Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə84/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   80   81   82   83   84   85   86   87   ...   100

288 
İbrahim,  Hacıbaba mənim həyatımda  önəmli yer tutan və 
unuda bilm
əyəcəyim  insanlardandırlar.  Bu gün sayəsində 
dünyanı dolandığım əcnəbi dillərdən biri olan ingilis dilinin 
əlifbasını,  səs sistemini və  qrammatikasını  mənə  öyrədən 
F
əzilə  xanım  candan  sevdiyim müəllimlərimdəndir. Müəl-
liml
ərimiz təkcə  mənə  deyil,  bütün  şagirdlərə  qarşı  diqqətli,  
qayğıkeş və doğma  idilər. Onlar hamımızın müəllimi olsa da, 
h
ər bir şagirdə ayrı-ayrılıqda göstərdikləri nəvaziş və doğmalıq 
bizim h
ər birimizin qəlbində  onlara “mənim müəllimim” 
dem
ək  sevgisini  yaratmışdır.  Məhz,  doğma  müəllimlərimə 
olan qibt
əm və  sevgim mənim də  bir müəllim  olmağıma 
g
ətirib çıxardı.” 
Böyükağa  Şükürov  1972-ci ildə  M.F.Axundov  adına 
Xarici Dill
ər İnstitutunun “İngilis dili” fakultəsinə daxil olmuş 
1976-
cı  ildə  SSRİ-nin  50  illiyi  adına  Azərbaycan Pedaqoji 
Xarici Dill
ər  İnstitutunu  müvəffəqiyyətlə  bitirərək ali təhsil 
haqqında  diplom  almışdır.  Pirəbədil və  Pirəmsən kənd orta 
m
əktəblərində 21 il  müəllim işləyib. 
Böyükağa müəllim pedaqoji işdə çalışdığı o dövrləri belə 
xatırlayır:  “1976  –  1997-ci illərdə  ingilis dili müəllimi  işlə-
mişəm.  Müəllimlərimin mənə  sevdirdikləri müəllimlik  peşə-
sini m
ən də, şagirdlərimə sevdirməyə cəhd göstərmişəm. Mənə 
el
ə gəlir ki, buna nail də olmuşam. Çünki, ingilis dilini tədris 
etdiyim şagirdlərimdən, bu gün, ingilis dili müəllimi kimi 
f
əaliyyət göstərənlər var. Mən səfirliklərdə işləyən, Ameri-
ka
da,  İngiltərədə  və  başqa  xarici  ölkələrdə  çalışan 
m
əzunlarımızla fəxr edirəm”. 
1997-2003-cü ill
ərdə 
Böyükağa 
müəllim 
UMKOR/Az
ərbaycan/təşkilatında  Şimal bölgəsi üzrə  tərcü-
m
əçi, maliyyə  meneceri,  yardıma  nəzarət manitoru, proqram 
meneceri, kiçik biznes t
əlimatçısı  və  s.  məsul  vəzifələrdə 
çalışıb. 
2003-2012-ci ill
ərdə  isə  “Dəvəçi Broyler “ASC-də  Baş 


289 
Direktorun  İdarə  Aparatının  rəhbər müavini vəzifəsində 
işləyib. 2012-ci ildən  isə ASC-də əsas işi ilə bərabər auditor-
koordinator v
əzifəsində  çalışıb.  İndiki  iş  fəaliyyəti barədə 
Böyükağa  müəllim sözünü belə  davam etdirdi:”  Hazırda 
“S
əba”  Açıq  Səhmdar Cəmiyyətində  ofis menecer və  “Halal 
K
əsim  Qaydaları”  üzrə  koordinator vəzifəsində  çalışıram. 
2015-
ci  ilin  oktyabr  ayında  dünyanın  iyirmi  yeddi 
ölk
əsinin qatıldığı və Türkiyənin İstanbul şəhəri, “İstanbul 
Congress Centre”  d
ə  keçirilən  “Halalən Tayyibən və 
T
əhlükəsiz  Qida  İstehsalı”  simpoziumunda  şirkətin  adın-
dan iştirak etmiş, Beynəlxalq İslam Komitəsinin CİMDES 
üzr
ə pezidenti Dr. Hüseyn Kami Büyüközerlə görüşmüş və 
konfransda reqlament üzr
ə ingilis dilində çıxış etmişəm. “ 
Böyükağa  müəllim 8 xarici dil bilir. Xarici dillərin 
öyr
ənilməsində böyük təcrübəsi var. Bu barədə ondan kitabın 
oxucularına geniş məlumat verməsini xahiş etdik. O, söhbətinə 
bel
ə  davam etdi: “Ümumiyyətlə,  əcnəbi dilləri öyrənməyə 
h
əvəsli  olmuşam.  İngilis-fransız  dillərini institutda təhsil 
alark
ən, rus dilini bizim gündəlik  işlətdiyimiz bir dil 
olduğuna  görə,  ərəb dilini dinimizi sevərək, yəni, Allaha 
b
əndə, Muhəmməd əleyhissəlama ümmət olaraq, fars dilini 
Şeyx  Sədi  Şirazının  yaradıcılığını  sevdiyimə  görə  və  türk 
dilini is
ə kökümüzün türk olduğuna görə öyrənmişəm. 
1997-ci ild
ə  müəllimlikdən  ayrılmışam  və  o  zamandan  
b
əri  danışa  və  yaza  bildiyim  sadaladığım  dillərlə  əlaqəli  iş 
f
əaliyyətim  davam etməkdədir.  1997-2003-cü illərdə  Birləş-
miş Millətlər Təşkilatının Azərbaycan üzrə komissarlığının 
müxt
əlif proqramlarında  tərcüməçi, maliyyə  meneceri, 
monitor, proqram asistenti v
əzifələrində çalışmışam. 
H
əyatımda  dil  bilməyimlə  əlaqədar çoxlu hadisələrlə 
üzl
əşmişəm. Onlardan birini söyləmək istəyirəm: “2013-cü ilin 
dekabr  ayında  Türkiyənin  Antalya  şəhərinin turistlərin bol 
olduğu  “Kəmər” adlanan istirahət yerində  idim.  Finikə  şəhə-


290 
rind
ə yaşayan Hüseyn adlı bir qohumumun dəvətilə dəbdəbəli 
bir yem
əkxanada şam naharı edirdik. 
 
Ətrafımızdakı  yemək  stollarında  müxtəlif ölkələrdən 
g
əlmiş insanlar şam naharı edirdilər. Sağ tərəfimizdə oturan iki 
n
əfər  sarışın  müştəri ingilis dilində  qarsondan türk əhalisinin 
əksəriyyətinin yediyi bir milli türk yeməyinin gətirilməsini 
xahiş  edirdi.  Qarsonun ingiliscəsinin mükəmməl  olmaması 
anlaşılmada çətinlik yaradırdı, Amerikadan olan həmin insan-
ların  başasalınmasına  bir  az  yardımçı  oldum.  Təsadüf elə 
g
ətirdi ki sol tərəfimizdə  oturan iki ərəbə  də  sifarişlərinin 
anlaşılmasında bir az kömək etdim. Naharımızı bitirib qarsona 
t
əqdim etdiyi “bill”əsasında  Hüseyn  pul  ödəmək istəyirdi ki
bir n
əfər stolumuza yaxınlaşdı və “Efendim, borcunuz kapan-
mışdır”  söylədi.  Hüseyn pulun kim tərəfindən ödənildiyini 
bilm
ək üçün ətrafa diqqətlə  baxdı.  Mənim burada heç bir 
tanışımın  olmadığını  bildiyim  üçün  heç  yerə  baxmadan tərk 
etm
əyimizi gözləyirdim. Hüseyn diqqətlə baxdıqdan sonra, “... 
şurda  bir  kimse  yok  ki,  kim  ödemiş?”  sordu.  Həmin adam 
m
əni göstərərək “bey efendi tercumanlık yapmış ve artık hisap 
kapanmışdır”,  dedi.  Bu adam, Tuncel bəy yeməkxananın 
sahibi imiş.” 
Böyükağa  müəllimlə  maraqlı  söhbət  zamanı  onun  ərəb 
dilin
ə , islam dininə olan münasibətini də bilmək istədik. O, bu 
bar
ədə  söhbətimizə  belə  davam etdi: “... Mərhumə  anam 
S
əriyyə xanımın tövsiyyəsilə Seyyid Mövmün əfəndidən dərs 
almış, axund Fərayiz Şamil oğluna mənə “Quran” qiraətinin və 
şəriət hüququnun öyrədilməsi üçün 1973-cü ildə  müraciət 
etmişəm.  1977-ci ildə  müəyyən qədər dini biliklər  aldıqdan 
sonra,  ustadım  axund Fərayiz  Şamil  oğlu  məni Xaçmaz 
şəhərinə  Ədhəm  əfəndinin  yanına  aparmış,  orada  bir  neçə 
“Quran” 
əhlinin  iştirakı  ilə  “Quran” qiraətindən və  şəriət 
hüquq müqabil
əsindən  keçmişəm.  Müqabilədən keçdikdən 
sonra m
ənə  dini mərasimlərin  icrası  üçün  razılıq  verilmişdir. 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə