Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə13/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   9   10   11   12   13   14   15   16   ...   51

42
məşğul olan yer az tapılar. Onların hər biri rəngi, böyüklüyü, forması və keyfiyyəti ilə fərqlənir. Ağ, qara,
qırmızı, tünd qırmızı, yaşıl, göy, açıq sarı və başqa üzümlər vardır.
21
Naxçıvan bölgəsində üzümçülüyün ümumi istehsal gücünü müəyən etmək üçün taxılçılıqda tətbiq
etdiyimiz üsuldan istifadə edə bilərik, çünki Naxçıvan qəzasından sonra, əsas üzümçülük rayonlarından biri
Şərur-Dərələyəz qəzasının Şərur sahəsi idi. Dərələyəzin bir neçə kəndi istisna olmaqla burada üzümçülük
yayılmamışdı. Hesablamalar nəticəsində aydın olur ki, 1885-1890-cı illərdə     Naxçıvan bölgəsi üzrə üzüm
sahələri 941 desyatin, götürülən məhsul isə 94.223 pud olmuşdu. 1891-1895-ci illərdə bu göstəricilər müvafiq
olaraq 1443 və 96.217, 1896-1900-cü illərdə isə 2231 və 252.534 olmuşdu.
22
 Göründüyü kimi XIX əsrin
sonlarında Naxçıvan bölgəsində üzümçülüyün həm əkin sahəsi, həm də ona müvafiq olaraq məhsulu xeyli
çoxalmışdı. Naxçıvan bölgəsində istehsal olunan üzüm Şimali Azərbaycanda istehsal olunan üzümün 7 %-dək
olan hissəsini təşkil edirdi.
Birinci dünya müharibəsi ərəfəsində, 1913-cü ildə Naxçıvanda üzümçülüyün əkin sahəsi 2.104 desyatin
təşkil etmiş, götürülən məhsul isə 550 min pud (8,8 min ton) olmuşdu.
23
İpəkçilik də Naxçıvanın kənd təsərrüfatında vacib sahələrdən idi. O, tut bağları, baramaçılıq və barama,
yaxud ipəkəyirmə kimi sahələri əhatə edirdi. Birinci iki sahə kənd təsərrüfatına, üçüncü isə sənaye istehsalına
aid edilir.
Naxçıvan bölgəsində ipəkçiliyin əsas mərkəzi Ordubad idi. Xanlıq dövrünün sonlarında burada 100 min
tut ağacı var idi. Onlardan 10 mini Ordubad şəhərində yerləşirdi. Burada 200 pud ipək istehsal olunmuşdu.
İpəkçilik təsərrüfatın gəlirli sahəsi olduğuna görə, hər tut ağacından ildə 1 man. 20 qəp. vergi alınırdı.
24
Naxçıvan bölgəsinin Rusiya tərəfindən işğalından sonrakı ilk dövrlərdə burada barama istehsalı aşağı
düşmüşdü. Belə ki, 1850-ci ildə Naxçıvan qəzasında 50 pud barama istehsal olunmuş, ondan 750 man. gəlir
götürülmüşdü. Ordubad dairəsinin Aşağı Əylis, Dəstə, Biləv, Cənnəb kəndləri və Ordubad şəhərində 70 pud 20
girvənkə (1 girvənkə=409,5 q) xam ipək istehsal olunmuşdu.
25
XIX əsrin ortalarında Rusiya toxuculuq sənayesinin xam ipəyə olan tələbatının artması, Şimali
Azərbaycanın digər ipəkçilik rayonlarında olduğu kimi, Naxçıvanda da vəziyyətə müsbət təsir göstərdi. Lakin
bu inkişaf çox çəkmədi. XIX əsrin 60-cı illərinin əvvəllərində xarici ipəkçilik firmaları agentlərinin -
qrenaryorlarının ipəkçilik təsərrüfatına daxil olması neqativ nəticələr verdi.
26
 1862-ci ildən başlayaraq onların
gətirdikləri barama qurdlarındakı xəstəliklərin yerli barama qurdlarına yoluxması ilə ipəkçilik təsərrüfatında
tənəzzül başladı.
27
 1862-1867-ci illərdə Naxçıvan bölgəsində barama istehsalı 7 dəfə aşağı düşmüşdü.
İpəkçilikdəki tənəzzül, yalnız 60-cı illərin axırlarında aradan qalxdı. 1870-ci ildə, əsasən, Rəşt və Xorasan
barama qurdları hesabına Naxçıvan qəzası, Ordubad və Şərur əyalətlərində 7075 pud barama əldə edilmişdi ki,
bu da 1866-cı ildəkindən 4919 pud çox idi.
28
İstər hökumət, istərsə də yerli kümçülər ipəkçilik təsərrüfatındakı böhranlı vəziyyətin yenidən təkrar
olunmaması üçün bir sıra tədbirlər gördü. «Qafqaz ipəkçilik stansiyası»nın (1889) Azərbaycanda şöbələri açıldı,
daha məhsuldar barama qurdları gətirildi, ipəkçilik üzrə sərgilər keçirildi. XIX əsrin 90-cı illərində tutdan araq
çəkilməsini məhdudlaşdırmaq məqsədilə aksiz sisteminin tətbiqi də barama istehsalına təkan verdi. 1889-cu ildə
İrəvan müəllimlər seminariyasında baramaçılıq şöbəsi açıldı və s. Görülən tədbirlər nəticəsində Naxçıvan
bölgəsində barama istehsalı artmağa başladı. 1870-1900-cü illər üzrə ümumiləşdirmə aparılsa aydın olar ki, bu
dövrdə hər il orta hesabla 14226 pud barama istehsal edilmişdi. Ən yüksək istehsala isə 1884-cü il (36.000 pud),
1885-ci il (34.063 pud) və 1888-ci illərdə (20.625 pud) nail olunmuşdu.
29
XX əsrin əvvəllərində də ipəkçilik iqtisadiyyatda mühüm yerini saxlamaqda idi. Naxçıvanın
iqtisadiyyatına dair tədqiqatın müəllifləri yazırdı: «1910-1912-ci illərdə Naxçıvan qəzası kəndlərinin 32 faizi
barama istehsalı ilə məşğul olurdu. Baramaçılıq Ordubad rayonu ərazisində xüsusilə geniş yayılmışdı. Rayon
ərazisində olan 46 kənddən 43-də baramaçılıq az-çox inkişaf etmişdi. Həmin dövrdə Naxçıvan qəzasında
baramaçılıq başqa yerlərə nisbətən yüksək məhsul verirdi. 1911-1913-cü illərdə Naxçıvan şəraitində bir qutudan
4 pud barama alınması normal hadisə hesab olunurdu».
30
Naxçıvanın kənd təsərrüfatında texniki bitkilər – pambıq və tütün istehsalı da müəyyən yer tuturdu.
Naxçıvan xanlığından bəhs edən müəlliflər yazır ki, kənd təsərrüfatı məhsulları içərisində pambıq xüsusi
yer tutrdu. Pambıq feodallara daha çox gəlir verirdi. Pambıq Dərələyəzdən başqa demək olar ki, bütün
mahallarda əkilirdi. Əsasən Naxçıvan mahalında: Yarımca, Şıx Mahmud, Xəlilli, Kültəpə, Oruc, Uzunoba,
Həsənağa, Didovar, Nəzərabad, Əznəbürd (hazırda Çalxanqala. – Z.Ş.), Süst (Sust-Z.Ş.), Bulqan, Qaraxanbəyli,
Hasan, Qoşadiz, Tunbul, Yamxana, Təzəkənd, Qızılvəng, Nehrəm kəndlərində; Xək mahalında isə bütün
kəndlərdə; Əlincə mahalının isə Arazin (Ərəzin-Z. Ş.), Əbrəqunis, Culfa və  Şürüd kəndlərində  əkilirdi».
31
Naxçıvan və Ordubad bölgəsinin 250 xalvarında pambıq əkilirdi. Rusiya işğalı dövründə 300 xalvara yaxın,
yaxud 6 min pud pambıq yığılmışdı.
32
 Tədqiqatçılardan biri bu rəqəmi şübhə altına alaraq öz hesablamasını
aparmışdır. Qaynağın məlumatına, əsasən, Naxçıvan bölgəsinin Axura və Tənzik (Danzik; Hazırda Danyeri.-
Z.Ş.) kəndlərinin hər birində 4 xalvar, Xamavarda 6; Qaraçux, Yamxana, Didovar, Nəzərabad, Şahtaxtı


43
kəndlərinin hər birində 10, Xok, Gourarx (Qıvraq-Z.Ş.) və Camaldin kəndlərinin hər birində 20, Ordubad
şəhərində 25, Yaycıda 30, Təzəkənd və Cəhri kəndlərinin hər birində 50, Nehrəm və Küznüt kəndlərinin hər
birində 100 xalvar (cəmi 559 xalvar) pambıq istehsal edildiyi müəyyənləşdirilmişdir. Xalvardan puda keçid
əsasında (559 x 20) 6 min deyil, 11.180 pud pambıq istehsal edildiyi aşkar edilmişdir. Müəllif göstərir ki, «bu
rəqəmin özü də tam deyildir. Bir çox kəndlər üzrə rəqəm gətirilmir. Bu kəndlər üzrə yalnız belə bir qeyd vardır
ki, «burada taxıldan başqa pambıq da əkilir», məhsulun qədəri isə göstərilmir».
33
 Pambıq ən gəlirli sahələrdən
hesab edilirdi. Pambığın bir batmanının qiyməti Naxçıvan bazarında 4 man. 50 qəp., Ordubad bazarında isə 5
man. 50 qəp. idi.
34
Sonralar Naxçıvan bölgəsinə daxil edilən Şərur da pambıqçılığın inkişafı üçün əlverişli şəraitə malik idi.
Çar hökuməti Rusiya toxuculuq sənayesinin pambığa olan ehtiyacını ödəmək üçün Şimali Azərbaycanda,
o cümlədən Naxçıvanda pambıqçılığın inkişafına çalışırdı. XIX əsrin 40-cı illərində Cənubi Qafqazda
pambıqçılığın inkişafı üçün 400 min desyatin torpaq sahəsi ayrılmışdı. Bu işlərlə məşğul olanların fikrincə
həmin 400 min desyatindən cəmisi 70 min desyatinin əkilməsi Rusiya toxuculuq sənayesini pambıqla təmin
etmək üçün kifayət idi.
35
 Lakin pambıqçılığın inkişafında əsaslı dönüş XIX əsrin 60-cı illərindən başladı. ABŞ-
da 1861-1865-ci illər vətəndaş müharibəsi Rusiya pambıq-parça sənayesi sahibkarlarının diqqətini Şimali
Azərbaycan pambıqçılığına yönəltdi. Bunun üçün xaricdən yüksək keyfiyyətli çiyid gətirilir, pambıqçılar
arasında yeni texnologiyaya dair elmi söhbətlər aparılır, təkmilləşdirilmiş  əmək alətlərinin tətbiqinə diqqət
artırılırdı. Pambıqçıların Rusiyanın mərkəzi şəhərlərində keçirilən sərgilərdə iştirakı da müsbət hadisə idi.
Pambıq istehsalının artımında əkin sahələrinin genişləndirilməsi də xüsusi yer tuturdu.
Naxçıvan bölgəsində  əsas pambıq istehsalı mərkəzi Naxçıvan qəzası və  Şərur sahəsi idi (Ona görə də
Naxçıvan bölgəsi üzrə pambıq istehsalına dair ümumi göstəriciləri müəyyən etmək üçün Naxçıvan qəzası və
Şərur-Dərələyəz qəzalarına dair məlumatlar (Dərələyəzdə pambıq istehsalı geniş yayılmamışdı) toplanmışdır).
XIX əsrin 80-cı illərindən bölgədə pambıq istehsalı xeyli irəlilədi. 1889-cu il məlumatına görə  İrəvan
quberniyasında istehsal olunan 550 min pud pambığın 156.240 pudu (28,4 %) Şərurun, 42 min pudu (7,6 %)
Naxçıvan qəzasının payına düşürdü.
36
 Aparılan hesablamalar nəticəsində müəyyən edilmişdir ki, XIX əsrin 80-
90-cı illərində Naxçıvan bölgəsində pambıq əkini sahələri artmaqda davam etmişdi. Naxçıvan bölgəsində
pambıq əkini sahəsinin orta illik həcmi 5405 desyatin idi. Müqayisə üçün qeyd edək ki, bu göstərici
Yelizavetpol quberniyasından 2705 desyatin çox idi. Pambıqçılıqda baş verən yeniliklər pambıq istehsalının
artmasına da öz əksini tapırdı. Tarixi qaynaqların araşdırılması nəticəsində məlum olmuşdur ki, Naxçıvan
bölgəsində 1880-1885-ci illərdə 33.049 pud pambıq istehsal edlmişdi. Bu göstərici müvafiq olaraq 1886-1890-cı
illərdə 121.602, 1891-1895-ci illərdə 157511, 1896-1900-cü illərdə 81.295 olmuşdu. Rəqəmlərin təhlilindən
aydın olur ki, 1886-1890-cı illərdə  əvvəlki beş illiyə - 1880-1885-ci illərə nisbətən 88553 pud çox pambıq
istehsal edilmişdi. Pambıq istehsalı 1891-1895-ci illərdə yüksək həddə – 157.511 puda çatmış, sonra isə xeyli
azalmışdı. Pambıq istehsalının belə aşağı düşməsi, ziyanvericilərin yayılması, «çor» və «şirə» kimi xəstəliklərin
artması və i.a. ilə bağlı idi. Ümumi məhsulda Şərurun payı daha yüksək idi. 1880-1885-ci illərdə bu 81,34 %,
1886-1890-cı illərdə 75,7 %, 1891-1895-ci illərdə 73,2 %, 1896-1900-cü illədə 72,5 % olmuşdu.
37
XX əsrin əvvəllərində də Naxçıvan bölgəsi  pambıqçılıq sahəsində əsas yerlərdən birini tuturdu. Pambıq
istehsalı ticarət səciyyəsi daşıdığından gəlirli sahəyə çevrilmişdi. Birinci dünya müharibəsi iqtisadiyyatın digər
sahələri kimi pambıqçılığa da ciddi zərbə vurdu.
Naxçıvan bölgəsində digər bir texniki bitki olan tütün də əkilirdi. Lakin pambıqçılığa nisbətən tütünçülük
geniş yayılmamışdı. Bu təbii-iqlim şəraiti, tütünçülüyün daha böyük zəhmət tələb etməsi və nisbətən az gəlir
verməsi ilə əlaqədar idi. Ona görə də tütün istehsalı az olub, əsasən, istehlaka yönəlmişdi.
1914-cü ildə Birinci dünya müharibəsinin başlanması Naxçıvanın kənd təsərrüfatına ağır təsir göstərdi.
Tədqiqatçılardan birinin yazdığı kimi «Birinci dünya müharibəsi Naxçıvanın iqtisadiyyatına mənfi təsir
etmişdi. Müharibə dövrünün hərc-mərcliyindən istifadə edən çar məmurları və hərbi qarnizonların rəisləri iş
heyvanlarını səfərbər edir, bəzən isə hərbi əhəmiyyəti olmayan kəndli əmlakını və ərzağını zəhmətkeşlərin əlindən
zorla alırdı».
38
 Birinci dünya müharibəsinin sonlarından Naxçıvanda ermənilər tərəfindən törədilmiş soyqırımlar,
ingilis-amerikan müdaxiləsi və s. kənd təsərrüfatının vəziyyətinə, o cümlədən taxılçılığa mənfi təsir göstərdi.
Aqrar münasibətlər torpaq sahibliyi və torpaqdan istifadə ilə  əlaqədar məsələləri əhatə edir. Əvvəlcə torpaq
mülkiyyətinin formalarını nəzərdən keçirək. Naxçıvanda torpaq mülkiyyətinin əsas formaları xəzinə, sahibkar və
ruhani idarələrinə məxsus olan vəqf torpaqları idi. Bunlarla birgə tiyul – şərti torpaq mülkiyyəti də qalırdı. Naxçıvan
bölgəsində torpaq mülkiyyəti formalarının nisbəti fərqli idi. XIX əsrin 80-cı illərində Naxçıvan qəzasında dövlət
kəndliləri bütün kəndlilərin 36,2 %-ni, sahibkar kəndliləri 63,8 %-ni təşkil edirdi. Şərur-Dərələyəz qəzasında bu
göstəricilər müvafiq olaraq 78,5 % və 21,5 % idi.
39
 Rəqəmlərdən göründüyü kimi Naxçıvan qəzasında sahibkar,
bölgənin digər qismini əhatə edən Şərurda isə dövlət kəndliləri üstün idi. Tiyul şərti torpaq mülkiyyətinin ləğvilə
əlaqədar olaraq, həmin torpaqlar xəzinəyə verilmiş, bunun nəticəsində bölgədə dövlət torpaqlarının miqdarı artmışdı.


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə