Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə2/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   2   3   4   5   6   7   8   9   ...   51

6
GİRİŞ
Azərbaycanın tarixi – coğrafi ərazilərindən olan Naxçıvan bölgəsi, ölkənin ümumi tarixi taleyini
bölüşdürməklə birgə, özünəməxsus xüsusiyyətlərilə də məşhurdur. Ümummilli lider Heydər Əliyev
«Uluslararası qaynaqlarda Naxçıvan» beynəlxalq simpoziumunun (Naxçıvan, 11-13 iyul 1996-cı il)
iştirakçılarına məktubunda yazırdı: «Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus
mühüm rol oynamış və oynamaqda olan Naxçıvanın qədim və zəngin tarixi vardır. Hər daşı, qayası
tarixin canlı şahidi olmuş bu torpaq bir çox dünya şöhrətli alim və mütəfəkkirin, memar və ədibin, dövlət
xadimi və sərkərdənin vətəni olmuşdur. Onların fəaliyyəti və irsinin bəşər tarixində rolu danılmazdır».
1
Naxçıvan Azərbaycan tarixində problemi Azərbaycan tarixi kitablarında,
2
 müvafiq dövrlər və problemlər
üzrə ümumi tədqiqatlarda əksini tapmışdır.
3
 Onlar Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın Vətən
tarixindəki    əvəzedilməz mövqeyini aydınlaşdırmağa imkan verir. Bununla birgə Naxçıvan tarixinin bütün
dövrlərinə, bölgənin Naxçıvan və Ordubad şəhərlərinin keçdiyi inkişaf yoluna dair monoqrafik araşdırmalar
aparılmışdır.
Naxçıvanın qədim tarixi diyarın zəngin arxeoloji irsinin tədqiqi vasitəsilə aşkara çıxarılmışdır. Naxçıvan
arxeologiyası Azərbaycan, eləcə də, dünya arxeologiyasını misilsiz tarixi abidələrlə (Kültəpə, Gəmiqaya və b.),
onların tədqiqindən irəli gələn yeni elmi müddəalarla zənginləşdirmişdir. Naxçıvanın bütövlükdə bəşər
sivilizasiyasının, o cümlədən şəhər mədəniyyətinin ilk beşiklərindən olması, regionun həyatında vacib yer
tutması arxeoloji qaynaqlarla sübut edilmişdir.
4
Naxçıvan Azərbaycanda qədim dövlətlərin yaranması prosesində fəal iştirak edib, ölkənin ərazisində ilk
mərkəzləşmiş dövlət olan Mannanın (e.ə. IX-VI əsrlər) tərkibinə daxil olub. Manna süquta uğradıqdan sonra
Naxçıvan Midiya və Əhəməni dövlətlərinə tabe edilib.
Makedoniyalı  İsgəndərin imperiyasının süqutu ilə Azərbaycan yenidən müstəqilliyini bərpa etdi. Bu
zaman Azərbaycanın cənubunda Atropatena, şimalında Albaniya dövlətləri təşəkkül tapdı. Naxçıvan e.ə. IV-I
əsrlərdə Atropatenanın, e. I əsrindən isə Albaniyanın tərkibində idi. Sasani dövlətinin yüksəlişi zamanı, digər
Azərbaycan torpaqları kimi Naxçıvan da ona tabe edildi.
5
 VII-IX əsrlər bütün Azərbaycan kimi Naxçıvanda da mühüm dəyişikliklər dövrü oldu, islam dini yayıldı.
Ərəb Xilafətinin dağılması nəticəsində Azərbaycan yenidən müstəqillik əldə etdi, Naxçıvan əvvəlcə Sacilər,
sonra isə Salarilər dövlətlərinin  tərkibində  oldu.  Azərbaycan  Atabəylər  dövründə  (1136-1225) Naxçıvan
yüksək inkişaf mərhələsinə çatdı, dövlətin siyasi mərkəzlərindən birinə çevrildi.  Naxçıvanın  sosial-iqtisadi  və
mədəni  həyatında  da  yüksəliş  özünü göstərdi. Naxçıvan memarlıq məktəbi yarandı.
6
Monqol hücumları zamanı Naxçıvan böyük dağıntılara məruz qaldı, lakin Qazan xanın (1295-1304)
islahatları nəticəsində yenidən bərpa edildi. Naxçıvan XIV əsrin sonlarında yenidən müharibə meydanına
çevrildi. Teymurləng 1387-ci ildə Naxçıvanı tutdu, Əlincə qalası isə 1387-1401-ci illərdə müdaxiləçilərə
müqavimət göstərdi.
7
Naxçıvanın XV əsr tarixi Azərbaycanın Qaraqoyunlu (1410-1468) və Ağqoyunlu (1468-1501) dövlətləri
ilə bağlıdır. Azərbaycan Səfəvi dövlətinin yaranması (1501) Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı.
Lakin Səfəvilər dövlətinin mövcud olduğu dövrdə (1501-1736) Osmanlılarla aparılan müharibələr (1514-1555;
1578-1590; 1602-1612; 1616-1618; 1623-1639; 1723-1727; 1730-1736) Naxçıvandan da yan keçmədi, əksinə
ona böyük dağıntı və fəlakətlər gətirdi.
8
 1724-cü ildə Osmanlı dövləti Naxçıvanı tutmağa nail oldu. Burada
Osmanlı idarə sistemi (1724-1735) yaradıldı. Osmanlılar 1727-ci ildə o zaman adlandığı kimi Naxçıvan
sancağının müfəssəl dəftərini tərtib etdilər. Bu dəftər Naxçıvan tarixinə dair mühüm qaynaqdır.
9
Nadir şahın dövründə də (1736-1747) Naxçıvan çətin günlər yaşadı. Nadir şahın öldürülməsindən sonra
Azərbaycan, xanlıqların timsalında müstəqilliyini bərpa edə bildi. Bu dövrdə Azərbaycanda yaranmış
xanlıqlardan biri də Naxçıvan xanlığı idi. Naxçıvan xanlığı 1828-ci il Türkmənçay müqaviləsi ilə Rusiyaya
ilhaq edildi.
XIX-XX əsrin əvvəllərində bütün Şimali Azərbaycan torpaqlarında olduğu kimi Naxçıvanda da Rusiya
işğal rejimi quruldu. Çar hökumətinin köçürmə siyasəti nəticəsində Naxçıvanın «erməniləşdirilməsinə» cəhd
edildi. 1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın əsas mərkəzlərindən biri
də Naxçıvan oldu.
10
 Azərbaycan Xalq Cümhuriyyəti dövrü (1918-1920) Qarabağ və Zəngəzur kimi Naxçıvan
üçün də gərgin keçdi. Buna baxmayaraq ermənilərin Naxçıvanı Azərbaycandan qoparmaq siyasəti baş tutmadı.
11
Ermənilər bu siyasəti sovet dövründə də davam etdirdi. 1921-ci ilin martında bağlanmış Türkiyə-RSFSR
Moskva və oktyabrda imzalanmış Kars müqaviləsi Naxçıvanın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq etdi.
Moskva müqaviləsinin 3-cü maddəsində deyilir: «Razılığa gələn hər iki tərəf hazırkı müqavilənin 1 (B)
əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil
etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə
getməyəcəkdir».
12
Bu məsələ Kars müqaviləsinin 5-ci maddəsində də  əksini tapdı: «Türkiyə hökuməti,


7
Ermənistan_və_Azərbaycan_Sovet_hökumətləri_hazırkı_Müqavilənin_3_saylı_Əlavəsində_göstərilən'>Ermənistan və Azərbaycan Sovet hökumətləri hazırkı Müqavilənin 3 saylı  Əlavəsində göstərilən
sərhədlər daxilində Naxçıvan bölgəsinin Azərbaycanın himayəsi altında Muxtar ərazi təşkil etməsinə
razıdırlar»
13
Müəyyən tarixi hadisələrdən sonra 1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil edildi.
14
Ermənilər    1921-ci    il    Moskva    və    Kars    müqavilələrinin    şərtlərini    pozaraq  Naxçıvan  MSSR-in
torpaqlarına iddialar irəli sürməkdə davam etdi. Ümummilli lider Heydər Əliyevin «Naxçıvan Muxtar
Respublikasının 75 illiyinin keçirilməsi haqqında» 1999-cu il 4 fevral tarixli fərmanında deyilir: «Ermənistan
Naxçıvan Muxtar Respublikasının Azərbaycan tərkibində olmasını rəsmən qəbul etməyə məcbur olsa da,
bu faktla əslində heç cür razılaşa bilmir, Naxçıvana ərazi iddialarından əl çəkmirdi. Ermənistanın hakim
dairələri Moskvadakı himayədarlarının köməyi ilə Naxçıvanın bəzi torpaqlarını qoparıb öz ərazisinə
birləşdirməyə nail oldular. 1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanın
657 kvadrat kilometr ərazisi – Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası  Şahbuz
nahiyəsinin Oğbin, Ağxaç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan kəndi,
habelə Kilid kəndi torpaqlarının bir hissəsi  Ermənistana verildi. 1930-cu ildə isə  Əldərə, Lehvaz,
Astazur, Nüvədi və sair yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazidə Mehri rayonu
yaradılmışdır. Ermənistanın Naxçıvanla bağlı ərazi iddiaları sonrakı dövrlərdə də davam etmiş və indii
də o bu çirkin niyyətlərindən əl çəkmir».
Heydər  Əliyevin  Azərbaycana  birinci  rəhbərliyi  dövründə  (1969-1982) Naxçıvan geniş inkişaf yoluna
qədəm qoydu. 1980-cı illərin sonlarında ermənilərin  Azərbaycana  qarşı  ərazi  iddialarının  genişlənməsi,
SSRİ  rəhbərliyinin təcavüzkarı dəstəkləməsi, respublika rəhbərliyinin aciz mövqeyi xalqın ayağa qalxmasına
səbəb oldu. 1990-cı ildə Heydər Əliyevin Naxçıvana qayıtması və Muxtar Respublika Ali məclisinin sədri
seçilməsi ilə Naxçıvan Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyəti uğrunda mübarizəsinin mərkəzinə
çevrildi. 1993-cü ilin iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi.
Heydər Əliyevin respublikaya ikinci rəhbərliyi dövründə (1993-2003) blokadada olan Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi və mədəni tərəqqisi üçün böyük işlər görüldü. Naxçıvanın statusu 1995-ci ilin
noyabrında qəbul edilmiş Konstitusiyada təsbit edildi. Azərbaycan respublikası Konstitusiyasının 134-cü
maddəsində deyilir: «Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar
dövlətdir».
Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən prezident İlham Əliyev də Naxçıvan
MR-in inkişafına xüsusi diqqət yetirir. Təsadüfi deyildir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramında Naxçıvan MR-ə xüsusi yer ayrılmış, bununla birgə həmin proqramın yerinə yetirilməsi layiqincə təmin
olunmuşdur. Bunun nəticəsidir ki, Naxçıvan MR həyatın bütün sahələrində yeni uğurlar qazanır, təcavüzkar
Ermənistanın ideoloji və hərbi təzyiqlərinə cəsarətlə cavab verir.
Bütövlükdə Azərbaycan tarixində, o cümlədən Naxçıvan bölgəsinin həyatında XIX-XX əsrin əvvəlləri tarixi
mühüm önəm daşıyır. Heydər Əliyev 1997-ci il yanvarın 31-də Elmlər Akademiyasının əməkdaşları ilə görüşündə,
həmçinin 2000-ci il dekabrın 30-da Azərbaycan xalqına müraciətində XIX-XX əsrlər Azərbaycan tarixinin dərindən
araşdırılmasının əhəmiyyətini qeyd etmişdir. Heydər Əliyev demişdir: «İndi akademiyanın qarşısında duran əsas
vəzifə Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yazılmasıdır. Bu, dövlət üçün ən vacib məsələdir». Yenə
həmin çıxışda deyilir: «Mən verdiyim təklifin üstündə dürüram ki, XIX-XX əsrlərin tarixini birinci növbədə
hazırlayasınız». Bu baxımdan Naxçıvan bölgəsi tarixinin bu dövrünün də məxsusi ayrılması və tədqiq edilməsi
aktual məsələlərdəndir. Bu ilk əvvəl Naxçıvanda həmin dövrün spesifikası ilə bağlıdır. Məlum olduğu kimi Şimali
Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı 1801-ci ildən başlanır, 1813-cü il Gülüstan müqaviləsilə Naxçıvan
və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan Rusiya imperiyasına ilhaq edilir. Naxçıvan xanlığı isə, yalnız
1826-1828-ci illər rus-İran müharibəsinin gedişində Rusiya imperiyasına ilhaq edilir. Ona görə də Naxçıvan xanlığı
həm Cənubi Azərbaycan, həm də Gülüstan müqaviləsi ilə Rusiyaya ilhaq edilmiş digər Şimali Azərbaycan
xanlıqlarından fərqli tarix yaşayır. Rusiya hakimiyyəti dövründə də Naxçıvan bölgəsi bəzi xüsusiyyətlərini saxlayır.
Bu baxımdan Naxçıvan bölgəsinin XIX-XX əsrin əvvəlləri tarixinin araşdırılması tamamilə qanunauyğundur.
Azərbaycan respublikasının prezidenti İlham Əliyev demişdir: «Azərbaycandan qismən təcrid olunmuş
vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları
obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, Azərbaycanın
qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan bu diyarının tam dolğun,
obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi
saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir».
Naxçıvan bölgəsinin XIX-XX əsrin əvvəlləri tarixinin bəzi məsələlərin ayrı-ayrılıqda tədqiqata cəlb edilməsi
faktdır. Lakin həmin əsərlərin əksəriyyəti köhnə sovet ideologiyası  əsasında yazılmışdır. Son zamanlar Naxçıvan
tarixinin bəzi dövrlərinin araşdırılmasına xüsusi tədqiqatlar həsr edilməsi
15
 şəraitində XIX-XX əsrin əvvəllərinin də
monoqrafik tədqiqinə ehtiyac hiss olunur.


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə