Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə80/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   76   77   78   79   80   81   82   83   ...   100

276 
ömrümün 
ən gözəl və  unudulmaz dövrü  kimi bu gün də  
m
ənim  yaddaşımı  tərk etməyib. Elə  bil    insan  yaşlandıqca 
m
əktəb illəri  çox  yada  düşür,  daha  tez-tez  xatırlanır.  Yaxşı 
yadımdadır.  Həmin illərdə  bizə  Rəfiqə  Dəmirova və  Azad 
İbrahimov riyaziyyatdan, sonralar keçmiş “Qurucu” qəzetində 
redaktor  işləmiş  Həsən  Mustafayev  kimyadan,  Rafiq  Ələs-
g
ərov biologiyadan, Teymur Muradov Azərbaycan dili və ədə-
biy
yatdan,  Hafiz  Ağacanov  coğrafiyadan,  Yekaterina  Pivava-
rova rus dilind
ən, Sabir Kərimov isə bədən tərbiyəsindən dərs 
deyirdi. Dem
ək olar ki, onların çoxu dünyasını dəyişib. Allah  
r
əhmət eləsin !  
Sevimli tarix mü
əllimim  Osman  Paşayev  və  xarici 
dilind
ən bizə dərs demiş onun həyat yoldaşı Fəzilə Ağarzayeva 
bu gün d
ə  bizimlə  yaşayır.  Onlar  bu  gün  də  məktəbimizin 
bütün mü
əllimlərinin və  məzunlarının  fəxridir. 
Sini
f  yoldaşım  Vaqif  Şükürov  məktəbi  qızıl  medalla 
bitirdi. M
əzunlardan Vahid Cəbrayılov  və  Ağakərim  Abıyev 
özl
ərinə  müəllim  peşəsini seçdilər.  Şaban  Paşayev  isə  neftçi  
oldu. N
əriman Məmmədov idman sahəsinə  keçdi. Sabir 
Dadaşov  Azərbaycan  Politexnik  İnstitutunu bitirdikdən sonra 
yol tikintisi idar
əsində  işlədi. Mən  ali məktəbi oxuyub   ali 
t
əhsilli iqtisadçı oldum. Məzun  yoldaşlarımdan Sabir Ağayev 
v
ə  Firuzə  Abbasova isə  özlərinə  bəyəndikləri digər sənət 
yolunu seçdil
ər.  Adını  çəkdiyim  sinif  yoldaşlarımdan  dördü 
v
əfat edib. Allah onlara rəhmət eləsin!  Sağ  qalanları  isə 
t
əqaüddədir. Onlarla tez-tez  əlaqə  saxlayır,  keçmiş  məktəb 
dövrünü tez-
tez yada salırıq. 
Bir sözl
ə  Gəndov məktəbinin, müəllimlərimizin bizə 
verdiyi t
əlim-tərbiyənin qiyməti ölçüyə  gələn  şey  deyil. Ona 
gör
ə  də  mən  dünyasını  dəyişən müəllimlərimə  Ulu  Tanrıdan  
r
əhmət diləyir,  sağ  qalan  müəllimlərimə  isə  öz dərin 
minn
ətdarlığımı bildirirəm”.  
 


277 
CAVANŞİR  QULİYEV 
 
Cavanşir Abdulmənna oğlu Quliyev 
1960-
cı ilin yanvar ayının 17-də Şabran 
(keçmiş  Dəvəçi)  rayonunun Gəndov 
k
əndində  ziyalı  ailəsində  anadan olub. 
Atası  Abdulmənna  Kamil  oğlu  Quliyev 
1925-ci ild
ə  Dəvəçi  rayonunun Pirəm-
s
ən kəndində  kəndli ailəsində dünyaya 
g
əlib.  İki  yaşında  olarkən  atasını  itirib. 
O, uzun müdd
ət  M.Əzizbəyov  adına 
kolxozda s
ədr, Gəndov və  Ağalıq  sov-
xoz
larında isə direktor vəzifələrində  ça-
lışıb. İndiki  Gəndov kəndinin fəal qurucularından və adlı-sanlı 
ağsaqqallarından biri olub. Fədakar əməyinə və yüksək təşki-
latçılıq işinə görə dəfələrlə Azərbaycan Ali Soveinin deputatı 
olub,  rayon Partiya Komit
əsinin büro üzvü seçilib.  Qırmızı 
Əmək Bayrağı, Şərəf nişanı  ordenlərinə, bir çox medallara 
v
ə  başqa  təltiflərə  layiq görülüb. Azərbaycan KP XV 
qurultayının  nümayəndəsi  olub.  2008-ci ildə  83  yaşında 
v
əfat edib. 
1966-
cı ildə Cavanşir Quliyev Gəndov kənd orta məktəbin 
birinci sinfin
ə  daxil olub. Dərsə  başladığı  ilk  vaxtlardan  öz  
biliyi, 
çalışqan və çevik olması ilə müəllimlərin və şagirdlərin 
d
ərin hörmətini  qazanıb.  Orta  təhsil illərində  məktəbdə  keçi-
ril
ən dərsdənkənar məşğələlərdə,  bilik  yarışlarında,  müxtəlif 
idman t
ədbirlərində, fənn  olimpiadalarında  xüsusi  fəallıq 
göst
ərib. Orta məktəb dövrü  tarix və ictimaiyyət fənninə olan 
xüsusi meyli v
ə  marağı  isə  onun gələcəkdə  bir tarixçi kimi 
yetişməsinə  səbəb olub. IX-XI siniflərdə  oxuduğu  zaman 
bütün  şagird  dostları  və  müəllimləri  artıq  bilirdilər ki, 
g
ələcəkdə Cavanşir mütləq tarixçi olacaq. 1976-cı ildə o, orta 
m
əktəbi müvəffəqiyyətlə bitirərək kamal attestatı alıb. 


278 
Orta m
əktəbi bitirən ili C.Quliyev təhsil sənədlərini  
Az
ərbaycan Dövlət Universitetinin tələbə  qəbulu komissiya-
sına  təqdim edib. Qəbul  imtahanlarında  uğurlu  nəticə 
qazandığına  görə  həmin  ali məktəbin tarix fakultəsinə qəbul 
olub. Bakı həyatı,  universitet illəri  gənc Cavanşirin yolunda 
yaşıl işıq yandırıb. O, ali məktəbdə keçirilən bütün  mühazirə-
l
ərdə, dərsdənkənar məşğələlərdə, bilik və idman yarışlarında 
f
əal iştirak edib. ADU-nun elə bir ictimai tədbiri olmayıb ki, 
C.Quliyev orada yaxından iştirak etməsin. Bütün bu çalışmalar 
v
ə  çəkilən zəhmət  nəhayət ki, öz səmərəli nəticəsini verib. 
Ona universitet r
əhbərliyindən neçə-neçə  təşəkkür və  fəxri 
f
ərman verilib. Bütün bu təltiflər isə tələbəlik həyatını yaşayan 
g
ənc  Cavanşiri  daha  da  ruhlandırıb.  Onu  tariximizi  daha 
d
ərindən öyrənməyə  və  öyrəndiklərini gələcəkdə  nümunəvi 
qaydada  öz  şagirdlərinə  tədris etmək  təcrübəsini öyrənməyə 
sövq edib.   
1981-ci ild
ə C.Quliyev ali məktəbi müvəffəqiyyətlə bitirib. 
Az
ərbaycan  Respublikası  Maarif  Nazirliyi  onun  təyinatını 
Şabran  (keçmiş  Dəvəçi) rayonuna verib. Rayon Xalq Maarif 
Şöbəsinin əmri ilə gənc Cavanşir  öz orta  təhsil aldığı  doğma 
t
əhsil  ocağına-Gəndov kənd orta məktəbinə  tarix müəllimi  
gönd
ərilib. İlk iş yeri elə ilk vaxtlardan gənc müəllim üçün çox 
uğurlu olub. Burada Cavanşir müəllim ali məktəbdə öyrəndiyi 
yüks
ək səviyyəli biliklərini  iş  yerində-yəni məktəbdə  təzə 
topladığı  təcrübə  ilə  möhkəmləndirməyə  başlayıb.  Pedaqoji 
i
şin  ilk illərdən yeni-yeni təhsül  üsullarını,  metodlarını  və 
texnologiyalarını öyrənərək öz işinə tətbiq etməyə çalışıb. 
G
ənc müəllim  öz  iş  fəaliyyətində  birinci növbədə  Vətə-
nimizi v
ə onun möhtəşəm tarixini öz dərs dediyi şagirdlərinə 
sevdir
ə-sevdirə öyrətməyə başlayıb. Bu sahədə böyük zəhmət 
ç
əkdikdən sonra nəhayət ki, o, tədris prosesində  istədiyi  
müv
əffəqiyyətə nail ola bilib.  
1981-2007-ci ill
ərdə C.Quliyev özünün pedaqoji ustalığını 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə