Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə18/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

51
hüququna» malik deyildi. Müəyyən edilmiş qaydalara görə nəinki şəhərlərdəki müstəqil boyaqxanalarda, eləcə də
boyamanın ev şəraitində aparıldığı kənd yerlərində uzunluğu 10 arşın olan pambıq parçanı boyamaq üçün icarədara
32 qəpik, ipək və yun ipləri boyamaq üçün isə 20 qəpik məbləğində pul ödəmək tələb olunurdu».
13
Naxçıvanda əhalinin maldarlıqla məşğul olması burada gön-dəri emalının təşəkkülünə, dabbaqçılıq sənətinin
və onunla bağlı digər sənət sahələrinin (ayaqqabı istehsalı və b.) inkişafına səbəb olmuşdu. Yuxarıda qeyd etdiyimiz
kimi Ordubadda dabbaqçılıq emalatxanaları fəaliyyəti göstərirdi.
Naxçıvanda sənətkarlıq sahələrinin strukturundan bəhs edərkən duz istehsalını da xüsusi qeyd etmək lazımdır.
Naxçıvan Abşeron ilə birlikdə Azərbaycanın duz istehsalı mərkəzlərindən biri idi. Bir sıra müəlliflər, o cümlədən
İ.Şopen Naxçıvanda keçmiş zamanlardan duz çıxarılmasını qeyd edir. İ.Şopen yazırdı ki, dağda təsadüf edilən çoxlu
yarğanlar burada hələ qədim zamanlardan duz çıxarıldığını sübut edir.
 14
 XVIII əsrin sonlarınadək Naxçıvanda duz
istehsalı ilə istisnasız olaraq Cəhri kəndinin sakinləri məşğul olurdular. Lakin Kalbalı xanın vaxtında, XIX əsrin
əvvəllərində cəhrililər bu işdən kənarlaşdırılmış, duz çıxarılması hüququ Şıxmahmud kəndinin sakinlərinə verilmişdi.
Bu dövrdə duz çıxarılması kəndlilərin məcburi əməyinə əsaslanırdı.
15
Naxçıvan xanlığında əhali qeyd edilən sənətkarlıq sahələri ilə birgə metal emalı və metalişləmə, inşaat
materialları istehsalı və tikinti sənətləri, ağac məmulatı istehslı, dulusçuluq və b. sənət sahələri ilə də məşğul olurdu.
Naxçıvan xanlığında şüşə istehsalına dair fakt da maraq doğurur. S.Buaqova yazır ki, Naxçıvan şəhərində şüşəsazlıq
inkişaf etmiş sənət sahələrindən biri idi. Burada hasil olunan adi şüşələrlə yanaşı şəbəkələrin hazırlanmasında istifadə
olunan al-əlvan şüşələr də hazırlanırdı. «Mətndarən»da («Matenadaran») saxlanılan mənbələrin birindən məlum olur
ki, İrəvan xanlığının hakimi Hüseyn Əli xan Naxçıvana məktub göndərərək Kəlbəli xandan xahiş edir ki, İrəvan
şəhərində tikdirdiyi hamamın pəncərə şəbəkəsi üçün 400 ədəd müxtəlif rəngli şüşə göndərsin. Yeri gəlmişkən qeyd
etməliyik ki, son zamanlara kimi elə təsəvvür yaranmışdı ki, Azərbaycanda al-əlvan şəbəkə  şüşələri yalnız
Şəki xanlığında mövcud idi. Lakin yuxarıda gətirilən misaldan aydın olur ki, şəbəkənin coğrafiyası təkcə Şəki
xanlığı ilə məhdudlaşmırdı. Digər tərəfdən onu da qeyd etməliyik ki, şüşə hazırlamaq o qədər də asan peşə deyildi.
Beləliklə, elə qənaətə gəlmək olar ki, Naxçıvanın şüşə istehsal edən sənətkarları öz məhsullarını xaricə göndərmək
iqtidarında idilər. Bu isə həmin sənətkarların yüksək iş qabiliyyətinə malik olmalarına işarədir».
16
Naxçıvan xanlığı Rusiya tərəfindən işğal olunduqdan sonra da sənətkarlıq iqtisadiyyatda özünəməxsus rolunu
saxlamaqda idi. Şimali Azərbaycanın, o cümlədən Naxçıvan və  İrəvan xanlıqlarının Rusiya imperiyası tərəfindən
işğalını qəti şəkildə təsbit edən 1828-ci il Türkmənçay müqaviləsindən Rusiya müstəmləkəçiliyinin sonunadək olan
dövrdə sənətkarlığın vəziyyətinin öyrənilməsinə müxtəlif aspektdən yanaşmaq mümkündür.
Burada sənətkarlığı kompleks şəkildə tədqiq edib, sonra sənaye istehsalına keçmək olar. Lakin fikrimizcə
akademik Ə.Sumbatzadənin Azərbaycanın XIX əsr sənayesinə dair monoqrafiyasında tətbiq edilən üsul bəzi
qeydlərlə səmərəli hesab edilə bilər. Burada qeyd edilən dövrdə Azərbaycan sənayesi aşağıdakı kimi nəzərdən
keçirilir: 1) paltar, ayaqqabı və ev əşyaları istehsalı (buraya ipək parça müəssisələri, gön-dəri istehsalı, papaq və
ayaqqabı hazırlanması aid edilir); 2) təsərrüfat – məişət və tikinti materialları istehsalı; 3) dağ-mədən və dağ-
zavod sənayesi; 4) yeyinti sənayesi; 5) yüngül sənaye. Göründüyü kimi birinci qrupda verilən istehsal sahələri
yüngül sənayedə də birləşdirilə bilər və s. Buna baxmayaraq qeyd olunan bölgünün saxlanması Naxçıvan
bölgəsindəki müvafiq vəziyyətin dərindən öyrənilməsinə və digər yerlərlə müqayisələr aparılmasına imkan
verir.
Paltar, ayaqqabı və ev əşyaları istehsalı ilə bağlı olan sənətkarlıq sahələri bütün Azərbaycanda olduğu
kimi Naxçıvanda da geniş yayılmışdı. Akademik Ə.Sumbatzadə yazır ki, bizim sərəncamımızda olan
məlumatlara görə XIX əsrdə Azərbaycanda şəhər əhalisnin artımı, bir qayda olaraq, şəhər sənətkarlarının
sayının artması ilə müşahidə olunmuşdur.
 17
 Bu fikrin təsdiqi üçün əvvəlcə XIX əsrin 30-90-cı illərində Şimali
Azərbaycnın şəhər əhalisinin say dinamikasına dair, sonra isə hər bir şəhərdə sənətkarlıq sahələri üzrə
sənətkarların sayına dair müvafiq cədvəllər tərtib edilmişdir. Bu cədvəllərdə Naxçıvan və Ordubad şəhərlərinə
dair məlumatlar da ümumiləşdirilmişdir. Bu cədvəllərin araşdırmamız üçün əhəmiyyətini nəzərə alaraq, onları
burada verməyi məqsədəuyğun hesab etdik. (Cədvəl 1-2)


52
Cədvəl  1
XIX əsrin 30-90-cı illərində Şimali Azərbaycan şəhərlərinin
əhalisinin say dinamikası
İllər
Şəhərlər
30-cu
illərin
əvvəlləri
40-cı
illərin
sonları
60-cı
illərin
ortaları
70-ci
illərin
sonları
50 il
ərzində
artım
Bakı
3.893
7.451
14.715  192.259 184.808
Quba
1.984
7.909
10.683 17.496
9.587
Lənkəran
2.045
3.970
4.608
10.659
6.689
Salyan
6.951
6.746
10.677 13.715
6.969
Şamaxı
5.556
19.733 29.027 23.069
3.336
Nuxa
7.385
17.945 19.522 24.811
6.866
Yelizavetpol
4.582
10.953 15.439 33.090 22.137
Şuşa
5.059
15.194 19.253 25.656 10.462
Naxçıvan
2.870
5.157
5.966
8.802
3.645
Ordubad
1.768
4.302
4.360
4.941
639
Yekun
Yalnız
kişilər
42.043
hər iki
cins
99360
hər iki
cins
134.250
hər iki
cins
354.498
hər iki
cins
255.138
Qaynaq: Sumbatzade A.S. Promışlennostğ Azerbaydjana v XIX v. Baku, 1964, s.48.
Cədvəldən göründüyü kimi Şimali Azərbaycanın şəhər əhalisi XIX əsrin 30-cu illəri ilə müqayisədə 90-cı
illərin sonunda 354.498 nəfərə çatmış, yəni 255.138 nəfər artmışdır. Araşdırmamızla əlaqədar Naxçıvan və
Ordubad şəhərlərinin əhalisi haqqında məlumat üzərində dayanmaq istərdik. Belə ki, müvafiq dövrdə Naxçıvan
şəhərinin əhalisi 3.645, Ordubad şəhərinin əhalisi isə 639 nəfər çoxalmışdı. Naxçıvan və Ordubad şəhərlərinin
əhalisinin say dinamikası ilə burada sənətkarların sayı arasında əlaqə özünü göstərmişdir. Buna əmin olmaq
üçün Naxçıvan və Ordubad şəhərlərində sənətkarlıq sahələri üzrə sənətkarların sayı haqqında cədvələ nəzər
yetirək (Cədvəl 2). Şimali Azərbaycanın Bakı, Yelizavetpol, Şuşa kimi şəhərləri ilə müqayisədə Naxçıvan və
Ordubad şəhərlərində sənətkarlıq istehsalının eyni səviyyədə qalması aydın olur. Ə.Sumbatzadə bu şəhərlərdə
sənətkarlığın statik səviyyədə qalmasını şəhər əhalisinin sayında vəziyyətlə əlaqələndirir. Sonrakı dövrdə yalnız
Naxçıvanda şəhər əhalisinin sayında dəyişiklik baş verir, 1902-ci ildə burada əhali 8845 nəfərə çatır, Ordubadda
isə əvvəlki kimi 4929 nəfər var idi.
 18
Cədvəldən çıxarılan daha bir nəticə təbii ki, Naxçıvan və Ordubad şəhərlərində fəaliyyət göstərən sənətkarlıq
sahələrinin dairəsi və hər bir sahə üzrə sənətkarların sayı ilə bağlıdır. Göründüyü kimi sənətkarların sayı haqqında
qaynaqların vəziyyəti ilə  əlaqədar yaranan ziddiyyətləri sərf nəzər etsək toxucular, başmaqçılar, dəmirçilər və
dülgərlərin daha çoxsaylı olduğu aydın olar.
Naxçıvan bölgəsinin Naxçıvan və Ordubad şəhərlərində olduğu kimi kənd yerlərində də paltar və ev əşyaları
istehsalı ilə məşğul olan sənətkarlıq sahələri üstün yer tuturdu. 1845-ci ilə aid olan bir məlumatda Naxçıvan
qəzasında istehsal olunan yun və ipək məmulatları və onların satışından bəhs edilir. Buradan aydın olur ki,
Naxçıvan qəzasında 1050 xalça istehsal olunmuş, onlardan 400-ü 2000 manata satılmışdı. Həmin dövrdə
Naxçıvan bölgəsində müvafiq olaraq istehsal olunan 3000 çuldan 1500-ü 1500 manata, 2500 keçədən 1500-ü
700 manata, 5000 çuvaldan 2000-i 1.000 manata, 10.000 yun corabdan 5.000-i 250 manata və i.a. satılmışdı.
19


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə