Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix30.10.2018
ölçüsü1,1 Mb.
#76450
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
 
buyurdu:  Həzrət  Həsəndən  sonra  oğlu  “  Əl  Qaim  bil  Həqqil 
Müntəzir”- dir. 
Dedim:  Ey!  Peyğəmbərin  oğlu,  nə  üçün  o  Həzrətə  Qaim  adı 
verilmişdir? 
Həzrət buyurdu: Ona görə ki, onun adı yadlardan silinəcəyi və 
onun  İmamətinə  inanların  əksəriyyəti  inanclarından  geri 
döndükləri zaman o qiyam edəcək. 
Soruşdum: niyə bəs müntəzir adlandırılmışdır? 
Buyurdu:  Çünki  onun  qeybət  dövrü  uzun-  uzadı  olacaq,  elə 
olacaq ki, onun giriş  və çıxışını  möminlər  intizar çəkəcəklər, 
amma  şək  əhli  onu  inkar  edəcək  və  ona  istehza  edəcəklər. 
Burada tələsənlər həlak olacaqlar, amma təslim olan 
səh:110 
müsəlmanlar nicat tapacaqlar
)1(

Əllamə Məclisi buyurdu: Bu zəif rəvayətdə ölmək dedikdə, o 
Həzrətin  adı  yadlardan  silindikdən  sonra  qiyam  edəcəyi 
nəzərdə tutulur. 
Şeyx Müfid bir rəvayətdə Həzrət Sadiq (ə)- dan belə nəql edir: 
“  Qiyam  ona  görə  adlandırmışlar  ki,  onun  qiyamı  haqq 
olacaq
)2(

Bəzi  xəbərlərə  görə  bu  ləqəb  Həzrətə  Allah  tərəfindən 
verilmişdir,  çünki,  bu  zaman  o  həzrət  qiyam  edərək  namaz 
qılacaq. 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
 
  “Əl-  Mehdi”  ləqəbinin  verilməsinə  dair  münasib  səbəblər 
göstərilmişdir və əlbəttə bu
    
 

 
Əl- Qaim” ləqəbinin əsas “ Əl- 
Mehdi” ləqəbinin ikinci dərəcəli olması demək deyidir. Hər iki 
ləqəbin  verilməsində  ayrı-  ayrı  səbəblər  mövcutdur.  Mehdi 
ləqəbi  o  kəsə  verilir  ki,  Allah  təala  onu  hidayət  etmişdir. 
Rütbəyə  uyğun  olaraq  hər  kəs  qaim  olarsa  Allah  onu  hidayət 
etmiş olmalıdır. Yəni Qaim həmişə Allahın hidayət etdiyi şəxs 
olmalıdır,  amma  Allahın  hidayət  etdiyi  şəxs  lazım  deyil  ki, 
həmişə  Qaim  olsun.  Amma  Mehdi  (ə)  tərəfindən  həyata 
keçirilən islahat, hərəkat, qiyam və dünyəvi hökumətin təşkili 
onun Qaim ləqəbini kəsb etməsinə səbəb olurğmuşdur. 
Bu  ləqəblər  əsas  və  ikinci  dərəcəli  olmaqla  iki  yerə 
bölünmürlər.  Bunların  hamısı  Peyğəmbər  (s)  və  Məsum 
İmamların dilindən eşidilmişdir və köhnə və təzəsi yoxdur və 
hər  biriinin  öz  xüsusi  mənası  vardır  və  hər  biri  müəyyən 
cəhətdən  işlədilmişdir.  Bəzi  vaxtlarda  bu  ləqəblər  birlikdə  və 
yaxud da bir ləqəb o birisindən öndə qeyd olunur. 
Hər  halda  bu  ləqəblər  zati  və  feli  sifətlərə  uyğun  olaraq 
verilmişdir ki, həzrət bütün bunlara sahibdir. 
səh:111 
 
1
-
 [
1
 . ]
Kəmaləddin,c 2, s 378, b 36, h 3, “ məanil əxbar kitabında 
da bu hədis mövcutdur . 
2
-
 [
2
 . ]
Şeyx Müfidin Ərşadı, s 364, fi Sirəteh (ə) fəsli . 
24
.
QEYBƏTİN İKİ NÖVÜ 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
 
İYİRMİ DÖRDÜNCÜ SUAL: 
Rəvayətlərin  məzmunundan  anlaşılır  ki,  Həzrət  Sahibul  Əmr 
(ə)-  ın  qeybət  dövrü  iki  surətdə  həyata  keçmişdir.  Birinci 
qeybətdə  naib  və  vəkillər  vasitəsilə  o  Həzrətlə  əlaqə 
saxlanılması  mümkün  idi.  Amma  ikinci  dövrənin  başlanması 
ilə vəkil və xüsusi naiblərin işi də başa çatdı. 
Sualım budur ki, iki qeybətin soğra və kobra termini əvvəldən 
qoyulmuşdur, yoxsa sonrakı səfəvi dövründə bu terminlər geniş 
istifadə edilməyə başlandı? 
CAVAB: 
Mühüm  mətləblərdə  belə  xırda  məsələlər  əhəmiyyət  kəsb 
etmir. Çünki, birinci qeybət dövrünü qısa və ya soğra və yaxut 
da kiçik dövr adlandırması  və  ikinci dövrün böyük, kobra və 
yaxut  da  uzun  dövr  adlandırılması  bu  işin  mahiyyətini 
dəyişdirmir. Hər halda bu iki qeybət həyata keçmişdir. 
Bu  məsələnin  əhəmiyyətli  olması  bu  qeybət  dövrlərinin  baş 
verməsindən öncələr hədis və rəvayətlərdə qeyd edilməsi və o 
qeybət  dövrlərində  yaşayanların  bunu  söyləmələləridir  ki,  bu 
iki qeybət dövrünün baş verməsinə dəlildir. Həmçinin mötəbər 
hədislərin mövcudluğu heç bir kəsin bu soğra və kobra qeybət 
dövrlərinin sonradan və ya Səfəvilər dövründə 
səh:112 
yaranması iddiasını irəli sürməyə imkan yaratmır. 
Soğra qeybət dövründə şiənin mövqiyyətinin həssas olmasına 
baxmayaraq heç kəs Məsum İmamlardan nəql olunan bu qədər 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
 
hədislərin  müqabilində  bu  qeybətin  sonradan  saxta  şəkildə 
düzəldilməsini iddia edə bilməz. 
Buradan biz görürük ki, müxtəlif şəhər və nöqtələrdə yaşayan 
şiələr  Naiblərə  müraciət  edirdilər,  onlar  bu  işi  heç  bir  dəlil 
olmadan etmirdilər, mütləq hər hansı dəlil və amil var idi ki, bu 
da  onu  göstərirdi  ki,  onlar  İmamla  əlaqədədirlər,  yoxsa 
mümkün deyil ki, Əli Bin Babəviyə kimi elm və fikr sahibləri 
Naiblər  vasitəsilə  İmamla  əlaqə  saxlasınlar,  halbuki,  onların 
əlaqəsi onun üçün gün kimi aydın idi. Bu hadisə onu göstərir 
ki,  Naiblərin  haqq  olması  barəsində  onların  əllərində  aşkar 
dəlillər olmuşdur. 
Digər məsələ budur ki, əlbəttə müxtəlif məntəqələrdə xüsusilə 
Qumda  şiələrin  birliyi  Əbu  Cəfər,  Osman  Bin  Səid  və  digər 
Naib və vəkillər vasitəsilə həyata keçirilirdi, amma bu birliyin 
səbəbi  on  ikinci  İmama  olan  etiqad  idi.  Bu  məsələ  Səfirlərin 
nüfuzunun artmasına səbəb olmuşdu, nə ki, İmamət məsələsi 
nəzərə alınmadan şiənin birliyi əldə edilmiş olsun. 
On  ikinci  İmama  şiələrin  etiqadı  onlar  arasında  ittifaq  və 
birliyin yaranmasına səbəb olmuşdu. 
Necə ki,  bu gün İmamətə  etiqad  möminlərin qəlblərində  alim 
və  fəqihlərə  inam  və  onların
 
  İmamın  ümumi  naibləri  kimi 
mənəvi nüfuzuna səbəb olmuşdur. 
Soğra qeybət dövründə Naiblərin təyini birbaşa şəkildə İmam 
(ə) tərəfindən həyata keçirilirdi və  böyük alimlərin bu naiblər 
qarşısında təslim olduğlarını görürük .  


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə