Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə16/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   12   13   14   15   16   17   18   19   ...   51

46
həm də xəzinə torpağı icarəyə verirdi. Birincidə icarə şifahi razılığa əsaslandığı halda, ikincidə dövlət hakimiyyət
orqanları tərəfindən rəsmiləşdirilirdi. Şərur-Dərələyəz qəzasında 9326 desyatin sahibkar torpağından (1894-cü il)
5.282 desyatini (56,64 %) icarəyə verilmişdi.
57
  İcma daxili icarə zamanı torpaq kəndlilər tərəfindən öz
həmkəndlilərinə və ya digər kəndin sakinlərinə icarəyə verilirdi. İcarə müddəti müxtəlif idi. Bir və ya daha çox
müddətə (iki-üç il) icarə var idi.
İcarə haqqı pul və ya natura ilə ödənilirdi. XIX əsrin sonlarında Naxçıvan bölgəsində payızlıq taxıl əkini
sahələrinin hər desyatini 22 manat 4 qəpik, suvarılmayan sahələrin hər desyatini 90 manat, eyni halda yazlıq əkin
sahələrinin hər desyatini 23 manat 7 qəpik idi.
58
 Biçənək yerlərinin qiyməti 10 manat 64 qəpik, otlaqlarınkı 20-52
qəpik idi.
59
 Natura ilə icarədarlıqda yarıdarlıq üstün idi. Bununla birgə məhsulun
4
/
30
,
5
/
30
, yaxudda
19
/
30
-na icarə də
mövcud idi.
60
İcarə münasibətləri hesabına kənddə mövcud olan torpaq çatışmazlığı aradan qaldırılır və istehsal səviyyəsi
artırdı.
Azərbaycanda, o cümlədən Naxçıvan bölgəsində süni suvarmanın böyük əhəmiyyət kəsb etməsini nəzərə alsaq
su sahibliyi və sudan istifadənin aqrar münasibətlər sistemində mühüm yer tutduğunu görərik. Azərbaycanın Rusiya
tərəfindən işğalından 1914-cü ilə qədərki dövrdə su sahibliyi və sudan istifadənin tarixini tədqiq edən İ.Talıbzadəyə
görə Zaqafqaziyada suvarma və sudan istifadə haqqında 1890-cı il 3 dekabr qanunu məhz su sahibliyi və sudan
istifadə məsələlərinin öyrənilməsini iki əsas mərhələyə bölür. Birinci mərhələ Azərbaycanın Rusiya tərəfindən
birləşdirilməsindən «Zaqafqaziyada suvarma və sudan istifadə qanununa» qədərki dövrü əhatə edir. Bu dövrdə
suvarma üzrə inzibati bölgü, suvarma idarə sistemi adət qaydaları ilə nizama salınırdı. Suvarma vasitələri isə yenə də
ibtidai texniki səviyyədə qalırdı. Suvarılan torpaqların sahəsində artım nəzərə çarpmırdı. 1890-cı il 3 dekabr
qanununun kapitalizmin inkişafı dövründə verilməsi həmin tarixi ictimai-iqtisadi mərhələnin tələblərini özündə
cəmləşdirməyə bilməzi. Buna görə də qanunun həyata keçirilməsi ilə  əlaqədar olaraq suvarma üzrə yeni inzibati
bölgünün və idarə sistemlərinin yaradılması, sudan istifadə qaydalarının rəsmiləşdirilməsi, suvarmanın ictimai-
iqtisadi səviyyəsinə nəinki təsir edirdi, onun inkişafına daha da təkan verirdi və s.
61
 Bu fikri Naxçıvan bölgəsinə də
şamil etmək olar.
Su adətən mənbəyinə görə iki kateqoriyaya bölünürdü. Birinci, təbii sular (göllər, çaylar, bataqlıqlar, yağış
suları); ikinci, əmək və xüsusi vəsait qoyulmaqla çıxarılan sular (kəhrizlər, quyular, arılar və b. suvarma tikililəri).
Sudan istifadənin təşkili üçün su administrasiyası təşəkkül tapmışdı. Bura baş inzibati mirab və cuvarlar daxil
idi. Mirab bu sistemdə geniş hüquqlara malik idi. Onlar bu hüquqlarından sui istifadə etməklə, xeyli gəlir əldə edir, öz
təsərrüfatlarını yaratmağa nail olurdular.
62
 Cuvarlar sudan istifadəyə nəzarət etməli idilər. İcma daxilində su işlərinə
xüsusi seçilmiş vəkillər və ya dağbaşılar baxırdı.
Suyun təsərrüfatlar üzrə bölgüsü zamanı torpaq sahəsinin miqdarı, əkilən bitkinin növü nəzərə alınırdı. Kəndli
həyətinə torpağının sahəsinə uyğun olaraq verilən suyun ölçü vahidi «bel» (saniyədə 30 litr) adlanırdı. Naxçıvanda
suvarmanın həlledici rol oynadığı yerlərdə 1,5 bel miqdarında olan «zorba bel» və ya 4-6 bel miqdarında olan
«dəyirman» kimi su vahidləri tətbiq olunurdu.
Su administrasiyası bölgü zamanı yoxsul kəndlilərin mənafeyini tapdalayırdı. Bu hal onların narazılığına səbəb
olur və haqlı şikayətlər yaradırdı.
63
1890-cı il qanunun qəbul edilməsindən sonra Naxçıvan bölgəsində də suvarma işində müəyyən işlər görülməsi
zərurəti ortaya çıxdı. Suvarma suyu üzərində hüququn müəyyən edilməsi üçün dairə su idarələri açılmağa başladı.
1897-ci il iyulun 15-dən VIII su sahəsinin Qarnibasar, Zəngibasar, Naxçıvan və Əlincə su dairələrində də dairə su
idarələrinin açılması elan olunmuşdu. Bu su dairələri isə Naxçıvan ərazisini əhatə edirdi. Bütün Zaqafqaziya üzrə
mövcud 94 su dairəsində açılmış 11 su idarəsi ancaq Azərbaycan ərazisini əhatə edirdi. Bu da, şübhəsiz ki, burada
suvarma təsərrüfatının böyük əhəmiyət kəsb etməsi və suvarma suyuna tələbatın həddən artıq olması ilə  əlaqədar
idi.
64
 suvarma suyu üzərində hüquqi məsələlərin müəyyənləşdirilməsi ilə birgə mövcud vəziyyətin öyrənilib, yeni
tədbirlər görülməsi də irəli sürülürdü. İrəvan qubernatorunun Qafqaz Baş mülki rəisinə 1899-cu il iyulun 26-da
yazdığı məktub belə bir məzmunda idi.
65
 Lakin faktların araşdırılması göstərir ki, sonrakı dövrlərdə Naxçıvan
bölgəsinin süni suvarma həyatında elə bir radikal dəyişiklik baş vermədi.


47
                                                                 
1.
Ялийев Ф., Ялийев М. Нахчыван
ханлыьы, с.34.
2.
Статичтическое описание Нахи-
чеванской провинции, Армян-
ской области, с.86-191.
3.
Шопен И. Исторический памят-
ник Армянской области, с.1211-
1215.
4.
Статическое описание Нахиче-
ванской провинции, с.191.
5.
Обозрение российских владений
за Кавказом, чч.I-IV; Статисти-
ческое описание Нахичеванской
провинции; Шопен И. Истори-
ческий памятник Армянской
области; Аьамалы Ф. ХВЫЫЫ ясрин
ЫЫ йарысы – ХЫХ ясрин яввялляриндя
Гузей Азярбайъан ханлыгларынын
сосиал-игтисади вязиййяти, с.48.
6.
Надиров А.А., Нурийев Я.Х., Му-
радов Ш.М. Нахчыван игтиса-
диййаты ХХ ясрдя, с.16.
7.
Сумбатзаде А.С. Сельское хо-
зяйство Азербайджана в XIX в.,
с.68-70.
8.
Шахвердиев З.А. Аграрные от-
ношение и положение крестьян
Азербайджана в 70-90-е гг. XIX
в., с.20.
9.
там же
, с.22
10.
Статистическое описание Нахи-
чеванской провинции, с.77, 199.
11.
Будагова С. Нахчыван дийарынын
тарихи ъоьрафийасы, с.47.
12.
Статистическое описание Нахи-
чеванской провинции, с.93.
13.
Эцлмалыйев М. ХВЫЫЫ ясрин сон
рцбц-ХЫХ ясрин биринъи йарысында
Азярбайъан кяндинин сосиал-
игтисади структуру, с.93.
14.
йеня орада, с.94.
15.
Сборник сведений о Кавказе. т.
VII, с.230; Мадатов Г. Победа
советской власти в Нахичевани,
с.15.
16.
Шахвердиев З. Аграрные отно-
шение и положение крестьян в
Азербайджане в 70-90-е гг. XIX
в., с.36
17.
Статистическое описание Нахи-
чеванской провинции, с.195,
197, 198.
18.
Свод материалов для изучения
экономического быта государ-
ственных крестьян, т.IV, с.14.
19.
там же
, с.14.
20.
Статистическое описание Нахи-
чеванской провинции, с.91.
21.
Сборник материлов для описа-
ние местностей и племен Кавка-
за, вып. II, отд.I, 1887, с.134.
22.
Шахвердиев З. Аграрные отно-
шение и положение крестьян в
Азербайджане в 70-90-е гг. XIX
в., с.50
23.
Надиров А.А., Нурийев Я.Х., Му-
радов Ш.М. Нахчыван игтисадиййа-
ты ХХ ясрдя, с.18. 199.
24.
Статистическое описание Нахи-
чеванской провинции, с.195,
25.
Сборник сведений о Кавказе.
т.II, Тифлис, 1872, с.186.
26.
Сумбатзаде А.С. Социально-
экономические победы совет-
ской власти в Азербайджане,
с.82.
27.
Труды Кавказского общества


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə