Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə15/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

45
qəzasına həsr edilmişdi. Lakin bu əsasnamə həyata Krım müharibəsinin (1853-1856-cı illər) başlanması ilə əlaqədar
olaraq keçirilmədi.
47
Sahibkar kəndində torpaq münasibətlərinin tənzimlənməsi sahəsində işlər Rusiyada 1861-ci il 19 fevral kəndli
islahatından sonra genişləndi. Ali silkin dairəsini müəyyən etmək üçün bəy komissiyaları yaradıldı. 1866-cı il mayın
23-də İrəvan bəy komissiyası fəaliyyətə başladı. Komissiyanın qərarına görə 282 nəslin ali silkə məxsusluğu təsdiq
edildi, 304 nəslin belə mənsubiyyəti qəbul olunmadı. Naxçıvan və Ordubad qəzalarında isə 128 nəslin irsi, 12 nəslin
isə  şəxsi bəy dərəcəsi tanındı, ümumilikdə 116 nəslin hüququndan imtina olundu.
48
 Bu və digər hazırlıq
tədbirlərindən sonra 1870-ci il may ayının 14-də Əsasnamə təsdiq edildi.
49
Naxçıvan bölgəsində 1870-ci il 14 may islahatının həyata keçirilməsinin gedişi və nəticələrinin müəyyən
edilməsi sahibkar kəndində yeni münasibətlərin yaranması vəziyyətini aşkar edə bilər. Digər quberniyalarda olduğu
kimi İrəvan quberniyasında da noyabrın 8-də kəndli idarələri açıldı. Quberniya kəndli işləri üzrə altı barışıq şöbəsinə
bölündü. Naxçıvan bölgəsi I, II və III şöbələrə daxil oldu. Bu şöbələr ali silkə mənsub olan sahibkarların mülkləri
üzrə torpaq nizamnamələri tərtib etməli idi. Naxçıvanda üç şöbə üzrə 126 belə mülk var idi. Torpaq
nizamnamələrinin tərtibi 1871-1878-ci illərdə həyata keçirildi. Naxçıvan qəzasında 3804 həyəti əhatə edən 104 kənd,
Şərur-Dərələyəz üzrə isə 816 həyəti əhatə edən 34 kənd üzrə torpaq nizamnaməsi tərtib edildi.
50
Naxçıvanda 30 şərikli mülk (ali silkə mənsub olan və olmayanların birgə mülkü) və ali silkə mənsub olmayan
mülkədarların 20 mülkü də var idi. Birinci halda torpaq nizamnaməsi şərikli mülkün ali silkə mənsub
nümayəndəsinin torpağı üzrə aparılırdı. İkinci halda isə problem 1877-ci il 15 sentyabr Əsasnaməsilə həll edildi, yəni
1870-ci il Əsasnaməsinin müddəaları onlara da şamil olundu. Ali silkə mənsub olmayan mülkədarların mülkləri üzrə
torpaq nizamnamələrinin tərtibi 1887-ci ilə kimi davam etdi. Şərikli mülklərə gəldikdə isə Qafqazın baş rəisi
yanındakı Şuranın 1883-cü il 9 noyabr tarixli qərarı ilə bu mülklərin ali silkə məxsus hissələri üçün tərtib olunmuş
torpaq nizamnamələrinə ali silkə mənsub olmayan hissə haqqında əlavə protokollar daxil edildi. Bu proses 1890-cı
illərin əvvəllərinə kimi davam etdi. Əlavə protokollar tərtibi zamanı aydın oldu ki, ali silkə mənsub olmayanların bir
çoxu mülklərini satın almışlar. Barışıq şöbələri belə mülklərə əlavə protokolları Dövlət Şurasının xüsusi göstərişindən
sonra tərtib edirdi. Bu göstərişlə 1879-cu il fevralın 22-nə qədər mülkləri satın almış  şəxslər mülkədar təbəqəsinə
daxil edildi.
51
1870-ci il kəndli islahatının həyata keçirilməsinin digər bir məsələsi kəndlilər tərəfindən pay torpaqlarının
vıkup (ödənc) yolu ilə alması idi. Naxçıvan kəndlilərinə vıkup əməliyyatı üçün 918.275 manat pul tələb edilirdi.
52
Lakin kəndlilərdə bu qədər vəsait yox idi. Ona görə də vıkup əməliyyatında elə bir irəliləyiş baş vermədi.
Naxçıvan bölgəsində tiyul torpaqları və burada yaşayan kəndlilərin tiyuldarlara münasibətinin hüquqi vəziyyəti
də aydınlaşdırılmalıdır. Bu məsələ Naxçıvan və  İrəvan xanlığının işğalı və onların əsasında «Erməni vilayəti»
yardılmasından sonra açıq şəkildə ortaya çıxdı. Tədqiqatçılardan birinin yazdığına görə «çar hökuməti» digər
əyalətlərdə rəhbər tutduğu «idarəçilik» tezisi əvəzinə, burada «icarəçi» terminini işə salmışdı. Baş komandan qr.
Paskeviçin 25 dekabr 1828-ci il tarixli 3788-№ li sərəncamında İrəvan, Naxçıvan və Ordubadın xan, bəy və din
xadimlərinin sahibliyində olan tiyulları torpaq sahibliyi deyil, kəndlərin gəlirindən sərdara çatan hissəsini maaş kimi
vəzifəyə görə həmin şəxslərə güzəştə gedilməsi kimi qiymətləndirilmiş və yeni tiyulların meydana gəlməməsi üçün
belə bir qərar çıxarmışdı: a) tiyullar bundan sonra varislərə ötürülməsin; b) qanunsuz hərəkətlərə görə və xaricə
qaçanlardan, habelə xəyanət edənlərdən tiyullar təcili alınsın; c) müxtəlif şəxslərin ömürlük istifadəsində saxlanılan
tiyulların əhalisindən yeni qaydada xəzinə sakinlərindən yığılan vergilərdən artıq heç nə alınmasın. Bu sərəncam
1829-cu il fevralın 12-də mərkəzi hökumət tərəfindən bəyənilmiş və Ali təsdiqdən də keçmişdi».
53
1836-cı il iyulun
5-də tiyul mükəlləfiyyətinin ölçüsünün müəyyənləşdirilməsi haqqında qaydalar müəyyənləşdirilmişdi: bu
mükəlləfiyyət qabaqkı ölçüdə – məhsulun
1
/
5
 həcmində müəyyən edilmiş, tiyuldarın qabaqkı hökumət dövründə
istifadə etdiyi mükəlləfiyyətlərin əvəzinə onun xeyrinə hər həyət üzrə 2 manat 50 qəpik pul qoyulmuşdu.
54
Tiyul torpaqları ilə bağlı məsələ yenidən 1851-ci ilin iyununda verilmiş əsasnamədə əksini tapmışdı. Burada
tiyuldarlar irsi və ömürlük olmaqla iki yerə ayrılırdılar. Lakin bu əsasnamə baş tutmadı. 1875-ci il mayın 14-də
«İrəvan quberniyasında tiyul vergilərinin toplanması qaydasının dəyişdirilməsi haqqında» yeni əsasnamə verildi.
Tiyul yalnız ömürlük hesab edilir və kəndlilərin tiyuldarlara ödədikləri vergilərin əvəzinə onlara ömürlük təqaüd
təyin edilirdi. Bundan sonra tiyuldar kəndliləri tiyul vergisindən azad edilirdi. Onlar vergiləri dövlətə verməli idilər.
Əsasnamə avqustun 25-də  İrəvan quberniyasında olan tiyuldarlar və tiyulların siyahısı ilə  İrəvan quberniyasına
göndərildi. Bu siyahıya görə Naxçıvan qəzasının Xok, Təzəkənd, Ərəzin, Camaldin və Kırna kəndləri, Şərur-
Dərələyəz qəzasında isə Aralıq, Xan kəndləri tiyuldarlara məxsus idi.
55
 XIX əsrin sonları – XX əsrin əvvəllərində
tiyuldarlar öldüyündən həmin kəndlər xəzinənin ixtiyarına keçdi.
Naxçıvan bölgəsində torpaqdan istifadədən bəhs edərkən icarə münasibətlərinə də nəzər salmaq lazımdır.
Kənddə torpaq icarəsi bir sıra səbəblərlə bağlı idi. Onların içərisində aztorpaqlılığı, kəndli təsərrüfatının zəruri kənd
təsərrüfatı və vasitələrlə (əmək aləti, toxum, iş heyvanları və s.) təmin olunmaması, sosial təbəqələşmə və b. ayrıla
bilər.
56
 Bu halların Naxçıvan bölgəsində də mövcudluğu burada da torpaq icarəsinin yaranmasını zəruri etmişdi.
Torpaq ayrı-ayrı həyətlər tərəfindən, qrup halında, bəzən isə icmalıqla icarəyə götürülürdü. Həm xüsusi sahibkarlar,


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə