Zamansizliq və QƏDƏr gerçƏYİ



Yüklə 0,56 Mb.
səhifə2/7
tarix26.09.2017
ölçüsü0,56 Mb.
#1697
1   2   3   4   5   6   7

Big Bangın Zəfəri

Bütün bu açıq dəlillər Big Bang nəzəriyyəsinin elm dünyasında qəti bir qəbul görməsinə gətirib çıxardı. Big Bang modeli; elmin, kainatın meydana gəlməsi və başlanğıcı haqqında çatdığı son nöqtə idi. Fred Hoyl ilə birlikdə uzun illər Sabit Vəziyyət nəzəriyyəsini müdafiə edən Dennis Sciama, ard-arda gələn və Big Bangı isbat edən bütün bu dəlillər qarşısında içinə düşdükləri vəziyyəti belə izah edir:

Sabit Vəziyyət nəzəriyyəsini müdafiə edənlərlə, onu test edən və məncə onu çürütməyə ümid edən müşahidəçilər arasında, bir dövr çox sərt çəkişmə vardı. Bu dövr içində mən də bir rol boynuma götürmüşdüm. Çünki həqiqətinə inandığım üçün deyil, həqiqət olmasını istədiyim üçün "Sabit Vəziyyət" nəzəriyyəsini müdafiə edirdim. Nəzəriyyənin etibarsızlığını isbat edən dəlillər ortaya çıxmağa başladıqca Fred Hoyl bu dəlilləri qarşılamada lider rol boynuna götürmüşdü. Mən də yanında iştirak etmiş, bu düşməncə dəlillərə necə cavab verilə biləcəyi mövzusunda fikir icra edirdim. Amma dəlillər yığıldıqca artıq oyunun bitdiyi və Sabit Vəziyyət nəzəriyyəsinin bir kənara buraxılması gerçəyi ortaya çıxırdı. 4

Kaliforniya Universitetindən Prof. Corc O. Abell isə, "Bu günki mövcud dəlillər, kainatın milyardlarla il əvvəl Big Bang ilə başladığını göstərməkdədir. Big Bang nəzəriyyəsini qəbul etməkdən başqa çarəmiz qalmır. "5 demişdir.

Big Bangın bu zəfəri ilə birlikdə, materialist doqmanın təməli olan "əzəli maddə" anlayışı da tarixə qarışmış olurdu. Yaxşı o zaman Big Bangdan əvvəl nə vardı və "yox" olan kainatı bu böyük partlama ilə "var" hala gətirən güc nə idi? Əlbəttə ki bu sual, A. S. Eddingtonun ifadəsiylə materialistlər üçün "fəlsəfi olaraq itələyici (uzaqlaşdırıcı)" olan gerçəyi, yəni bir Yaradıcının varlığını göstərməkdədir. Məşhur ateist fəlsəfəçi Anthony Flew, bu mövzuda bunları söyləyir:

Etiraflarda olmanın insan ruhuna yaxşı gəldiyini söyləyərlər. Mən də bir şeyi etiraf edəcəyəm: Mövcud kosmik konsensus (Big Bang modeli), bir ateist baxımından olduqca çətinlik vericidir. Çünki elm, dini qaynaqlar tərəfindən müdafiə olunan bir iddianı isbat etmişdir: "Kainatın bir başlanğıcı olduğu" iddiasını. Yalnız kainatın bir sonunun və başlanğıcının olmadığını qəbul etdiyimiz müddətcə, kainatın bu ankı varlığının mütləq bir şərhi olduğunu müdafiə edə bilərik. Mən hələ bu şərhə inanıram, amma bunu Big Bang qarşısında müdafiə etmənin çox asan və rahat bir vəziyyət olmadığını etiraf etməliyəm. 6

Özünü ateist olmaq üçün kor-koranə şərtləndirməyən bir çox elm adamı isə, kainatın yaradılışında sonsuz güc sahibi bir Yaradıcının varlığını qəbul etmiş vəziyyətdədir. Bu Yaradıcı, həm maddəni həm də zamanı yaratmış, yəni hər ikisindən də müstəqil olan bir varlıq olmalıdır.

Kainat elm mövzusunda əhəmiyyətli işləri olan məşhur riyaziyyatçı Roger Penrose belə bir şərh edər:

... Amma kainatın qətiliklə bir məqsədinin olduğunu göstərən bir şey var ki, o da kainatın şans əsəri orada dayanmadığıdır. Bəzi insanlara görə, "kainat sadəcə oradadır." Elə olmağa davam edir. Biz də özümüzü birdən-birə bu şeyin içində tapmışıq. Bu dünyagörüşünün, kainatı anlamamızda çox məhsuldar ya da köməkçi olacağını sanmıram. Məncə kainat və onun varlığının altında bu gün hələ yaxşı sezə bilmədiyimiz çox daha dərin bir şeylər gizlidir. 7
Quranda 14 Əsr Əvvəl Xəbər verilən Həqiqətlər

Bura qədər yekunlaşdırmaq lazım olsa, astrofizikanın çatdığı qəti nəticə, bütün kainatın maddə və zaman ölçüləriylə birlikdə, bir sıfır anında böyük bir partlama ilə (Big Bang) varlıq tapdığı idi. Big Bangdan əvvəl maddə deyə bir şey yox idi. Maddənin, enerjinin, hətta zamanın da belə olmadığı, tamamilə metafizik olaraq təyin oluna biləcək bir yoxluq mühitində maddə, enerji və zaman var olmuşdu. Halbuki, müasir fizikanın ancaq 20-ci əsrin sonlarına doğru çatdığı bu böyük həqiqət Quranda bizlərə 14 əsr əvvəldən xəbər verilməkdə idi:
O, göyləri və yeri (yoxdan) var edəndir... (Ən'am Surəsi, 101)
Bilindiyi kimi Big Bang nəzəriyyəsi, başlanğıcda kainatdakı bütün cisimlərin bir yerdə olduqlarını və sonradan ayrıldıqlarını göstərmişdir. Big Bang nəzəriyyəsinin ortaya qoyduğu bu həqiqət isə zamanımızdan tam 14 əsr əvvəl insanların kainat haqqındakı məlumatlarının son dərəcə məhdud olduğu bir dövrdə Quranda belə bildirilməkdədir:
Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də iman gətirməzlər? (Ənbiya Surəsi, 30)
Mövzumuzun başında da gördüyümüz kimi, "kainatın genişləməsi" Böyük Partlama nəzəriyyəsinin yəni kainatın yoxdan var edildiyinin ən əhəmiyyətli dəlillərindən biridir. Kainat yaradıldığından bəri davam edən və müasir elm tərəfindən ancaq 20-ci əsrdə müəyyən oluna bilmiş olan bu hadisədən, bundan 14 əsr əvvəl göndərilmiş olan Quranda belə bəhs edilir:
...Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik. (Zariyat Surəsi, 47)
Nizam Gətirən Partlama

Əslində Big Bangın ateistlər və materialistlər (ikisi demək olar ki, sinonimdir) baxımından meydana gətirdiyi problem, ateist fəlsəfəçi Anthony Flewin yuxarıda etiraf etdiyindən çox daha böyükdür. Çünki Big Bang, kainatın yalnız yoxdan var edildiyini deyil, eyni zamanda çox planlı, nizamlı və idarəli bir şəkildə var edildiyini göstərməkdədir.

Bunun səbəbi, bir partlama olan Big Bangın ardından kainatda çox nizamlı bir quruluşun ortaya çıxmasıdır. Halbuki partlamalar nizamlılıq meydana gətirməzlər. Müşahidə etdiyimiz bütün partlamalar, var olan nizamlılığı pozar, parçalar və yox edərlər. Məsələn, atom və hidrogen bombalarının partlaması, vulkanik partlamalar, təbii qaz partlaması, Günəşdə meydana gələn partlamalar... Hansı növ partlama araşdırılırsa araşdırılsın, təsirlərinin həmişə dağıdıcı olduqları görülər.

Ancaq bir partlamanın ardından qarşımıza çox incə detallı bir dizayn çıxarsa, bu vəziyyətdə bu partlamanın ardında "fövqəltəbii" bir müdaxilə olduğu, partlamaqla birlikdə dağılan bütün parçacıqların həqiqətdə çox idarəli bir şəkildə hərəkət etdirildikləri nəticəsinə çatarıq.

Big Bang nəzəriyyəsinə uzun illər qarşı çıxmış olan Sir Fred Hoylun sözləri, tam da bu vəziyyəti ifadə edir:

Big Bang nəzəriyyəsi kainatın tək və böyük bir partlama ilə başladığını qəbul edər. Amma bildiyimiz kimi partlamalar maddəni dağıdar və nizamsızlaşdırarlar. Halbuki Big Bang çox sirrli bir şəkildə bunun tam əksinə bir təsir meydana gətirmişdir. Maddəni bir-biriylə birləşəcək və qalaktikaları meydana gətirəcək hala gətirmişdir. 8

Hoyl, Big Bangın nizamlılıq meydana gətirməsinin ziddiyyətli bir vəziyyət olduğunu söyləyərkən, əlbəttə Big Bangı materialist bir ön fikirlə şərh etməkdə, yəni bunun bir "idarəsiz partlama" olduğunu fərz etməkdədir. Halbuki, bir Yaradıcının yəni Allahın varlığını qəbul etməmək üçün belə bir şərh edərək, ziddiyyətli bir vəziyyətə düşən elə özü olmuşdur. Çünki, partlamaqla birlikdə ortaya çox böyük bir nizam çıxmışsa, o zaman "idarəsiz partlama" fikirinin bir kənara atılması və partlamanın fövqəladə bir şəkildə idarəli olduğunun qəbul edilməsi lazımdır.

Bu nizamlılıq, Big Bangdan sonrakı hər mərhələ üçün etibarlıdır. Big Bangla birlikdə ortaya çıxan maddə, bu gün "atom altı parçacıqlar" dediyimiz hissəciklərdir. Amma bunlar -Hoylun ifadə etdiyi kimi "sirli bir şəkildə"- bir yerə gələrək atomları meydana gətirmişlər, həm də kainatın hər bir yerində və hər bir hissəsində. Böyük bir nizamlılıq içində yaranan bu atomlar kainatın müəyyən bölgələrində sıxlaşaraq qalaktikaları meydana gətirmişlər. Bu qalaktikaların içində ulduzlar, ulduzların ətrafında isə ulduz sistemləri və planetlər meydana gəlmişdir. Bütün bu nəhəng göy cisimləri fövqəladə dərəcədə nizamlıdırlar. Kainatda təxminən 300 milyard qalaktika olduğunu və bunların hər birinin içində təxminən yenə 300 milyard ulduz olduğunu düşünsək, söz mövzusu nizam və tarazlığın nə qədər fövqəladə olduğunu da daha asan anlaya bilərik.
Həssas Tarazlıqlar

Big Bangın ardından kainatda yaranan bu fövqəladə nizamlılığın bir başqa istiqaməti isə, "yaşamağa əlverişli bir kainat"ın meydana gəlmiş olmasıdır. Həyata imkan tanıyacaq bir planetin meydana gələ bilməsi üçün reallaşması lazım olan şərtlər o qədər çoxdur ki, bunun təsadüfi bir meydana gəlmə olduğunu düşünmək qeyri-mümkündür.

Məşhur bir nəzəri fizika professoru olan Paul Davies, Big Bang sonrasındakı genişləmə sürətinin nə qədər "həssas nizamlanmış" olduğunu hesablamış və inanılmaz bir nəticəyə çatmışdır. Daviesə görə, Big Bangın ardından reallaşan genişləmə sürəti əgər milyard dəfə milyardda bir nisbətdə belə fərqli olsaydı, həyata imkan təmin edəcək bir ulduz tipi meydana gələ bilməz və kainatda canlılıq ortaya çıxa bilməzdi:

Hesablamalar, kainatın genişləmə sürətinin çox kritik bir nöqtədə seyr etdiyini göstərməkdədir. Əgər kainat bir az belə daha yavaş genişləsə cazibə qüvvəsi səbəbiylə içinə çökəcək, bir az daha sürətli genişləsə kosmik material tamamilə dağılıb gedəcəkdi. Bu iki fəlakət arasındakı tarazlığın nə qədər "yaxşı hesablanmış" olduğu sualının cavabı çox maraqlıdır. Əgər IS zamanında (partlama sürətinin müəyyən hala gəldiyi zamanda) partlama sürəti həqiqət sürətindən yalnız 1018 qədər belə fərqliləşsəydi, bu lazımlı tarazlığı yox etməyə çatacaqdı. Bu səbəbdən kainatın partlama sürəti inanılmayacaq qədər həssas bir qətiliklə təyin olunmuşdur. Bu səbəblə Big Bang hər hansı bir partlama deyil, hər istiqamətiylə çox yaxşı hesablanmış və təşkil edilmiş bir meydana gəlmədir. 9

Kainatdakı bu möhtəşəm tarazlıq elmi bir jurnalda belə ifadə edilir:

Əgər kainatda maddənin sıxlığı, bir qədər daha çox olsaydı, o zaman Eynşteynin Ümumi Nisbilik nəzəriyyəsinə görə kainat, atom parçacıqların cazibə qüvvələri səbəbindən heç cür genişləyə bilməyəcək və təkrar kiçilərək bir nöqtəciyə çevriləcəkdi. Əgər sıxlıq başlanğıcda bir qədər daha az olsaydı, o zaman kainat son sürətlə genişləyəcək, lakin bu təqdirdə atom parçacıqlar bir-birini çəkib tuta bilməyəcək və ulduzlarla qalaktikalar heç bir zaman meydana gələ bilməyəcəkdi. Təbiidir ki, biz də olmayacaqdıq! Edilən hesablara görə, kainatımızın başlanğıcdakı həqiqət sıxlığı ilə kənarında meydana gəlməsi imkanı olmayan kritik sıxlığı arasındakı fərq, yüzdə birin bir kuvadrilyonundan azdır. Bu, bir qələmi iti ucu üzərində bir milyard il sonra da dayana biləcək şəkildə yerləşdirməyə bənzər... Üstəlik, kainat genişlədikcə, bu tarazlıq daha da həssaslaşmaqdadır. 10

Stephen Hawking isə, Zamanın Qısa Tarixi adlı kitabında genişləmə sürətindəki tarazlığı belə açıqlayır:

Kainatın genişləmə sürəti o qədər kritik bir nöqtədədir ki, Big Bangdan sonrakı birinci saniyədə bu nisbət əgər yüz min milyon dəfə milyonda bir qədər daha kiçik olsaydı kainat indiki vəziyyətinə gəlmədən içinə çökərdi. 11

Paul Davies, bu çox maraqlı vəziyyət qarşısında belə söyləməkdədir:

Çox kiçik ədədi dəyişikliklərə həssas olan kainatın bu andakı quruluşunun, çox diqqətli bir şüur tərəfindən ortaya çıxarıldığına qarşı çıxmaq çox çətindir... Təbiətin ən fundamental tarazlıqlarındakı həssas ədədi tarazlıqlar, kosmik bir dizaynın varlığını qəbul etmək üçün olduqca güclü bir dəlildir. 12

Eyni həqiqət qarşısında Amerikalı astronomiya professoru Corc Greenstein də, The Symbiotic Universe adlı kitabında belə yazır:

Dəlilləri araşdırdıqca, israrla əhəmiyyətli bir həqiqətlə qarşı-qarşıya gəlirik. (Kainatın meydana gəlməsində) bir fövqəltəbii ağıl -ya da Ağıl- dövrəyə girmiş olmalıdır. 13

Nəticə olaraq, kainatdakı möhtəşəm sistemi araşdırsaq kainatın yaranması və işləyişinin təsadüfü səbəblərlə açıqlana bilməyəcək qədər kompleks bir nizam və həssas tarazlıqlar ehtiva etdiyi gerçəyiylə qarşılaşarıq. Açıqca aydın olacağı kimi bu həssas tarazlıq və incə nizamın böyük bir partlamanın sonrasında öz-özünə və təsadüfən reallaşması, qeyri-mümkün anlayışının belə sərhədlərini aşacaq bir vəziyyət olardı. Big Bang kimi bütün kainatın maddə və enerjisini ortaya çıxaran bir partlamanın ardından belə bir nizamın meydana gəlməsi ancaq hər anına şüurlu müdaxilələr nəticəsində reallaşa bilər. Bu da kainatı yoxdan var edən və onun hər anını idarəsi və hakimiyyəti altında saxlayan Allahın yaratmasıdır.
Materializmin Sonu

Bütün bu həqiqətlər, bir 19-cu əsr doqması olan materialist fəlsəfənin iddialarının 20-ci əsr elmi tərəfindən etibarsız qılındığının göstəriciləridirlər. Materializm, hər şeyi maddədən ibarət saymaqla, maddəni ortaya çıxaran və təşkil edən bir Yaradıcının varlığını rədd etmiş, amma şiddətlə yanılmışdır. Müasir elm maddi dünyada var olan böyük plan, dizayn və nizamı ortaya çıxarmaqda və maddi dünyaya hakim olan bir Yaradıcının, yəni Allahın varlığını isbat etməkdədir. Kainatda qarşılaşdığımız bu dizayn, canlılar dünyasında da ortaya çıxmaqda və materializmin ən böyük dayağı sayılan Darvinin təkamül nəzəriyyəsi də bu səbəblə çökməkdədir.

Materializm əsrlər boyunca bir çox insana təsir etmiş, hətta 19-cu əsrdə "elmilik" maskasına bürünmüş ola bilər. Amma görünən odur ki, 21-ci əsrdə elmə zidd bir batil inanış olaraq tarixə keçəcək. İnsanlıq dünyanın öküzün buynuzları üzərində dayandığı ya da düz olduğu kimi batil inanışlardan xilas olmuşdur, eyni şəkildə materializmdən də xilas olacaq.
XƏBƏRDARLIQ

Oxuyacağınız bu hissə, həyatın ÇOX ƏHƏMİYYƏTLİ bir sirrini ehtiva etməkdədir. Maddi dünyaya baxış aspektinizi

kökdən dəyişdirəcək olan bu mövzunu, çox diqqətli bir şəkildə və anlayaraq oxumalısınız.

Burada izah ediləcək olanlar yalnız bir dünyagörüşü, fərqli bir yanaşma və ya hər hansı bir fəlsəfi düşüncə deyil; dinə inanan-inanmayan hər kəsin qəbul edəcəyi, bu gün elmin

də sübut etdiyi qəti bir həqiqətdir.

HİSSƏ 2

MADDƏNİN ARDINDAKI SİRR

Ətrafını ağıl və vicdan yoluyla izləyən adam kainatdakı canlı-cansız hər şeyin yaradılmış olduğunun fərqinə varar. Yaxşı bütün bunlar kim tərəfindən yaradılmışdır?

Açıqdır ki, kainatın hər nöqtəsində özünü müəyyən edən "yaradılmışlıq", kainatın özünün bir məhsulu ola bilməz. Məsələn bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışlar. Bütün bunların "təsadüfən" meydana gəlmələri kimi bir ehtimal da, kitabın əvvəlki səhifələrində araşdırdığımız kimi, mümkün deyil.

Bu səbəbdən bu nəticəyə vara bilərik: Gözümüzlə gördüyümüz hər şey yaradılmışdır... Ancaq gözümüzlə gördüyümüz şeylərin heç biri "Yaradıcı" deyil. O halda, Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa, üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərdiyi üstün bir gücdür.

Bax Allahın varlığını tanımayanların sapdığı nöqtə də buradadır. Bu kəslər özlərini, Allahı gözləriylə görmədikləri müddətcə, Onun varlığına iman etməməyə şərtləndirmişlər. Ancaq bu vəziyyətdə, kainatın hər yerində açıq-aşkar görünən "yaradılmışlıq" gerçəyini gizləmək, kainatın və canlıların yaradılmamış olduğunu iddia etmək məcburiyyətində qalarlar. Bunu etmək üçün yalanlara müraciət edərlər. Təkamül nəzəriyyəsi və materialist fəlsəfə bu mövzuda müraciət edilən yalanların və nəticəsiz çırpınışların ən çox diqqətə çarpan iki nümunəsidir.

İnkar edənlərin təməl yanılması, əslində Allahın varlığını inkar etməyən, ancaq əyri bir Allah inancına sahib olan bir çox adam tərəfindən də paylaşılır. Cəmiyyətin əksəriyyətini meydana gətirən bu kəslər, yaradılışı rədd etməzlər, ancaq Allahın "harada" olduğuna dair maraqlı batil inancları vardır: Çoxu, Allahın "göydə" olduğunu sanar. Şüuraltlarındakı düşüncəyə görə, Allah çox uzaqlardakı bir planetin arxasındadır və çox nadir olaraq "dünya işlərinə" müdaxilə edər. Ya da heç etməz; kainatı yaratmış və buraxmışdır, insanlar öz talelərini özləri yazarlar...

Kimiləri də Quranın Allahın "hər yerdə" olduğuna dair xəbərini eşitmişlər, lakin bunun mənasını tam olaraq həll edə bilməzlər. Şüuraltlarındakı batil düşüncə; Allahın radio dalğaları ya da görünməz, hiss edilməz bir qaz kimi, maddələri bürüdüyü şəklindədir.

Halbuki bu düşüncə və başdan bəri saydığımız, Allahın "harada" olduğunu heç cür həll edə bilməyən (bəlkə də buna görə Onu inkar edən) düşüncələr, ortaq bir səhvə söykənməkdədirlər: Heç bir təməli olmayan bir ön fikiri mənimsəməkdə, ondan sonra da Allah ilə əlaqədar olaraq zənnlərə qapılmaqdadırlar.

Nədir bu ön fikir?

Bu ön fikir maddənin varlığı və xüsusiyyəti ilə əlaqədardır. Maddənin var olduğu mövzusunda elə şərtlənmişik ki, görəsən həqiqətən vardırmı, yoxsa yalnız bir kölgə varlıqdırmı deyə, heç düşünməmişik. Halbuki müasir elm, bu ön fikiri də yıxaraq, çox əhəmiyyətli və təsir edici bir gerçəyi ortaya qoymaqdadır. İrəliləyən səhifələrdə Quranda da işarə edilən bu böyük gerçəyi şərh etməyə çalışacağıq.
Elektrik Siqnallarından İbarət Olan Kainat

Yaşadığımız dünya ilə əlaqədar bütün məlumatlarımız bizə beş duyğumuz vasitəsi ilə gəlir. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Anadan olandan etibarən bu duyğulara bağlı olduğumuz üçün "xarici dünya"nın, duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik.

Halbuki, bu gün bir çox elm sahəsində edilən araşdırmalar son dərəcə fərqli bir anlayışı özü ilə gətirmiş, hisslərimiz və qəbul etdiyimiz dünya ilə əlaqədar ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.

Bu yeni anlayışın çıxış nöqtəsi isə budur: Bizim "xarici dünya" hesab etdiklərimiz, yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Almanın qırmızılığı, taxtanın sərtliyi, dahası ananız, atanız, ailəniz, sahibi olduğunuz bütün mallar, eviniz, işiniz və bu kitabın sətirləri yalnız və yalnız beyninizdəki elektrik siqnallarından ibarətdir.

Frederick Vester elmin bu mövzuda çatdığı nöqtəni belə ifadə edir:

Bəzi mütəfəkkirlərin, 'insan bir xəyaldır, əslində bütün yaşananlar keçici və aldatıcıdır, bu kainat bir kölgədir' şəklindəki sözləri indiki vaxtda elmi olaraq sübut edilirmiş kimidir. 14

Məşhur filosof Corc Berkelenin, bu təəccübləndirici həqiqət ilə əlaqədar şərhi isə belədir:

Özlərini gördüyümüz və toxunduğumuz üçün, bizə hisslərimizi verdikləri üçün obyektlərin varlığına inanırıq. Halbuki hisslərimiz yalnız zehinimizdə var olan fikirlərdir. Bu halda hisslər vasitəsilə çatdığımız obyektlər fikirlərdən başqa bir şey deyildirlər və bu fikirlər, zəruri olaraq zehinimizdən başqa yerdə olmazlarBütün bunlar madam ki, yalnız zehində var olan şeylərdir, elə isə kainatı və əşyaları zehinin xaricində varlıqlar olaraq xəyal etdiyimizdə, yanılmaların içinə düşmüş olarıq deməkdir… Elə isə bizi əhatə edən şeylərin heç birinin bizim zehinimizin xaricində bir varlığı yoxdur. 15

Mövzunu tam olaraq açıqlamaq üçün əvvəlcə, xarici dünya haqqında bizə məlumat verən duyğularımızdan danışaq.
Necə Görürük, Eşidirik, Dadırıq?

Görmə əməliyyatı çox mərhələli bir şəkildə reallaşar. Görmə əsnasında, hər hansı bir cisimdən gələn işıq dəstələri (fotonlar), gözün önündəki linzanın içindən sınaraq keçər və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşərlər. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə xəbərdarlıqları(siqnalları), sinirlər vasitəsi ilə, beynin arxa qisimindəki görmə mərkəzi adı verilən kiçik bir bölgəyə çatarlar. Bu elektrik siqnalı bir silsilə əməliyyatdan keçdikdən sonra beyindəki bu mərkəzdə görünüş hesab edilir. Yəni görmə hadisəsi, həqiqətdə beynin arxasındakı kiçik, işığın heç bir şəkildə girə bilmədiyi, qapqaranlıq bir bölgədə baş verir.

İndi ümumiyyətlə hər kəs tərəfindən bilinən bu məlumat üzərində bir dəfə daha diqqətlicə düşünək: Biz, "görürəm" deyərkən, əslində gözümüzə gələn xəbərdarlıqların elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi "təsir"i görərik. Yəni "görürəm" deyərkən, əslində beynimizdəki elektrik siqnallarını seyr edərik.

Həyatımız boyunca gördüyümüz hər görünüş bir neçə sm3-luq görmə mərkəzində meydana gələr. Oxuduğunuz bu sətirlər də, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də, bu kiçik yerdə meydana gəlməkdədir. Bu vaxt gözdən qaçırılmaması lazım olan bir nöqtə daha vardır. Az əvvəl ifadə etdiyimiz kimi, kəllə sümüyü işığı içəri keçirməz, yəni beynin içi qapqaranlıqdır. Bu səbəbdən beynin işığın özüylə qarşılaşması əsla mümkün deyil.



Buradakı maraqlı vəziyyəti bir misalla açıqlayaq. Qarşımızda bir şam olduğunu düşünək. Bu şamın qarşısına keçib onu uzun müddət izləyə bilərik. Amma bu müddət boyunca beynimiz, şama aid işığın əsli ilə heç bir zaman qarşılaşmaz. Şamın işığını gördüyümüz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində, işıqlıq, par-par və rəngli bir dünyanı seyr edirik.

R. L. Gregory, görmə hadisəsindəki möcüzəvi vəziyyəti belə ifadə etməkdədir:

Görmə hadisəsinə o qədər alışmışıq ki, həll edilməsi lazım olan suallar olduğunun fərqinə varmaq böyük bir təxəyyül tələb edir. Lakin bunu diqqətə alın. Gözlərimizə kiçik kəlləmayallaq olmuş görüntülər verilir və biz ətrafımızda bunları möhkəm obyektlər olaraq görürük. Retinaların üzərindəki xəbərdarlıqların nəticəsində obyektlər dünyasını qəbul edirik və bu bir möcüzədən fərqsizdir əslində. 16

Eyni vəziyyət digər hisslər üçün də etibarlıdır. Səs, toxunma, dad və qoxu, bir elektrik siqnalı olaraq beynə çatar və buradakı əlaqədar mərkəzlərdə qəbul edilərlər.

Eşitmə də bənzər şəkildə reallaşar: Xarici qulaq, ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsiylə yığıb orta qulağa çatdırar; orta qulaq götürdüyü səs titrəşmələrini gücləndirərək daxili qulağa ötürər; daxili qulaq da bu titrəşmələri elektrik siqnallarına çevirərək beynə göndərər. Eyni ilə görmədə olduğu kimi eşitmə əməliyyatı da beyindəki eşitmə mərkəzində reallaşar. Kəllə sümüyü işığı keçirmədiyi kimi səsi də keçirməz. Bu səbəbdən bir insanın eşitdiyi səslər nə qədər güclü və gurultulu da olsa beynin içi tamamilə səssizdir.

Buna baxmayaraq ən dəqiq səslər beyində dərk edilir. Elə bir dəqiqlikdir ki bu; sağlam bir insan qulağı heç bir cızıltı, heç bir xışıltı olmadan hər şeyi eşidər. Səs keçirməyən beyninizdə bir orkestranın simfoniyalarını dinləyirsiniz, izdihamlı bir mühitin bütün səs-küyünü eşidirsiniz, bir yarpağın xışırtısından reaktiv təyyarələrinin səs-küyünə qədər geniş bir tezlik aralığındakı bütün səsləri qəbul edə bilirsiniz. Amma, o anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə burada dərin bir səssizliyin hakim olduğu görüləcək.

Qoxu hissimizin meydana gəlməsi də buna bənzərdir: Vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar, burnun epitelyum deyilən bölgəsindəki titrək tüklərdə olan reseptorlara gəlirlər və bu reseptorlarda qarşılıqlı reaksiyaya girərlər. Bu qarşılıqlı təsir beynimizə elektrik siqnalı olaraq çatdırılar və qoxu hesab edilər. Nəticədə bizim gözəl ya da çirkin deyə adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsirlərinin elektrik siqnalına çevrildikdən sonra, beyində şərh olunma formasından başqa bir şey deyil. Bir ətiri, bir çiçəyi, sevdiyiniz bir yeməyi, dəniz qoxusunu, xoşunuza gələn ya da gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Lakin qoxu molekulları beynə heç bir zaman çata bilməzlər. Səs və görünüşdə olduğu kimi beyninizə çatan yalnız elektrik siqnallarıdır. Nəticə olaraq, doğulduğunuz andan etibarən çöldəki obyektlərə aid olaraq bildiyiniz qoxular duyğu orqanlarınız vasitəsi ilə hiss etdiyiniz elektrik siqnallarıdır.

Bənzər şəkildə, insan dilinin ön tərəfində də dörd fərqli tip kimyəvi qəbul edici vardır. Bunlar duzlu, şirin, turş və acı dadlarına qarşılıqlıdır. Dad alıcılarımız bir silsilə kimyəvi əməliyyatdan sonra bu hissləri elektrik siqnallarına çevirər və beynə çatdırarlar. Bu siqnallar da beyin tərəfindən dad hesab edilərlər. Bir şokoladı ya da sevdiyiniz bir meyvəni yediyinizdə aldığınız dad, elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Çöldəki obyektə isə əsla çata bilməzsiniz; şokoladın özünü görə bilməz, iyləyə bilməz və dada bilməzsiniz. Məsələn, beyninizə gedən dad alma sinirləri kəsilsə, o an yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz; dad alma duyğunuzu tamamilə itirərsiniz.

Bu nöqtədə qarşımıza bir həqiqət daha çıxır: Bir yeməyi daddığımızda bir başqasının o yeməkdən aldığı dadın və ya bir səsi eşitdiyimizdə başqa birinin eşitdiyi səsin bizim qəbul etdiklərimiz ilə eyni olduğundan əmin olmamız mümkün deyil. Bu həqiqətlə əlaqədar Lincoln Barnett belə deməkdədir:

Heç kim özünün qırmızını ya da "Do" notasını duymağının başqa bir insanınkı ilə eyni olub olmadığını bilə bilməz. 17

Toxunma duyğumuza gəldikdə də, dəyişən bir şey olmadığını görərik. Bir cisimə toxunduğumuzda xarici dünyanı və obyektləri tanımamıza köməkçi olacaq məlumatlar, dəridəki duyğu sinirləri vasitəsilə beynə çatdırılarlar. Toxunma hissi beynimizdə meydana gələr. Zənn edildiyi kimi toxunma hissini qəbul etdiyimiz yer barmaq uclarımız ya da dərimiz deyil, yenə beynimizdəki toxunma mərkəzidir. Bizlər obyektlərdən gələn elektrik xəbərdarlıqlarının beynimizdə qiymətləndirilməsi nəticəsində sərtlik ya da yumşaqlıq, istilik ya da soyuqluq kimi obyektləri təyin edən fərqli-fərqli hisslər duyarıq. Hətta bir cisimi tanımağa yarayan hər cür detalı bu xəbərdarlıqlar nəticəsində əldə edərik. Bu əhəmiyyətli həqiqətlə əlaqədar olaraq B. Russel və L. Wittgeinstein kimi məşhur filosofların düşüncələri belədir:

Bir limonun həqiqətən var olub olmadığı və hansı bir dövrlə var olduğu soruşula bilməz və araşdırıla bilməz. Limon, yalnız dillə aydın olan dad, burunla duyulan qoxu, gözlə görülən rəng və formadan ibarətdir və tək bu xüsusiyyətləri elmi bir araşdırmanın və mühakimənin mövzusu ola bilər. Elm, obyektiv dünyanı əsla bilə bilməz. 18

Yəni maddi dünyaya çatmamız qeyri-mümkündür. Qarşılıqlı əlaqədə olduğumuz bütün obyektlər, həqiqətdə görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Qəbul mərkəzlərindəki məlumatları qiymətləndirən beynimiz, həyatımız boyunca maddənin bizim xaricimizdəki "əsli" ilə deyil, beynimizdəki surətləri ilə qarşılıqlı əlaqədə olur. Biz isə bu surətləri xaricimizdəki həqiqət maddə zənn edərək yanılırıq.
Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə