaya  göz  açıb.  Gəndov 
k
əndində  təşkil  edilmiş  M.Əzizbəyov kolxozunda kolxozçu 
olub. 1941-1945-ci il müharib
əsində  kənddə  əhalinin iqtisadi 
v
əziyyəti kəskin surətdə  pisləşdiyinə  görə  5 nəfər ailəsi ilə 
birlikd
ə  Aşağı  Gəndov kəndinə  köçüb.  Bu kənddə  kiçik bir 
daxma  tikib  yaşamağa  başlayıb.  O,  bu kəndə  də  dünyasını 
d
əyişib. 
S.Salmanov ibtidai v
ə  yedillik təhsilini  Aşağı  Gəndov 
m
əktəbində alıb. 
1955-1959-cu ill
ərdə  ordu  sıralarında  xidmət edib. Ordu-
dan  qayıdan  gənc Salman 1959-1961-ci illərdə  orta təhsilini 
D
əvəçi qəsəbəsindəki  S.M.Kirov  adına  orta  məktəbdə  davam 
etdirib. 1961-ci ild
ə  həmin məktəbi təhsil  uğurları  ilə  başa 
vuraraq kamal attestatı alıb. 
1962-ci ild
ə o, Bakı şəhərinə gedərək Bakı şəhər  hərbiləş-
diril
miş  hissənin  yanğından  mühafizə  idarəsində  işləməyə 
başlayıb.  Cari  ildə  Bakı  şəhər Montin qəsəbəsindəki kiçik 
komandirl
ər məktəbinə daxil olub. Həmin  məktəbdə təhsilini 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə