Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə21/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

56
Rusiya işğalı dövründə, XIX əsrin birinci qərinəsi – XX əsrin əvvəllərində  Şimali Azərbaycanda, o
cümlədən Naxçıvan bölgəsində ipək emalı sənayesinə dair müəyyən tədqiqatlar vardır.
46
 Bu tədqiqatlar bəzi
arxiv materialları ilə birlikdə Naxçıvan bölgəsinin ipək emalı sənayesini daha dərindən öyrənməyə imkan verir.
Naxçıvanda ipək emalı sənayesi, əsasən Ordubadda mərkəzləşmişdi. Ordubadda ilk ipəksarıma fabrikləri
spesifik şəraitdə açılmışdı. Belə ki, XIX əsrin 60-cı illərində ipək qurdu xəstəliyilə əlaqədar Azərbaycanın əsas
ipəkçilik mərkəzlərindən olan Nuxa və Şuşada ipəksarıma fabrikləri fəaliyyətini dayandırmış, Ordubadda isə iki
belə fabrik açılmışdı. Onlardan biri Aşağı  Əylis kəndində, digəri isə Ordubadın özündə isə başlamışdı. Əylis
fabrikində XIX əsrin 60-cı illərinin sonlarında Cənubi Qafqazda ilk dəfə olaraq 10 mexaniki ipəkəyirmə dəzgahı
qurulmuşdu. 70-ci illərdə isə Ordubada daha bir baramaaçan fabrik fəaliyyətə başladı.
47
 XIX əsrin 80-cı
illərində Ordubada orta hesabla 131 fəhləsi və 18787 man. istehsal gücü olan 5 müəssisə, Naxçıvan qəzasında
isə 183 fəhləsi, 38.872 man. istehsal gücü olan 9 müəssisə var idi. XIX əsrin 90-cı illərində bu rəqəmlər
müvafiq olaraq Ordubadda 155, 26.567 və 6, Naxçıvan qəzasında isə 219, 74.842 və 19 olmuşdu.
48
 T.Vəliyev
bütövlükdə  Şimali Azərbaycan, o cümlədən Naxçıvan ipək emalı sənayesinə dair maraqlı faktlar gətirərək
yazmışdır: «1900-cu ildə Azərbaycanın ipək emalı sənayesində 2.228 baramaaçılan tiyanı olan və buxar
mühərriki tətbiq edən 60 fabrik olmuşdu. Bunlardan 46-sı Nuxa – Zaqatalada, 14-ü isə  Şuşa və Naxçıvan
qəzalarında idi. Sonrakı dövrlərdə, istehsalda maşın tətbiqində böyük dəyişiklik gözə çarpırdı. 1908-ci ildə ipək
sənayesində 110-a qədər buxar qazanı, 93 buxar və daxili yanacaqlı mühərrik, 55 buxar və hidravlik turbin, 8
hidravlik çarx, fabriklərdən 88-də 2800 baramaaçılan tiyan və 2760 dəzgah, 105 burma maşını və 10 minə qədər
iy olan 106 fabrik vardlı. Onların 67-si Nuxa qəzasının, 2-si Zaqatalanın, 27-si Şuşa və 10-u Naxçıvan
qəzalarının payına düşürdü. 1915-ci ildə Azərbaycanın ipək sənayesi üzrə fabriklərin sayı 123-ü keçmişdi. Bu
fabriklərin 85-i Nuxa qəzasında, 2-si Zaqatalada, 24-ü Şuşa və 12-si Naxçıvan qəzalarında yerləşirdi».
49
XX əsrdə Naxçıvan iqtisadiyyatına dair tədqiqatda bölgədə ipək emalı sənayesi bəzi digər rakurslarda da
nəzərdən keçirilir. Orada yazılır: «ümumiyyətlə, 1910-1912-ci illərdə Naxçıvan qəzası kəndlərinin 32 faizi
barama istehsalı ilə məşğul olurdu. Baramaçılıq Ordubad rayonu ərazisində xüsusilə geniş yayılmışdı. Rayon
ərazisində olan 46 kənddən 43-də baramaçılıq az-çox inkişaf etmişdi. Həmin dövrdə Naxçıvan qəzasında
baramaçılıq başqa yerlərə nisbətən yüksək məhsul verirdi. 1911-1913-cü illərdə Naxçıvan şəraitində bir qutudan
4 pud barama alınması normal hadisə hesab olunurdu… İpəkçilik müəssisələri ən çox Ordubad (12 müəssisə),
Naxçıvan şəhərlərində, Əbrəqunis və Cənnəb kəndlərində mərkəzləşmişdi».
50
Naxçıvan bölgəsində pambıqtəmizləmə müəssisələri də yüngül sənaye sahəsində vacib yer tuturdu. Lakin
ipək emalı sənayesindən fərqli olaraq pambıqtəmizləmə I Dünya müharibəsinədək kustar və yarımkustar
xarakter daşıyırdı. 1912-ci il məlumatına görə  Şərur və Naxçıvanda 85 pambıqtəmizləmə zavodu fəaliyyət
göstərirdi ki, onlardan 53-ü su ilə hərəkətə gətirilirdi. Bu zavodların yerləşmə coğrafiyası və mahıc təmizləmə
göstəriciləri də maraq doğurur. Şərur üzrə Yengicə kəndində 5 zavod olub, mahlıc təmizlənməsi 110.000 pud
idi. Başnoraşendə bu göstərici 1 və 6.000, Düdəngədə 2 və 1.800, Zeyvədə 2 və 4.005, Qarxunda 1 və 300,
Mahmudkənddə 2 və 500, Siyaqutda 2 və 2.500, Ulya-Noraşendə (hazırda Cəlilkənd Z.Ş.) 4 və 4.000,
İbadullada 1 və 500, Qaraxanlıda (hazırda Qaraxanbəyli.- Z.Ş.) 1 və 600, Tumaslıda 1 və 200, Xanlıqlarda 3 və
25.000, Verməziyərdə 3 və 3.000, Aralıxbəydə 1 və 300, Kəsəncədə 1 və 500, Quşçu – Dəmirçidə 1 və 1.000,
Yaycıda 4 və 800, Axurada 4 və 500, Yuxarı Danzikdə 2 və 1.200, Dərələyəzin Arpa kəndində 4 və 2.400,
Krtiçdə 2 və 400, Koqulda (hazırda Qozluca-Z.Ş.) 2 və 2000 idi. Şərur və Dərələyəz üzrə 49 müəssisədə
168.400 mahlıc istehsal edilmişdi. Naxçıvan qəzasında isə bu göstəricilər aşağıdakı kimi idi. Naxçıvan
şəhərində 4 və 2.440, Tumbul kəndində 2 və 1.673, Yamxanada 1 və 925, Təzəkənddə 3 və 1.850, Şəkərabadda
1 və 275, Qoşadizədə 1 və 300, Şıxmahmudda 2 və 1.100, Bədəşxanda 1 və 500, Kərimbəydizədə 1 və 2.000,
Xəlillidə 1 və 200, Yarımcada 1 və 200, Qıvraqda 2 və 2.000, Qarabağlarda 1 və 700, Xokda 2 və 1.200,
Cəhridə 3 və 4.460, Vayxırda 1 və 340, Əznəbürddə 1 və 140, Əbrəqunisdə 1 və 500, Camaldində 1 və 300,
Küznütdə 2 və 500, Nehrəmdə 1 və 1.500, Düylündə 2 və 1.000, Yuxarı Azada 2 və 1.000, Yaycıda 3 və 150,
Culfada 1 və 210, Ordubad şəhərində 3 və 6.000 idi. Naxçıvan qəzası üzrə 44 pambıq təmizləmə müəssisəsi
qeydə alınmışdı ki,burada 34.703 pud mahlıc istehsal edilmişdi.
51
 Əgər 1912-ci il normal il kimi qəbul olunsa,
Şərur pambıqçıları xam pambığın pudu 4 man. olmaqla 2.200.000, Naxçıvan pambıqçıları isə 416.000 man.
gəlir götürürdü.
52
Beləliklə, XIX-XX əsrin əvvəllərində Rusiyanın müstəmləkəçilik siyasətinə baxmayaraq Naxçıvan
bölgəsində sənətkarlıq və sənayenin inkişaf etdiyini, ipək emalı sahəsində isə fabrik-zavod mərhələsinin
təşəkkülünün şahidi oluruq.



57
1.
Ялийев Ф., Ялийев М. Нахчыван
ханлыьы, с.42.
2.
Будагова С. Нахчыван дийары-
нын тарихи ъоьрафийасы, с.49.
3.
Мустафайев Ъ.М. Ханлыглар
дюврцндя Азярбайъанда сянят-
карлыг. Бакы, 2002, с.51.
4.
Шопен И. Исторический па-
мятник состояния Армянской
области, с.343-344.
5.
АРДТА, ф.24, сийащы 1, иш 353,
в.16-18.
6.
йеня орада, иш 372, в.14-16.
7.
Мустафайев Ъ.М. Ханлыглар
дюврцндя Азярбайъанда сянят-
карлыг, с.51.
8.
Мустафайев Ъ.М. Ханлыглар
дюврцндя Азярбайъанда сянят-
карлыг, с.51-52.
9.
Шопен И. Исторический па-
мятник состояния Армянской
области, с.857.
10.
Ялийев Ф., Ялийев М. Нахчыван
ханлыьы, с.42.
11.
Шопен И. Исторический па-
мятник состояния Армянской
области, с.851.
12.
Статистическое описание Нахиче-
ванской провинции, с.19.
13.
Мустафайев Ъ.М. Ханлыглар
дюврцндя Азярбайъанда сянят-
карлыг, с.103.
14.
Шопен И. Исторический па-
мятник состояния Армянской
области, с.835.
15.
Сумбатзаде А.С. Промышлен-
ность Азербайджана в XIХ в., с.
232.
16.
Будагова С. Нахчыван дийары-
нын тарихи ъоьрафийасы, с.51.
17.
Сумбатзаде А.С. Промышлен-
ность Азербайджана в XIХ в.,
с. 49.
18.
там же, с.57.
19.
там же, с.44.
20.
Никифиров Н.К. Экономиче-
ский быт государственных кре-
стьян Западной части Нахиче-
ванского уезда Эриванской гу-
бернии. // Материалы для эко-
номического быта государст-
венных крестьян Закавказского
края. т.I, вып.V, с.603-604.
21.
Зелинский С.П. Три магала:
Нахичеванский, Ордубадский и
Даралагезский. Географически-
статистическое и сельскохозяй-
ственное описание. Сборник
сведений о Кавказе. т.VII, с.21.
22.
Сумбатзаде А.С. Промышлен-
ность Азербайджана в XIХ в.,
с. 124.
23.
Ваидова Х.Р. История города
Ордубад, с.81.
24.
Сумбатзаде А.С. Промышлен-
ность Азербайджана в XIХ в.,
с. 151.
25.
АРДТА, ф.379, сийащы 3, иш
5901, в.21.
26.
Сумбатзаде А.С. Промышлен-
ность Азербайджана в XIХ в.,
с. 204-206.
27.
там же, с.236.
28.
там же, с.237-238.
29.
там же, с. 236-237.
30.
там же, с.237.
31.
Надиров А., Нурийев Я., Мура-
дов Ш. Нахчыванын игтисадиййаты
XX ясрдя, с.15.
32.
Рящимов Й. ХЫХ ясрдя Нахчы-
ван дуз сянайеси (рус мянбяля-


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə