Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə14/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

44
XIX əsrin sonlarına aid məlumata görə Naxçıvan bölgəsində torpaq mülkiyyətinin formaları arasında belə bir
nisbət formalaşmışdı: Naxçıvan qəzasında əkin üçün yararlı olan 35.988 desyatin torpaqdan 22.719 desyatini (63,63
%) dövlət torpaqları, 10.044 desyatini (27,81 %) ali silkin torpaqları, 3085 desyatini (8,57 %) vergi verən silkin
torpaqları, qalanları isə  şəhər torpaqları (139 desyatin) və dini idarələrə məxsus torpaqlar (1 desyatin) idi. Şərur-
Dərələyəz qəzasında isə 59.107 desyatin əkinə yararlı torpaqdan 33.613 desyatini (56.87 %) dövlət torpaqları idi. Ali
silkə məxsus torpaqlar 4.463 desyatin (7,55 %), mülkədar torpaqları 1924 desyatin (3,25 %), müxtəlif silklərə məxsus
olan torpaqlar 5.455 desyatin (9,23 %) idi. Qalan torpaqlar vergi verən silkə (482 desyatin) və dini idarələrə (1
desyatin) məxsus idi.
40
 Əgər hər iki qəza üzrə müqayisə aparsaq tədricən Naxçıvan qəzasında dövlətə məxsus olan
torpaqların xüsusi çəkisinin artdığını müşahidə edərik.
Naxçıvan bölgəsində torpaq mülkiyyətinin formaları və dinamikası haqqında müəyyən təsəvvür yaratdıqdan
sonra torpaqdan istifadə məsələsinə keçək. Torpaq mülkiyyətinin formaları içərisində ilk yerdə dövlət torpaqları
olduğuna görə əvvəlcə burada torpaqdan istifadə üzərində dayanaq.
Dövlət kəndlilərinin istifadə etdikləri pay torpaqlarının strukturu haqqında XIX əsrin 80-cı illərində aparılmış
təhqiqatın nəticələri məlumat verir. Buradan aydın olur ki, Naxçıvan qəzasında dövlət kəndlilərinin 58.898 desyatin
pay torpaqlarının 234,7 desyatini həyətyanı torpaqlar, 527, 9 desyatini bağlar, 13.684 desyatini əkin yeri, 502
desyatini biçənəklər, 41.949, 1 desyatini otlaq və yararsız torpaqlar idi. Şərur-Dərələyəz qəzasının dövlət
kəndlilərinin 99.936 desyatin pay torpağının 115,7 desyatini həyətyanı torpaqlar, 604,4 desyatini bağlar, 32.092,5
desyatini əkin yerləri, 793 desyatini meşə, 2.527,8 desyatini biçənək, 62.802,6 desyatini otlaq və yararsız torpaqlar
idi.
41
Naxçıvan qəzası üzrə tədqiqata cəlb edilmiş 47 dövlət kəndində hər bir kəndli həyətinə 7,77 desyatin əkin və
biçənək düşürdü. Adambaşına isə (qadınlar da nəzərə alınmaqla) 0,92 desyatin pay torpağı düşürdü.
42
Təbii ki, bu orta
rəqəm kənddəki real vəziyyəti tam aydınlaşdırmır, çünki pay torpaqları kəndlilər arasında qeyri-bərabər bölünmüşdü.
Aztorpaqlı kəndlilərlə birlikdə xeyli torpaq sahəsinə malik olan dövlət kəndliləri də var idi, yəni kənddə müəyyən
təbəqələşmə prosesi baş vermişdi. Bu hal kənd icmalarında torpaqların icma üzvləri arasında dörd ildən bir həyata
keçirilən bölgüsünə də təsir göstərmişdi. Varlı kəndlilər hər vasitə ilə belə bölgünün həyata keçirilməsinə mane
olurdu.
Dövlət kəndində varlı təbəqənin ayrılmasının digər səbəbləri də var idi. Bunlardan biri də pay torpaqlarının
çəpərlənməsi ilə bağlı idi. Bu torpaqlarda bağ salınır və ya digər təsərrüfat işləri həyata keçirilirdi. Çəpərlənmiş
torpaqlar icmalıqla istifadə olunan torpaqlar sırasından çıxarılır və mənimsənilirdi.
Həyətyanı torpaq sahələrinin genişləndirilməsi də son nəticədə istifadədə olan torpağın ümumi miqdarının
artmasına təsir göstərirdi, çünki bu vasitədən daha çox varlı kəndlilər istifadə edirdilər.
Varlı kənədlilərin torpaqlarını artmasının bir yolu da öz həmkədlilərinin torpaqlarını zəbt etməsi idi. Onlar
mülkədar torpaqlarını satın almaqla da təsərrüfatlarını genişləndirirdilər.
Kəndin bir qütbündə varlı təbəqə  əmələ gəldiyi kimi, digər bir qütbündə torpaqsız və ya yoxsul kəndlilər
formalaşırdı. Bunun əsas səbəbləri içərisində dövlət kəndlilərinin bir qisminin varlanması üçün tətbiq etdikləri
üsulların həmkəndliləri üçün əks təsir etməsi (icma torpaqlarının bölüşdürülməsinə göstərilən əngəllər, onların
torpaqlarının zəbt edilməsi və i.a.) idi. Bununla birgə mülkədarlar da dövlət kəndlilərinin pay torpaqlarını müxtəlif
vasitələrlə (zəbt etmə, satın alma və s.) ələ keçirirdilər. 1887-ci il məlumatına görə Naxçıvanda 229 torpaqsız kəndli
həyəti var idi. Onların əksəriyyəti torpaqlarını satmağa məcbur olmuşdu.
43
Dövlət kəndində mövcud torpaq münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi də mühüm problemlərdən
idi. Lakin çarizm Rusiyanın mərkəzi quberniyalarından fərqli olaraq Cənubi Qafqazda, o cümlədən Naxçıvan
bölgəsində bu məsələyə gec reaksiya verdi. Belə ki, 1866-cı il noyabrın 26-da verilmiş qanunla Rusiyanın 36
quberniyasındakı dövlət kəndlilərinə pay torpağı təhkim edilməsi qərara alınmış, 1886-cı il 12 iyul qanunu ilə dövlət
kəndlilərinə həmin pay torpaqlarını satın almaq hüququ verilmişdi. Cənubi Qafqazda isə belə bir tədbirə yalnız 1900-
cu ilin mayında əl atıldı. 1 may qanunu ilə Zaqafqaziya quberniyalarında yaşayan dövlət kəndlilərinin torpaq
quruluşunun əsas şərtləri haqqında Əsasnamə təsdiq edildi.
44
 Həmin qanuna görə dövlət kəndlilərnin torpaqları
onların daimi istifadəsinə verildi.
Naxçıvan bölgəsində torpağın bir hissəsi sahibkarların əlində idi. Bu torpaqların bir hissəsi şəxsi istifadə üçün
ayrılmış, digər hissəsi isə pay torpağı kimi kəndlilərə verilmişdi. Sahibkar kəndində hüquqi məsələlərin həllində
1846-cı il 6 dekabr reskripti mühüm dövr açdı.
45
12 maddədən ibarət olan reskriptin birinci maddəsilə Rusiya
hökumətinin bəzi şəxslərə bəxşiş etdiyi torpaqlarla bərabər müsəlman əyalətlərinin Rusiyaya birləşdirilməsi dövründə
onların nəsillərinin sahib olduqları və o zaman da onların ixtiyarında olan bütün torpaqları irsi mülkiyyət kimi təsdiq
olunurdu.
46
 Həmin reskript əsasında 1847-ci il 20 aprel və 28 dekabr, həmçinin 1851-ci il 8 iyun Əsasnamələri qəbul
edilmişdi.
Birinci əsasnamə  Şamaxı və Dərbənd quberniyalarının bəylərinə, ikinci Borçalı, Qazax və  Şəmşədil
distansiyalarının ağalarına həsr edilmişdi. Sonuncu əsasnamə  İrəvan quberniyası və Tiflis quberniyasının Axalsıx


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə