Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə78/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   74   75   76   77   78   79   80   81   ...   100

269 
burada t
əlimatçı  vəzifəsində  çalışıb.  1974-cü ildə  Dəvəçi 
rayon Komsomol  Komit
əsinin birinci katibi seçilib  və 
1977-ci il
ədək bu vəzifədə  işləyib. Arif müəllimin o illərdə  
D
əvəçi rayonunda böyük qüvvə  hesab edilən  çoxsaylı 
g
ənclərin bilik və əmək uğurları qazanmasında  böyük əməyi 
v
ə yüksək təşkilatçılığı olub. 
1977-1978-ci ill
ərdə  ikinci dəfə  Azərbaysan  KP Dəvəçi 
rayon Komit
əsinə işə dəvət alan A.Allahverdiyev burada şöbə 
müdiri işləyib. 1978-1980-cı illərdə isə o, Dəvəçi rayon Xalq 
N
əzarəti  Komitəsinin sədri kimi  məsul bir vəzifədə   
f
əaliyyət göstərib. 
1980-
cı  ildə  qiyabi yolla Bakı  Ali  Partiya  Məktəbini 
bitirib. 
1980-1988-
cı  illərdə  o,  sovet  işində  çalışıb.  1980-cı  ildə  
D
əvəçi rayon XDS İK-nin sədri seçilib və səkkiz ilə qədər bu 
m
əsul vəzifədə işləyib. 
1988-ci ild
ə  Arif müəllimə  yenidən böyük etimad 
göst
ərilib.  O, rayon Partiya Komitəsinin birinci katibi 
v
əzifəsinə seçilib. Dəvəçi rayonunun ən yüksək vəzifə postunu 
tutduğu  dövrlərdə  rayonun  iqtisadi  inkişafı  ilə  yanaşı  onun 
sosial v
ə mədəni həyatının yüksəlişinə də xüsusi diqqət yetirib. 
1990-
cı ildən 1995-ci ilə kimi Azərbaycan Respublikası 
Al
i Sovetinin deputatı olub. 
A.Allahverdiyev 1992-
ci  ilin  iyul  ayında    öz  ərizəsinə 
əsasən Dəvəçi rayon İcra Hakimiyyətinin başçısı vəzifəısindən 
azad olub. 
İcra    Hakimiyyətindəki  iş  fəaliyyətindən  sonra 
m
əsul vəzifələrdə  çalışıb.  1996-cı  ildən isə  Azərbaycan 
Respublikası  Dövlət  Əmlak  Komitəsində,  İqtisadi  İnkişaf 
Nazirliyind
ə  işləyib. 
Arif Allahverdiyevin 
əməyi dövlətimiz tərəfindən 
layiqinc
ə  qiymətləndirilib. 1977-ci ildə  o,  “Əmək igidliyinə 
gör
ə” medalı ilə təltif edilib. 
Bu  kitabın  müəllifinə  səkkiz ilə  yaxın  Arif  Allahver-
diyevl
ə  birgə işləmək nəsib olub. O, 1980-cı ildə  sovet işinə 


270 
t
əzə  gələndə  mən rayon Sosial Təminat  Şöbəsində  baş 
inspektor işləyirdim. Təşkilatlarımız ayrı olsa da iş yerimiz bir 
binada yerl
əşirdi. O dövrlərdə rayon Sosial Təminat Şöbəsinin 
işçiləri həmkarlar  ittifaqı və partiya təşkilatı üzrə uçotda rayon 
İcraiyyə  Komitəsinin tərkibinə  daxil  edilmişdi.  Aylıq  iclaslar 
v
ə hesabat-seçki yığıncaqları həmişə  bir yerdə keçirilirdi. Arif 

əllimin rayon sovetinə  rəhbərlik etdiyi  dövrdə  mən öz 
işimlə bərabər əvvəlcə XDS İK-nin həmkalar təşkilatının sədri, 
sonralar  ilk partiya t
əşkilatı  katibinin  müavini  və  ilk partiya 
t
əşkilatı katibi seçilmişəm. Bu tükənməz enerjili və məsuliyyət 
hissi güclü  olan insanla işləməkdən  həmişə mən qürur duyar 
v
ə  bir rahatlıq  tapardım. 
Hal-
hazırda A.Allahverdiyev dövlət qulluğu üzrə təqaüdə 
çıxıb. 
Üç övlad atasıdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


271 
BƏHLUL  ABBASOV 
 
B
əhlul Məhəmməd  oğlu  Abbasov 
20 fevral  1947-ci ild
ə  Şabran (keçmiş 
D
əvəçi) rayonunun Gəndov kəndində 
qulluqçu ail
əsində  dünyaya gəlib.  
Atası  Məhəmməd  kişi  1912-ci ildə  
D
əvəçi rayonunun Dərə  Gəndov kən-
dind
ə  kəndli ailəsində  anadan olub. 
K
ənd sovetində  katib, sovxozda briqa-
dir, anbardar v
ə s. kimi məsul vəzifələr-
d
ə  işləyib. 1999-cu ildə  87  yaşında  
dünyasını dəyişib.  
Anası  Mirab  Sübhan  qızı  Abbasova  1920-ci ildə  Dəvəçi 
rayonunun  Baş  Gəndov kəndində  dünyaya  göz  açıb. 
M
əhəmməd kişi ilə ailə həyatı qurduqdan sonra onların 9 öv-
ladı  dünyaya  gəlib.  Uşaqların  hamısını  böyüdüb,  mükəmməl 
t
ərbiyə və təhsil verib. 2003-cü ildə  83 yaşında vəfat edib. 
B.Abbasov 1955-ci ild
ə Aşağı Gəndov kənd orta məktəbin 
I sinfin
ə  daxil olub,1966-cı  ildə  həmin məktəbi yüksək 
göst
əricilərlə bitirərək kamal attestatı alıb. Hələ orta məktəbin 
yuxarı siniflərində təhsil alarkən gənc Bəhlul ona dərs deyən 

əllimlərinə  bir neçə  dəfə  iqtisadçı  olmaq  arzusunda  
olduğunu bildirmişdi. Müəllimləri bu gəncin gücünə, bilik və 
savadına  yaxşı  bələd  olduqlarına  görə  ona “yox”  deməmiş-
dil
ər. Sevincini gizlətə  bilməyən Bəhlul ürəyindəki bu 
arzusunu evd
ə atası Məhəmməd kişiyə açanda isə  atası ona: 
“Çox yaxşı fikirdir. Allah arzunu çin eləsin, bala” – demişdi. 
N
əhayət 1966-cı ildə orta məktəbi qurtardığı ildə də   Bəh-
lul Abbasov arzusuna çatdı. O, respublikamızın paytaxtı Bakı 
şəhərində yeni açılmış ali təhsil ocaqlarından birinə qəbul ol-
du. Bu elm m
əbədi yeni fəaliyyətə başlamış D.X.Bünyadzadə 
adına  Azərbaycan Xalq Təsərrüfatı İnstitutu idi. 


272 
G
ənc Bəhlulun tələbəlik illəri  də  öz  yaxşı  cəhətləri ilə  
yaddançıxmaz olub. Rayondan gəlsə də o, Bakı şəhər mühitinə 
v
ə tələbə həyatına çox tez alışıb. Ali məktəbdə keçirilən bütün  
seminarlarda, mühazir
ələrdə və digər çoxsaylı tədris və ictimai 
xarakterli bütün  t
ədbirlərdə  fəal  iştirak  edib. Öz məsuliyyət 
hissini d
ərindən  dərk edən gənc tələbə qısa müddətdə iti ağlı 
v
ə kamalı, möhkəm bilik və bacarığı ilə  tələbə yoldaşlarından 
köklü d
ərəcədə  fərqlənib.  Çox keçməyib ki, oxuduğu  ali 
m
əktəbin  qabaqcıl tələbəsi adına layiq görülüb. 1971-ci ildə 
is
ə  həmin institutu müvəffəqiyyətlə  bitirərək ali təhsil 
haqqında diplom alıb. 
O vaxtlar SSRİ məkanı olduğu üçün B.Abbasovun təyinatı 
Qazaxıstan  SSR-nin  Quryev  şəhərinə  EMB  Neft  İsrehsalat 
Birliyin
ə verilib. B.Abbasov burada 2 ay sınaq dövrünə dair iş 
müdd
ətini uğurla başa çatdırıb. Sonra isə səhhətinə görə azad 
t
əyinat alaraq Dəvəçi rayonuna qayıdıb. 
24  yaşlı  gənc Bəhlul həmin ildə  Siyəzən  Qazma  İşləri  
İdarəsinə  işə  qəbul olub. O, idarənin  plan  şöbəsində  smeta 
üzr
ə  mühəndis vəzifəsində  çalışıb. Bir neçə  ay bu vəzifədə 
işlədikdən sonra isə  hərbi xidmətə yollanıb. 
1971-
ci  ilin  may  ayından  1973-cü  ilin  mayına  kimi    o, 
Polşa  Xalq  Respublikasında  hərbi xidmət keçib. Ordu 
sıralarından  tərxis olunduqdan sonra  yenidən Siyəzən Qazma 
İşləri  İdarəsində  əmək və  əmək  haqqı  şöbəsinin böyük 
müh
əndisi vəzifəsində  işə  başlayıb.  1985-ci ilə  kimi bu 
v
əzifədə çalışıb. 
1985-
ci  ilin  mart  ayında    irəli çəkilərək  Siyəzən Qazma 
İşləri İdarəsinin partiya komitəsi katibi seçilib. Bir müddət bu 
v
əzifədə  işlədikdən sonra yenidən irəli çəkilərək Azərbaycan 
KP D
əvəçi rayon Komitəsinin təşkilat  şöbəsinə  təlimatçı 
v
əzifəsinə təyin edilib.Həmin ildən  1988-ci ilin avqust ayına 
kimi  rayon partiya komit
əsinin təftiş komissiyasının sədri 
olub. 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə