Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə11/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   7   8   9   10   11   12   13   14   ...   51

25
Naxçıvan bölgəsinin ərazisi Gürcü-İmeret quberniyasının tərkibinə daxil olduğuna görə quberniya idarə
sisteminə də nəzər salmaq lazımdır. Quberniyanın idarəsi üçün Quberniya idarəsi təşkil edilməli idi. Bu idarə
aşağıdakı tərkibdən ibarət olmalı idi: 1) mülki qubernator; 2) quberniya idarəsi; 3) xəzinə palatası; 4) dövlət
mülkiyyət palatası; 5) cinayət və mülki məhkəmə palatası; 6) ictimai hamilik prikazı; 7) zadəgan deputat
məclisi; 8) prokuror hissəsi.
Qəza idarəsi təsisatların IV fəslində  əks olunmuşdu. Qəza idarəsi Gürcü-İmeret quberniyası və Xəzər
vilayətində eyni qayda ilə yaradılırdı (§ 84). Bu idarə: 1) qəza rəisi və onun köməkçisi; 2) sahə iclasçıları; 3)
şəhər polisi; 4) qəza xəzinədarlığı; 5) qəza məhkəmələri; 6) qəza prokurorlarından ibarət idi (§ 85).  Hər  bir
qəza


26


27


28


29


30


31


32


33


34


35


36


37


38
idarəsində qəza hakimi və  ştatla müəyyən olunmuş sayda digər çinlər olmalı idi (§ 86). Qəzaya daxil olan
sahələr sahə iclasçıları tərəfindən idarə edilirdi (§ 71).
1840-cı il 10 aprel qanunu 1841-ci il yanvarın 1-dən qüvvəyə mindi. Bununla əlaqədar olaraq yeni idarə
sistemi formalaşdırılmağa başladı, yerli məmurlar vəzifələrindən uzaqlaşdırıldı. Bu dəyişikliklər Naxçıvanda da
həyata keçirilməyə başladı. Ehsan xan və Şıxəli bəy də vəzifəsindən kənarlaşdırıldı. Ehsan xan süvari dəstəsinin
komandiri təyin olundu.
18
Lakin 1840-cı il 10 aprel islahatı özünü doğrultmadı. Zaqafqziyanı yeni çıxışlar bürüdü. Çar I Nikolayın
göstərişi ilə Qafqazda canişinlik yaradıldı. İlk canişin M.S.Vorontsov (1844-1854) Qafqazı sakitləşdirmək
məqsədilə bəzi tədbirlərə  əl atdı. Onun yaxından iştirakı ilə çar I Nikolay 1846-cı il 14 dekabr fərmanı ilə
Zaqafqaziyanın inzibati-idarə sistemində dəyişikliklər etdi. Zaqafqaziya Tiflis, Kutais, Şamaxı və Dərbənd
olmaqla dörd quberniyaya bölündü.
19
İrəvan və Naxçıvan qəzalarının tərkibinə daxil olan Naxçıvan bölgəsi
Tiflis quberniyasına verildi. Lakin bu qəzalar Tiflis quberniyası tərkibində uzun müddət qalmadı. 1849-cu il
iyunun 9-da İrəvan quberniyası yaradıldı. Yeni quberniya və quberniya orqanları 1850-ci il yanvarın 1-dən
fəaliyyətə başladı.
20
 Bütün keçmiş «Erməni vilayəti», o cümlədən Aleksandropol qəzası (Axalkalaki sahəsi
olmadan) və Mehri sahəsinin bir hissəsi yeni yaradılmış İrəvan quberniyasına daxil oldu. Quberniya beş qəzaya:
İrəvan, Aleksandropol, Hovobayazet, Naxçıvan və Ordubada bölündü. Göründüyü kimi İrəvan quberniyası
tərkibində Ordubad xüsusi qəza kimi ayrılmışdı. Bəzi qəzalar sahələrə bölünmüşdü. İrəvan quberniyasında
Zəngibasar, Sürməli, Şərur və Sərdarabad sahələri var idi. Naxçıvan qəzası isə Naxçıvan və Dərələyəz
sahələrinə bölünmüşdü. Ordubad qəzasında sahələr yox idi. Şərur sahəsinin inzibati mərkəzi Başnoraşen kəndi,
Dərələyəz üçün Keşişkənd, Naxçıvan üçün Naxçıvan şəhəri idi. Digər sahə inzibati mərkəzləri iri kəndlərdə
(Qəmərli, Qazıqışlaq, Zeyvə və b.) idi.
21
İrəvan quberniyası təşkil edildikdən sonra da onun xarici hüdudları və tərkibi müəyyən dəyişikliklərlə
müşahidə edilmişdi. 1862-ci ildə yeni təyin olunmuş canişin Mixail Nikolayeviçin təqdimatı ilə çar II Aleksandr
1867-ci il dekabrın 9-da Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında fərman verdi.
22
 Bu
fərman üzrə Ordubad qəzası on yeddi ilədək mövcud olduqdan sonra ləğv edilərək, Naxçıvan qəzası ilə
birləşdirildi. Onun yerinə Eçmiədzin qəzası təşkil edildi. Mehri sahəsi isə yeni yaradılmış Yelizavetpol
quberniyasına birləşdirildi. İrəvan quberniyası yenə də beş qəzadan (İrəvan, Aleksadropol, Hovobayazet,
Naxçıvan, Eçmiədzin) ibarət oldu. Fərman İrəvan quberniyasının qəzaları arasında sərhədlərin dəyişdirilməsi
işini canişinə həvalə etdi.
Canişin bu hüquqdan istifadə edərək 1870-ci ilin əvvəllərində qəzaların hüdudlarında dəyişiklik etdi. Sürməli və
Eçmiədzin qəzalarının bir hissəsi İrəvan qəzasına birləşdirildi. Şərur sahəsi isə  İrəvan qəzasından aralanaraq Naxçıvan
qəzasına birləşdirildi.
23
Lakin İrəvan quberniyasının qəzalarında, xüsusən Naxçıvan qəzasında ərazinin dəyişdirilməsi bununla başa çatmadı.
Dövlət Şurasının təsdiq edilmiş rəyinə  əsasən 1874-cü ildə  Şərur-Dərələyəz və Sürməli qəzaları yaradıldı.
24
  Şərur-
Dərələyəz qəzası Naxçıvanın iki sahəsi – Şərur və Dərələyəz əsasında təşkil edilmişdi. Bununla da Rusiya imperiyası
tərkibində Naxçıvanın tarixi ərazisinin inzibati-ərazi bölgüsü üzrə çoxsaylı dəyişiklər, əsasən, başa çatmışdı.


39
1.
Шопен И. Исторический памят-
ник состояния Армянской об-
ласти в эпоху ее присоединения
к Российской империи, с.446-
448
2.
Шопен И. Исторический памят-
ник состояния Армянской об-
ласти в эпоху ее присоединения
к Российской империи, с.441-
446.
3.
Акопян Т.Х. Очерк истории
Еревана. Ереван 1977, с.147.
4.
Потто В.А. Кавказская война.
т.3. Ставрополь, 1993, с.354-364,
593-604.
5.
АКАК, т.VII, док. №432; Миль-
ман А. Политический строй
Азербайджана в XIX – начале
ХХ веков.  Баку, 1966, с.72.
6.
АКАК, т.VII, док. №624; Миль-
ман А. Политический строй
Азербайджана в XIX – начале
ХХ веков, с.72.
7.
Мильман А. Политический
строй Азербайджана в XIX – на-
чале ХХ веков, с.92
8.
Ятрафлы бах: Няъяфли Э. ХВЫЫЫ яс-
рдя Азярбайъан яразисиндя ермя-
ни дювляти йарадылмасы ъящдляри.
Бакы, 2007.
9.
Тунян В. Материалы к новой ис-
тории Восточной Армении //
Вестник общественных наук,
1986, №8, с.88; Ялийев Ф., Щяся-
нов У. Иряван ханлыьы. Бакы,
1997, с.121.
10.
ПЗРИ. Собр.вт. т.Ш, 1828. СПб.,
1830, №1888, с.272-273.
11.
Ениколопов И. Грибоедов и
Восток. Баку, 1998, с.111-112.
12.
Щаъыйев И. Ермянилярин Нахчыва-
на гаршы ярази иддиаларынын ясас-
сызлыьы вя тарихи щягигятляр // На-
хчыван: тарихи эерчяклик, мцасир
дурум, инкишаф перспективляри.
Нахчыван, 2006, с.41
13.
Шопен И. Исторический памят-
ник состояния Армянской об-
ласти в эпоху ее присоединения
к Российской империи, с.448.
14.
Мильман А. Политический
строй Азербайджана в XIX – на-
чале ХХ веков, с.72
15.
там же, с.92.
16.
там же, с.101-112; Очерки исто-
рии Грузии. т.V Грузия в XIX
веке. Тбилиси, 1990, с.116-117.
17.
ПЗРИ. Собр.вт. т.XV. с. 13368.
18.
Нязирли Ш. Архивлярин сирри ачылыр.
Бакы, 1999.
19.
Эсадзе С. Историческая записка
об управлении Кавказом. т.I.
Тифлис, 1907, с.81.
20.
Мильман А. Политический
строй Азербайджана в XIX – на-
чале ХХ веков, с.133; Акопян Т.
Очерк истории Еревана. Ереван
1977, с.149-150.
21.
АРДА., ф.379, сийащы 3, иш 5901,
в.3.
22.
ПЗРИ. Собр.вт. т.XLII. ст.45260.
23.
АРДА., ф.379, сийащы 3, иш 5901,
в.3-4.
24.
йеня орада, в.4


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə