Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə9/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

21
1804-1813-cü illər rus-İran müharibəsinin başlanması ilə Rusiya Naxçıvan xanlığına qarşı da işğalçılıq
planlarını həyata keçirməyə başladı. 1804-1813-cü illər rus-İran müharibəsi, o cümlədən müharibənin gedişində
Naxçıvanın vəziyyəti tarixi ədəbiyyatda kifayət  qədər  əks  olunduğundan
8
bu məsələ üzərində  ətraflı
dayanmağa ehtiyac görmürük. Yalnız onu qeyd etmək istəyirik ki 1808-ci ilin noyabrında Naxçıvan tutuldu.
Rusiyanın İrəvan uğrunda mübarizəsi isə uğursuzluğa düçar oldu. Ruslar Naxçıvanı da tərk etdilər. 1804-1813-
cü illər müharibəsi 1813-cü il oktyabrın 12-də Gülüstan müqaviləsilə başa çatdı.
 9
 Rusiya Gülüstan müqaviləsilə
Naxçıvan və İrəvan xanlıqlarını ilhaq edə bilmədi.
1813-cü il Gülüstan müqaviləsindən sonrakı beynəlxalq münasibətlər, Rusiya və  İranın xarici siyasəti,
1826-1828-ci illər rus-İran müharibəsinin səbəbləri haqqında xeyli tarixi ədəbiyyat vardır.
10
  Lakin  bu
ədəbiyyatda Rusiyanın Naxçıvana münasibəti və 1826-1828-ci illər rus-İran müharibəsinin səbəbləri içərisində
bu amilin rolu xüsusi araşdırılmamışdır.
Gülüstan müqaviləsi imzalandıqdan sonra ingilis və  İran diplomatiyası «Separat akt»ın verdiyi
səlahiyyətlərdən istifadə edərək sərhədlərin dəyişdirilməsinə nail olmağa çalışdı. 1813-cü ilin noyabrında şahın
göstərişi ilə Mirzə Əbülhəsən xanın başçılığı ilə İran nümayəndə heyəti Peterburqa yola düşdü. Burada İran və ingilis
diplomatları fəaliyyətini birləşdirdi. Lakin, Rusiyadan ərazi güzəşti əldə etmək mümkün olmadı. Çar I Aleksandr bu
məsələlərin həlli üçün İrana xüsusi səfirlik göndərməyi qərara aldı.
11
 Rusiyanın Naxçıvana münasibəti, məhz bu
kontekstdə ortaya çıxdı.
I Aleksandr 1816-cı ildə A.P.Yermolovu Qafqazdakı rus qoşunlarının baş komandanı təyin etdi. O, eyni zamanda
İrana getməli olan səfirliyin başçısı təyin edildi. Bu məqsədlə I Aleksandrın Yermolova xüsusi təlimatı verilmişdi.
 12
İranın Rusiyaya qarşı ərazi iddiaları irəli sürdüyü bir halda, Rusiya da öz istəyini gizlətmirdi. Təlimatda deyilirdi ki,
Qarabağ və Şimali Talışın İrəvan və Naxçıvan xanlıqlarına dəyişdiriliməsi pis olmazdı.
13
 Buradan aydın olur ki, Cənubi
Qafqazda Rusiyanın strateji fəaliyyət planında İrəvanla birgə, Naxçıvan xanlığının ələ keçirilməsi vacib yer tutmuşdur.
Bu müddəanı təsdiqləyən digər bir fakt da diqqəti cəlb edir. Yermolovun missiyası Tehrana gedərkən, artıq Rusiyaya
ilhaq edilmiş torpaqlardan deyil, bilavasitə  İrəvan və Naxçıvandan keçən yola üstünlük vermişdi. Bəzi şərtlərlə
Yermolovun  missiyasını A.Volınskinin missiyası ilə müqayisə etmək mümkündür. Burada da əsas məqsədlərdən biri
kəşfiyyat materialları toplamaqdan ibarət olmuşdu.
14
 Səfirliyin fəaliyyəti qısa şəkildə A.Yermolovun qeydlərində
15
 və
xüsusi ədəbiyyatdla əks olunmuşdur.
16
 Yermolovun missiyasının Naxçıvanda olması haqqında məlumat və onun
qiymətləndirilməsinə ilk dəfə F.Əliyev və M.Əliyev «Naxçıvan xanlığı» kitabında cəhd etmişdir. Müəlliflər yazırdı:
«A.P.Yermolovun İrana səfəri haqqında tarixi ədəbiyyatda lazımi məlumatlar vardır. Lakin onun Naxçıvanda olması və
Kalbalı xanla görüşü bu günə qədər Azərbaycan tarix ədəbiyyatında bir sözlə belə xatırlanmır. Hüquqi cəhətdən İranın
təbəəliyində olsa da Kalbalı xanın Naxçıvan torpağında A.P.Yermolovla görüşü və danışıqları Naxçıvan xanlığının
siyasi cəhətdən müstəqilliyini göstərir».
17
Bu görüşün Rusiyanın Naxçıvana münasibəti nöqteyi-nəzərindən təhlilinə də ehtiyac vardır. Diqqəti cəlb edən
əsas məqamlardan biri rus rəsmi sənədlərinin Kalbalı xanın anti şah mövqeyini xüsusi nəzərə çarpdırmasıdır. Bu da
mahiyyət etibarı ilə Rusiyanın Naxçıvana iddiasına haqq qazandırmağa xidmət edirdi.
1820-ci ildə Kalbalı xanın ölümü, qısa bir dövr ərzində bir neçə xanın Naxçıvan xanlığında hakimiyyətdə
olması vəziyyəti gərginləşdirdi, xanlığın mövqeyini zəiflətdi. 1826-1828-ci illər rus-İran müharibəsi zamanı
Rusiya tərəfindən Naxçıvanın işğalı vəzifəsi yenidən irəli sürüldü. Rus qoşunları 1827-ci il iyunun 26-da
Naxçıvanı tutdular. İyulun əvvəllərində Abbasabad qalası təslim oldu. Oktyabrın 1-də İrəvan qalası ələ keçirildi.
İran Rusiya ilə sülh danışıqlarında Naxçıvan və  İrəvanın geri qaytarılmasını tələb etsə də, tezliklə bu
iddiadan əl çəkdi. 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay müqaviləsi Naxçıvan xanlığının Rusiyaya
ilhaq edilməsini təsdiq etdi. Müqavilənin III maddəsində deyilirdi: «İran şahı həzrətləri öz adından və öz
vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə  İrəvan xanlığını və Naxçıvan xanlığını Rusiya
imperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırkı müqavilənin
imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanlığın idarə edilməsinə
aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə vəd edir».
18
Beləliklə, Rusiyanın Naxçıvan bölgəsinə münasibətdəki siyasəti təxminən yarım əsrlik bir dövrldə
müxtəlif mərhələlərdən keçərək onun işğalı ilə başa çatdı. Bununla da bütün Şimali Azərbaycan torpaqları kimi
Naxçıvan bölgəsinin tarixində yeni, ağır Rusiya müstəmləkəçiliyi dövrü başladı.


22
1.
Алиев Ф.М. Азербайджано-
русские отношения. Баку, 1985,
с.3-4
2.
Алияров С.С., Алиева Ф.М.
Георгиевский трактат в контек-
сте оценки внешне-
политического положения Азер-
байджана // Роль рабочих орга-
низаций в развитии революци-
онного движения в Азербайджа-
не. Баку, 1984, с. 75.
3.
Ялийев Ф., Ялийев М. Нахчыван
ханлыьы (1747-1828). Бакы, 1996,
с.54-55.
4.
йеня орада, с.59.
5.
йеня орада, с.66.
6.
Акты собранные Кавказской Ар-
хеографической комиссией. Под
ред. А.Берже. т.I. Тифлис, 1866,
док. 848-867.
7.
Присоединение Восточной Ар-
мении к России. Сб. док. т.1
(1801-1813). Ереван, 1972, с. 11.
8.
Азярбайъан тарихи. Йедди ъилддя.
ЫВ ъилд (ХЫХ яср). Бакы, 2000;
Ялийев Ф., Ялийев М. Нахчыван
ханлыьы (1747-1828). Бакы, 1996;
Акты собранные Кавказской Ар-
хеографической комиссией. Под
ред. А.Берже. т.I-VII. Тифлис,
1866-1878; Дубровин Н.Ф. За-
кавказье от 1803 до 1806 г. СПб.,
1866; Дубровин  Н.Ф. История
войны  и владычества русских на
Кавказе. т.I-IV. СПб., 1871-1888;
Григорян З.Т. Присоединение
Восточной Армении к России в
начале XIX века. М., 1959; Иб-
рагимбейли Х.М. Россия и
Азербайджан в первой трети XIX
века (Из военно-политической
истории). М., 1969 və s.
9.
Шцкцров К. Тцркмянчай – 1828:
Тарихи хроника. Бакы, 2006; Юзе-
фович Т. Договоры России с
Востоком (Политические и тор-
говые). СПб., 1869.
10.
Азярбайъан тарихи. Йедди ъилддя.
ЫВ ъилд (ХЫХ яср). Бакы, 2000;
Ялийев Ф., Ялийев М. Нахчыван
ханлыьы (1747-1828). Бакы, 1996;
Шцкцров К. Тцркмянчай – 1828:
Тарихи хроника. Бакы, 2006; Бала-
ян Б.П. Международная отноше-
ния Ирана в 1813-1828 гг. Ереван,
1967; Балаян Б.П. Кровь на ал-
мазе «Шах»: Трагедия
А.С.Грибоедова. Ереван, 1983;
Дубровин  Н.Ф.  История  войны
и владычества русских на Кавка-
зе. т.I-IV. СПб., 1871-1888; Гри-
горян З.Т. Присоединение Вос-
точной Армении к России в нача-
ле XIX века. М., 1959; Ибрагим-
бейли Х.М. Россия и Азербай-
джан в первой трети XIX века (Из
военно-политической истории).
М., 1969; Игамбердыев М.А.
Иран в международных отноше-
ниях первой трети XIX в. Самар-
канд, 1961; Присоединение Вос-
точной Армении к России. Сб.
док. т.1 (1801-1813). Ереван, 1972;
т.2 (1814-1830). Ереван, 1978;
Семенов Л.С. Россия и междуна-
родные отношения на Среднем
Востоке в 20-х годах XIX в. Л.,
1963; Тавакалян Н.А. Русско-
армянские отношения в период
русско-персидской войны 1826-
1828 гг. АКД. М., 1950 və s.


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə