Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə83/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   79   80   81   82   83   84   85   86   ...   100

285 
bitirib,  hüquqşünas  diplomu  alıb.  1988-ci ildə  isə  Sumqayıt 
şəhərində ali siyasi təhsil verən universiteti  bitirib. 
Polis  orqanlarında  canla-başla  işə  girişən Atabala 
Hüseynov çalışdığı 19 il müddətində  bu  iş sahəsində gözəl və 
uğurlu  nəticə əldə edib. Elə buna görə də o, bir-birinin ardınca 
ç
ətin vəzifə  pillələrini  asanlıqla  qalxmağa  başlayıb.  1977-ci 
ild
ən 1996-cı ilə kimi Azərbaycan Respublikası Daxili İşlər 
Orqanlarının  tabeliyində  olan müəssisələrdə  öz vəzifə 
borcunu  şərəflə  yerinə  yetirib.  Bakı  Su  Alayında  dördüncü 
vzvod  komandiri,  SƏDM  (Sosialist  Əmlakını  Dağıdanlara 
qarşı    Mübarizə) xətti  bölməsində  Dəvəçi, Quba, Xaçmaz 
rayonlarında və Sumqayıt şəhərində əməliyyat müvəkkili, baş 
əməliyyat müvəkkili, bölmə rəisi, baş müstəntiq vəzifələrində 
işləyib. Həmişə  onun əməyi tabe olduğu rəhbərlik tərəfindən  
t
əşəkkürə  və müxtəlif  təltiflərə layiq görülüb. 
İş  fəaliyyətinin son dörd ilində  isə  o, (yəni 1993-1996-cı 
ill
ərdə) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı 
Kalonunda  (Şabran  (keçmiş  Dəvəçi) rayonunun Sarvan 
k
əndində yerləşir) rəis vəzifəsində qüsursuz olaraq çalışıb. 
21 fevral 1996-
cı  ildən mayor rütbəsi ilə  polis 
orqanlarından  təqaüdə  çıxsa  da  A.Hüseynov  bir  hüquqşünas 
kimi mülki sah
ədə  10 ildən  artıq  öz    iş  fəaliyyətini    uğurla 
davam etdirib. 
Ail
əlidir. Beş övladı, 8 nəvəsi var. İki oğlu Atabala Hüsey-
novun  peşəsinin  davamçısıdır.  Onlar bu çətin  peşələrində 
h
əmişə  öz  atalarının  adına  başıucalıq  gətiriblər.  Böyük  oğlu  
Əfqan Xaçmaz rayon Mühafizə  Şöbəsinin rəisidir. Polis 
polkovnik leytenan
tıdır.  İkinci  oğlu  Hacı  isə  polis  baş 
serjantı rütbəsində Qusar rayon Daxili İşlər Şöbəsinin “Samur” 
bölm
əsində  çalışır. 
                   
 
                


286 
HACI  
BÖYÜKAĞA  ŞÜKÜROV-GERİYƏ BAXANDA 
PEŞMAN DEYİLƏM 
 
S
ən ağacsan, şagirdlərin barındır, 
Tük
ənməyən dövlətindir, varındır. 
Saçlarına erkən düşən qarındır, 
Haqq yoldasan, Allah s
ənin yarındır, 
Köm
ək olsun qoy Yaradan, müəllim, 
Qocaltmasın səni zaman, müəllim. 
 
Böyükağa  Allahverən  oğlu  Şü-
kürov 10 sentyabr 1954-cü ild
ə Şab-
ran  (keçmiş  Dəvəçi) rayonunun ən 
s
əfalı guşələrindən sayılan Pirəmsən 
k
əndində  fəhlə  ailəsində  anadan 
olub.  A
tası  Allahverən  kişi  haqqında  öz  xatirələrində  o,  belə 
yazır:  “Atam  –  Şükürov  Allahverən  Bilal  oğlu,  ibadət  əhli 
olmuş, atası tərəfdən Cənubi Azərbaycanın Ərdəbil şəhərindən 
olan Şotor Əlinin (böyük cüssəli olduğuna görə ona bu ləqəbi 
qoymuşdular, fars dilində  “şotor”,  azərbaycan dilində  “dəvə” 
m
ənasını  verir  və  hazırda  kənddə  nəsilimizin  şəcərəsi kimi 
tanınan  “Şatır  Alı”  formasında  işlədilir),  anası  tərəfdən isə 
Quba mahalının Böyük bəyi olmuş Azay bəyin nəslindəndir.  
1911-ci ild
ə  Quba uyezdinin Leyti kəndində  Yüzbaşı 
Böyük
ağanın qardaşı,  çoxlu torpaq mülkü olan Bilalın ikinci 
oğlu olaraq dünyaya gəlmişdir. 1970-ci ildə vəfat etmişdir.” 
Anası  –  Məmmədova Səriyyə  Mirzəcan  qızı,  ibadət  əhli 
olmuş,  Pırəmsən kəndində  yaşamış  ata  tərəfindən Dəmirqaya 
M
əhəmmədin, ana tərəfindən isə  hazırda  övliya  kimi  ziyarət 
olunan “Sofi M
əlik”  babanın  nəslindəndir. 1928-ci ildə 
Pir
əmsən kəndində  doğulmuşdur.  2007-ci ildə  dünyasını 
d
əyişmişdir. 
1980-ci ild
ə, orta ixtisas təhsilli  İsmayılova  Şərqiyyə 
Z
əbişah  qızı  ilə  ailə  həyatı  qurmuşdur.  Üç  övladı  və  səkkiz 


287 
n
əvəsi vardır.  
Böyük  qızı  –  Həsənova Aytən  Böyükağa  qızı  Rusiya 
şəhərində hərbiçi aıləsində yaşayır, orta ixtisas təhsillidir və üç 
övladı  vardır.  Böyük nəvəsi  Həsənova  Aytac  İmran  qızı 
Rusiya  Federasiyasınin  Samara  şəhərində  10-cu sinif 
şagirdidir.  Ümumrusiya fənn olimpiadalarında  əksər fənnlər 
üzr
ə  I və  II yerləri  tutmuş,  təhsil  aldığı  məktəbin isə  şərəf 
lövh
əsində şəkili vardır.  
Kiçik  qızı  –  Zeynalova  Aygün  Böyükağa  qızı  Şabran 
şəhərində ziyalı aıləsində yaşayır və üç övladı vardır. Nəvəsi - 
Zeynalov  Yunis  Namiq  oğlu  3-cü  sinif  şagirdidir  və  təhsildə  
f
ərqlənir.  
Oğlu  –  Şükürov  Tale  Böyükağa  oğlu  işləyir,  Şabran 
şəhərində  yaşayır  və  iki  övladı  vardır.  Nəvəsi  –  Şükürov 
Peyman  Tale  oğlu  2  saylı  məktəbdə  təhsil  alır  və  məktəbin 
şərəf  lövhəsində şəkili vardır.  
Böyükağa  müəllimin həyat və  əmək salnaməsi  ilk 
vaxtlardan 
uğurlu  alınıb.  1969-cu ildə  Pirəmsən kənd 
s
əkkizillik məktəbini bitirdikdən sonra orta təhsilini  rayonun 
G
əndov kənd orta məktəbində davam etdirib. Elə  bu illərdən 
d
ə taleyi onun üzünə gülüb. Həmin təhsil ocağındakı abı-hava, 

əllimlərin mehribanlığı  və  yüksək tələbkarlığı  gənc 
Böyükağanın təhsil yollarında sanki  yaşıl işıq yandırır.  
Bu kitab bar
ədə söhbət zamanı Böyükağa müəllim Gəndov 
m
əktəbindəki  təhsil illərini belə  yada  saldı:  “1969  -  1971-ci 
ill
ərdə Gəndab kənd orta məktəbində müvəffəqiyyətlə oxuya-
raq orta t
əhsil haqqında attestat almışam. Gəndab orta məktəbi 
bu gün d
ə digər təhsil aldığım elm ocaqları kimi mənə əziz və 
doğmadır.  İnsanı  formalaşdıran,  onu  fərdiyyətdən  şəxsiyyətə 
çevir
ən elm və  əhatəsində  olan  insanlardır.  Həyatımda  isə 
müst
əsna yeri olan müəllimlərim  –  Əbdülhəqq,  Əbdülfəttah, 
F
əzilə  xanım  Ağarzayeva, Yekatrina Pifovarova, Osman, 
Nüsr
əddin, Hafiz, Rafik, Səfər, Akif Quliyev, Akif Dəmirov, 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə