Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə19/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

53
Cədvəl 2
Naxçıvan və Ordubad şəhərlərində sənətkarlıq sahələri
üzrə sənətkarların say dinamikası
Naxçıvan
Ordubad
İllər
Sənətkarlar
1831 1848 1859 1864 1865 1832 1854 1859 1864 1865
Başmaqçılar
46
13
14
50
98
44
-
16
41
45
Keçəçilər
2
2
-
8
12
2
2
1
9
-
Dulusçular
6
-
-
-
1
12
-
-
4
4
Daş yonanlar
7
9
-
39
35
10
10
14
17
13
Zərgərlər
-
-
-
-
-
-
3
-
-
-
Kərpicçilər
-
3
1
8
13
-
1
-
15
15
Dəri aşılayan.
22
9
-
24
30
23
21
24
28
24
Dəmirçilər
40
30
28
31
21
4
18
25
22
28
Boyaqçılar
-
2
1
8
7
1
22
17
10
9
Qalayçılar
4
3
-
5
9
4
3
6
4
4
Misgərlər
-
-
-
5
19
-
2
-
42
42
Dəyirmançılar
6
2
1
12
12
7
2
1
9
8
Ocaqçılar
-
-
-
2
27
-
-
-
-
-
Nalbəndlər
-
-
13
13
20
-
-
-
6
6
Baftaçılar
-
-
-
6
-
-
-
-
-
-
Dülgərlər
-
23
24
23
21
-
2
14
20
20
Dərzilər
11
20
8
35
26
10
5
5
2
2
Həkkakçılar
1
-
-
-
-
-
-
-
-
-
Silahsazlar
3
2
1
-
-
3
5
4
-
-
Kəmərçilər
-
-
-
4
-
-
-
-
-
-
Çilingərlər
4
1
-
1
19
10
-
-
2
-
Çəkməçilər
4
1
-
1
19
10
-
-
2
-
Savadçı
9
4
5
11
14
5
-
8
8
8
Yəhər qayıran.
2
2
-
-
-
-
3
-
3
-
Xarratlar
38
-
1
10
30
17
6
1
7
7
Ağacyonanlar
8
-
-
1
2
1
-
-
2
-
Toxucular
126
3
3
3
8
145
112
84
14
16
Tokarlar
1
-
-
-
-
2
-
-
-
-
Sərraclar
3
-
-
-
-
1
-
-
-
-
Həllaclar
16
-
1
1
4
29
-
-
8
8
Papaqçılar
35
28
13
24
21
24
20
12
12
12
Çörəkçilər
-
5
15
-
-
-
-
8
-
-
Yekun
390
160
136
327
457
354
261
256
289 275
Qaynaq: Sumbatzade A.S. Promışlennostğ Azerbaydjana v XIX v. Baku, 1964, s.58.
XIX əsrin 80-ci illərində Naxçıvan qəzasında dövlət kəndlilərinin iqtisadi məişətinə dair aparılan tədqiqat
zamanı kənddə ev əşyaları və ayaqqabı istehsalına aid sənətkarlıq sahələrinin yayıldığı aşkar edilmişdi.
Naxçıvan qəzasının qərb hissəsinə dair tədqiqatda burada istisnasız olaraq ev üçün palaz və yerli kobud mahud
toxunduğu bildirilirdi. Həmin materiallarda Ordubad sahəsinin Unus kəndi sakinlərinin satış üçün yundan palaz
və çuval istehsal etdikləri qeyd olunur.
20
 Naxçıvan, Ordubad və Dərələyəzə aid tədqiqatda kənd yerlərində 910
bez toxucusu olduğu müəyyənləşdirilmişdi.
 21
Təsərrüfat – məişət və tikinti materialları istehsalı da Naxçıvanın iqtisadi həyatının mühüm tərkib hissəsi
idi. Bölgədə sabun bişirilməsi, piyəritmə – şam istehsalı, boyaqçılıq, dulusçuluq, ağac emalı, metalişləmə kimi
sənət sahələri xanlıq dövründəki kimi varlığını davam etdirir, yeni şəraitə uyğun olaraq bəzi inkişaf meylləri
özünü göstərirdi. Bunların içərisində elə istehsal sahələri var idi ki, yalnız Naxçıvanda qalırdı. XIX əsrin 70-ci
illərində Bakıda bir tərəfdən parafin şamları istehsalının başlanması, digər tərəfdən neftdən kerosin alınması
işıqlandırmada ənənəvi vasitələrin rolunu azaltmışdı. Buna baxmayaraq şam istehsalı yalnız Bakıdan uzaq olan
Naxçıvan qəzası və Ordubad şəhərində qalırdı. 1871-ci ildə Naxçıvan qəzasında 6, Ordubad şəhərində 4 belə
müəssisə var idi. Burada müvafiq olaraq 12 və 8 fəhlə çalışırdı. İstehsal gücü 900 və 676 man. idi. 1876 və
1878-ci illərdə Naxçıvan qəzası və Ordubad şəhərlərində həmin müəssisələrin sayı 5 və 3 olduğu halda,
fəhlələrin sayı azalmış, istehsal gücü isə artmışdı. 1878-ci ildə Naxçıvan qəzasındakı müəsisələrdə istehsal gücü
1.500, Ordubad müəssisələrində 900 man. idi.
 22
 Sonrakı illərdə də Naxçıvan bölgəsində  şam istehsalı
müəssisələri azalır və tədricən belə informasiya da aradan çıxır.
 23


54
Naxçıvan bölgəsində boyaqçılıq, xüsusilə dulusçuluq əsas istehsal sahələri olaraq qalırdı. Akademik
Ə.Sumbatzadənin fikrincə Naxçıvan Azərbaycanın əsas dulusçuluq istehsalı mərkəzlərindən biri idi.
 24
Tikinti materialları ilə məşğul olan sahələrdən kərpic istehsalı, tikinti daşları hazırlanması Naxçıvanda da
mühüm əhəmiyyət kəsb edirdi. XX əsrin əvvəllərinə aid olan məluumata görə Naxçıvanda 5 kərpic zavodu
fəaliyyət göstərirdi.
 25
Lakin burada əhəng hazırlanması Azərbaycanın digər yerlərinə nisbətən geniş yayılmışdı.
XIX əsrin sonlarında Naxçıvan qəzasında 4, Ordubadda 2 əhəng istehsalı müəssisəsi var idi. Onların istehsal
gücü müvafiq olaraq 1500 və 800 manat təşkil edirdi.
 26
Naxçıvanda dağ – mədən sənayesinin iki sahəsi – daş duz istehsalı və dəyirman daşları çıxarılması və
emalı yayılmışdı. Burada daş duz istehsalı əsas yer tuturdu.
1828-ci il Türkmənçay müqaviləsindən sonra Naxçıvan xanlığının Rusiyaya ilhaqı ilə  əlaqədar olaraq
xanlığın duz mədənləri xəzinənin ixtiyarına keçdi. Naxçıvanda duz istehsalında xəzinə idarəsi ilə birgə iltizam
sistemidə tətbiq edilirdi. 1828-1851-ci illəri əhatə edən dövrdə duz istehsalı üç dəfə (III. 1828- III. 1829; III.
1829 – VII. 1841 – IV. 1851) xəzinənin, üç dəfə isə iltizamçıların (VII. 1830- VII. 1833; VII. 1833 – III. 1836;
VII. 1836 – III. 1841) ixtiyarında olmuşdu. Bu müddət ərzində xəzinənin gəliri 141.557 man., iltizamçıların
gəliri 1830-cu ildə 1376 man., 1834-cü ildə – 1777 man., 1835-ci ildə 1599 man. olmuşdu. Naxçıvanda duz
istehsalından əldə olunan gəlirin artması istehsal olunan duzun miqdarının artmasının nəticəsi idi. 1840-ci illərin
sonlarında Naxçıvan duz mədənlərində orta illik hasilat 126.406 pud təşkil edirdi.
 27
 Yuxarıda qeyd edildiyi kimi
Naxçıvan duz mədənlərində Şıxmahmud kəndlilərinin məcburi əməyindən istifadə edilirdi. Bu hal 1868-ci ilə
kimi davam etmişdi. Adətən Naxçıvanda duz istehsalından bəhs edən müəlliflər duz çıxarılmasına dair cədvəl
tərtib edərkən illəri ardıcıllıqla verir. Biz isə Naxçıvanda duz istehsalına dair göstəriciləri iki yerə bölməyə
üstünlük veririk. 1868-ci ilədək, yəni kəndlilərin məcburi əməyindən istifadəyə qədər və sonrakı illər. Faktik
materiallardan aydın olur ki, 1843-cü ildə 97.655 pud 20 f., 1844-cü ildə 108.171 pud 20 f., 1845-ci ildə
139.339 pud 20 f., 1849-cu ildə 139.439 pud, 1852-ci ildə 203.331 pud, 1853-cü ildə 262.331 pud, 1854-cü ildə
349.293 pud, 1855-ci ildə 428.261 pud, 1856-cı ildə 159.455 pud, 1857-ci ildə 154.671 pud, 1858-ci ildə
248.261 pud, 1860-cı ildə 203.800 pud, 1861-ci ildə 233.000 pud, 1863-cü ildə 168.648 pud, 1865-ci ildə
120.600 pud, 1866-cı ildə 161.456 pud, 1867-ci ildə 313.000 pud duz istehsal edilmişdi.
 28
 Rəqəmlərdən
göründüyü kimi bu dövrdə Naxçıvanda duz istehsalı 1854-1855-ci illərdə ən yüksək həddə çatmışdı. Bunun əsas
səbəbi çar hökuməti tərəfindən 1852-ci il avqustun 26-da bütün Zaqafqaziya və Qara dəniz limanları üzrə
xaricdən duz gətirilməsinin qadağan edilməsi haqqında əsasnamənin nəşri və Krım müharibəsi dövründə (1853-
1856-cı illər) faktik olaraq onun həyata keçirilməsi olmuşdu.
 29
 Lakin 1860-cı illərin əvvəllərindən duz istehsalı
azalmağa başlamış, yalnız 1867-ci ildə yüksək həddə (313.000 pud) çatmışdı. Bu hal 1862-ci il may ayının 14-
də dövlət duz gəlirlərinə aksiz sisteminin tətbiqi ilə izah edilir.
 30
 Doğrudan da Naxçıvanda duz istehsalına belə
bir təsir var idi. Lakin 1867-ci ildə duz istehsalının yüksək həddə çatması həmin vaxt bu təsirin dəf edildiyini
göstərir. 1868-ci ildən, yəni məcburi əməyin ləğvindən sonra isə Naxçıvanda duz istehsalı getdikcə azalmağa
başlayır, yalnız XIX əsrin 80-cı illərin ortalarından artım baş verir. Fikrimizcə burada 1868-ci ildə məcburi
əməyin ləğvinin təsirini istisna etmək olmaz. Görünür 1868-ci ildə Naxçıvan duz mədənlərində məcburi əmək
ləğv edildikdən sonra istehsalın yeni şəraitdə tənzimlənməsi müəyyən çətinliklərlə müşayət olunmuşdu. Lakin
bununla birlikdə XIX əsrdə Naxçıvan bölgəsində duz  istehsalı, əsasən artan xətlə inkişaf etmişdi.
Naxçıvan iqtisadiyytının XX əsrdə vəziyyətinə həsr olunmuş tədqiqatda qeyd edildiyi kimi
«Zaqafqaziyada ən böyük düz ehtiyatının Naxçıvan MR ərazisində olduğu çoxdan məlumdur və burada duz
istehsalının çoxəsrlik tarixi vardır. Türkmənçay müqaviləsindən sonra yaranmış yeni əlverişli şəraitdə Naxçıvan
duz ehtiyatlarının əvvəlkinə nisbətən daha geniş miqyasda istifadəsinə başlanmışdır. 1837-ci ildə Sust kəndi
yaxınlığında ikinci duz mədəni işə salınmışdı. Əgər 1820-ci illərin əvvəllərində Naxçıvanda duz hasilatı 50-60
min puddan çox olmurdusa, XIX əsrin 40-cı illərində duz hasilatı 3 dəfəyə qədər, 80-cı illərdə isə 10 dəfədən
çox artmışdır».
 31
Naxçıvan duz mədənlərində iltizam sistemi XIX əsrin sonlarınadək mövcud olmuşdu. Naxçıvanda duz
sənayesindən bəhs edən müəllif yazır ki, «mənbələrdə XIX əsrin sonlarında azərbaycanlı sahibkarların duz
hasilatındakı mövqelərinin xeyli azaldığı haqqında məlumatlar vardır. Bu dövrdə rusların köməyi ilə Naxçıvan
duz mədənləri Azərbaycan sahibkarlarının əlindən alınaraq erməni, yəhudi və b. əcnəbi sahibkarlara verilirdi».
 32
Naxçıvan duz mədənlərində iltizam sisteminin ləğvi neft sənayesi ilə müqayisədə köklü dəyişikliyə səbəb
olmasa da, bəzi yeni meyllər burada da özünü göstərdi. İmperializm dövründə Azərbaycan sənayesi və
proletariatına dair fundamental monoqrafiyanın müəllifi T.Vəliyev burada duz istehsalına, o cümlədən Naxçıvan
bölgəsində duz istehsalına dair dərin təhlil vermişdir. O, haqlı olaraq göstərmişdir ki, «Azərbaycanda duz
istehsalı qədim tarixə malik olsa da, onun bir sənaye sahəsi kimi əsl inkişafı XIX əsrin sonu – XX əsrin
əvvəllərinə təsadüf edir. Duz istehsalı miqyasının genişlənməsi ölkənin ictimai – iqtisadi həyatında yaranmış
təbəddülatın tələblərindən irəli gəlirdi».
 33
 Duz mədənlərinin çoxu xəzinəyə, Sustdakıdan isə yerli sahibkaralara
məxsus idi. T.Vəliyev yazır ki, «Sustun duz mədənlərini 1907-ci ildən sahibkarlar özləri istismar etməyə
başladılar. Hacı Xudat xan Kalbalıxanov qardaşları ilə birlikdə «Kəlbalıxanov qardaşları və K
0
» ticarət evini


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə