Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə110/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   106   107   108   109   110   111   112   113   ...   129

Yusif Aslanov 
 
 
332 
Qabaqcıl  ədəbiyyat müəllimlərinin təcrübəsi və  bu sətirlərin 

əlliflərinin tədqiqatları belə bir nəticəyə gəlməyə əsas verir ki, həm 
d
ərsdə, həm də  sinifdənxaric tədbirlərdə  estetik-emosional vəziyyət 
yaratmaqla  şagirdlərə  bədii  əsərləri sevdirmək, ondan mənəvi qida 
almağın yollarını öyrətmək, estetik hisslərini inkişaf etdirmək imkanları 
genişdir. Lakin bu, müəllimdən metodik ustalıq tələb edir. Məhz buna 
gör
ə də ədəbiyyat müəllimləri hər bir bədii əsərə qiymət verməklə, geniş 
t
əhlil etməklə, yazıçı tərəfindən həyat həqiqətlərinin, hansı problemlərin 
n
ə  səviyyədə  həll  olunduğunu  şagirdlərə  öyrətməklə  kifayətlənmirlər. 
“Gül
ər üz və  həzzlə  elm badəsini necə  içirtmək  lazım  olduğunu” 
(Y.A.Kamenski) d
ərindən dərk edərək şagirdlərə əsərin daxili qatlarını 
“görm
əyi”, hadisələr və  obrazlar aləminə  dərindən nüfuz etməyi, 
sur
ətlərin xarakterində  əmələ  gələn dəyişikliyi,  psixoloji  vəziyyətləri 

əyyənləşdirməyi və  həmçinin təsvir olunan hadisələr, obrazlar 
əsasında mənfi hallara qarşı barışmaz mövqe, müsbət ideallarla yaşamaq 
əzmi, bacarığını da aşılayır, öyrədirlər. 
Şagirdlərdə bədii əsərə maraq, yüksək estetik-emosional müna-
sib
ətin  formalaşdırılması,  estetik  tərbiyənin səmərəli təşkili  müəllimin 
ixtisas hazırlığından, peşə ustalığından,  yüksək nitq mədəniyyətindən, 
m
əktəbliləri doğma övladı kimi sevərək qəlbini, varlığını onlara verməsi 
v
ə  şəxsi nümunəsindən  daha  çox  asılıdır.  Bu  keyfiyyətləri özlərində 
daşıyan ədəbiyyat müəllimləri söz sərrafı olmaqla yanaşı, insan qəlbini 
oxşayan, estetik qabiliyyətlərini inkişaf etdirən söz, ifadə və cümlələrlə, 
yaxud, şifahi xalq ədəbiyyatı inciləri, epik, lirik və dram nümunələrindən 

əyyən  parçaları  əzbər, ifadəli oxunun bütün tələblərinə  riayət 
etm
əklə, yana-yana söyləməklə  şagirdlərə  sevdirir, insana məhəbbət, 
t
əbiətə qayğı, cəmiyyətə gərəkli olmaq istəyini tərbiyə edirlər. Professor 
C.Əhmədovun dediyi kimi, “belə müəllimlərin ədəbiyyat dərsləri çox 
zaman şeir, sənət dərslərinə, poeziya dərslərinə çevrilir”. 
B
ədii  ədəbiyyatın  əsas  iştirakçısı  obrazlar  silsiləsi və  təbiət 
hadis
ələrinin təsviridir. Yazıçının həyata baxışı, gözəllik, qəhrəmanlıq, 
v
ətənə məhəbbət, xeyirxahlıq, sənət və həqiqət haqqındakı estetik-bədii 
fikirl
əri  obrazların  xarakterində, surətlərin bir-birinə  münasibətində, 
yaxud h
əyat eşqi, yaşamaq əzmi uğrunda apardığı mübarizədə, mövzu, 


Ədəbi axtarışlar və tədris 
 
 
333 
ideya, süjet v
ə  kompozisiya, dil-üslub, sənətkarlıq  xüsusiyyətlərində, 
m
ənəvi-estetik problemlərin bədii həllində öz ifadəsini tapır. Ona görə 
d
ə  əsərin mətni üzərində  iş  apararkən sənətkarın  dünyagörüşünün, 
m
ənəvi-estetik  baxışlarının,  əsərdəki obrazlar aləminin, həyat 
hadis
ələrinin, təbiət təsvirlərinin şagirdlərin estetik tərbiyəsinə göstərdiyi 
müsb
ət təsiri düzgün müəyyənləşdirmək və  bu cəhəti tədrisdə  diqqət 
m
ərkəzində saxlamaq ədəbiyyat müəlliminin əsas vəzifələrindən biridir. 
M
əsələn, XI sinifdə  M.Rahimin “Leninqrad göylərində”  poemasının 
t
ədrisi  zamanı  şagirdlər  asanlıqla  dərk edirlər  ki,  şairin  şeirlərində  və 
poemalarında  lirizm,  şeiriyyət musiqi ahəngi  yaradır,  insan  qəlbini 
h
əyəcanlandırır.  
Müşahidələr göstərir ki, əsərin estetik tərbiyəvi təsirinin 
gücl
ənməsində bu cəhətlər az rol oynamır. Tədris zamanı şagirdlərə izah 
edilm
əlidir  ki,  yazıçı,  şair,  yaxud  dramaturq  hansı  mənəvi-estetik 
problemi h
əll  etmişdir  və  onun  ideyalarının  bu  gün,  gələcək üçün 
əhəmiyyətini necə  qiymətləndirmək  olar.  Bu  baxımdan  yanaşdıqda 
gör
ərik ki, M.Rahim “Leninqrad göylərində”  poemasında  insanın 
m
ənəvi gözəlliyini tamamlayan vacib problemlər –  xalqlar  dostluğu, 
c
əsur, mərd, qorxmaz və Vətənə sadiq olmaq kimi məsələlər öz bədii 
h
əllini  tapmışdır.  Şair  belə  saf mənəviyyatlı  insanları  Hüseynbala, 
Aleksey v
ə Varya obrazları nümunəsində ümumiləşdirmiş, bədii təsvir 
v
ə ifadə vasitələrindən sənətkarlıqla istifadə etmişdir. 
Yaxud, S
.Vurğunun “Azərbaycan” şeirini nümunə götürək. Şair 
Az
ərbaycanın  gözəl təbiətini,  meşələri,  çayları,  yeraltı  və  yerüstü 
s
ərvətləri və  s. elə  məharətlə  təsvir  etmişdir  ki,  “Azərbaycan”  şeirini 
oxuyanda,  val  yazısını  dinləyəndə  həyəcanlanmamaq olmur. Sanki 
Az
ərbaycan  xalqının  qüdrəti, vətənin gözəlliyi,  insanların  sadəliyi və 
qayğıkeşliyi  ilə  fəxr edən bir sənətkarın  qəlbinin döyüntülərini, 
çırpıntılarını hiss edirsən, şairin hər sözünü, misrasını dərindən duyub 
m
ənən zənginləşir, gözəllik aləminə qovuşursan. 
Ədəbiyyat dərslərində  bu məzmunda məlumatın  verilməsi 
şagirdlərin estetik tərbiyəsinin  formalaşmasına,  əsərin dərindən 
öyr
ənilməsinə, əqidəcə möhkəm, xalq və vətən üçün layiqli vətəndaş 
kimi böyüm
ələrinə müsbət təsir göstərir.  


Yusif Aslanov 
 
 
334 
Qabaqcıl ədəbiyyat müəllimləri incəsənət əsərlərindən səmərəli 
v
ə  məqamında  istifadə  etməklə  şagirdlərin estetik tərbiyəsinə, bədii 
duyumun, göz
əllik hissinin inkişaf etdirilməsinə nail olurlar. Məsələn, 
S.Vurğunun  “Muğam” poemasından parçalar VII  sinifdə öyrədiləndə 

əllim  SSRİ  xalq rəssamı  M.Abdullayevin  “Səadət quranlar” 
tablosunu  nümayiş  etdirir.  Uşaqlar  bir  tərəfdən əsərin məzmunundan 
aldıqları  məlumatları  tabloda  görür,  sənətkarın  qüdrətinə, məharət və 
bacarığına vurulub estetik zövq alırlarsa, digər tərəfdən onlarda əmək 
q
əhrəmanlarına rəğbət hissi formalaşmağa başlayır.  
Ədəbiyyat dərslərində  estetik tərbiyənin  aşılanmasının  əsas 
v
əzifələrindən biri də  şagirdlərdə  yaradıcılıq  qabiliyyətlərinin, 
fantaziyanın  inkişaf  etdirilməsidir.  Şagirdlərin müxtəlif  ədəbiyyat 
d
ərnəklərində iştirakını təmin etmək, istedadlılarla fərdi məşğul olmaq, 
teatr tamaşalarına, sənətkarların adlarını əbədiləşdirən yerlərə kollektiv 
gediş  təşkil  etmək,  ədəbiyyat tariximizi, mədəniyyətimizi  şagirdlərə 
əyani çatdırmaq məktəblilərin estetik tərbiyəsində böyük rol oynayır. 
Göründüyü kimi, 
ədəbiyyat dərslərində  estetik tərbiyə 
m
əsələləri çox geniş və əhatəlidir. Onu bir qəzet məqaləsi daxilində həll 
etm
ək imkan xaricindədir. Ancaq bir məsələni mənəvi  yaddaşımızda 
h
əmişə yaşatmalıyıq ki, pedaqoq bədii əsərlər vasitəsilə insanın daxili-
m
ənəvi  dünyasını  zənginləşdirir,  incəsənət  əsərlərindəki, təbiət, 
c
əmiyyət və insan həyatındakı gözəlliyin sirlərini dərk etməyi öyrədir, 
yaradıcılıq  qabiliyyətlərini,  fantaziyanı  inkişaf  etdirir  və  həyatda 
müst
əqil fəaliyyət göstərməyə istiqamət verir.    
 
 
“Az
ərbaycan müəllimi” qəzeti, 1 oktyabr 1988 
(H
əmmüəllif: Natiqə Sadıqova) 
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə