Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə12/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   8   9   10   11   12   13   14   15   ...   51

40
II FƏSİL
NAXÇIVAN BÖLGƏSİNİN İQTİSADİ
VƏZİYYƏTİ
2.1. Kənd təsərrüfatı və aqrar münasibətlər
Naxçıvanın kənd təsərrüfatında taxılçılıq, bağçılıq, üzümçülük, texniki bitkilər (pambıqçılıq, tütünçülük),
ipəkçilik və maldarlıq əsas yer tuturdu.
Naxçıvan xanlığı haqqında tədqiqatın müəlliflərinin yazdığına görə, «Naxçıvan xanlığında əsas kənd
təsərüfatı sahəsi taxılçılıq idi. Taxılçılıqla demək olar ki, əhalinin əksəriyyəti məşğul olurdu. Hətta bəzən
maldarlar da öz şəxsi istifadələri üçün taxıl əkirdilər».
1
 Taxıl məhsulları içərisində buğda xüsui rola malik idi.
Buğda yazda və payızda əkilirdi. Yazda-mart ayının sonunda əkilən buğda iyunun sonu – avqustun əvvəllərində,
payızda – sentyabr ayında əkilən buğdanı isə Novruz  bayramından yüz gün sonra, iyunun ortalarında yığırdılar.
Naxçıvan əyalətinin statistik təsviri işğal ərəfəsndə burada on min xalvar (1 xalvar=20 pud= 327,6 kq) buğda
toplandığını bildirir. Ordubadda da buğda əkini geniş yayılmışdı.
2
Buğda ilə yanaşı, arpa və çəltik də əkilirdi. İşğal ərəfəsində təxminən 300 min pud arpa yığılmışdı.
3
 Çəltik
may ayında əkilir, oktyabr və noyabr aylarında məhsul toplanırdı. Çəltik suyu çox olan yerlərdə əkilirdi. 1828-ci
ildə burada 500 xalvar, yaxud on min pud çəltik toplanmışdı.
4
Əldə olan faktik material əsasında Naxçıvan xanlığında istehsal olunmuş taxılçılıq məhsullarının
Azərbaycan üzrə payını müəyyənləşdirmək olar.
5
Faktlardan aydın olur ki, Rusiya işğalının başa çatması dövründə Azərbaycanın şimalında yerləşən səkkiz
xanlıqda 12.632.600 pud taxıl məhsulları (buğda, arpa, çəltik, darı) istehsal olunmuşdu. Onların içərisində
buğda istehsalı 65,77 %, arpa istehsalı 22,48 %, çəltik istehsalı 9,96 %, darı istehsalı 1,78 % təşkil edirdi. Buğda
istehsalında Naxçıvan xanlığı 5-ci yerdə (7,22 %) idi. Naxçıvan xanlığı arpa  istehsalına görə 4-cü yerdə (10,56
%), çəltik istehsalına görə isə sonuncu yerdə (0,79 %) dururdu.
Rusiya  işğalından  sonra, tədricən iqtisadi həyatda baş verən sabitləşmə Naxçıvanın kənd təsərrüfatında,
o cümlədən taxılçılıqda da özünü göstərməyə başladı.
Naxçıvan iqtisadiyyatına dair kollektiv monoqrafiyada deyilir ki, XIX əsrin 20-ci illərinin axırlarından
başlayaraq əmtəə istehsalının və bazarın genişlənməsi, Rusiya ilə  əlaqələrin inkişafı kənd təsərrüfatı
məhsullarının artmasına da müsbət təsir etmişdir. Rusiyanın tərkibinə daxil edildikdən demək olar ki, 10-15 il
sonra buğda istehsalı 2,5, düyü 1,8, arpa 2 və darı 6 dəfə artmışdır.
6
 1845-ci ildə taxılçılığın ümumi istehsalına
dair məlumat bu məsələdə aydınlıq əmələ gətirir.
7
Həmin dövrdə nisbətən dolğun məlumat buğda istehsalına (Yelizavetpol dairəsi nəzərə alınmadan) aiddir.
Bu dövrdə 13,8 milyon pud buğda istehsal edilmişdi. Naxçıvan əyalətinin ümumi payı 4,62 % təşkil edirdi.
Arpa və çəltik istehsalında isə vəziyyət fərqli idi. Əldə olan məlumatlara əsasən, Şimali Azərbaycanda istehsal
olunan arpanın 77,62 %-i, çəltiyin isə 10,37 %-i Naxçıvan əyalətinin payına düşürdü.
XIX əsrin ortalarında Şimali Azərbaycanda, o cümlədən Naxçıvanda taxılçılıq məhsulları istehsalında
nisbi irəliləyiş baş verir. Naxçıvan  bölgəsində taxılçılıq və digər kənd təsərrüfatı məhsullarının istehsalı
dinamikasını izləmək üçün onun inzibati bölgüsündə baş verən dəyişikliyi nəzərə almaq lazımdır. Naxçıvan
bölgəsinin torpaqları yeni inzibati bölgüyə görə Naxçıvan qəzası və Şərur – Dərələyəz qəzasının Şərur sahəsini
əhatə edirdi. Lakin qaynaqlarda bütün hesablamalar qəzalar üzrə aparıldığından Şərur üzrə göstəriciləri
müəyyənləşdirmək üçün ümumi göstəricinin yarısı Naxçıvana aid edilib Naxçıvan qəzası ilə cəmlənəcəkdir.
Araşdırmalar göstərir ki, Şərur-Dərələyəz qəzasının Dərələyəz bölgəsi dağlıq yerlər olduğundan, burada,
əsasən, maldarlıq inkişaf etmişdi. Taxılçılıq bütünlüklə Şərurda yerləşirdi. Ona görə də bütövlükdə Naxçıvanda
taxıl istehsalı vəziyyətini müəyyənləşdirmək üçün Naxçıvan qəzası və  Şərur-Dərələyəzə aid göstəriciləri üst-
üstə gəlmək lazımdır. Belə bir hesablama nəticəsində 1870-1875-ci illərdə orta hesabla Naxçıvan bölgəsində
3.072.000 pud, 1880-1885-ci illərdə 2.216.335 pud, 1886-1890-cı illərdə 3.109.397 pud, 1891-1895-ci illərdə
3.430.030 pud, 1896-1900-cü illərdə 3.526.670 pud taxıl məhsulları (buğda, arpa və düyü)
istehsal edildiyini müəyyən etmək olar.
8
 Bu rəqəmlərdən aydın olur ki, 1870-1900-cü illər arasında ən yüksək
istehsala 1896-1900-cü illərdə nail olunmuşdur. Əvvəlki dövrlərdə olduğu kimi taxılçılıq məhsulları içərisində
buğda, arpa və çəltik əsas yer tuturdu. Bununla birgə pərinc, darı, vələmir, noxud, kartof da əkilirdi.
Buğda becərilməsi ilə bütün bölgədə məşğul olurdular. Arpa istehsalı isə, əsasən, Naxçıvan qəzasında idi.
Düyü becərilməsi ilə Şərurda məşğul olurdular.


41
Naxçıvanda taxılçılığın inkişafı bir sıra problemlərlə müşahidə olunurdu. Onların içərisidə süni suvarma
vasitələrinin kifayət etməməsi, əmək alətlərinin köhnəliyi, təbii fəlakətlər, kəndlilərin az torpaqlılığı və b. şərtlər
mühüm yer tuturdu.
9
Naxçıvan bölgəsinin kənd təsərrüfatında əkinçilikdən sonrakı yeri maldarlıq tuturdu. Maldarlıq istər
xanlıq dövrünün sonlarında, istərsə də Rusiya hakimiyyəti dövründə iqtisadiyyatda vacib rol oynayırdı.
Naxçıvan bölgəsinin hər yerində əhali maldarlıqla məşğul olurdu. Lakin xanlıq dövründə maldarlıqda Dərələyəz
mahalı üstün idi. Burada təsərrüfatın bu sahəsinin inkişafı üçün əlverişli təbii-iqlim şəraiti olduğundan,
maldarlıq əhalinin başlıca məşğuliyyəti idi. Lakin sonrakı inzibati-ərazi bölgülərində Dərələyəz Naxçıvan
bölgəsinin hüdudlarından kənarda qaldığından Naxçıvan, Ordubad və  Şərurda maldarlığın inkişaf vəziyyəti
nəzərdən keçirilir.
Rusiya işğalı  ərəfəsində bütövlükdə Naxçıvan dairəsində 96.733 baş mal-qara var idi. Onlardan 89.725
başı (92,7 %) İri və xırda buynuzlu heyvan, 7048 başı (7,3 %) isə nəqliyyat heyvanı idi.
10
Naxçıvanın tarixi-coğrafiyasına dair tədqiqatın müəllifi yazır ki, maldarlıq sahəsində Ordubad bölgəsində
vəziyyət Naxçıvan bölgəsi kimi olsa da, heyvanların miqdarı sahəsində o, Ordubad bölgəsindən xeyli irəlidə idi.
Dəvələrin sayı çıxılmaq şərti ilə istər heyvanların ümumi sayı – istər buynuzlu heyvanlar (69 %), istərsə də
nəqliyyat heyvanları (74,4 %) və eyni zamanda bütün digər göstəricilər baxımından (öküz və camışın ümumi
sayının 89,3 %-i, qoyun, qoç və keçilərin 60 %-i, atların 88,7 %-i, ulaqların 61,5 %-i) çoxluq Naxçıvan
bölgəsinin payına düşürdü.
11
Maldarlıq əhalini həm ağartı məhsulları (süd, qatıq, pendir və s.), həm də sənətkarlıq üçün zəruri olan
xammal (yun, dəri və s.) ilə təmin edirdi
Əldə olan faktik materiallar XIX əsrin 20-30-cu illərində Naxçıvan dairəsində maldarlığın inkişafının
Şimali Azərbaycan üzrə vəziyyətini təxmini də olsa müəyyən etməyə imkan verir. Naxçıvan əyalətinin statistik
təsvirinin məlumatına görə Naxçıvan dairəsində 10.000-ə qədər iri buynuzlu heyvan, 15.000 qoyun-keçi, 1500
at var idi.
12
 Həmin dövrdə Qubada 110.000, Qarabağda 100.000, Yelizavetpol dairəsində 87.000, Şirvanda
77.600, Şəkidə 50.000, Bakıda 20.000, Lənkəranda 12.000 iri buynuzlu heyvan var idi. Naxçıvan dairəsi ilə
birgə bu göstərici 466.000 təşkil edirdi.
13
 Deməli, Naxçıvan dairəsindəki iri buynuzlu heyvanlar Şimali
Azərbaycandakı göstəricinin 2,14 %-ni təşkil edirdi. Əslində Naxçıvan əyaləti üzrə bu göstərici daha yüksək idi.
XIX əsrin 40-50-ci illərinə aid olan məlumata görə Naxçıvan bölgəsinin bir hissəsini əhatə edən Naxçıvan
qəzasında 20-25 min baş iri buynuzlu heyvan, 3-4 min baş at var idi. Qoyun və keçi haqqında məlumat əldə
edilməmişdi.
14
XIX əsrin ikinci yarısında Naxçıvan bölgəsinin maldarlıq təsərrüfatında müəyyən inkişaf özünü
göstərmişdi. Rusiya işğalı  ərəfəsi ilə müqayisədə iri və xırda buynuzlu mal-qaranın sayı XIX əsrin 60-cı
illərində bir neçə dəfə artmışdı.
15
 Bu vəziyyət XIX əsrin 70-90-cı illərində də davam etmişdi. Ümumilikdə bütün
bölgədə olan mal-heyvanın kəmiyyətini tam şəkildə müəyyənləşdirmək mümkün olmasa da, bəzi hesablamalar
aparmaq olar. Bunun üçün Naxçıvan qəzası üzrə olan göstəriciləri bütünlüklə, Şərur-Dərələyəz qəzasında isə
ümumi göstəricinin təxminən dörddə bir hissəsini (burada maldarlıq, əsasən, Dərələyəz sahəsində idi) əsas
götürərək ümumi vəziyyəti aşkar etməyə çalışaq. Qaynaqlardan aydın olur ki, 1870-ci ildə Naxçıvan qəzasında
123.079 qoyun və keçi, 23.505 öküz və kəl, 26.713 inək və camış, 2987 uzunqulaq və qatır, 6.659 at, 4.317 dəvə
var idi. Qeyd etdiyimiz hesablama nəticəsində  Şərur-Dərələyəz qəzasının Şərur sahəsində bu göstəricilərin
müvafiq olaraq təxminən 36,4 min, 7,1 min, 12,6 min və s. olduğunu qəbul edə bilərik. XIX əsrin sonlarına
doğru Naxçıvan qəzasında uzunqulaq və qatırların sayı istisna olmaqla digər göstəricilər aşağı düşmüş, Şərur-
Dərələyəz qəzasında isə artmışdı.
16
Naxçıvanın kənd təərrüfatının digər mühüm sahələrindən biri bağçılıq və üzümçülük idi. Naxçıvan
bölgəsinin təbii iqlim şəraiti bağçılıq və üzümçülüyün inkişafı üçün əlverişli şəraitə malik idi.
Bağçılıq əhalinin əsas məşğuliyyət sahələrindən biri idi. Bağçılığı inkişaf səviyyəsinə görə üç coğrafi
rayona – Ordubad, Naxçıvan və Şərura bölmək olar. Ordubad bağçılığın əsasını təşkil edən meyvəçiliyə görə,
nəinki, Azərbaycanda, eləcə də bütün Cənubi Qafqazda məşhur idi. XIX əsrin 30-cu illərinə aid məlumatda
Ordubad bölgəsində 200 xalvar əkin sahəsində meyvə bağları salındığı bildirilirdi, onun da 30 xalvarı Ordubad
şəhəri və ətrafında yerləşmişdi.
17
 XIX əsrin 70-ci illərində aparılmış təhqiqatın  nəticələrinə görə burada bağlar
Gilançay, Üstüpüçay, Dırnısçay, Əylisçay və Ordubadçay ərazilərində yerləşən kəndlərdə (Kələki, Biləv,
Gənzə, Danagird və b.) və Ordubad şəhərində idi.
18
Naxçıvan şəhəri və ətrafında da bağçılıq inkişaf etmişdi. Naxçıvanın 47 dövlət kəndindən 31-də bağçılıq
təsərrüfatı üstün idi.
19
Naxçıvan bölgəsində alma, tut, ərik və b. meyvələr əkilirdi. Üzüm də Naxçıvan bölgəsində  ən çox
becərilən məhsullardan idi. XIX əsrin 30-cu illərində     Naxçıvan bölgəsində 30 xalvara yaxın üzüm bağı var
idi. Bir xalvar üzüm (kişmiş üzüm) sahəsindən 400 batmanadək (1 batman=8 kq) məhsul əldə edilirdi. Təkcə
Naxçıvan şəhərində 12 min batmana yaxın üzüm yığılmışdı.
20
 XIX əsrin 80-cı illərinə aid məlumatda da
Naxçıvanda üzmçülüyün inkişafı xüsusi qeyd edilərək, yazılırdı ki, Zaqafqaziyada Naxçıvan qədər üzümçülüklə


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə