Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə3/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   151

 

13 


– Yüzə yüz! – deyə təsdiqlədi. 

– Heyrətamizdir!  –  çağırılmamıĢ  həmsöhbət  nəyə 

görəsə  oğrun-oğrun  ətrafına  boylanıb  səsini  qısdı:  – 

Zəhlənizi  tökdüyümə  görə  üzr  istəyirəm,  ancaq  mən  belə 

baĢa düĢdüm ki, siz hələ, üstəlik, Allaha da inanmırsınız? 

– O, qorxduğunu göstərib əlavə etdi: – And içirəm, heç 

kəsə deməyəcəyəm. 

– Bəli,  biz  Allaha  inanmırıq,  –  Berlioz  əcnəbinin 

ürkməyinə  gülümsədi,  –  özü  də  bu  barədə  tam  sərbəst 

danıĢmaq olar. 

Əcnəbi 

skamyanın 



söykənəcəyinə 

yayxanıb, 

təəccübdən, az qala, qıĢqırdı: 

– Siz ateistsiniz?! 

– Bəli, biz ateistik, – Berlioz gülümsəyərək cavab verdi, 

Bezdomnı  isə  hirsli-hirsli  düĢündü:  "Qır-saqqız  olub  ha, 

əcnəbi qaz!" 

– Ah, necə gözəldir! – qəribə əcnəbi ucadan deyib, gah 

bu, gah da o biri ədibə baxdı. 

– Bizim ölkədə ateizm heç kimi təəccübləndirmir. 

downloaded from KitabYurdu.org



 

14 


– Berlioz  diplomatcasına  nəzakətlə  dedi,  –  bizim 

əhalinin əksəriyyəti Ģüurlu surətdə çoxdandır Allah haqqında 

nağıllara inanmır. 

Bu  yerdə  əcnəbi  belə  bir  hoqqa  çıxartdı:  ayağa  qalxıb 

heyrətlənmiĢ redaktorun əlini sıxdı: 

– Ġcazə  verin,  sizə  səmimi-qəlbdən  minnətdarlığımı 

bildirim! 

– Nəyə görə siz ona minnətdarlıq edirsiniz? – Bezdomnı 

gözlərini döyərək soruĢdu. 

– Bir  səyahətçi  kimi  mənə  xeyli  maraqlı  olan  mühüm 

məlumata  görə,  –  qəribə  əcnəbi  barmağını  mənalı  Ģəkildə 

qaldırıb izah etdi. 

Mühüm  məlumat,  görünür,  doğrudan  da,  səyahətçiyə 

güclü təsir bağıĢlamıĢdı, çünki o, ətrafındakı binaları qorxa-

qorxa  süzdü,  elə  bil,  hər  pəncərədə  ateist  görəcəyindən 

ehtiyatlanırdı. 

"Yox, o, ingilisdir..." – Berlioz fikirləĢdi, Bezdomnı isə: 

"Çox maraqlıdır, bu, rus dilini haradan belə öyrənə bilib!" – 

deyə düĢündü və yenə sifətini turĢutdu. 

downloaded from KitabYurdu.org




 

15 


– Ancaq  icazənizlə  soruĢum,  –  xarici  qonaq  narahat 

düĢüncələrdən  sonra  dilləndi,  –  bəs  onda  Allahın  varlığını 

təsdiqləyən o beĢ sübutu neyləyək? 

– Əfsus, – Berlioz təəssüfləndi, – bu sübutların heç biri 

heç nəyə  yaramır  və  bəĢəriyyət  onları  çoxdan arxivə verib. 

RazılaĢın ki, elmi cəhətdən Allahın varlığını təsdiqləyən heç 

bir sübut ola bilməz. 

Əhsən,  –  əcnəbi  qıĢqırdı,  –  əhsən!  Siz  narahat  qoca 

Ġmmanuilin  bu  barədəki  fikirlərini  büsbütün  təkrar  etdiniz. 

Ancaq  məzəlisi budur: o, beĢ  sübutun  hamısını  yerləyeksan 

elədi,  sonra  isə  özünə  gülürmüĢ  kimi,  öz  altıncı  sübutunu 

yaratdı! 

– Kantın  sübutu  da,  –  savadh  redaktor  nəzakətlə 

gülümsəyərək  etiraz  etdi,  –  inandırıcı  deyil.  ġiller  nahaq 

yerə  deməyib  ki,  Kantın  bu  məsələ  ilə  bağlı  mühakiməsi 

ancaq qulları razı sala bilər, ġtraus isə, sadəcə, bu sübutlara 

gülüb. 

Berlioz danıĢa-danıĢa fikirləĢirdi: "Axı bu kimdir? Rus 



dilində niyə belə yaxĢı danıĢır?" 

downloaded from KitabYurdu.org




 

16 


– Belə sübutlarına görə bu Kantı tutub üçilliyə basasan 

Solovkiyə!  –  tamamilə  gözlənilmədən  Ġvan  Nikolayeviç 

guruldadı. 

– Ġvan! – Berlioz pərt halda pıçıldadı. 

Ancaq  Kantı  Solovkiyə  göndərmək  təklifi  əcnəbini 

nəinki heyrətləndirdi, əksinə, hətta vəcdə gətirdi. 

– Elədir ki var, – o qıĢqırdı və Berlioza baxan yaĢıl sol 

gözü parıldadı, onun yeri elə oradır! Axı mən o zaman səhər 

yeməyində  ona  demiĢdim:  "Professor,  özünüz  bilərsiniz, 

ancaq  fikirləriniz  nəsə  dolaĢıqdır!  Bəlkə də, ağıllıdır, ancaq 

həddindən artıq anlaĢılmazdır! Sizi məsxərəyə qoyacaqlar!" 

Berliozun  gözləri  bərəldi.  "Səhər  yeməyində...  Kanta? 

Bu nə sayıqlayır?" 

– Ancaq,  –  əcnəbi  Berliozun  heyrətinə  fikir  vermədən, 

üzünü  Ģairə  tutaraq  davam  etdi,  –  Solovkiyə  göndərmək  o 

səbəbdən mümkün deyil ki, o, yüz ildən artıqdır Solovkidən 

daha  uzaq  yerdədir  və  sizi  inandırıram,  onu  həmin  yerdən 

heç vəchlə çıxarmaq olmaz! 

– Təəssüf! – davakar Ģair söyləndi. 

downloaded from KitabYurdu.org




 

17 


– Mən  də  təəssüflənirəm!  –  Naməlum  Ģəxs  onunla 

razılaĢdı və gözlərini parıldadaraq sözünə davam etdi, 

– Ancaq  məni  belə  bir  məsələ  narahat  edir:  əgər  Allah 

yoxdursa,  sual  olunur,  insan  həyatını  və  ümumiyyətlə, 

dünyanın qaydalarını kim nizamlayır? 

– Elə  insan  özü  nizamlayır,  –  boynumuza  alaq  ki,  çox 

da aydın olmayan bu suala Bezdomnı acıqlı cavab verməyə 

tələsdi. 

– BağıĢlayın,  –  naməlum  Ģəxs  mülayimcəsinə  cavab 

verdi,  –  idarə  etmək  üçün  gərək,  heç  olmasa,  müəyyən  bir 

müddətə  dəqiq  planın  ola.  Ġcazənizlə  soruĢum,  insan  necə 

idarə  edə  bilər  ki,  gülməli  dərəcədə  qısa  bir  müddət  üçün, 

deyək, min il üçün plan qurmaq imkanına malik olmadığı bir 

yana,  hətta  öz  sabahkı  gününə  belə  cavabdeh  deyil? 

Həqiqətən  də,  –  bu  yerdə  əcnəbi  Berlioza  tərəf  döndü,  – 

təsəvvür  edin,  misal  üçün,  siz  baĢlayırsınız  özünüzü, 

baĢqalarını  idarə  etməyə,  əmrlər  verməyə,  necə  deyərlər, 

get-gedə iĢə alıĢırsınız və birdən sizdə... öhö... öhö... ağciyər 

sarkoması  peyda  olur...  –  bu  yerdə  əcnəbi  Ģirin-Ģirin 

gülümsədi,  sanki,  ağciyər  sarkoması  haqqındakı  fikir  ona 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə