Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə5/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   2   3   4   5   6   7   8   9   ...   51

12
yaratmışdır.
68
 Bu ədəbiyyat ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin səbəbləri, say
dinamikası, ağır nəticələri haqqında təsəvvür yaradır.
XIX-XX əsrin əvvəllərində  Şimali Azərbaycan iqtisadiyyatı yaxşı tədqiq edilmiş problemlərdəndir.
 69
Burada Naxçıvan iqtisadiyyatı ayrıca tədqiqat obyekti olmasa da, onun bəzi məsələlərinə yer verilmişdir.
Sosial-siyasi həyat və mədəniyyət tarixinə dair araşdırmalarda da Naxçıvan bölgəsi barədə məlumatlardan
istifadə edilmişdir.
70
XIX-XX əsrin əvvəllərinə dair problemlərin öyrənilməsi sahəsində əldə edilən uğurlar Naxçıvan tarixinin
müvafiq dövrünün tədqiqi üçün əlverişli baza yaratmağa imkan vermişdir.
Naxçıvanın XIX-XX əsrin əvvəlləri tarixinin dərindən öyrənilməsi tədqiqat üçün geniş mənbə bazası
yaradılmasını tələb edir. Bunun üçün ümumi mənbəşünaslıqla bərabər, XIX – XX əsrin əvvəlləri dövrünün
mənbəşünaslığına dərindən bələd olmaq lazımdır. Bu barədə olan xüsusi tədqiqatda göstərildiyi kimi XIX və
XX əsrin əvvəllərinin qaynaqları əvvəlki dövrlərin qaynaqları ilə müqayisədə özünəməxsusluqlara malik olur.
Qaynaqların bir sıra klassik növləri keçmişdə qalır, bununla birgə yeni növləri (demoqrafiya statistikası, sənaye,
kənd təsərrüfatı, ticarət statistikası və s.) yaranır. Sosial-iqtisadi inkişaf üçün xeyli material verən statistika –
iqtisadi qaynaqlar tarixi qaynaqların mühüm növünə çevrilir. Mərkəzi və yerli orqanların dəyişməsi ilə inzibati
və məhkəmə orqanlarının kargüzarlıq sənədləri də digər xarakter alır. Onların məzmunu, təyinatı və forması
dəyişir. Dövrü mətbuatın inkişafının yeni səviyyəyə çatması da əsas əlamətlərdəndir. XIX-XX əsrin əvvəllərinə
dair qaynaqların təsnifatı qaynaqlar üzərində işin metodikası və b. mühüm məsələlərdə də yeniliklər özünü
göstərir.
71
 Bu fikir XIX-XX əsrin əvvəlləri Azərbaycan tarixinə, o cümlədən Naxçıvan tarixinə də şamil edilə
bilər. Tədqiqat prosesində Naxçıvanın XIX-XX əsrin əvvəlləri üzrə qaynaqların bütün dairəsi
müəyyənləşdirildi. Burada həm nəşr olunan, həm də Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin
(ARDTA) və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən (NMRDA) aşkar edilmiş sənəd və materiallar
mühüm yer tutur. XIX-XX əsrin əvvvəlləri tarixinin qaynaqlarının təsnifatı təcrübəsi
72
 və Naxçıvanın həmin
dövr tarixinə dair qaynaqların dairəsi nəzərə alınaraq onlar aşağıdakı kimi qruplaşdırılmışdır: 1) dövrün tarixi
əsərləri; 2) qanunvericilik sənədləri; 3) dövlət idarələrinin kargüzarlıq sənədləri; 4) iqtisadi-statistik tədqiqat və
materiallar; 5) dövri mətbuat və b.
XIX –XX əsrin əvvəlləri rus qafqazşünaslığında bir-birinin ardınca diyarın, onun ayrı-ayrı bölgələrinin
keçmişi və müasir dövrünə dair əsərlər çap edilmişdi. Onlar tarixi əsər olmaqla birlikdə, qaynaq səciyyəsi də
daşıyır. Bunların içərisində S.Qlinka, P.Zubov, N.Nefeldyev, N.F.Dubrovin, V.A.Potto və b. tanınmış
qafqazşünasların əsərlərini qeyd etmək olar. Bu əsərlərdə Rusiya imperiyasının Qafqazı işğalına, burada
yaratdığı müstəmləkəçi rejimə dair faktlar vardır.
 73
Naxçıvanın XIX-XX əsrin əvvəlləri tarixinin qaynaqlarının digər bir qrupunu qanunvericilik sənədləri
təşkil edir. Onları iki yerə bölmək olar: a) Naxçıvan xanlığının Rusiya imperiyasına ilhaq edilməsini təsbit edən
xarici siyasət aktları; b) Naxçıvanın idarəsi ilə bağlı olan qanunvericilik sənədləri.
Naxçıvanın Rusiya tərəfindən ilhaqı 1828-ci il fevralın 10-da Rusiya ilə Qacarlar dövləti arasında
bağlanan Türkmənçay müqaviləsilə təsdiq olunmuşdu.
 74
 Həmin müqavilənin III maddəsində İrəvan xanlığı və
Naxçıvan xanlığının Rusiyaya tam güzəştə gedilməsi və onunla bağlı olan digər məsələlərin həll edilməsindən
bəhs olunurdu.
 75
Naxçıvan xanlığı Rusiyaya ilhaq edildikdən sonra İrəvan xanlığı ilə birlikdə bu torpaqlarda «erməni
vilayəti» yaradılmışdı. Bu barədə çar I Nikolay 1828-ci il martın 21-də fərman vermişdi. «Erməni vilayəti»
1840-cı il 10 aprel qanunu ilə ləğv olunmuşdu. 1849-cu ildə  İrəvan quberniyası təşkil edildikdə Naxçıvan
torpaqları onun tərkibinə daxil edilmişdi.
 76
Naxçıvanın inzibati-ərazi bölgüsünün tənzimlənməsilə birgə, sosial-
iqtisadi həyat üzrə də qanunvericilik aktları qəbul edilmişdi.
 77
Tarixi qaynaqlar içərisində dövlət idarələrinin və digər qurumların kargüzarlıq sənədləri mühüm yer tutur.
İşdə bu səpgili sənəd və materialları iki qrupa bölmək olar. Birincisi arxivlərdən əldə olunaraq elmi dövriyyəyə
cəlb
edilmişdir.
Bunların sırasında Azərbaycan Respubliası Dövlət Tarix Arxivi (ARDTA; Naxçıvan Mərkəzi Dövlət Arxivi
(Naxçıvan  MR  MDA),  Rusiya  Federasiyası  Mərkəzi  Dövlət  Tarix  Arxivi  (RF  MDTA)  və  Gürcüstan
Respublikası Mərkəzi Dövlət Tarix Arxivindən (GR MDTA) toplanan sənəd və materiallar xüsusi yer tutur.
Kargüzarlığa dair sənəd və materialların digər qrupu  isə çap olunanlardır. Bunların bir hissəsi Rusiya
imperiyası zamanında, bəziləri isə sovet və ya postsovet dövründə işıq üzü görmüşdür. Rusiya imperiyası
dövründə nəşr olunan sənəd və materialları külliyatından bəhs edərkən Qafqaz Arxeoqrafiya Komissiyasının
aktlarını fərqləndirmək lazımdır. On iki cilddə çap olunan bu məcmuədə Naxçıvanın XIX əsr tarixinə dair
mühüm sənədlər vardır. Bu sənədlər Naxçıvan xanlığının Rusiya tərəfindən ilhaqına, onun idarəsinin təşkilinə,
iqtisadi vəziyyətinə və s. digər məsələlərə aydınlıq gətirir.
 78
 Sovet dövründə nəşr edilmiş iki hissədən ibarət
XIX əsrin 20-60-cı illərində Rusiya çarizminin Azərbaycanda müstəmləkəçilik siyasəti adlı sənəd və materiallar
toplusu da (M. - L., 1936-1937) bu sırada mühüm yer tutur. Bu topluda Naxçıvana aid sənəd və materiallar da
vardır.


13
Naxçıvanın XIX-XX əsrin əvvəlləri tarixinin qaynaqları içərisində statistik materiallar başlıca yer tutur.
Demoqrafiya-statistik qaynaqlar onların əsas qrupunu təşkil edir. Bu qrup qaynaqların bir qrupu, xüsusilə 1831
və 1842-ci il kameral təsvirlərinin materialları arxivdə saxlanılır.
 79
 Digər qrup isə çap edilmişdir. Çap olunan
materiallardan İ.Şopenin kameral təsvirini, 1836-cı ildə nəşr edilmiş icmalı, 1886-cı il ailə siyahılarını, 1897-ci
il əhali siyahıya almasını və b. qeyd etmək olar.
 80
Demoqrafiya-statistik qaynaqlarla birgə təsərrüfat həyatının müxtəlif sahələrini əks etdirən materiallardan da
istifadə edilmişdir.
 81
İşdə Qafqaz kənd təsərrüfatı cəmiyyətinin əsərlərindən, müxtəlif dövrlərdə nəşr edilən dövri mətbuat
orqanlarından da («Əkinçi», «Kaspiy» və b.) istifadə olunmuşdur.
Səyahətnamələr
82
 və xatirə ədəbiyyatı
83
 da qaynaq kimi tədqiqata cəlb edilmişdir.
Naxçıvanın XIX-XX əsrlər tarixinin bir sıra problemlərini, xüsusilə  əhalinin etnik tərkibinin
müəyyənləşdiriliməsində Naxçıvanın toponimiyası da qaynaq kimi çıxış edir. Ona görə də yaşayış
məskənlərinin siyahısı və toponimik məlumatlar da tədqiqatda xüsusi önəm daşıyır.
 84
Beləliklə, Naxçıvanın XIX-XX əsrin əvvəlləri üzrə tarixi ədəbiyyat və qaynaqlar problemin ilk dəfə
kompleks şəkildə həllini irəli sürməyə və reallaşdırmağa imkan vermişdir.
1.
Нахчыван тарихинин сящифяляри
(«Улусларарасы гайнагларда
Нахчыван» бейнялхалг
симпозиумунун материаллары).
Бакы, 1996, с.3.
2.
Азярбайъан тарихи. Цч ъилддя. ъъ.1-
3. Бакы, 1958-1963;  Азярбайъан
тарихи. Йедди ъилддя. ъъ.1-7. Бакы,
1998-2003; Азярбайъан тарихи.
Узаг кечмишдян 1870-ъи илляря гя-
дяр. Бакы, 1996 вя б.
3.
Буниятов З.М. Азербайджан в
VII-IX вв. Баку, 1965; Шярифли
М.Х. ЫХ ясрин икинъи йарысы – ХЫ
яср Азярбайъан феодал дювлятляри.
Бакы, 1978; Ализаде А.А. Соци-
ально-экономическая и полити-
ческая история Азербайджана
XIII-XIV вв. Баку, 1956 вя б.
4.
Абибуллаев О.А. Энеолит и
бронза на территории Нахиче-
ванской АССР. Баку, 1982; Ялий-
ев В. Гядим Нахчыван. Бакы,
1979; йеня онун, Нахчыван-
Азябайъанын тарихи дийарыдыр.  Ба-
кы, 2002; его же, Культура эпохи
средней бронзы Азербайджана.
Баку, 1988. Бахшялийев В., Сейидов
А. Нахчыванын гядим тарихи (ет-
цдляр). Бакы, 1985 вя б.
5.
Кашкай С.М. Из истории Ман-
нейского царства. Баку, 1977;
Алиев И. История Мидии. Баку,
1960; Фазили А. Атропатена (е.я.
ЫВ – е. ВЫЫ ясрляри). Бакы, 1992;
Мамедов Т.М. Кавказская Алба-
ния в IV – VII вв. Баку, 1983;
Мамедова Ф.М. Политическая
история и историческая геогра-
фия Кавказской Албании. Баку,
1986
Бакы, 2005; Мяммядов Р. Нахчы-
ван шящяринин тарихи очерки (орта
ясрляр дюврц). Бакы, 1977; Буния-
тов З.М. Государство Атабеков
Азербайджана. Баку, 1986.
7.
Пирийев В. Нахчыван тарихиндян
сящифяляр (ХЫЫЫ-ХЫВ ясрляр). Бакы,
2004; йеня онун, Азярбайъан
ХЫЫЫ-ХЫВ ясрлярдя. Бакы, 2003.
8.
Ибращимов Ъ. Азярбайъанын ХВ
яср тарихиня даир очеркляр. Бакы,
1958; Няъяфов Т.Щ. Сяфяви-
Османлы мцщарибяляри вя Нахчы-
ван (ХВЫ яср – ХВЫЫ ясрин яввял-
ляри) // Нахчыван Мухтар Респуб-
ликасы (мягаляляр топлусу). Бакы,
1999, с. 62-72; Рахмани А.А.
Азербайджан в конце XVI и XVII
веке (1590-1700 гг.) Баку, 1981;
Мустафазадя Т. Нахчыван вилайяти
ХВЫЫЫ йцзилликдя // Нахчыван
Мухтар Республикасы (Мягаляляр
топлусу), с.38-61.
9.
Нахчыван санъаьынын мцфяссял
дяфтяри. Бакы, 2001
10.
Шащвердийев З. Нахчыван бюлэяси
ХЫХ-ХХ ясрин яввялляриндя. Про-
грам.  Бакы, 2007; Казымов И.
Нахчыван: ящалиси, сосиал-игтисади
вя сийаси тарихиня даир (1828-1920-
ъи илляр). Бакы, 2007; Пашаев А.
Город Ордубад в XIX - начале
XX вв. (Историко-
этнографическое исследование).
Баку, 1998; Ордубади М.С. Ганлы
илляр. Бакы, 1991.
11.
Мусайев И. Азярбайъанын Нахчы-
ван вя Зянэязур бюлэяляриндя сий-
аси вязиййят вя хариъи дювлятлярин
сийасяти (1917-1921-ъи илляр). Бакы,
1996; Ялийев Я. Ялинъя йаддашы.


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə